Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə37/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   33   34   35   36   37   38   39   40   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
ma
teriallar olmalıdır. Ana dili fənninin tədrisində fəal (interaktiv) təlimdən istifa-
d
ə edilməsi şagird fəallığının artırılmasına, məntiqi təfəkkürün inkişaf etdirilməsi-
n
ə, yaradıcılıq  qabiliyyətlərinin  formalaşmasına  və  bütövlükdə  təlimin  yaxşılaş-
ma
sına şərait yaradır. Hər bir dərsin gedişi şagirdlərin qavrama qabiliyyətlərindən 
asılıdır. Bu gün məktəbə qədəm qoyan şagirdin aldığı bilik dinləmə, eşitmə, müşa-
hid
əetmə yolu ilə əldə edilir. O fikirlərini danışaraq nümayiş etdirir. Şagirdin söz 
ehti
yatının zənginləşməsində, nitq bacarıqlarının formalaşmasında səlis, rəvan da-
nışıq əsas rol oynayır. Məhz danışıq prosesində şagirdin nitqi formalaşır, inkişaf 
edir.Ana dili f
ənni şagirdlərin nitq mədəniyyətinin formalaşmasında aparıcı möv-
qe tutur. D
ərs prosesində şagird diqqətlə dinlənilməli, söylədiyi fikrə hörmətlə ya-
na
şılmalı, ona sərbəst mühakimə yürütmək imkanı yaradılmalıdır. Şagirdin fikirlə-
ri
ni yaradıcı şəkildə ifadə etməsi üçün zəngin söz ehtiyatına malik olması, bu fi-
kirl
ərin yazılı ifadəsi üçün dil qanunlarına yiyələnməsi ana dili fənnindən gözləni-
l
ən təlimin nəticəsidir. 
B
əlli olduğu kimi, dil ictımai hadisədir. Hər bir uşaq da başqalarına müraci-
ət etmək  ehtiyacından  dildən ünsiyyət vasitəsi kimi istifadə  etməyə  məcburdur. 
Uşaq məktəbə gəldiyi ilk gündən onun əhatəsindəki insanların – valideynlərin, ya-
xınlarının, o cümlədən məktəbəqədər tərbiyə müəssisəsindəki müəllimlərinin tə-
l
əffüzünü özü ilə gətirir.Əgər bu insanlar yerli şivədə danışırlarsa, birinci sinfə gə-
l
ən şagird də o cür danışır. Yerli şivə şəraitində düzgün yazı və tələffüz qaydaları-
nın öyrədilməsi müəllimdən xüsusi zəhmət tələb edir. Məsələn, Yevlax şivəsində 
da
nışan bir şagird cib əvəzinə civ, çoban əvəzinə çovan, alıb, gəlib əvəzinə alıf, 
g
əlif, ağac əvəzinə ağaş söyləyəcək və yazacaqdır. Beləliklə, düzgün yazı qayda-
la
rına riayət olunmasında, bu qaydaların mənimsənilməsində qarşıya çıxan mane-
ələrdən biri kimi yerli şivələrin dilə sirayət etməsini göstərə bilərik. Bunun aradan 
qal
dırılması, şagirdlərin düzgün ədəbi tələffüz qaydalarına yiyələnməsi üçün mək-
t
əbdə vahid nitq qanun-qaydalarının möhkəm olması vacib şərtdir. Çünki müəllim 
da
nışarkən onun nitqində şivə xüsusiyyətləri müşahidə edilirsə, şagirdlər də bunun 
s
əhv olmadığını düşünürlər. Müəllimin nitqi düzgün, dolğun, nümunəvi olarsa, tə-
l
əffüz qaydalarına düzgün riayət edilərsə, bu, şagirdlərə müsbət təsirini göstərə-
c
əkdir.  Təkcə  Azərbaycan dili müəllimləri deyil, bütün fənn müəllimlərinin  şa-
girdl
ərin nitqinə nəzarət etməyi sayəsində istənilən nəticəni əldə etmək mümkün 
olar. H
əmçinin sinifdə deyil, sinifdən xaricdə də şagirdlərin nitqinin düzgünlüyü-
n
ə nəzarət edilərək, qüsurların yerindəcə düzəldilməsi vacibdir. Bu zaman şagir-
din yoldaşlarının da bu işə cəlb edilməsi təsirli ola bilər. Belə ki, şagirdlər qarşı-
lıqlı olaraq öz nitqləri üzərində müşahidə aparmaqla bir-birinin tələffüz səhvlərini 
düz
əldə bilərlər. 
B.Vahabzad
ənin öz övladını əcnəbi dildə oxudan ana dili müəlliminin dö-
nüklüyünd
ən bəhs edən  “Riyakar”  şeiri  əsasında  hərfi və  ədəbi tələffüz arasnda 
müqayis
ə aparaq. 
 
 
85 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
H
ərfi tələffüzlə: 
Ədəbi tələffüzlə: 
Bir- n
ədir, beş-altı dil bilsin gərək, 
Bir- n
ədir, beş-altı dil bilsin gərə[x`], 
Bizim sabahımız – körpələrimiz. 
Bizim sabahımız – körpələrimiz. 
V
ətən dilinə də dodaq büzməyək, 
V
ətən dilinə də doda[x] büzməyə[x`], 
Burdan ayaq açıb, yola çıxaq biz. 
Burdan aya[ğ] açıb, yola çıxa[x] biz. 
Evd
ə ayaq açır əvvəlcə hər kəs, 
Evd
ə aya[ğ] açır əvvəlcə hər kəs, 
Sonra uzaqlara düşür qədəmlər. 
Sonra uza[x]lara düşür qədəmlər. 
 
Yazılı dil – kitab dili şagirdləri hərfi- orfoqrafik tələffüzə meyil etdirir. Nü-
mun
ədən göründüyü kimi, oxu prosesində ədəbi tələffüz qaydalarını gözləmək qi-
ra
ətin təbiiliyini təmin edir.Təəssüf ki, müəllimlərimizin çoxu bu məsələyə diqqət 
yetirmirl
ər,  əsərin  şifahi  nitqdə  təbii səslənməsinə  xələl gətirən hərfi tələffüzlə 
oxu
manın qarşısını almırlar. Halbuki şagirdlər yalnız sinifdə bu cür tələffüzdən is-
tifad
ə edirlər. Dərsdən sonra isə yenə öz şivələrində danışırlar. Onu da qeyd edək 
ki,  yazılı  dil  ədəbi tələffüzün mənimsənilməsinə,öyrənilməsinə  əngəl  olduğuna 
baxmayaraq, istiqam
ətverici rola da malikdir. 
B.Çobanzad
ə türk dillərinin və ədəbiyyatlarının tədrisi və tədqiqi metodları-
nın öyrənilməsinə həsr olunmuş “Türk dili və ədəbiyyatının tədris üsulu” (Bakı, 
1926-
1927)  kitabında  yazır:”Dil  tədrisindən məqsəd  doğru  oxuyub-yazmağı  öy-
r
ətmək deyildir. Filvaqe bu da mühüm bir məsələdir, lakin bundan əvvəl dilin me-
xa
nizması, üzviyyatı və təşəkkülatı ilə tələbələri az-çox aşina etməkdir.Bu da an-
caq cocuqların öz dilini, ana və ailə dillərini onlara tədqiq etdirmək, onların ruh və 
zehinl
ərinə, ictimai istedadlarına yaxın bir surətdə rəhbərlik və müəllimlikdə bu-
lunmaqla olur.” 
B
əli, dilin tədrisi zamanı təkcə orfoqrafiya və orfoepiya məsələləri deyil, di-
lin  quruluşunu  və  bu  quruluşu  əmələ  gətirən  ayrı-ayrı  ünsürlərin təhlil olunaraq 
öyr
ənilməsi gərəkdir. Dilimizin incəliklərini gənc nəslə sevərək öyrədək, ana dili-
mi
zin saflığını  qorumaq  naminə  laqeydlik göstərməyək, onun təmizliyi  uğrunda 
ged
ən mübahisələrdən və mübarizələrdən kənarda qalmayaq. Bu sahədə uğur əldə 
edilm
əsi üçün orta və ali məktəb auditoriyası qədər hər bir ziyalının həssas və diq-
q
ətli yanaşması əhəmiyyətlidir. 
 
86 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə