Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə45/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   41   42   43   44   45   46   47   48   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
İ.M. KƏRİMOVA  
 
“GÖYÇAY” 
TOPONİMİNİN ETİMOLOGİYASI 
 
Açar sözl
ər: hidrotoponim, hidronim, toponim, oykonim, oronim 
Ключевые слова: гидротопоним, гидроним, топоним, ойконим, ороним 
Key words: hidrotoponim, hidronim, toponim, oykonim, oronim 
 
Göyçay 1872-1876-
cı illərdə eyni adlı çayın sahilində salınmış oykonimdir. 
Toponim öz adını Göyçay hidronimindən aldığı üçün hidrotoponim hesab olunur. 
Göyçay oykonimi «göy» v
ə  «çay» komponentlərindən ibarətdir. «Göy» sözü ilə 
bağlı  istər türkoloji, istərsə  də  Azərbaycan dilçiliyində  müxtəlif  araşdırmalar 
mövcuddur. Tarixi s
ənədlərdə, Kül Tiqin abidəsində  VII-XIII  əsrlərə  aid 
m
ərhələlərdə «səma» həm də «tanrı» anlamında işlənmişdir. Əvvəllər dini termin 
kimi  (yaradıcı,  allah)  mənalarını  vermişdir.  Sonrakı  dövrlərdə, eləcə  də  orta 
əsrlərdə  və  Mahmud  Kaşğari  dövründə  (XI  əsrin  axırları)  «göy»  sözü  «səma» 
(неба) anlamında işlənmişdir. Bu söz Azərbaycan dilində göy, qazax dilində kök
tatar dilind
ə kuk, özbək dilində kuk, türkmən dilində gook, qırğız dilində kök, altay 
dilind
ə kök yazılışlarında işlənərək «mavi səma» mənasını bildirmişdir (2. 35). 
A.N.Kononov «göy» sözünün m
ənasını  izah  edərkən kok//qok sözlərinin 
müasir türk dill
ərində bir neçə mənada işləndiyini qeyd etmişdir. Müəllif yazır ki, 
«göy» sözü a) göy, göy
ərçin,  mavi,  açıq  yaşıl,  tünd  göy,  açıq  göy,  yaşıl,  boz, 
ağarmış göy; b) səma, cavan ot, göyərti və s. mənalarda işlənmişdir. O, həmçinin 
qeyd  edir  ki,  «göy»  sözü  coğrafi  adların  birinci  komponenti  kimi  hidronim  və 
oroniml
ərin tərkibində iştirak edir. Orta Asiya və müxtəlif ərazilərdə Kok, Kok su 
adlı hidronimlər mövcuddur (8. 178). 
E.Koyçubayev «göy» komponentli co
ğrafi  adların  geniş  işləkliyə  malik 
olduğunu və göy sözünün «səma» apelyativinin sinonimi olduğunu qeyd etmişdir. 

əllif səma cisimlərinin bir hissəsinin «göy rəngli»  olması  fikrini  söyləmişdir 
(9. 186). 
Az
ərbaycan dilçiliyində də «göy» komponenti ilə bağlı bir-birindən maraqlı 
mülahiz
ələr vardır. 
R.Eyvazova kök//kuk//gög t
ərkibli coğrafi adların Əfqanıstan ərazisində də 
olduğunu  qeyd  etmişdir.  Müəllif «kök» sözünün mənasını  izah  edərkən  kok  - 
azad; kök (sif
ət) –göy anlamında işləndiyini göstərir. Bahəddin Ögələ istinad edən 
t
ədqiqatçı yazır ki, Orta Asiya tayfaları üçün «gög» hər şeydən üstün olmuşdur. 
Onlar yer
ə,  yalnız atlarının ayaqları ilə bağlı idi. Türklərə görə, «gög» rəngində 
bütün göz
əlliklər toplanmışdı. Əski türkcədə «gög» anlamına uyğun gələn ana söz 
«Tanrı (Tenqri)» idi. Odur ki, gögə hər rəngi ilə birlikdə «Göy tanrı» deyirdilər. 

əllif Göyçay hidro-toponiminin  birinci komponenti olan “göy sözünü”  tayfa 
 
103 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
adı ilə bağlamışdır. R.Eyvazova bu haqda yazır: «Bizə görə, kök//kuk//köy adını 
tayfa  adı  kimi də  saymaq  lazımdır.  Belə  ki, «kök» tərkibli kökər  tayfaları  da 
m
əlumdur. Kökərlər sakların ən böyük boyu olub, Qafqazda  yaşamışlar.  «Kök» 
t
ərkibli Kökçə//Göyçə  adının  mənşəyi də  maraqlıdır.  Belə  ki, Gəncə  adının 
izahında  verdiyimiz  şərhə  əsaslanaraq cu//çjou//cou eyniliyini götürürük. Ola 
bilsin  ki,  gök  tayfaları  vaxtilə  Çinin Çjou//cou adlanan yerlərinin sakinləri 
olmuşlar.  Güman  ki,  Gök-çjou//Gökçay fonetik dəyişikliyə  məruz qalaraq 
Gökç
ə//Gökçay şəklinə düşmüşdür» (5. 200-201). 
Ə.Şükürlü  «göy»  komponentinin  izahını  verərkən  yazır  ki,  Köktürk-oğuz 
türk q
əbilələrindən birinin adıdır. Bəzi tədqiqatçılar göy sözünü «səma» (V.Banq), 
bir qismi «şərq» kimi mənalandırır. Azərbaycan türk dilinin bəzi şivələrində hə-
min söz “x
əsis”, “acgöz” mənasını bildirir. Ona görə güman etmək olar ki, göy-
türk q
əbilə adı əslində «qarətkar türk», «işğalçı türk» mənasını ifadə edir. Lakin 
q
əbilə adı kimi sabitləşməklə həmin etnonimin mənası silinib yox olmuşdur (13. 
74). 
F.Xalıqov isə «göy» komponenti haqqında bir qədər fərqli fikir söyləmişdir. 
T
ədqiqatçı  yazır:  «göy»  leksik  vahidi  ilə  bağlı  türkmən və  Göycə  formasında 
Az
ərbaycan dilində,  Ad  köke  formasında  isə  monqol dilində  işlədilir». Müəllif 
h
əmçinin Kök-türk, köke-monqol, göklen-türkmən  tayfa  adlarında  «qloriosus» 
y
əni,  «qəhrəman» mənasının  gizləndiyini bildirir. S.Dörferə  əsaslanan müəllif 
«göy» sözünün s
əma mənası  ilə  bərabər müqəddəs göylərin mənasında  təkcə 
«kök-türk», «kök-culut», «köke-monqol» etnoniml
ərində  deyil, həm də  şəxs 
adlarında  tez-tez təsadüf olunan vahidlərdən  biri  olduğunu  qeyd  etmişdir. 
F.Xalıqov  Göysu  hidroniminin  birinci  komponenti  olan  göy  leksik vahidinin 
burada «d
əniz» mənasını  bildirdiyini  qeyd  edərkən  yazır  ki,  Göysu  atı  («Qurd 
oğlu əfsanəsi») zoonimində həmin mənanın saxlanıldığı inkaredilməzdir. Deməli, 
«göy» 
əlamət bildirən leksik vahidi istər  ərazi, istərsə  də  su mənalı  onomastik 
vahidl
ərin tərkibində  rəng  çalarlarından  daha  çox  «böyüklük»,  «genişlik», 
«bolluq» m
ənası ifadə edir (6. 73-74). 
«Göy»  komponenti  haqqında  B.Budaqovun  və  Q.Qeybullayevin də 
fikirl
ərini qeyd etmək istərdik. Hər iki müəllif bir vaxtlar  İrəvan quberniyasının 
Novoboyazid q
əzasında  mövcud olmuş Göysu toponiminin etimologiyasını izah 
ed
ərkən  yazmışlar:  «Əsli  Köy-Su. Türkcə  köy  «kənd» və  su  «çay» sözlərindən 
ibar
ət olmaq etibarilə «Çay kənd» mənasındadır» (3. 320). 
H
ər iki müəllifin  izahından  aydın  olur  ki,  «göy»  sözü  rəng mənasını 
bildirm
əklə yanaşı, qədim türk dillərində «kənd» anlamında da işlənmişdir. 
N.Tapdıqoğlu  da  Göyçay  hidrotoponimi  ilə  bağlı  bir  sıra  fikirlər 
söyl
əmişdir. Müəllif yazır: «Göyçay toponimi çayın yuxarı axınında suyunun duru 
v
ə təmiz olması, göyümtül rəngə çalması ilə bağlıdır. Göyçay toponimini monqol 
v
ə kalmık dillərindəki «ko//gö» komponenti ilə də («zireh, dəmir, polad geyim») 
əlaqələndirənlər var. Dağıstanda  hazırda  Koysu  (Göysu)  adlı  bir  neçə  çay var. 
 
104 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə