Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə50/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   46   47   48   49   50   51   52   53   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
H.Arif “ötm
ək” felinin omonimliyindən, onun şeir nitqində yaratdığı üslubi 
effektd
ən yararlanmış, fonetik tərkibcə üst-üstə düşən sözün imkanlarından bədii-
lik meyarları dairəsində sənətkarlıqla faydalanmışdır. 
Mövzuya, şeirin mündəricəsinə və emosional-ekspresiv mahiyyətinə uyğun-
laşdırmaqla müəllif omonimlərin yaratdığı səs ahənginə, musiqililiyə xüsusi diq-
q
ət yetirmişdir. “Ötmək” omoniminin uğurlu formalarda işlədilməsi H.Arif üslu-
bunda s
əs və məna əlaqələrinin birliyindən xəbər verir, dilin rəvanlıq və axıcılıq 
imkan
larını nəzərə çarpdırır. Şairin “Günlər olaydı” şeirində bu söz rədifdən əvvəl 
müxt
əlif məna  yükü  daşımaqla  işlədilməsi forma gözəlliyi, bədii mükəmməllik 
ba
xımından da diqqətəlayiqdir: 
Fikir haralarda g
əzdirir məni 
H
ər kəsin ilk yurdu, əzəl məskəni. 
Qazaxdan çıxanda Daşkəsəməni 
Yel kimi ötdüyüm günl
ər olaydı 
 
Xoşladım şənliyi, eşqi, məzəni, 
Sevm
ədim sənətə ağız büzəni, 
Aşkara dinləyib Aşıq Mirzəni 
X
əlvəti ötdüyüm günlər olaydı (1,152) 
 
İki müxtəlif mənada – “bir yerin , sahənin ortasından, içindən keçmək ” və 
“oxumaq, c
əh-cəh  vurmaq  ”  (7,556)  anlamında  omonimliyinin  bədii nitqə  daxil 
edilm
əsi  yaradıcılıq  aktı  kimi  daha  güclü  təəssürat  doğurur.  Omonimin  fəallığı 
t
əsvir obyektini dərindən duyumun spesifik ifadə formasına çevrilir. Bu söz şeir-
d
ən- şeirə keçdikcə digər məna yükü ilə dolğunlaşır, yeni çalarlar, poetik məzmun 
əks edir. 
Xüsusi qeyd etm
ək lazımdır ki, H. Arif “ötmək” feli ilə daha çox canlı danı-
şıqda işlənən “keçmək”, “aşmaq”, “sovuşmaq”, “addamaq”, “qurtarmaq” anlamla-
rını ifadə edir. Zaman, mövsüm, yaş, ömür haqqında bədii mühakimələr və düşün-
c
ələrin təsvirində bu sözə tez- tez müraciət edir: 
H
əftə ötdü, il dolandı, 
V
ədə çatdı, neyləyəsən?! 
Bar töküldü, meyv
ə yandı, 
Bağın batdı, neyləyəsən?! (1,48) 
 
Öt
ən çağımı düşünək, 
G
ələn çağımı, ay oğul. 
Möhn
ət solumu qurudub 
H
əsrət sağımı, ay oğul. (1,80) 
 
 
 
115 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Qövr edir yaramda min yara yeri 
Ay öt
ən günlərim, ötən günlərim. (1,150) 
 
Dedil
ər: - Ay Hüseyn 
Qınama təbiəti. 
Bu sirri, bu hikm
əti 
Yaş ötüb, yaşdan soruş (1,146) və s. 
Sözün m
ətn mühitinə  semantik-  üslubi  uyğunluğu  şeir  janrının  dili  üçün 
olduqca çevik, rasional v
ə  təsirli ifadə  üsuludur. Məna rənginin kontekstə 
müvafiqliyi lirik strukturda inc
ə detaldır və buna görə də H. Arifin qələmində eyni 
sözün r
əngarəng üslubi çalarları şeir dilinin ayrılmaz xassəsidir. 
Söz  duyğusu,  dil  faktlarının  seçimi  və  onun  ayrı-  ayrı  mətn müstəvisində 
müxt
əlif mənalarda işlədilməsi H.Arif  yaradıcılığının əsas atributlarındandır. Bu 
m
ənada “ötmək”  feli də  öz  kommunikativ  funksiyasını  saxlamaqla  estetik  gücə 
yiy
ələnir, mətnə xüsusi ifadəlilik verir. Sözün estetik- emosional funksiyası daha 
qabarıq şəkildə təzahür edir. Onun çoxmənalılığı, mütəhərrikliyi müxtəlif assosia-
tiv t
əsir  oyadır,  şairanə  mətn  mühitinin  yaranması  üçün  stimul  rolunu  oynayır. 
Aşağıdakı nümunələrdə “ötmək” feilinin hər misradakı mənaya uyğun üslubi bo-
ya
sı vardır. Ümumi dominant məna “ötüb keçmək”, “keçib- getmək”, “geridə bu-
raxmaq” v
ə s. mənalarla bağlı olsa da, bu söz hər misrada ifadə olunan poetik hiss 
v
ə ahənglə bağlanır, daxilən bir-birini tamamlayan sözlərin ümumi ahəngində xü-
su
si  mövqe  qazanır.  Bu  söz  həm poetik nitqin ritmik struktur əsasında  mühüm 
mövqey
ə malik olduğu kimi, üslubi- poetik ifadə vasitəsi kimi də əhəmiyyət kəsb 
edir. M
əsələn, 
Karvanım ötmədi səssiz- səmirsiz 
Harayım bir ümman, ünum bir dəniz (1,149) 
Şeirin istək və ehtiyaclarını ödəmək işinə xidmət göstərən sözün yararlılıq 
d
ərəcəsi əhatəsindəki linqvistik vahidlərlə üslubi ahəngdarlığından irəli gəlir. Şeir 
dilind
ə sözün forma gözəlliyinin əsas ünsürü olması üçün onun digər elementlərlə 
struktur- 
funksional  bağlılığı,  əsas amildir. Buna görə  də  sözün  heç  bir  nüansı 
poeziyaya bigan
ə deyil: 
Tük
ənən istəyim, bitən sevincim 
Ç
əkilən marağım, ötən sevincim 
Tapılan kədərim, itən sevincim 
Gövd
ədən süzülən budağım mənim (1,74) 
Buradakı  mükəmməl  bir  üslubi  şəbəkədə  “ötmək” feli “tükənmək”, 
“bitm
ək”, “itmək” situativ sinonimlərlə  bir cərgədə  “tapmaq” sözü ilə  antonim 
mövqed
ə  qərarlaşmış,  sintaktik  paralelizmin  tərtibində  fəal  iştirak  edərək poetik 
sistemin  vacib bir komponentin
ə  çevrilmişdir.  Bununla  da  şair  mətnin liqvistik 
quruluşu  ilə  fikri istiqamətini bir-  birinə  möhkəm tellərlə  bağlamağa  müvəffəq 
olmuşdur. 
 
116 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
H. Arifin dilind
ə  sözün məcazlaşması  da  olduqca  diqqətçəkən üslubi 
prosesdir.  Bu,  dil  şeiriyyətinin gözəlliklərini  nümayiş  etdirməklə  yanaşı  bədii 
qay
əni kamil formalarda canlandırmaq tələbindən doğur. Məcazlaşan söz poetik 
kontekstin hissi-  emosional 
əsasını  təyin etdiyi zaman müstəsna assosiasiyalar 
tör
ədir, sezilən cizgiləri ilə  şairin  lirik  düşüncəsinin strukturuna daxil olur. 
“Ötm
ək” feili də  gözlənilməz üsülubi mənalarla  poetik  mətnə  daxil olmaqla 
yığcam ifadə formalarına sığışdırılan misraların fəallığını artırır. 
Şairin əsərlərindən gətirilən bədii nümunələrdən yəqin etmək mümkün olur 
ki, “metaforikl
əşmənin özü də  həm ümumdil səciyyə  daşıyır,  həm də  müəllifin 
f
ərdi yaradıcılıq məhsulu kimi çıxış edir ” (6,22) 
Nizami kamına yetmədi getdi, 
Füzuli başadək ötmədi getdi, 
Vaqifl
ə, Vurğunla bitmədi getdi 
Bitm
əz Hüseynlə sözü dünyanın (1,110) 
 
Qurbani, Abbası, Əmrahı anıb, 
K
ərəmlə alışıb, Dilqəmlə yanıb, 
Tüt
əklə uyuyub, sazla oyanıb 
Kamanla dil açıb ötdü babalar (1,147) 
 
Dedil
ər: - Gözləmə o gülyanağı 
Dedim: - Ür
əyimə çəkməyin dağı, 
Dedil
ər: - Toyudur bu axşam çağı 
Dindi saz, ötdü tar, m
ən inanmadım (1,65) 
Göründüyü kimi, sözün obrazlı bünövrəsi şairin düşüncə tərzindən qaynaq-
la
nır. Şair sözü bədii mətnin ovqatına müvafiq tənzimləyir. Xalq danışıq dilinin 
adi sözl
ərinə dərindən nüfuzetmə H. Arif poeziyasına rövnəq, onun fərdi üsuluna 
z
ənginlik gətirir. Bu keyfiyyət H. Arif üslubunun əsas atributu kimi , onun bədii 
dil özün
əməxsusluğu  kimi qəbul  edilir.  Çünki  “müğənni öz səsi ilə  doğulduğu 
kimi, h
ər bir söz sənətkarı da özünəməxsus dili ilə dünyaya gəlir” (4,59) 
Poeziya dilinin canlı ünsiyyət dili ilə yaxınlaşması olduqca mürəkkəb pro-
ses
dir. Bu problem H. Arifin şeir təcrübəsinin timsalında özünün mühüm cəhətlə-
rin
ə  aydınlıq  gətirmişdir.  Onun  şeir  poetikasının  qaynaqları  və  bədiilik sirləri 
sözişlətmə ustalığının özünəməxsusluğu fonunda meydana çıxmışdır. 
“Şeir  dili  onu  yaradanlardan  zərgər  işi  gözləyən zərif  bir aləmdir” (2,58). 
M
əhz bu zəriflik sayəsində H. Arif poeziyası bədii təfəkkir və dilin qarşılıqlı dia-
lektik 
əlaqəsini əks etdirən çox vacib faktordur. 
 
 
 
 
 
117 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə