Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə31/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   27   28   29   30   31   32   33   34   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
bil
ərik. Demək, -dar/-tar/-ter/-tor/-kar/-gər kökündə ər morfemi dayanan, müxtəlif 
s
əs dəyişmələri ilə müşayiət olunan bir şəkilçinin müxtəlif variantlarıdır. 
-ban//-man//-van morfemi. M
əlum  olduğu  kimi,  müasir  ədəbi dilimizdə 
peşə, sənət məzmunu yaradan –ban morfemi fars mənşəli hesab edilir və buna aid 
yalnız bağban sözü nümunə verilir. -man şəkilçisi haqqında isə yazılır: “Ancaq bir 
fonetik  variantı  olan  bu  şəkilçi vasitəsilə  üstünlük dərəcəsi keyfiyyətinə  malik 
sözl
ər düzəldilir; məsələn, qocaman, qəhrəman,  şişman,  dəyirman və 
s.”(S.C
əfərov”Müasir Azərbaycan dili”, 1982, s.178). –ban morfemi müasir ədəbi 
dilimizd
ə çoban sözünün tərkibində də işlənir. Bu morfemin –man//-mən//-men//-
van variantlarını nəzərdən keçirək. Qeyd  edək ki, həmin sözlər (bağban,  çoban) 
q
ərb qrupu şivələrində bağvan, çovan variantında özünü göstərir. Çoban sözü fars 
dilind
ə  şuban,  ərəb dilində  covban  şəklindədir.  Eyni  zamanda,  İraq-türkman 
l
əhcəsində, eləcə  də  türk dilində  bağban  sözü  bağçevan  (ban>van)  şəklində 
işlədilir. Türk dilində  otelçi mənasını  ifadə  edən sarayven sözündən də  eyni 
əlamət  müşahidə  olunur. Azərbaycan dilinin Salyan, Lənkəran,  Masallı,  Şahbuz 
şivələrində  malavan//malvan (maldar mənasında)  sözü  var.  Müasir  ədəbi 
dilimizd
ə qocaman, azman, ataman, türkmən sözlərində, Osman, Qılman, Elman, 
Telman,  Bağman  kimi  şəxs  adlarında  bu  morfemin  –man  variantı  işlənir. Qeyd 
ed
ək ki, ingilis dilində man müstəqil morfem kimi daha geniş mənada adam, kişi 
anlamını  ifadə  edir. Elə  həmin dildə  qadın  mənasında  worman  sözü  işlədilir. 
Dilimiz
ə  Avropa dillərindən  keçmiş  centlmen,  biznesmen,  polismen  sözlərinin, 
türkc
ədə  işlənən ögretmen sözünün tərkibində  men aydin görünür. Göründüyü 
kimi, qeyd edil
ən nümunələrdə  sözügedən  morfem  eyni  funksiyanı  daşıyır. 
Dem
ək,  araşdırmalar  bu  morfemin  alınma  deyil,  müxtəlif sistemli dillərdə 

əyyən səs dəyişmələri ilə  (m>b, b>v, a>e, a>ə) özünü göstərən, lakin eyni 
m
əna  daşıyıcısı  kimi  çıxış  edən, dil əlaqələrini müəyyənləşdirmək  baxımından 
maraq doğuran qədim bir morfem olduğunu sübut edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
72 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
A.G. 
CƏFƏROV  
 
AZƏRBAYCAN DİLİNİN ORFOFONİYA LÜĞƏTİNİN 
ƏHƏMİYYƏTİ VƏ HAZIRLANMA PRİNSİPLƏRİ 
 
Açar sözl
ər:  Orfofoniya, orfoqrafiya, tələffüz üslubu, eksperimental fonetika, tə-
l
əffüz normaları 
Ключевые слова: орфофония,орфография,стиль произношения, эксперимен-
тальная фонетика, нормы произношения 
Key words: orthophony, orthography, pronunciation style, experimental phonetics, 
pronunciation norms 
 
Az
ərbaycan dilçiliyində  müxtəlif  lüğətlər  hazırlansa  da,  lakin  bu  sahədə 
probleml
ər də mövcuddur. Belə ki, müstəqillik əldə edildikdən sonra 2004-cü ildə 
Az
ərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 12 yanvar tarixli mə-
lum s
ərəncamından sonra bir sıra lüğətlər hazırlandı ki, onlardan biri və bəlkə də 
ən çox işlək olanı da «Azərbaycan dilinin orfoqrafiya lüğəti»dir. Lakin Azərbay-
can dilçiliyind
ə hazırda digər lüğətlərə, xüsusən də orfofoniya lüğətinə kəskin eh-
ti
yac duyulmaqdadır. Orfofoniya lüğəti, ümumiyyətlə, bu anlayışın özü dilçiliyi-
mizd
ə yenidir. Bu sahədə Azərbaycan dilçiliyində yalnız professor F.Veysəllinin 
elmi nailiyy
ətləri vardır. Bu sahə ümumilikdə dilçiliyimizdə eksperimental foneti-
ka sah
əsinin yaranması və inkişafı ilə bağlıdır. Belə ki, F.Veysəlli «Eksperimental 
fonetika» kita
bında  orfofoniyanın  izahını  verir,  orfoepiya  və  orfofoniyanın  fəqli 
sah
ələr olduğunu elmi şəkildə əsaslandırır. Bundan başqa «Fonetika və fonologiya 
m
əsələləri» monoqrafik tədqiqatında F.Veysəlli bu məsələyə yenidən qayıdır, or-
foepiya v
ə orfofoniya elm sahələrinin fərqlərini kifayət qədər dolğun şəkildə izah 
edir. Orfofoniya lüğətinin üstün cəhətlərindən biri də, eyni zamanda həm orfoqra-
fik, h
əm də vurğu lüğətlərinə olan ehtiyacı qarşılamasıdır. Lakin orfofoniya lüğə-
tinin 
əsas mahiyyəti dildə olan ləhcə fərqlərini minimuma endirmək, ədəbi dildə 
düz
gün danışıq normalarını müəyyənləşdirmək, əcnəbilərin dili öyrənərkən daha 
az s
əhvlərə yol verməsini təmin etmək, radio və televiziyada baş verən normadan 
ya
yınmaları tənzimləməkdən ibarətdir. Orfofonik lüğətlər birbaşa canlı danışıq di-
li 
əsasında hazırlandığından, dilin bütün incəliklərini özündə ehtiva edə bilir. Bu 
m
ənada orfofonik lüğətlər dilçilik üçün olduqca böyük əhəmiyyət kəsb edir. 
Bu tipli lüğət Azərbaycan dilçiliyində və ümumiyyətlə, dünyada ilk nəşrlər-
d
ən biri olacaq. Lüğət həm də təkcə orfofoniya sahəsində deyil, eyni zamanda or-
foepiya v
ə vurğu luğətləri sahəsindəki boşluqları da qismən dolduracaq. Eyni za-
man
da lüğətdə Azərbaycan dilinin 100 mindən artıq sözünün həm orfoqrafik, həm 
orfo
fonik formasının hazırlanması da dilçiliyimiz üçün olduqca böyük əhəmiyyətə 
malikdir. 
 
73 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə