Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə41/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   37   38   39   40   41   42   43   44   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
bına dilimizin lüğət tərkibinin böyük hissəsini təşkil edən bütün isimlərdən ikiqat 
sif
ət düzəltmək olardı. Bu isə mümkün deyildir. Bu şəkilçilər isimləri təsdiq və ya 
inkar m
ənada  işlətmək üçün  yaranmış  qrammatik  əlamətlərdir. Vaxtilə şumer 
dilind
ə fellərin inkar mənada işləndiyini bildirən şəkilçi ilə yanaşı, təsdiq bildirən 
şəkilçi də olub. Sonralar sıradan çıxıb. Lakin adlarda bu forma qalıb. Bu şəkilçilər 
t
ədqiqatçını ona görə yanlış yola salır ki, eyni zamanda güclü atributivliyə malik 
şəkilçilərdir. Atributivlik isə sifət olmaq demək deyil. Atributiv sözlər sifət key-
fiyy
ətinə malik olan sözlərdir və bunlardan -lı şəkilçisi hətta substantivləşə də bi-
lir v
ə nəticədə substantiv və mənsubluq bildirən isimlər yarada bilir: kəndli, şə-
h
ərli, Kəngərli, Abbaslı  və  s. kimi. -sız  şəkilçisi bu keyfiyyətə  malik deyil. (3, 
104-105) 
 
Ədəbiyyat 
 
1. Az
ərbaycan dilinin qrammatikası, 1-ci hissə, Azərbaycan SSR EA-nın Nəşriyya-
tı, Bakı, 1960, s.63. 
2.  M.Hüseynzad
ə. Müasir Azərbaycan dili. Fonetika, Morfologiya, Azərbaycan 
Dövl
ət Tədris-Pedaqoji Ədəbiyyatı Nəşriyyatı, Bakı, 1963, s.95. 
3. 
Q.Kazımov. Müasir Azərbaycan dili. Morfologiya, Bakı, «Elm və təhsil», 2010, 
s.106-107. 
 
 
93 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
İ.B. KAZIMOV  
C.İ. KAZIMOV  
 
DİL SİTUASİYASININ TİPOLOGİYASI 
 
Açar sözl
ər: kommunikativlik, əqli obraz, obyektiv və subyektiv faktorlar, sosium, 
nitq situasiyası. 
Ключевые  слова:  коммуникативность,  ментальный  образ,  объективный  и 
субъективный факторы, социум, ситуация разговорах. 
Key words: communicativeness, mental image, objective and subjective factors
socium, speech situation. 
 
1. Dil çoxfunksiyalı bir mütləq vasitədir. Fəal əqli, zehni prosesdə cəmiyyət 
aktivliyinin dominant v
ə ayrılmaz amili kimi məhz dil çıxış edir. Dil fikri əsaslan-
dırmaq, yəni digərlərini inandırmaq vasitəsi kimi də fəaliyyət göstəricisidir. Onun 
əsas funksiyalarından biri də müəyyən məqsədə çatmaq üçün əqlin, fikrin inkişafı-
nı müəyyənləşdirməkdir. 
2. Dil s
ituasiyası - həyatın, varlığın formasıdır, cəmidir, burada ərazi-sosial 
münasib
ətlər və  funksional  əlaqələr,  coğrafi-regional yaxud siyasi-administrativ 
əlamətlər əsas yer tutur. Bu baxımdan dil situasiyası sosiolinqvistikanın predmeti-
dir. Sosial-kommunikativ sistemin komponetl
əri arasındakı funksional münasibət-
l
ər dil situasiyasını formalaşdırır. Dil situasiyası anlayışı, adətən, böyük dil cəmiy-
y
ətlərində- ölkə, region və respublikalarda dəyişkən xarakter daşıyır. 
3. Komminikativlik dil situasiy
asının əsas xüsusiyyəti kimi çıxış edir. Dil si-
tua
siyasının 2 əsas forması kommunikasiya prosesində özünü göstərir: 1) potensi-
al forma, 2) real forma. 
4.Dil situasiyasının təsviri nitq situasiyasına doğrudur. Yəni istiqamət dil si-
tuasi
yasından nitq situasiyasına yönəlir, bu prosesdə sözün fikri əlaqəsi formala-
şır. Həmin prosesdə formalaşan əqli, zehni obraz sözlə təmasda olur, obrazdan sö-
z
ə, sözdən obraza doğru istiqamətlər yaranır. Sözdə oyanan əqli obraz predmetdə 
əksini tapır. 
5.Dil situasi
yası bir sıra sosial problemlərlə üzləşir. Məsələn, qlobalaşma ki-
mi bir hadis
ə dilə öz təsirini göstərir. Bu proses hər hansı bir ölkədə iki aspektdə 
gedir. Q
ərbin hegemonluğu nəticəsində ingilis dilindən müasir Azərbaycan dilinə 
keç
ən sözlərin şəbəkəsi genişlənir. Azərbaycan dilinin lüğət tərkibində həyat sfe-
ra
sına uyğun dəyişmə baş verir. Və yaxud latınlaşma prosesi, latın əlifbasına ke-
çid bir çox aparıcı türk dilləri ilə müqayisədə müasir tatar dilində ləngiyir. 
6.Dil situasiyası çoxaspektli və çoxəhatəli tipoloji əlamətlərə malikdir. Dil 
si
tuasiyasiyanın  tipoloji  əlamətləri  bunlardır:  dil  müxtəlifliyi (birkomponetlilik, 
çoxkomponentlilik), etnik müxt
əliflik (eynitipli dillər), demoqrafik tarazlıq, kom-
 
94 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
mu
nikativ  güc  (eynitarazlıq),  kommunikativ  sferanın  faizi;  genetik  müxtəliflik 
(ge
netik yaxınlığın dərəcələri), tipoloji müxtəliflik, funksional bölgü və prestij. 
7.Dil situasiyası linqvistik və sosiolinqvistik kriteriyalara ayrılır. Linqvistik 
kri
teriyalar aşağıdakılar hesab olunur: dillərin genetik yaxınlığı; ümumdanışıq for-
ma
ları (koyne və dialektlər); nitqin qarışıq formaları. Sosiolinqvistik kritieriyalar 
is
ə bunlardır: ənənəvi status, rəsmi status və s. 
8.Dil situasiyası anlayışı sosiolinqvistik xarakter daşıyır. Bununla belə, dil 
situa
siyası  tipoloji  xarakterlidir,  umumi  və  unikal səciyyəlidir. Bu xüsusiyyətlər 
daxilind
ə həmin situasiyada əsas və əlavə dillərin bir-birinə təsiri qaçılmazdır. 
9.Dil situasiyası- bu linqvocoğrafi vahiddir, sosiumla əlaqəsi olan və sərhəd 
t
əşkil edən, dillərin bir-birinə təsiri ilə xarakterizə olunan funksional münasibətlə-
rin toplusudur. 
10.Dil situasiyası üçün əsas komponentlərdən biri coğrafi təyinatdır. Dil si-
tu
asiyası həmişə ərazi faktoru ilə əlaqədardır; ərazi üzrə təyin olunur. Bir sıra dil 
si
tuasiyaları böyük çoxdilli dövlətlərdə (Hindistanda, Çində, Rusiyada) yarımsitu-
asiyalarla xarakteriz
ə olunur. 
11. Dil situasiyaları dillərin kontinuum səviyyələrinə görə də müəyyənləşir. 
Az
ərbaycan cəmiyyətinin ictimai-sosial həyatı müstəqillik illərində dəyişmiş, dil 
situasiyasında da müəyyən yeniliklər yaranmışdır. 
12.Dil  situasiyası  sosiolinqvistik  paradiqmalarla  da  səciyyələnir. Bu, bir 
paradiqmanın başqa paradiqma ilə əvəzlənməsindən irəli gəlir. 
13. Az
ərbaycanda dil situasiyasının tarixi mərhələləri hələ də öyrənilməmiş-
dir. Müasir Az
ərbaycanda da dil situasiyası mürəkkəb və eynicislidir. Ölkədə 2 di-
lin-  rus v
ə Azərbaycan dillərinin münasibəti hələ də əvvəlki dövrlərdən fərqlən-
mir. Bir q
ədər rus dilinin işləkliyi azalsa da, yenə də dövlət idarələrində rus təhsil-
lil
ər fəaliyyət göstərir. Hazırda Azərbaycan mühitində dil situasiyası kimi ingilis-
c
ə  və  türkcə  iştirak  edir.  Sanki  bəzən dilimiz ingilis dilinin «yedəyində  gedir». 
F
ərdi ikidillilik Azərbaycanda əvvəlki dövrlərdə olduğu kimi kütləvi xarakter da-
şımır. Dil situasiyasının aspektləri də ölkədə dəyişdirilmişdir. 
14. Sovet dövründ
ə ana dilini (Azərbaycan dilini) kasıb sayanlar rus dilində 
öz  övladlarını  təhsil  almağa  vadar  edir,  belə  məqamda həmin  uşaqlar  milli 
keyfiyy
ətlərdən uzaq düşür, məhrum olurdular. Bu fakt bir sıra ölkələrdə dövlət 
s
əviyyəsində  həyata keçirilirdi. Məsələn,  SSRİ  dağılandan  sonra  1994-cü ildə 
Belorusiya  prezidenti  A.Q.  Lukaşenko  tərəfindən belə  bir ifadə  səslənmişdir: 
«По-белорусски нельзя выразить ничего великого Белорусский язык-бедный 
язык. На свете есть только два великих языка-русский и английский». 
15.Ölk
əmizdə dil situasiyasını obyektiv və subyektiv faktorlar da müəyyən-
l
əşdirir. Həmin faktorlar bunlardır: linqvistik faktorlar (genetik yaxınlıq: Azərbay-
can-türk dill
əri arasında genetik yaxınlıq çox olduğu üçün həmin dilllərin daşıyıcı-
la
rı  bir-birini  daha  yaxşı  başa  düşürlər); dialekt kontinuumu (xüsusi linqvistik 
izoqlosslar); sosiolinqvistik faktorlar (
ənənəyə görə tarixən bir dil, məsələn, türk 
 
95 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə