N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış
Ş.R. HƏSƏNLİ-QƏRİBOVA
ALINMA SÖZLƏR ETNOQRAFİK LEKSİKADA
Açar sözl
ər: Etnoqrafik leksika, alınma söz,
assimilyasiya, etnoqrafizm, türkdilli
abid
ələr
Ключевые слова:
Этнографическая лексика, заимствованные слова, асси-
миляции, этнографизм, тюркоязычные памятники
Key words: Ethnographic lexicon, borrowed word, assimilation, ethnographism,
turkic monuments
Dil xalqı yaşadan ən mühüm amildir. Xalqın məişəti, yaradıcılığı, təsərrüfat
f
əaliyyəti,
bir sözlə, bütün həyatı dil vasitəsilə əks olunur, tarixdə yaşama hüququ
qazanır. Dil hər bir xalqın yaşam, təfəkkür xüsusiyyətlərini bütünlükdə əks etdirir.
Dilin inkişafı xalqın elminin, mədəniyyətinin inkişafı ilə bağlıdır. İnkişafda olan
dil mü
əyyən baxımdan inkişafda olan xalq deməkdir. Bu xüsusiyyətlər dilin bütün
sferalarında, xüsusilə etnoqrafik leksikasında öz əksini tapır. Xalqın tarixini əks
etdir
ən etnoqrafiik, onu özündə yaşadan dil vasitəsilə gələcək nəsillərə ötürülür.
Etno-kulturoloji,
etno-psixoloji, etno-iqtisadi amill
əri nəzərə alaraq xalqın
tarixd
əki yeri və inkişaf vəziyyətini özündə əks etdirən etnoqrafiya yalnız dillə
üzvi v
əhdətdə inkişafını təmin edə bilər. Dilçilik elmi ilə tarix–etnoqrafiya elmini
özünd
ə birləşdirən etnoqrafik leksika bu baxımdan olduqca əhəmiyyətli yer tutur.
Xalqın etnik simasını, milli xüsusiyyətlərini, mifik- mənəvi və maddi dünyasını
özünd
ə əks etdirən etnoqrafik leksika cəmiyyətdəki sosial-iqtisadi və maddi-
m
ədəni sferaların inkişafından asılı olaraq formalaşır, dəyişikliklərə məruz qalır
v
ə yeniləşir. Ümumilikdə, cəmiyyət və həyatın inkişafı davam etdiyi müddətdə
bütün t
ərəqqi və nailiyyətlərin əks olunduğu, ifadə olunduğu dil və onun lüğət
t
ərkibi də formalaşır, inkişaf edir. Belə ki, cəmiyyətdə baş verən proseslər, xalqın
maddi-m
ənəvi dünyasına inqilabi təsir edən yeni hadisələr, kəşf olunan yeniliklər,
onlarla bağlı məfhum və anlayışlar təfəkkür süzgəcindən keçərək
dildə yeni
sözl
ərin yaranmasına səbəb olur. Ancaq bu heç də hər zaman eyni olmur və dil
baş verən inkişafa hər zaman eyni münasibətdən çıxış etmir. Bəzən yeniliyi öz
lüğət tərkibindəki hər hansı bir dil vahidi ilə əks etdirmək yolu ilə milliləşən dil
b
əzən də yeniliyə uyğunlaşa bilmir. Dildə həmin yeniliyi əks etdirə biləcək yeni
söz h
ər zaman dilin daxili imkanları ilə yaranmır. Bu zaman başqa dillərə
müraci
ət olunur və yeni anlayış və ya məfhumu ifadə edən söz dilə başqa bir
dild
ən alınır. Qeyd etdiyimiz proses özünü dilin tarixi inkişafını özündə əks
etdir
ən etnoqrafik leksikada da göstərir. Bu isə etnoqrafik leksikanın geniş əhatə
dair
əsinə malik olması ilə əlaqədardır. “Başqa dillərdən alınmalar, adətən,
realil
ərlə, hadisə və predmetlərlə birlikdə gəlir, dil üçün yeni material olur.
Alınmalar dilin öz vahidlərindən fərqli statusa malik olur və dil daşıyıcılarının
87
N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış
diqq
ətini daha artıq çəkir.” [1.8] Ancaq etnoqrafik leksikada müşahidə olunan
alınmalar dildəki digər alınmalardan bir qədər fərqli xüsusiyyət daşıyır. Belə ki,
ədəbi
dilin elmi, rəsmi və s. üslublarına xas olan alınmalarda dilə yad olma
xüsusiyy
əti özünü qoruyub saxladığı halda, etnoqrafik leksikada dilin belə sözləri
assimilyasiya etm
əsi prosesi müşahidə olunur. B.A.Larin bu prosesi sözlərin
m
əişətdə istifadəsilə əlaqələndirmişdir: “Sözlərin məişətlə daha artıq qovuşması
dil assimilyasiyasını şərtləndirir.” [3.128] Bu isə etnoqrafik sözlərin daha qədim
alınmalar olması və əksərən şifahi yolla keçməsi ilə əlaqədardır. “ Əcnəbi sözdə
daha çoxlu
köklü d
əyişiklik o zaman baş verir ki, bu söz şifahi şəkildə alınmış
olsun. Bu halda alınan sözün səs tərkibində ciddi dəyişiklik baş verir, onun mənası
n
əzərə çarpacaq dərəcədə dəyişir.” [2.97-98]
Bu baxımdan türk dillərində alınma sözlər məsələsini tədqiq edərkən yalnız
müasir dövr deyil, tarixi inkişaf prosesi də nəzərə alınmalıdır. Alınmalar müasir
dövrün m
əhsulu deyil və qədim dillərdə də çoxsaylı alınmalara təsadüf etmək
mümkündür. Bel
ə alınmalar isə sözsüz ki, etnoqrafik leksikada yaşamaqdadır.
Etnoqrafik leksikadakı alınmalar cəmiyyət və məişətin əksər sahələrini əhatə
etm
əklə yanaşı, onların alınma olub-olmadığını müəyyənləşdirmək bir qədər
ç
ətindir. XI-XII əsr türklərinin etnoqrafik leksikasına nəzər saldıqda, ilk baxışda
türk m
ənşəli görünən sözlərin qədim dövrlərdə soğd, tibet, çin, hind dillərindən
keçdiyi m
əlum olur. Düzdür, belə sözlər olduqca azdır.
Bu barədə bizim üçün əsas
qaynaq olan “Divanü-
luğat-it-türk” əsərində bu sözlərin sayı azdır:
kez, fagfuri,
loxtay kimi
Çind
ən ixrac edilən parçaların,
irwi, uragun kimi Hindistandan
g
ətirilən dərmanların, türklər tərəfindən əvvəllər istifadə olunmayan, qonşu
xalqlarla
əlaqələrin qurulması ilə süfrələrə yol tapan
buxsım,
bekni kimi içkilərin
adları həmin mallarla birlikdə xalqın dilinə keçmiş burada yaşam hüququ
qazanmışdır. Onu da qeyd etmək lazımdır ki, M.Kaşğarinin verdiyi qeydlərə
əsaslanaraq demək olar ki, bu sözlər heç də bütün
türklərdə işlənməmiş, həmin
xalqlara qonşu olan türklərin dilində işlənmiş, lakin nisbətən uzaqdakı başqa türk
xalqlarının dilinə keçməmişdir. Belə ki, areal baxımından sözün yarandığı dilə
yaxın olan dil sözün məhz mənbə dildən mənimsəməyə üstünlük verirsə, nisbətən
uzaqda yerl
əşən dil özünə daha yaxın olan vasitəçi dilin
köməyilə yeni sözü lüğət
t
ərkibinə qəbul edir. Bu baxımdan şərqdəki türklərin dilində çin, hind, soğd,
xar
əzm dillərindən alınmalara rast gəlinirsə, sonrakı dövrlərdə oğuz, qıpçaq kimi
q
ərbdə yaşayan tayfaların dillərində ərəb-fars alınmalarına təsadüf edilir.
Ümumiyy
ətlə, XI-XII əsr yazılı nümunələri arasında şamanizm və buddizmlə
bağlı işlənən soğd, xarəzm dilindən keçmiş alınma sözlər yalnız M.Kaşğari
t
ərəfindən toplanmışdır. Ancaq qeyd etmək lazımdır ki, XI-XII əsr türklərinin
dilind
əki ərəb-fars alınmaları da dini səciyyəli sözlərdir və yalnız Quran
t
ərcümələri ilə əlaqədar olaraq, XII əsrdə dilə yol tapmağa başlamışdır. Bu isə
ilkin dövrl
ərdə dini terminlərin kalkaetmə yolu ilə türkcə qarşılıqlarının
işlədilməsi ilə bağlıdır. Bunun ən gözəl nümunəsini biz Y.X.Hacibin “Kutadgu
88