Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə30/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   26   27   28   29   30   31   32   33   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
1.
 
ibtidai 
2.
 
izaf
ə 
3.
 
m
əfuli-əleyhə (yönlük) 
4.
 
m
əfuli-be 
5.
 
m
əfuli-məsdur 
6.
 
m
əfuli-fiyə 
7.
 
m
əfuli-mə 
M. Əfşar sifəti adlar qrupuna daxil etmiş və onu “ismi-sifət” adlandırmışdır. 
O, ilk  önc
ə  “İsmi-təxsir”dən  (kiçiltmə  bildirən sifətlər)  danışmış,  onun-cığ 
şəkilçisi ilə əmələ gəlməsini göstərmişdir. 
Feld
ən yaranan isimləri ismi-məsdər adlandıran M. Əfşar yazmışdır: “İsmi-
m
əsdər” o kəlmədir ki, məsdərdən hasil olan bir halı göstərən məsdərin axırıncı 
h
ərfini atıb “m” artırılır: gəlmək-gəlmə, almaq-alma və s.”. 
O, felin zamanlarını belə izah etmişdir: “Zaman üçdür: 
Mazı, hal, müstəqbəl. Hal (indiki zaman): oxunur, çalınır, yazıram, yazırsan. 
Hal-müst
əqbəl hali-vəsfiyyənin axırına-acaq  \\  əcək, -ar\\ -ər  gətirməklə  düzəlir: 
G
ələcək, yazacaq, yazaram, yazarsan, yazar, yazarıq, yazarsız, yazarlar. 
M. Əfşar felin arzu formasını “feli-təmanna” adlandırmışdır. O, kitabında A. 
Bakıxanovdan, Ə. İrəvanidən tutmuş bir çox Azərbaycan dilçiləri kimi isim, fel və 
s
ərh/hərf adı ilə mübtəda, xəbər və ikinci dərəcəli üzvləri nəzərdə tutmuşdur. M. 
Əfşarın  kitabında  da  ismi-mübtəda, fel-xəbər sərhədləri müəyyənləşdirilmışdir. 
S
ərf, hərf və başqa cür adlandırılan ikinci dərəcəli üzvlər də qarışdırılmışdır. Məs: 
M. Əfşar “sərf” dedikdə “qoşmanı”, bəzən də fel formasını nəzərdə tutmuşdur. 
Əsərdə  “Tərkibi-izafi”  adı  ilə  söz birləşmələrinin  ətraflı  şəkildə  izah 
edildiyini görürük.  Cüml
ə  növlərinə  toxunan  M.  Əfşar  “Əl-münhəmat və  əl-
ədavət” başlığı altında sual cümlələrindən söhbət açmışdır. 
Bel
əliklə,  Əfşar  yaradıcılığında  işlənən dilçilik terminləri mənşə  baxımın-
dan t
əhlil edilmişdir. Təhlil nəticəsində aydın olur ki, bu dövrdə işlənən terminlə-
rin çoxu 
ərəb mənşəlidir. Ona görə də terminlər sonrakı dövrlərdə dilimizdən çıx-
mış yeniləri ilə əvəz olunmuşdur. 
 
 
 
 
 
 
69 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
G.K. 
BİNNƏTOVA  
 
ŞƏKİLÇİ MORFEMLƏRİN MÜXTƏLİF SİSTEMLİ DİLLƏRDƏ 
TƏZAHÜR FORMALARI 
 
Açar sözl
ər: ulu dil, morfem, ər sözü, -dar, -ban şəkilçiləri 
Ключевые слова: праязык, морфема, слово ер (ər) , суффиксы – дар, -бан 
Key words: protolanguage, morpheme, word “er”, suffixes - dar, - ban 
 
İnsanlar arasında ünsiyyət vasitəsi adlandırdığımız dil böyük yaradanın bə-
şər övladına bəxş etdiyi ən qiymətli sərvət, ona olan sevgisinin parlaq təzahürü-
dür. H
ələ  eramızdan  əvvəl 40-35 min il ərzində  təşəkkül tapan dil bəşəriyyətin 
keç
diyi inkişaf yolunu özündə yaşadan canlı salnamədir. Bunu nəzərə alsaq, hər 
han
sı bir dil elementinə təkcə linqvistik obyekt kimi yox, eyni zamanda, insan hə-
yat v
ə məişətininin, davranışının, təfəkkürünün, nitqinin formalaşma təkamülünü 
əks etdirən bir qaynaq baxımından yanaşmaq tədqiqatçıya daha dəyərli və doğru 
n
əticələr əldə etməyə imkan verir. 
M
əlum araşdırmalara əsasən dilin keçdiyi inkişaf yoluna nəzər salaq: 
1.M
əhdud  coğrafi  şəraitdə  təşəkkül tapan və  fərdi dil xüsusiyyətləri ilə 
f
ərqlənən ulu dilin yaranması; 
2.Ulu dilin miqrasiyaların nəticəsində protodillərə parçalanması; 
3.Müxt
əlif dil ailələrinin yaranması. 
Göst
ərilən inkişaf xəttini keçmiş dünya dillərinə nəzər saldıqda eyni və ya 
ya
xın mənanı ifadə edən, lakin bu və ya digər şəkildə bu dillərə səpələnmiş və qə-
dim dövrl
ərlə bağlı olan sonsuz sayda dil faktlarını müşahidə edirik. Prof. Q.Kazı-
mo
vun qeyd etdiyi kimi, “Bütün ayrılmalara, parçalanmalara baxmayaraq, ulu di-
lin lüğət fonduna daxil olan sözlər, ulu dilin makro və mikro sistemləri yaranan 
h
ər bir dildə özünə yer eləmiş və bu yolla dil ailələrinə keçmişdir. Həmin lüğət 
fondu v
ə  həmin  quruluş  minilliklər boyu təkmilləşmə, səlisləşmə, sadələşmə  və 
mür
əkkəbləşmə  yolu ilə inkişaf etsə də, bir çox dəyişmələrə məruz qalsa da, öz 
əsasını  dünya  dillərində  saxlamışdır”  (Q.Kazımov  “Azərbaycan dilinin tarixi”, 
2003, s.17-18). 
Dem
ək, dünya dillərində müşahidə edilən oxşar əlamətlərə bu və  ya digər 
dilin bir-biri il
ə əlaqəsinin nəticəsi hesab etmək, onların bir dil ailəsinə mənsublu-
ğunun sübutuna çalışmaq yanlış yanaşma tərzidir. Belə faktların ulu dildən proto-
dill
ərə, protodillərdən dil ailələrinə keçdiyi bu və ya digər inkişaf yolunu izləmək, 
ən qədim praformaları müəyyənləşdirərək nəticəyə gəlmək daha doğrudur. 
Bu m
əqalədə biz də dilçilik  ədəbiyyatında haqqında geni-boluna, müxtəlif 
s
əpkidə  tədqiqatlar  aparılmış  “ər”, eləcə  də  -ban/-man/-van morfemləri, bu 
 
70 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
morfeml
ərin müstəqil və ya şəkilçiləşmiş variantları haqqında araşdırmalarmızdan 
b
əhs edəcəyik. 
Ər morfemi. Kişi,  igid,  qorxmaz,  cəsarətli,  ər (həyat  yoldaşı)  mənalarını 
ifad
ə edən “ər” türk dillərində müxtəlif fonetik variantlarda – səs uzanması, samit 
düşümü, 
dəyişməsi və 
ya 
artımı 
ilə 
müşahidə 
olunur: 
a:r//e:r//ar//er//
ər//iy//ey//yə//hə//rə (ЭСТЯ, 1, 1974, s. 322). Bu söz ilkin mənasını 
(adam, kişi) saxlayaraq ən qədim dövrlərdən mürəkkəb sözün ikinci kompanenti 
kimi d
ə çıxış edərək bəzi türk tayfa adlarında özünə yer almışdır. Məsələn: avar, 
qacar, bolqar, sabar, x
əzər və  s. Müasir Azərbaycan  ədəbi dilində  çapar, yazar 
sözl
ərindəki  ər hissəsi adlardan ad düzəldən morfem mövqeyindədir. Dilimizin 
şivələrində işlənən cuvar (su işlərinə baxan adam), biçər (dərzi) sözlərində də ər 
eyni funksiyanı yerinə yetirir. Müxtəlif sistemli dillərdən dilimizə keçmiş sözlərə 
n
əzər  saldıqda  bu  morfemin  -er//-or//-ar  variantlarını  müşahidə  edirik: spiker, 
killer, milyoner, dizayner, menecer, lider, doktor, diktor, direktor, senator, tokar 
v
ə s. 
“  Ər”  morfeminin  qədim larinqal tələffüzün  əlaməti hesab edilən söz 
əvvəlində  h səsinin  əlavəsi ilə  formalaşmış  variantı  da  dünya  dillərində 
görünm
əkdədir.  İngilis  dilində  III  şəxs təkdə  yiyəlik  əvəzliyi  her  (onun,  qadın 
cinsind
ə), alman dilində  herr (knyaz), slavyan və  german dillərində  hersoq 
sözl
ərini misal göstərmək olar. Lakin bir qrup sözlərdə-- məsələn, ingilis dilində 
b
əzi qohumluq terminlərində: mother (ana), father  (ata),  brother  (qardaş),  fars 
dilind
ə xahər (bacı) sözlərində həmin morfemin şəkilçi mövqeyində çıxış etdiyini 
görürük.. 
Kökünd
ə  ər  morfeminin  daşlaşdığı  aydın  görünən  -tar/-ter/-tor/-dar/-dər 
şəkilçili sözlərə  diqqət yetirək; məs.: fars dilində  madər(ana), pedər(ata), 
b
əradər(qardaş),  doxtər (qiz), ingilis dilində  sister  (bacı),  kişilərə  müraciətən 
işlədilən mister, Balkan dillərində  odatar(ev  işlərinə  baxan),  çaytorı(çayçı), 
dilimiz
ə  Avropa dillərindən  keçmiş  diktator,  admnistrator  sözləri. Bəzi Avropa 
dill
ərində bu mövqedə işlədilən müstəqil ser, yaxud hökmdar mənasını ifadə edən 
çar sözl
ərinin mənbəyi də  elə  bu morfemlə  bağlıdır.  t>d,  d>t,  d>s,  s>ç  səs 
d
əyişmələri göz önündədir. 
El
ə  bu məqamda bəlkə  də  kifayət qədər diqqət yetirilmədiyindən bütün 
normativ qrammatikalarda fars m
ənşəli hesab edilən –dar, -gər, -kar şəkilçilərinə 
d
ə münasibət bildirmək yerinə düşərdi. Türk dilçiliyində -dar//-tar şəkilçinin tutar 
felinin 
farscaya  keçmiş  halı  olduğu  iddia  edilir.  Örnək olaraq sancaktar(sancaq 
tutan), t
ərəftar(tərəf tutan), dəftərtar(dəftər tutan) və  s.sözlər göstərilir. Lakin 
bütövlükd
ə,  qeyd  etdiyimiz  kimi,  dilçilik  qaynaqlarında  bu  şəkilçilərin fars 
m
ənşəli  olduğu  fikri  üstünlük təşkil  edir.  Nümunələrə  nəzər yetirək: hesabdar, 
anbardar, x
əzinədar, misgər, sövdəgər, sənətkar,  peşəkar və  s.  Peşə, sənət ifadə 
ed
ən bu sözlərin mənasında  şəxs  anlayışının  qabarıq  olduğunu  nəzərə  alsaq, 
onların  əsasında  dünya  dillərində  geniş  yayılmış  ər  sözünün  dayandığını  deyə 
 
71 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə