müxtəlif amillərlə şərtləndirilir. Onlardan biri sosial-iqtisadi amildir.
Keçmiş də üçün “başlıq” və ya “süd pulu” vermək adəti geniş
yayılmışdı. Bununla əlaqədar yoxsul ailənin oğlanları hər ailədən qız
istməyə cürət etmirdilər. Varlı ailələr isə bir qayda olaraq sosial-iqtisadi
durum cəhətdən bir-birinə münasib ailələr qız verib, qız alardılar. Belə
münasib adamlar eyni sosial təbəqəyə malik olan qohumlar olurdu.
Bəzi hallarda isə oğlan və qızlarda pəltəklik, şikəstlik və s. kimi fiziki
qüsurlar da olurdu. Belə olduqda ata, ana, əmi, bibi, dayı, xala, qardaş
və bacı elçilik üçün öz yaxın qohumlarnın evinə üz tutardılar.
Yaxın qohumlardan evlənmə adətini şərtləndirən cəhətlərdən
biri də mənəvi-psixoloji amil idi. Valideynlər uşaqlarının gələcək taleyi
haqqında fikirləşərək qoymurdulıar ki, qız uşağı, el arasında deyildiyi
kimi “evdə qalıb un çuvalına tay olsun”, oğlanın isə ailə qurmaq vaxtı
ötsün. Yaxın qohumla evlənmə zamanı hələ uşaqlıqdan bir yerdə
böyümüş gənclər bir-birinə asanlıqla isnişirdilər, bir-birini əmioğlu və
ya əmiqızı, xalaoğu və xalaqızı, dayıoğlu və bibiqızı, bibioğlu və
dayıqızı kimi daha çox hörmət edirdilər. Kuzen nikah adəti ilə evlənmə
zamanı gələcək ailənin bir çox məişət problemləri də öncə həll olunurdu.
Xala-qayınana öz bacısı qızını, bibi-qayınana öz qardaşı qızının, dayı-
qayınatanın isə bir gözü bacısı qızının üstündə olurdu. Gəlin də dünən
əmi, dayı, bibi deyib başlarına and içdiyi, bu gün isə həm qayınata və
qayınana kimi sevdiyi əziz adamlarını hər sözünün başına ip salmırdı.
Beləlikə, gəlin-qayınana, gəlin-baldız, gəlin-qayınlar və eləcə də
qudalar problemləri aradan götürülürdü.
Keçmişdə ortokuzen nikah adətin, xüsusilə də əmioğlu və
əmiqızının nikahına daha çox üstünülk verilirdi. Bu nikah adət
ihaqqında el arasında belə zərb-məsəl də vardı: “Əmioğlu ilə əmiqızının
kəbinlərini göydə mələklər kəsib” əmioğlu ilə əmiqızını nikah xalq
bayatılarında da təbliğ edilirdi. Bir bayatıda deyilirdi.
“Bülbül oxur yuvada
Qanad çalar havada.
Əmim oğlu sağ olsun
Mən niyə gedim yada”. [35]
Lakin azad məhəbbəti və qarşılıqlı sevgi ruhunda tərbiyə
olunmuş azəri qızları çox zaman kuzen nikah adətinə qarşı çıxır, ata-
analarına etirazlarına bildirir və yaxın qohumlarının məcburi
nişanlananda, ona ərə getməyə könülsüz razı olurdular. Xalq
qohumlarında da yaxın qohumla nikah pislənir. Naxçıvan bölgəsində
çöl-təsərrüfat işləri zamanı ifa olunan bir məkə nəğməsində deyilir.
“Pəncərənin mili çək,
Yandır odun, külünü çək.
Qohuma qız verənin ey!
Əngini əz, dilini çək!”
Yaxın qohumlarla nikahın sosial-iqtisadi və mənəvi psixoloji
məziyyətlərini nəzərə almaqla yanaşı, onun ehtimal olunan mənfi
bioloji cəhətlərini də yaddan çıxarmaq olmaz. Yaxın qohumla evlənən
tibb elmində “ikiqat qohumluq” adlanır və zərərli adət sayılır. Tibbi
statistikanın verdiyi məlmata görə, son illərdə “ikiqat qohumluq”
əsasında qurulmuş ailələrin 3-5 faizində sonsuzluq və digər irsi
xəstəlikər baş verir, yəni belə nikahların nəticəsində ya kəmağıl, lal-kar,
ya da anadangəlmə əsəb, qansızlıq və ürək qüsuru kimi irsi xəstəlikləri
olan uşaqlar dünyaya gəlirlər. [36]
XX əsrdə Azərbaycanın ziyalı və mədəni ailələrinədək yeni və
mütərrəqi fikirli yaşlı nəsillərin nümayəndələri uşaqlarını evləndirərkən
kuzen nikahlara mənfi münasibət bəsləmiş və yaxın qohum olmayanlara
nikaha üstünlük vermişlər.
Nikahla bağlı adətlərə cavan yaşlarında ölmüş kişinin dul
qalmış arvadına mərhumun qardaşlarından birini evlənməsi adət idə
aiddir. Bu nikah adəti levirat (atınca-“levir” –“qayın” sözündəndir)
adlanır. Azərbaycanda levirat nikah adəti çox qədimdən mövcud
olmuşdur. Alban xristian kilsəsi 488-ci ildə Aluen böyük kilsə
məclislərində qəbul olunmuş qanunla Albaniyanın xristian əhalisi
arasında qardaş arvadı ilə evlənməyi qadağan etmişdir. [37]
Levirat nikah adətinə Azərbaycanda keçmişdə əhalinin bütü
təbəqələri arasında əməl olunuşdu. Tarixdən məlumdur ki, hələ XI
əsrdə Şirvanşah Manuçöhr düşmən tərəfindən öldürülmüş qardaşı Əbu
Mənsurun dul qalmış arvadına, XII əsrdə isə sultan Qızıl Arslan
mərhum qardaşı Atabəylər hökmdarı Məhəmməd Cahan Pəhləvanını
dul qalmış qadını İnanc xatun ilə evlənmişdi.
Levirat nikah adətində bir tərəfədən dul qalmış cavan gəlinin
ailədən çıxıb getməsinin qarşısını almaq, digər tərəfdən mərhumun
uşaqlarını saxlamaq və böyütmək zərurəti nəzərə alınardı. Levirat
adətinə görə dul qalmış gəlinlə ilk növbədə subay qayın evlənməli idi.
Bu adət Azərbaycanda da evli qardaşla mərhum qardaşın dul qalmış
arvadı ilə evlənməyə icazə verirdi. Lakin levirat nikah üçün hər iki
tərəfin razılığı olmalı idi, yəni Azərbaycanda levirat nikah adəti dul
qalmış gəlin ilə qayın evlənməsinə icazə verirdi, onu məcburiyyətə
çevirmirdi.
Azərbaycanda yalnış nikah adətlərindən biri də arvadı vəfat
etmiş cavan kişinin subay baldızı ilə evlənməsində olmuşdur. Bu nikah
adəti sororat (latınca “soror”-“bacı” sözündəndir) adlanır. Sororat adəti
anasız qalmış uşaqların saxlanması zərurəti ilə icra olunurdu. Çünki
vəfat etmiş bacının uşaqlarına hamıdan yaxşı xalçaları baxa bilərdi.
Sororat adəti haqqında el arasında geniş yayılmış bir zərb-məsəl də
var: “Qoy arvadı ölən o kişi fikir çəksin ki, subay baldızı yoxdur”.
Azərbaycanda sororat nikah adəti də levirat nikah adəti kimi məcburi
deyildi. Adət dul qalmış kişiyə subay baldızı ilə evlənməyi icazə verirdi,
onu buna məcbur etmirdi, həm də dul kişi yalnız baldızının razılığı ilə
onunla evlənə bilərdi.
Azərbaycanda nikah adətləri ilə bağlı ənənələri sırasında azyaşlı
qızların ərə verilməsi, həm də özlərində yaşlı adamlara ərə verilməsi
ənənənsi xüsusi yer tuturdu. Məsum qızların çox erkən yaşlarında
özlərindən yaşlı adama ərə veriməsi ənənəsi etnoqrafik ədəbiyyatda
xalqın cəhaləti kimi qələmə verilir və pislənilir. Əlbəttə, bu ənənənin
məhdud cəhətləri çox idi. Azyaşlı qızları uşaqlıq səadətindən mərhum
edər, çox vaxt əminlikərini alçaldıb, “babaları yaşında” kişiyə ərə
verərdilər. Lakin keçmişdə qız uşaqlarının ərə verimləsinin obyektiv
səbəbləri var idi.
Əvvələn, keçmişdə qızlar nə ərə gedir, nə işləyir, yaşları
çatanda oturub ərə getmək haqqında düşünür, bir yerə yığışanda, böyük
Dostları ilə paylaş: |