Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə12/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   8   9   10   11   12   13   14   15   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
M
əsələn, “Türk dillərinin  etimoloji  lüğəti”ndə  qeyd  edilir:  “...  Yuxarıda  qeyd 
olunmuş bütün fellərin əsasında qədim səstəqlidi leksem durur ki, o, özünün ən 
q
ədim təsərrüfat fəaliyyəti ilə bağlı olan əhəmiyyətinə görə türk leksikasının ilkin 
t
əbəqəsinə  məxsusdur. Fellərdə  ikinci dərəcəli morfoloji formalar təqdim 
olunduğundan keçid əsasının varlığı türk dilinin ilkin mərhələsinə aid edilməlidir. 
A. Zayonçkovski “ma, ba” mimeml
əri ayırırdı. Ola bilsin ki, onlar mele (tür.) və 
m
ələ (Az.) formalarını qoruyub saxlayıblar... ” 
Qeyd edil
ən ilkin təsviri əsaslardan (leksik köklərdən) fellər təqlidi felləri-
nin – 
ır, -ür, həmçinin universal şəkilçilərin – la; sr. man-ır-a – manla, köməyi ilə 
əmələ gəlir. Qeyd edilən halda kök-əsaslar, şübhəsiz ki, dil inkişafının ilkin təbə-
q
əsinə aiddir. 
Bu fikirimizi Az
ərbaycan dilinin dialekt və şivə, habelə qohum türk dilləri 
v
ə yazılı abidə materialları da təsdiq edir: bılbılı-körpə buzov (Az. dil. Qazax ş.); 
bılbıl-ördək  balası  (Az.  dil.  Borçalı  ş.);  bılı-ördək  balası  (Az.  dil.  Kürdəmir  ş.); 
мönire-qoyun (yakut); мörö- (qırğız.); мörə-(uyğur); man-dörd yaşı keçmiş qoyun 
; mangradı-bağırdı (M.K). 
Bel
əliklə,  yuxarıda  qeyd  edilən misallardan da məlum olur ki, türk 
dill
ərində  səstəqlidi  leksika  sözyaradıcılığında  fəal  iştirak  etmişdir  və  tədqiq 
olunan  \-qu-\\-ku\\-qa\\-ka\\  söz kökl
əri də  bu qisimdəndir. Ancaq ədəbiyyatdan 
m
əlum olduğu kimi, -ku\\-qu leksemi ulu türk dilində su deməkdir. Azərbaycan 
dili v
ə qohum türk dillərindən əldə etdiyimiz faktlar bizim bu fikrimizi təsdiqləyir. 
Müqayis
ə edək: Quyu, kuyu-(bildiyimiz məna )-əsasən bütün türk dilləri;  qubaa 
(su körf
əzi) - Yakut dili; qür (buz qırıntısı)- qaraqal. dili; kuyulqaak (su burulğanı 
)- oyrot dil. tat-çalkan. dial; kustur-Az. dil. , oy. dil. tat-çalkan. dial; kuduk (quyu)- 
uyğur  dilinin  priuss.  dial.  ;  özbək dilinin karl. dial. ; qanturdu  (susuzluğu 
söndürm
ək)- M. Qaşqarlı; qanoy , qanov- (xırda arx)- Az. dil. İrəvan şivəsi ; kıtıra 
-  (hamil
ə  heyvanın  döşündən gələn maye)-  az.  dil.  İrəvan  şivəsi;  kılıf  (həyətin 
aşağısından  keçən  xırda  arx)  -  Az.  dil.  İrəvan, Cəbrayıl,  Ordubad  şivələri;  qaq-
(gölm
əçə) - M. Qaşqarlı; kuy (nəm yer) - Az. dil. Şahbuz şivəsi və s. 
Su lekseminin fonetik vari
antları  məsələsinə  toxunaraq K. Quliyeva 
Az
ərbaycan dialektlərində qu\\-(ku;- qa\\- ka kök əsaslı xeyli miqdarda söz qeyd 
edir. H
əmçinin müəllif hesab edir ki, leksem su deməkdir. 
N.Baskakovun t
əqdim etdiyi -Kuu kiji tatar-çalkan etnoniminin 
etimologiyası da maraq doğurur: “Çalkanlar “Qu quşu tatarları” adını Qu (Kuu) 
çayının adından almışlar – Qu çayı adamları (Kuu kiji)” (3:9) 
Mövzuya davam ed
ərək qeyd etmək lazımdır ki, bir çox türk dillərində Quu 
– 
Qu quşu deməkdir. Nəzərə alsaq ki, qu suda yaşayan quşdur Qu quşu – Su quşu 
anlamına gəlməsi məntiqidir. Həmçinin qeyd edək ki, İbn-Mühənna lüğətində qu 
quşunu koğu adlandırır. Fikrimizcə, etnonimdə saxlanılmış –Kuu fonetik variantı 
ilkindir. Etnoniml
ərin linqvistik analizi çox mühümdür, çünki onlar dilin əvvəlki 
halını özlərində saxlayıblar. 
 
30 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Qu\\ku\\ 
kökünün su semantikası daşıması ilə bağlı daha bir dil faktı diqqəti 
c
əlb edir. “Kum” sözü Mahmud Qaşqarlının lüğətində və bir çox türk dillərində 
“sahilyanı  qum”  deməkdir.  İbn-Mühənnanın  lüğətində  isə  bu sözün daha bir 
m
ənası qeyd edilir – dəniz dalğası. Azərbaycan dilinin xalac ləhcəsində isə bu söz 
“arx” m
ənasını  verir.  Fikrimizcə  bu  variant  ilkindir.  “Sahilyanı  qum”  isə  daha 
sonrakı  variantdır,  yəni dəniz  dalğasının  sahilə  çıxardığı  maddədir, çünki –ku 
kökü leksemd
ə  su deməkdir  (araşdırma  apardığımız  məqalədə  bu leksemə  bir 
daha  qayıdacağıq).  Yuxarıda  sadalanan  sözlərin  arasında  su  anlamına  gələn “-
ка\\-qa”-lı variantlar da mövcuddur. Bildiyimiz kimi, -Ка qədim türk dilində bərk 
dem
əkdir. Bu məna bir çox sözlərdə saxlanılıb. Müqayisə edək: Katı, qatı, kadu, 
kaduu,  kadıq-bərk, möhkəm;  kaya-qaya;  kadızın-bərkləşmək;  koyu\\qatı; 
qalın\\kalın. Bu fərq özünü yemək  adlarında  da  bariz  göstərir. Müqayisə  edək: 
korot, kurut, qurut 
(qış üçün dondurulmuş turş süd, qurudulmuş qatıq, pendir)-Az. 
dil. q
ərb dialektləri,  başqırd  dil.  ,  tatar-çalk.  dial;  çuvaş  dili;  toc.  dial.  tuv.  dili; 
özb
ək dilinin. kar. şivəsi;  İbn-Müh. ; tatar dili və dialekti. ; uyğur dilinin prius. 
dialekti, oyrot dilinin kumand. dialekti; 
qatıx(saxlamaq üçün qızardılmış ət) - Az. 
dil.  Ordubad  şiv.  ;  kaymağ  (qaymaq) Az. dili və  dial.  ;  başqırd  dili;  tat-çalkan. 
dial, çuvaş dili; tuv. dil., toc. dial; özbək dilinin. kar. şivəsi; İbn.Müh., tatar dili; 
uyğur dilinin prius. dialekti; kayabuk (xama)- tatar-çalkan. dial; kuyultmaq (turş 
v
ə  şirin  südün  qarışığı)-  tatar-çalkan. dial; küzəm(un  sıyığı)-  tatar-çalkan. dial; 
kolomuok (kök
ə)- yakut dili; kuvurdaq (ət yeməyi)- tatar dili və s. 
Göründüyü  kimi,  yuxarıda  qeyd  edilmiş  sulu  yemək  adlarının  əsasında 
q
ədim türk kökü ku\\-qu  durur, quru yeməklərin adlarının əsasında isə  -ka\\-qa 
kökü durur. Bizim fikrimizc
ə, bu fakt birbaşa kökün semantikası ilə bağlıdır. 
Az
ərbaycan dialektlərində  yemək  adlarında  –qa\\-ka kök əsası,  yuxarıda 
qeyd edildiyi kimi, daha çox quru qida növüdür. Fikrimizc
ə –ku\\-qu və –ka\\-qa 
arasındakı  semantik  differensiallaşma  daha  gec  prosesdir  ki,  bunu  dil  faktları 
t
əsdiqləyir. Kökün özü isə dilin daha ilkin inkişaf mərhələsinə aiddir. Кuu-nun – 
su,  ka-
nın bərk qida anlamına gəldiyi  yuxarıda qeyd edilən misallar qədim türk 
dilinin inkişafının sonrakı mərhələlərinə aiddir. Bu leksemin qədimliyi qədim türk 
dilinin sözyaratma prosesind
ə fəal iştirak etməsində də əks olunur. Məsələn, bu, 
b
əzi  insan  orqanlarının  adlarında  əks olunub: qarın,  qursaq,  qan  (oyrot. dil və 
dialektl
ərində - mədə), qatqat – heyvanlarda qarınla mədə arsında yerləşən həzm 
orqanı (Azərbaycan dilinin Cəbrayıl, Kürdəmir, Şamaxı şivələrində), kuuk – sidik 
kis
əsi (tat. çal. dial). Göründüyü kimi, sadalanan leksemlər birbaşa həzmlə bağlı 
o
lan  orqan  adlarıdı.  Qeyd  edək ki, bir çox türk dillərində  və  qədim  yazılı 
abid
ələrdə yemək bişirilən qab mənasında qazan sözü işlənir. 
Bu q
ədim leksem nağıllarda da iz qoyub. Məsələn, Məlikməmmədin nağı-
lında zümrüd quşu Məlikməməmmədə deyir ki, “Mən sənə quu deyəndə mənə su, 
qaa dey
əndə – ət verərsən”. 
 
31 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə