Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə10/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   6   7   8   9   10   11   12   13   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Az
ərbaycan xalqının tarixində qaranlıq səhifə kimi qalan 37-ci il represiya 
qur
banları  içərisində  özü və  əsərləri məhv  olmuş  dilçi  alimlər X.S.Xocayev, 
V.Xu
luflu, C.Hacıbəyli və başqalarının da dialektoloji tədqiqatları olmuşdur. 
Dialektologiya elminin Az
ərbaycanda tədqiqat tarixini geniş sferada götür-
dükd
ə iki dövrə bölmək olar: 1. Sovet dövrü tədqiqatları. 2. Müstəqilliyin yenidən 
b
ərpası dövrü tədqiqatları. Daha geniş əhatədə isə bu bölgünü xırdalamaq müm-
kündür. M
əsələn: 1. Böyük Vətən müharibəsi dövrünə qədərki tədqiqatlar. 2. Bö-
yük V
ətən müharibəsi dövründəki tədqiatlar.  3.  Milli  Akademiyanın  təşkili  və 
dinc quruculuq dövründ
əki tədqiqatlar və s. 
Az
ərbaycan dialektologiyası öz tədqiqatlarına dialekt və şivələrin monoqra-
fik şəkildə öyrənilməsi ilə başlamışdır. Bu iş iki  yolla  getmişdir: 1. ekspedisiya 
yolu il
ə 2. fərdi öyrənmə - tədqiqat yolu ilə 
SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının təşkil etdiyi ekspedisi-
yalar 1933-cü ild
ə Şamaxı, 1934-cü ildə Quba dialektlərini, 1985-ci ildə isə Zaqa-
tala v
ə  Qax  şiələrini  araşdırmışdır.  Akademiya  nəzdində  Dilçilik  İnstitutu  isə 
1945-ci ild
ə də Zaqatala-Qax, 1946-cı ildə Sabirabad, 1947-ci ildə Əli Bayramlı, 
1951-ci ild
ə indiki Şərur, 1953-cü ildə Şahbuz, 1958-ci ildə Ağstafa rayonlarına 
dialektoloji ekspedisiyalar t
əşkil  etmişdir.  Bu  işdə  M.Şirəliyevin rəhbərliyi ilə 
R.Rüst
əmov,  K.Ramazanov,  B.İbrahimov,  T.Həmzəyev,  R.Süleymanov,  M.İsla-
mov, R.K
ərimov, A.Vəliyev, E.Əlibəyzadə və başqa dilçilər iştirak etmişlər. 
Az
ərbaycan dilalektlərinin monoqrafik tədqiqatında ekspedisiyaların uğurlu 
n
əticəsi kimi dialektlərin fərdi tədqiqatı da həyata keçirilmişdir. Bu sahəyə ilk də-
f
ə olaraq M.Şirəliyev 1941-ci ildə “Bakı dialekti” adlı namizədlik dissertasiyası 
il
ə möhür vurmuşdur. Elmi Şura əsərin böyük əhəmiyyətini yüksək qiymətə layiq 
bil
ərək müəllifə  birbaşa  filologiya  elmləri doktoru alimlik dərəcəsi  vermişdir. 
Keç
miş SSRİ məkanındakı türkdilli respublikalarda bu hadisə geniş rezonans do-
ğurmuşdur. 1942-ci ildə isə alimin iki hissədən ibarət yazdığı “Azərbaycan dialek-
to
logiyası”  əsərinin birinci hissəsi nəşr  olunmuşdur.  Tədqiqatın  “Qazax  dialekti 
haq
qında  ümumi  obzor”  adı  altında  olan  ikinci  hissəsi isə  1943-cü ildə  çapdan 
çıxmışdır. Beləliklə, Azərbaycan dialektologiyası şöbəsində dialektlərin həm mo-
noqrafik öyr
ənilməsi davam etmiş, həm də dialektoloji lüğətin tərtib prinsiplərini 
əhatə edən vəsait çap olunmuşdur. Bu xüsusi proqram əsasında toplanan material-
lar üz
ərində şöbə əməkdaşaları tərəfindən  yazılmış “ Azərbaycan dilinin Muğan 
qru
pu şivələri” 1955-ci ildə, “Azərbaycan dilninin Naxçıvan qrupu şivələri” 1962-
ci ild
ə, “Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri” 1967-ci ildə, Azərbay-
can dilinin dialektoloji lüğəti” 1964-cü ildə çap edilmişdir. 
Dialektoloji ekspedisiyalar v
ə monoqrafik tədqiqat işləri Azərbaycan dialekt 
v
ə  şivələrinin  dialektoloji  atlasını  hazırlamaq  zərurətini  ortaya  qoymuşdur. 
Keçmiş SSRİ tərkibindəki türkdilli respublikalar içərisində ilk təşəbbüs göstərən 
v
ə onu uğurla başa vuran Azərbaycan dialektoloqları olmuşdur. Dialektoloji atlas 
Az
ərbaycan dilinə  məxsus  dialekt  faktlarının  real  mənzərəsini tam və  dolğun 
 
25 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
şəkildə  əks etdirən qiymətli bir tədqiqat  işidir.  Atlas  nəinki dilçilər üçün, eyni 
zamanda tarix, arxeologiya, etnoqrafiya, reg
ionşünaslıq, türkologiya və s. elmlər 
üçün 
əvəzsiz istinad mənbəyidir. 
Ümumi götürdükd
ə 40-50-ci illər ərzində dilçilik sahəsindəki elmi işlər bir-
m
ənalı şəkildə dialektoloji araşdırmalardan ibarət olmuşdur. Namizədlik disserta-
si
yaları  ayrı-ayrı  rayon  şivələrinə  və  dialektlərə  həsr  olunmuşdur.  M.Şirəliyevin 
1941-ci ild
ə  yazdığı  “Bakı  dialekti”  dissertasiyasından  sonra  1947-49-ci illərdə 
R.Rüst
əmov Quba dialektini, B.İbrahimov Mərəzə rayonu şivələrini, İ.Hacıyev İs-
ma
yıllı  rayonu  şivələrini, 1949-50-ci illərdə  A.Vəliyev  Abşeron  yarımadasının 
q
ərb  şivələrini,  A.Hüseynov  indiki  Oğuz  rayon  şivələrini, K.Ramazanov Salyan 
ra
yon şivələrini, T.Həmzəyev Ordubad rayon şivələrini, İ.Məmmədov indiki Fü-
zu
li rayon şivələrini, H.Cəfərov Tovuz rayon şivələrini, 1955-56-cı illərdə M.İsla-
mov Nuxa (indiki Şəki) dialektini dissertasiya işi səviyyəsində tədqiq etmişlər. 
Bu s
əpkidə gedən elmi işlərin yekunu kimi, nəhayət, 1962-ci ildə M.Ş.Şirə-
liyev özünün “Az
ərbaycan dialektologiyasının əsasları” adlı əsərini çap etdirir. Bu 
qiym
ətli əsər Azərbaycan dilinin dialekt bölünməsini ilk dəfə olaraq ortaya qoy-
ma
la sonrakı elmi işlərə həm də istiqamət verdi. Nəticədə 1962-ci ildə çapdan çıx-
mış  “Azərbaycan  dilinin  Naxçıvan  qrupu  dialekt  və  şivələri, 1967-ci ildə  nəşr 
olun
muş “Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri (I  cild) kitablarında 
s
əriştəli tədqiqat göz qabağındadır. Təsadüfi deyildir ki, dialektologiya bu gün də 
h
əmin yolu davam etdirir. 
Az
ərbaycan dialektlərinin öyrənilməsi işi həm də respublikadan kənarda ya-
şayan azərbaycanlıların  dili  üzərində  də  ardıcıl  şəkildə  aparılmışdır.  Əslində  bu 
işin əsası ötən əsrin 50-ci illərindən başlamışdır. Ermənistan, Gürcüstan, Dağıstan, 
C
ənubi Azərbaycan,  İraq ərazisindəki Azərbaycan şivələri monoqrafik tədqiqata 
c
əlb olunmuşdur. 1958-ci ildə Z.Vəliyev Basarkeçər rayonu, 1966-cı ildə Q.Bağı-
rov Qarakils
ə rayonu, 1972-ci ildə Ş.Kərimov Çənbərək və Karvansaray rayonu, 
1988-ci ild
ə T.Babayev Zəngibasar rayonu şivələrini və s. Qərbi Azərbaycan əra-
zisind
ə öyrənmişlər. Gürcüstanda yaşayan soydaşlarımızın şivə xüsusiyyətləri də 
qism
ən öyrənilmişdir.  1955-ci ildə  V.Canqidze “Azərbaycan dilinin Dmanisi 
(Başkeçid)  şivələrinin xüsusiyyətləri”ni, 1973-cü ildə  M.Çobanov “Gürcüstan 
SSR Bolnisi rayonunun Az
ərbaycan  şivələrinin  leksikası”nı,  1989-cu ildə 
M.M
əmmədov Azərbaycan dilinin Təbriz dialekti”ni dissertasiya kimi müdafiə et-
mişlər. 
Az
ərbaycan dialektologiyası şöbəsi vətəndən kənarda yaşayan həmvətənlə-
rinin dil xüsusiyy
ətlərinə  həsr etdiyi  monoqrafiyaları  da  çap  etdirmişdir.  “İraq-
türkm
ən ləhcəsi” (2004) və “Azərbaycan dilinin Dərbənd dialekti” (2009) kitabla-
rı şöbə əməkdaşlarının kollektiv əməyinin nəticəsidir. 
Akademik M.Ş.Şirəliyevin 1991-ci ildə vəfatından sonra bu sahəyə profes-
sor 
M.İslamov rəhbərlik etmişdir. Məlum 90-cı illər keçmiş ittifaq respublikalarla 
elmi 
əlaqələrin  “soyuması”  ilə  xarakterizə  olunur. Lakin milli müstəqilliyimizin 
 
26 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə