Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə34/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   30   31   32   33   34   35   36   37   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Kor m
ənasında işlənən qarağı arxaizmi də, fikrimizcə, qara köklü sözlərdən 
olub, qaranlıq məfhumu, qara sifəti ilə bağlıdır. 
Quru;  –  Quru gön bit arturar (153). 2.Hörm
ətsiz mənasında:  Quru  salamı 
yel alur. 3. Ac m
ənasında: Qışın çırağı quru olanın, yazın tamağı quru olar (152). 
4. Günahkar m
ənasında: Quru qatında yaş da yanar (141). 
Toğru;  –  Müasir dilmizdə  bu söz «t-d» səs  əvəzlənməsi ilə  sabitləşib.  1. 
Toğru derlər: İttifaq etsə kişi aləmi dutar. 2. Haqlı, düz danışan mənasında: Toğ-
ruya z
əval yoqdur (135). 3. Yol mənasında: Toğrudan gedən gec gəlür, tolamça-
dan tez g
əlür (135). 4. Günahsız mənasında: Toğru tutulmayınca əgri bulunmaz 
(132). 
Ağır  (əziz);  –  Taş  qopduq  yerdə  ağır  olar  (134).  2.  Hörmət etmək məna-
sında: Qonağın enisi endicək ev issin ağırlar (147). Toq ağırlamaq güc olur (135). 
Yuxarıda  göstərilən  işləkliyini  saxlamış  sifətlərlə  yanaşı,  mənbədə  arxaik-
l
əşmiş  sifətlər də  zəngin məna  çalarları  ilə  ifadə  olunmuşdur.  Məsələn:  tatlı 
(şirin), qarağu (kor), ulu (böyük) və s. 
Tatlu (şirin); – Tatlu suyu kim içməz (134). 2. Ürəkaçan mənasında: Tat-
luyu tatlu söyl
ə (135). Övrətə bir ətək aqçadan bir tatlu dil yegdir (138). 3. Əziz, 
qiym
ətli mənasında: Adəm oğlanı yaşadıqca canı tutlu olur(31). 
Ulu (böyük); –  ulu-
ulu tağları keyiklər bilür (37). 2. Qoca, müdrik məna-
sında: Ulular sözin tutmayan ylayu qalar (59). 
Fell
ərin çoxmənalılığı  abidənin dilində  çox  geniş  şəkildə  nəzərə  çarpır. 
Çünki obrazlılıq gücü yüksək olan paremilərdə müxtəlif məfhumlara aid hərəkət-
l
ərin oxşadılması və köçürülməsi nəticəsində fellərin polisemantik əlaməti ortaya 
çıxır. Məsələn, düşmək, almaq, kəsmək, aşmaq, qoparmaq, çəkmək, çıxmaq və s. 
bu kimi fell
ər, «Oğuznamə»nin dilində də, bu gün müasir dilimizdə olduğu kimi 
işlənməkdə və çoxmənalılıq ifadə etməkdədir. 
Almaq:  –  götürm
ək, istəmək mənasında:  Danışməndlər vermək sevməz
almaq sev
ər (107), Yoqludan tanrı da almaz (193). 2. Evlənmək mənasında: Qız 
almaq, hasar almaq kibidir (153), G
ənc alan aldanmaz (106). 3.Sevmək məna-
sında: Könül alan güvəndi (162), 4. Çatmaq mənasında: Yorğa yolda qalır, yelə-
d
ən mənzil alır (190), 5.  İncitmək mənasında: Yılanın öcün kərtənkələdən alma 
(196). 6. Javab verm
ək mənasında: Yenilə bay olan salam almaz (189). 
Ç
əkmək:–  çəkmək, vurmaq mənasında:  Birəgünün  beş  ağçalıq  yayın  çək-
m
əkdən beş yüzlıq qılıncın çəkmək yegdir. 2.Qalxmaq mənasında: Nərdübanı tam 
üstün
ə çəkmə, aqibət sarqup enərsən (181). 3.Qəmlənmək mənasında: Üç nəsnə 
adamı arıqladır: sini çınğırtısı, övrət yavuzlığı, intizar çəkmək (37). 4. Qaldırmaq 
m
ənasında: Qurd boynuna çəkər: assın dönüb, nəsnə umma (142). 
Çıxmaq: – Ət ilə dırnaq arasına girən yeyüp çıqar (65). 2. Qalxmaq, eşidil-
m
ək mənasında: Köpək üni gögə çıqmaz (165). 3. Kor olmaq mənasında: Kəndü 
düşən ağlamaza ağlamaq degil, amma gözi də çıqar (169). 4. Qazanmaq mənasın-
da: Ər olan rizqin taşdan çıqarur (61). 5.Səhv etmək mənasında: Niylərsən eylə, 
 
78 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
yoldan çıqma (180). 6. Şərlənmək mənasında: Bir kişinin adı çıqıncayadək gönü 
çıqar (77). 
Düşmək– Qarağı qutsuzu bir düşdügü yerə yenə düşər (144). 2. Qaçmaq 
m
ənasında: Keçmiş yağmurun kəpənək kibi ardına düşmə (156). Quyuyu boyunca 
qaz,  şayəd kəndin  düşərsən (155). 3. Olmaq mənasında:  Ümməti-Məhəmmədin 
sözi k
əsadlığa düşməsin (37). 
K
əsmək:  –  Sürçinatın  ayağın  kəsməzlər  (76).  2.Paylaşmaq  mənasında: 
Ətmək kəsmək hünərdir (30). 3. Uzaqlaşdırmaq mənasında: Övrət kişiyi atadan-
anadan  ayırar,  eşindən-dostundan kəsər (137). 4.Doymaq mənasında:  Qurd 
qoyun
dan tamaın kəsməz (154). 5. Məğlub olmaq mənasında: Kəsəmədigin əli öp, 
başına qo (162). 
Verm
ək:–  Qaşığ  ilə  aş  verüp,  sapıyla  gözün  çıqarma  (141).  2.  Göstərmək 
m
ənasında: Almaq qolay, vermək gücdür (61). Oğlana üz versən başdan aşar (36). 
3. Ölm
ək mənasında:  İllətlə  dirilən möhnətlə  can verər (137). 4. Həsib etmək 
m
ənasında: Tanrı kişiyə kəndiyə müti olmaz oğul versin (85). 5. Danışmaq məna-
sında: Sən qazan, qonşun hesabın verə, sənin gözündəki çopi görməyə (113). 
Yapmaq:  –  tikm
ək mənasında:Məscid  yapılmadan,  ğərib  qapısına  gəlir. 
2.N
əsib etmək mənasında:  Qarağı  legləgin  yuvasın  haq  yapar  (142).  3.  Sevin-
dirm
ək mənasında: Könül yapdun, əriş yapdın, könül yıqdın, əriş yıqdın (163). 
Bulmaq:  – 
tapılmaq  mənasında:Verəcək ucundan alacaq bulmadım  (183). 
At bulunar, 
əyər bulunmaz (20). 2. Yaşamaz mənasında: İyəvən qız ərə varmaz, 
varırsa da bəxt bulmaz (33). 3. Söyləmək mənasında: Toqun önünə aş qosan, bin 
qurlü b
əhanə bular. 
Arınmaq: – təmizlənmək, hörmət qazanmaq mənasında:Arx arınar, ad arın-
maz. 
Urmaq:  –  Döym
ək mənasında: Eşəgə gücün yetməsə, qoduğun urma (46). 
2. Ovlamaq m
ənasında: Bir taş ilə iki quş urulmaz (70). 3. Etmək, eləmək məna-
sında:  Qurd  ilə  quzu yeyib, qoyun ilə  şivən urma (143). 4. Hesablamaq məna-
sında: Hiç hiçə vursan, yenə hiç (185). 5. Qoymaq mənasında: Qara esəgə yular 
(y
əhər, yedək) ursan, qatır olmaz (149). 
Bayımaq: – varlanmaq mənasında:Kişi bir uğurdan bayımaz (162). 2. Böyü-
m
ək, şöhrətlənmək mənasında: Oğuz yumundan bayımışdır. (Oğuz xeyir-duadan 
varlanar, böyuy
ər) (150). 
«Oğuznamə»də  ümumişlək olan bu fellər digər tarixi mənbələrimizdə  də 
tez-
tez  işlənmiş,  lakin  XVII-XVIII  əsrlərdən  sonra  sabitliyini  itirmişdir.  Bu 
arxaizml
ərin yeni variantları da eyni polisemantikanı saxlamaqdadır. 
Abid
ənin  lüğət tərkibindən gətirdiyimiz kifayət qədər nümunələraforistik 
ifad
ə tərzində polisemiyanın nə qədər güclü olduğunu təyin edir. 
Eyni  zamanda  dilin  inkişafından  doğan  çoxmənalılığın  yaranış  yaşı  bəlli 
olmayan atalar sözl
ərində bu qədər möhkəm mövqe tutması, Azərbaycan dili tari-
xind
ə «Oğuznamə»ni tamamən öyrənməyin aktuallığını bir daha hiss etdirir. 
 
79 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə