Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə49/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   45   46   47   48   49   50   51   52   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Dilin ail
ədə  işlənən  bu  leksik  layı  slenqa  da  adlanır.  Danışıq  dili  üçün 
xarakterik olan v
ə  ümumi  danışıq  leksikasına  aid  olan  belə  sözlər adətən qaba, 
xoşagəlməz ifadələrdən sayılır. Məsələn, ingilis ailələrində aşağıdakı tip ifadələr 
öz işləkliyi ilə seçilir: bed-sitter, zob, vooze, to-dry, hide, big-boy, dark, sleeper, 
shov, shink. 
Ail
ədə bir sıra hallarda müəyyən səbəblərdən fərdlərdən biri və bir neçəsi-
nin 
əhval-ruhiyyəsi pozulur. Bu, hal dildə tabuların işlənməsi ilə yaranır.Məhz ev-
femizm h
əmin mənfi təsiri ailə üzvlərinin üzərindən götürmək, pis təsiri müəyyən 
q
ədər azaltmaq məqsədilə yaradılır. 
Dild
ə sözün təsirindən, bədii sözün təsirindən çox danışılıb. Burada söhbət 
pis sözün t
əsirindən gedir. Sözün təsiri davamlı xarakter daşıyır. İnsan həyatının 
bütün sah
ələrində söz böyük təsiredici gücə malikdir. Kobud, xoş əhval-ruhiyyə 
yaratmayan söz v
ə ifadələr mənfi ekspressiya doğurur. «Söz vasitəsilə edilən təsir 
is
ə bir növ mənfi təsirdir. Mənəvi təsir insanın qəlbinə, ürəyinə, beyninə təsir edir. 
Bel
ə təsir həm qüvvətli olur, həm də uzun müddət davam edir, qalır. Evfemizm ilə 
x
əbərin,  xoşagəlməz hadisənin dildə  təsiri zəifləyir.Evfemizmlər vasitəsilə  ailə 
üzvl
ərinə verilən xəbərdə əvvəlkindən fərqli emosional xarakter olur» (Aslanov A.) 

əyyən tabuları ailədə əvəz edən evfemizmlər forma və məzmunca bir-bi-
ri il
ə  bağlı  olmur.  Belə  tabuların  yerinə  paralinqvistik vasitələrdən də  (mimika, 
jest v
ə s.) istifadə olunur. Bəzi bioloji prosesləri ərlə arvad söyləməkdə  çətinlik 
ç
əkirlər, bu, ədəb, nəzakət dairəsindən kənara çıxır. Tibbi aləmdə deyilməsi yasaq 
olan üzvl
ərin adı var, bu, latın mənşəlidir; gizli səslənən belə tibbi terminlərin mə-
na
sı təkcə həkimlərə bəlli olur. 
Bel
əliklə, ailədə  işlənən evfemizmlərlə  tabu  arasında  olan  diferensiasiyanı 
ba
şa düşmək lazım gəlir. Tabu sözlə cisim, sözlə hadisə arasında fiziki bağlılığın 
möv
cudluğuna yol açan bir etiqada əsaslanır. 
 
Ədəbiyyat 
 
1. Budaqov R.A. Dilçiliy
ə dair oçerklər. Bakı, Azərnəşr. 1956. 
2. 
Əfəndiyeva T. Azərbaycan  dilinin  leksik  üslubiyyatı.  Bakı,  «Elm»  nəşriyyatı, 
1980. 
3. 
Aslanov  A.Ə.  Evfemizmlər\\Müasir Azərbaycan dili. I cild, «Elm» nəşriyyatı, 
Bakı, 1978. 
 
113 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
H.A. 
MİRZƏYEV  
 
POEZİYADA ÜSLUBİ AXTARIŞIN ESTETİK SƏCİYYƏSİ 
(H. Arif poeziyasının materialları əsasında ) 
 
Açar sözl
ər: janr, poeziya, şeir, üslub, dil. 
Ключевые слова: жанр, поэзия, стихотворение, стиль, язык. 
Key words: genre, poetry, poem, style, language. 
 
Poeziya janrında söz duyumu, ondan münasib mətn mühitində sərrast istifa-
d
ə böyük estetik hadisədir. Söz şeir janrında daha ciddi poetik vəzifələr yerinə ye-
tirir. Onun yeni-yeni m
əna çalarlarını kəşf etmək gərgin yaradıcılıq səylərinin nə-
tic
əsi kimi meydana çıxır. Görkəmli yazıçımız Mirzə İbrahimovun təbiri ilə desək, 
“B
ədii yaradıcılıq- kəşfiyyatçılıqdır, həmişə yeni söz deməkdir. Bir adam ki, yeni 
söz axtarmağın iztirabını çəkməyə, ondan sənətkar olarmı?” (3,12) 
Poeziyanın ilkin materialı kimi sözün elastikliyindən yararlanmaq olduqca 
mür
əkkəb bədii prosesdir. Adi danışıq funksiyasından fərqli olaraq şeir nitqindəki 
sözd
ə, onun daxili semantikasında əsrarəngiz mənalar gizlənir. Onun aşkarlanması 
poeziyanın spesifik cəhətlərini və estetik fəallığını təşkil edir. Xüsusi bədii sənət 
növü kimi poeziya sözün m
əğzinə  və  təbiətinə  daha dərindən nüfuz edib onun 
poetik enerjisini üz
ə çıxarmaqda, obrazlı mahiyyətini orijinal söz işlətmə məharəti 
il
ə aşkarlamaqda müstəsna rol oynayır. “ Üslubi kamillik ifadə vasitələrinin özünə 
m
əxsusluğunu,  hər bir konkret məqamda  onların  seçimini  tələb edir” (5,81). 
S
ərrast seçim forma əlamətləri sisteminin mükəmməlliyinin təminatçısı kimi çıxış 
edir. Sözün yeni üslubi-semantik m
ənalarını kəşf etmək mühüm bədiilik qaynağı 
kimi xüsusi 
əhəmiyyət kəsb edir. Bu məziyyətli  əlamət Hüseyn Arifin poeziya 
dilind
ə xüsusi çalarlarla təzahür edir. 
H. Arifin şeir dilində sözün üslubi elastikliyi bütün incəlikləri ilə görünür. 
Onun istifad
ə etdiyi hər bir sözün semantik mütəhərrikliyi poetik forma kamilliyi-
n
ə  yönəldilir. Mətn mühitində  gözlənilməz üslubi rənglər ifadə  edən adi ümu-
mişlək leksik vahidlərdən o dərəcədə məharətlə istifadə olunmuşdur ki, öz təravəti 
il
ə həmin sözlər ilk dəfə səslənməsi təəssüratı formalaşdırır. Düşdüyü nitq mühi-
tind
ə fikir və duyğuların poetik şərhini yerinə yetirmə vəzifəsini uğurla yerinə ye-
tirir. B
ədii obrazın həyati cizgilərini, təsvir obyektinin xarakterik xüsusiyyətlərini
poetik t
əəssüratları dolğun canlandırmaq üçün şair sözün semantik imkanlarını hə-
r
əkətə gətirir. Sözə həssas münasibət onun obraza keçid imkanlarına yol açır. Bu-
nu H.Arifin dilind
ə işlədilən “ötmək ” feilinin işlənmə məqamlarının orijinallığın-
da aydın sezmək olur. Şairin əsərlərindən götürülmüş fraqmentlərdən aydın- aşkar 
görünür ki, müxt
əlif illərin məhsulu olan şeirlərdə bu söz şairin ifadə etmək istədi-
yi m
ənaları incəliklərinə qədər açmağa qadirdir. 
 
114 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə