Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə52/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   48   49   50   51   52   53   54   55   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
bir s
əviyyədədir ki, ondan sonra hec nə dinləmək istəmirsən. Mən Ülviyyə xanıma 
«talib» (el
çi) çıxmaq istəyirəm. (ATV, «Onun yarısı», 05.10.10. 17.50). 
Efir
ə qonaq qismində dəvət alan bir sıra şəxslərin danışığı da bizim acı real-
lığı özündə əks etdirir. Aparıcılar rusdilli və ya türkdilli (Anadolu türkcəsi nəzərdə 
tu
tulur)  qonaqların  nitqinə  uyğunlaşmalı  olur,  beləliklə, bəzən məcburiyyətdən 
ədəbi dil qaydalarını pozurlar. 
Televiziya ekranı ilə tamaşaçı arasında təmas körpüsü yaradılmasında aparı-
cıların rolu böyükdür. Təqdim olunan mətnin, habelə öz düşüncələrinin, ağlının, 
fikrinin süzg
əcindən keçənlərin tam təfərrüatı ilə tamaşaçı və dinləyiciyə çatdırıl-
ma
sı missiyası ilk növbədə teleaparıcıların üzərinə düşür. 
S
əlis nitq mədəniyyətinə malik olmayan doğma dilimizin norma və qaydala-
rından xəbərsiz, davranış etikasından uzaq düşən aparıcılarımıza ekran, efir etibar 
etm
ək heç düzgün deyil. 
Televiziya  aparıcıları  üçün  nitq,  səs və  görünüş  çox  vacib  şərtlər  sayılır. 
Az
ərbaycan  telekanallarına  gəldikdə,  aparıcıların  böyük  əksəriyyətinin ya efirə 
uy
ğun  səsi  yoxdur,  ya  da  görünüşü.  Ümumiyyətlə,  aparıcılarımızın  aparıcılıqla 
bağlı qüsurları kifayət qədərdir. ANS telekanalını misal göstərmək olar. ANS tele-
ka
nalında «Kök altı» verilişinin aparıcısı Aytən xanım dəvət etdiyi qonaqlarla is-
tehza il
ə danışır. 
Bizim fikrimizc
ə, aparıcı verilişin spesifikasına, məziyyətlərinə uyğun seçil-
m
əli, görkəmi, intellektual bazası, davranışı telejanra münasib gəlməlidir. 
Ümumiyy
ətlə, inkişaf etmiş ölkələrin televiziyalarında aparıcı obrazı üzərin-
d
ə onlarla mütəxəssis işləyir. Azərbaycan telekanallarında isə bu təcrübə hələ yox-
dur. Bu s
əbəbdən əyləncə verilişi və ciddi verilişin aparıcıları arasında fərq itir. 
X
əbər aparıcıları ciddi, sadə geyimdə olmalı, mümkün qədər makiyajdan az istifa-
d
ə etməlidirlər. Bununla da onlar tamaşaçının diqqətini ötürdüyü xəbərdən yayın-
dırmamalıdır.  Əyləncə  proqramlarının  aparıcıları  isə  cazibədar qiyafələr geyinə 
bil
ər. 
Televiziya v
ə radio verilişlərinin əksər aparıcılarının nitqində dilimizin orfo-
epik (düzgün t
ələffüz)  qaydaları  demək olar ki, iki-üç cümlədən bir pozulur. 
M
ətndəki sözlər, ifadələr, bütövlükdə  mətnin  oxu  qaydaları,  nitqin  tembri,  heca 
vur
ğusu, dinamik, emosional, sabit, sərbəst ifadə, həyəcanlı səs və s. nitq prose-
sind
ə tez-tez müxtəlif qüsurlarla səslənir. Bu da təbii ki, materialın ümumi məz-
mu
nunun  anlaşılmasına  çətinlik törədir. Məsələn, bəzən isə  aparıcıların  bir-biri 
il
ə, ya da dəvət etdikləri qonaqla yersiz söhbətləri, süni və şit gülüşləri, zarafatları 
dinl
əyicini  yorur. Aparıcıların əksəriyyəti doğma dilimizdə söz tapa bilməyəndə 
tez alınma sözlərə müraciət edirlər. Məsələn, yes, super, superyek, mersi və s. 
Aparıcıların  efir  mədəniyyəti,  diksiyaları,  nitq  qabiliyyəti bəzən  qıcıq 
doğurur. Bir də görürsən efirdə Azərbaycan dilində danışan aparıcı xanım birdən 
– bir
ə keçir müsahibi ilə rus dilində danışmağa, halbuki ən azı bu efir mədəniyyəti 
üçün yolverilm
əzdir. Məsələn, Orta məktəblərdə «bezpredeldir» (ATV,» Səhər», 
 
121 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
13.04.09). Bu gün heç «nastrayeniyam» yoxdur («Space», «Bizim m
ətbəx», 
28.03.11). Az
ərbaycan dili dövlət dilidir və efirdə hər kəs bu dilə hörmətlə yanaş-
ma
lıdır. Efirə çıxan hər bir aparıcı özündə məsuliyyət hiss etməlidir. Bu məsuliy-
y
ətlə  yanaşı,  həmçinin  aparıcı  efirə  çıxmazdan  əvvəl müəyyən mənada  hazırlıq 
keçm
əlidir. Verilişin daimi aparıcısı tamaşaçı qarşısına hər dəfə çıxarkən öncədən 

əyyən mənada məşq etməli, efirdə qoyulan mövzunu daha maraqlı təqdim et-
m
ək üçün o mövzu barədə bilgi əldə etməlidir ki, efir vasitəsilə yeri gəldi-gəlmədi 
la
zımsız sözlərdən istifadə etməsin, müəyyən yaranan boşluğu dəxli olmayan fi-
kirl
ə tamamlanmasın. Bəzən aparıcının qonağını tanımaması və ya qonağın yara-
dıcılığı barədə məlumatsız olması gecikmiş sual verməyə vadar edir, ya da qonağa 
aidiyy
əti olmayan mövzu barədə danışılır. Bu da aparıcının hazırlıqsızlığına içarə 
edir. Lakin b
əzən hazırlıqlı aparıcılar da olur. Məsələn, 24 yanvar 2011-ci il tarix-
d
ə ATV kanalında Günay Qələndərli qonağı şair Baba Vəziroğlu haqqında o qə-
d
ər geniş məlumat toplamışdı ki, (Baba müəllimin İsmayıllının Buynuz kəndində 
ilin hansı fəsillərində, hansı çayın kənarında oturub şeir yazdığını və s. məsələlər 
bar
ədə), hətta verilişdə ondan başqa oturanlar da təəccübləndilər. 
Əvvəllər televiziya aparıcısı, yəni diktor qəbul etmək üçün peşəkarların işti-
ra
kı ilə müsabiqə keçirilirdi və müəyyən parametrlər nəzərə alınmaqla, televiziya-
ya q
əbul olunmaq mümkün idi. Bu gün isə bu amillər önəmli sayılmır. Hal-hazır-
da  aparıcıların  vizual  görünüşü  önəmli  faktorlardan  sayılır.  Kanallardan  yalnız 
AzTV-
nin aparıcılar müsabiqəsi ciddi şəkildə keçirilir. Fikrimizcə, telekanallarda 

əyyən qurum yaranmalıdır ki, aparıcıların seçiminə birbaşa nəzarət edə bilsin. 
Dövl
ət başçısı, cənab İlham Əliyevin Azərbaycan dilinin qloballaşma şərai-
tind
ə  zamanın  tələblərinə  uyğun  istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafına  dair 
«Dövl
ət proqramı haqqında» imzaladığı 23 may 2012-ci il sərəncamı da dilimizə 
qay
ğıdan və onun qorunması, inkişaf etdirilməsi zərurətindən irəli gəlmişdir. Sə-
r
əncamda Azərbaycan dilinin imkanları yüksək dəyərləndirilir. 
Fikrimizc
ə, telekanallarda müəyyən qurum yaranmalıdır ki, məhz aparıcıla-
rın seçiminə birbaşa nəzarət edə bilsin. Çünki hər bir telekanal ilk növbədə onu 
n
əzərə almalıdır ki, efirə çıxardığı hər bir aparıcı həmin telekanalın imici, siması-
dır. 
 
122 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə