N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış
Bilig”
əsərində görə bilərik. Əsərdə Allahın vəsfini
bildirən Törütgen (Xaliq),
İgidgen (Rezzā), Keçürgen (Qafūr, Qaffār), İdi (Rəbb), Ugan (Qadir), Erklig
(Muktedir), Munsuz (Samed)
kimi adların verilməsi həmin dövr dinlə bağlı
yazılan əsərlərdə kənar dilin təsiri ilə yeni söz modelləri əmələ gəlməsini göstərir.
Bel
əcə, türklərin ideya-bədii düşüncə və təfəkkürünə hopmuş yüzlərlə söz
işləkliyini itirmiş, arxaikləşərək dilə yeni daxil olmuş alınmalarla əvəzlənmişdir.
“Kutadgu Bilig”, “Divani-Hikm
ət” və “Ətabətül-Həqaiq” islam dininin
ənənələrini özündə əks etdirən əsərlərdə dini inancla bağlı islami anlayışlar və
onları ifadə edən ərəb-fars mənşəli sözlər işlənilməyə başlayır.
H
ətta islamla bağlı türk mənşəli
yalawaç, sawçı, yek, yükünç, mük, yumışçı,
uçmaq kimi sözl
ərin yerinə sonrakı dövr əsərlərində “
peyğəmbər, rəsul, şeytan,
m
ələk, namaz, rüku, cənnət, firdevs” kimi alınmalar işlənməyə başlamışdır. Bu
bar
ədə araşdırma aparan E.Üşenmez Qaraxani türkcəsində yazılmış əsərlərdən
“Kutadgu Bilig”d
ə 334 ərəb, 79 fars, “Ətabətül-Həqaiq”də 251 ərəb, 103 fars,
“Divani-Hikm
ət”də isə 763 ərəb, 588 fars mənşəli sözün olduğunu qeyd edir.
[4.251] Bu is
ə əsasən din və etika məsələlərinə həsr olunmuş əsərlərin yazılma
dövrl
ərinə görə alınmaların dildəki mövqeyini əks etdirir. Verilən alınmaların
t
əqribən 15%-in etnoqrafik leksikaya aid olduğunu nəzərə alsaq, alınmaların dilin
bu sah
əsindəki yerinin çox cüzi olduğunu görə bilərik. Ancaq onu da vurğulamaq
la
zımdır ki, XIII əsrə qədərki türk xalqlarının etnoqrafik leksikasının tədqiqi za-
ma
nı tədqiqatçıların bilərək və ya bilməyərəkdən sözün etimologiyasını türklərə
qon
şu xalqların dillərilə əlaqələndirmələri alınmaların sayının süni şəkildə artırıl-
ma
sına səbəb olmuşdur. Bu baxımdan həmin dövrün etnoqrafik leksikasının hərtə-
r
əfli tədqiqi dildəki alınmaların və alınma sözlərin qəbul olunması və işlənməsi
prinsipl
ərinin öyrənilməsi sahəsində də yeni imkanlar açır.
Ədəbiyyat
1. S.X
əlilova . İnternasional terminlər.Maarif.-1991 s.8
2.
Н.А.Шанский. Лексикология современного русского языка. М.1978,
с.97-98
3.
Б.А.Ларин. О лингивистической характеристике города. История советс-
кого языкознания. Хрестоматия . М.1988., с.128
4.
E.Üşenmez. Karahanlı eserlerindeki söz varlığı hakkında., Akademik
İncelemeler Cilt:3 Sayı:1 Yıl:2008, s.247-253.
89
N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış
Q.Ş. KAZIMOV
BİR NEÇƏ ŞƏKİLÇİNİN İŞLƏNMƏSİ HAQQINDA
Açar sözl
ər: Şəkilçi,
–ыш, –дакы, –lı. –сыз
Ключевые слова: Cуффикс, –ыш. –дакы. –лы. –сыз
.
Kay words: Suffiks, –
ыш. –дакы. –лы. –сыз.
Dilimizd
ə bir neçə şəkilçi var ki, onlardan ya morfologiya kitablarında bəhs
edil
mir, yaxud da onlar başqa cür izah edilir. Bura -
ış, dakı, -lı və
-sız şəkilçiləri
daxildir.
1.-
ış şəkilçisi dördvariantlı bir morfemdir. Dilimizin morfoloji quruluşundan
b
əhs olunan əsərlərdə bu şəkilçi həm feldən
isim düzəldən şəkilçi, həm də felin
qa
yıdış və birgəlik mənalarını ifadə edən şəkilçi kimi izah olunur. Məsələn:
Bu
iniltili
çağırışa cavab verən olmadı.(M.Hüseyn)
Öz atanla, ananla qucaqlaşıb gö-
rüşdün (S.Rüstəm)
– cümlələrində
-ış,-ş şəkilçisi fel kökünə və əsasına artırılmış-
dır:
Çağır(maq) – çağırış
Gör(m
ək) – görüş(mək)
Qucaqla(maq) –
qucaqlaş(maq)
Bu sözl
ərdən
birincisi isimdir, feldən düzəlmişdir, felin təsirlik, növ, inkar-
lıq xüsusiyyətlərini tamamilə itirmiş və düzəltmə ismə çevrilmişdir. İkinci misalda
da
-
ış şəkilçisi felin kökünə artırılmışdır. Üçüncü misalda isə fel əsasına birləşmiş-
dir.
Bu sonuncu sözl
ər felin əsas əlamətləri olan təsirlik, növ və inkarlıq xüsusiy-
y
ətlərini saxlamışdır:
görüşmək – görüşdürmək – görüşdürülmək – görüşdürməmək; qucaqlaşmaq
– qu
caqlaşdırmaq – qucaqlaşdırılmaq – qucaqlaşdırılmamaq (
görüş sözünün isim
forması da var, onu fel forması ilə qarışdırmamalı).
Bel
əliklə, bu şəkilçi (
-ış şəkilçisi) fellərə artırılaraq ya isim, ya da feldən
başqa bir növü bildirən fel düzəldir.
Lakin dilimizd
ə
-ış şəkilçisinin başqa bir funksiyası da var və həmin
funkisiya il
ə bu şəkilçi vasitəsilə çoxlu xüsusi isimlər düzəlir. Şəkilçinin bu
funksiyası barədə morfologiya kitablarında danışılmır. Bu vəzifədə
-ış şəkilçisini
əvvəlki iki şəkilçidən
fərqləndirən cəhət budur ki, bu şəkilçi isimlərdən isim dü-
z
əldir.
Faktlar göstərir ki, xüsusi isimlərdən xüsusi isim düzəldən bu şəkilçi
başdan-binadan kiçiltmə, əzizləmə çaları yaratmaq üçün yaranmışdır. Lakin
bunun –
bu şəkilçinin əsasında çoxlu şəxs adları yaranmış, həmin adlar geniş
işləklik qazanmış və öz kiçiltmə çalarını, demək olar ki, itirmişdir. Məsələn:
İb-
rahim –
İbiş, Südabə – Suduş, Gülsəba – Gülüş, Əliverdi (Əliməmməd) – Əliş,
90