12
rından böyük ailədən kiçik ailəyə keçid prosesi başlayır və X-
XII əsrlərdə yeni ailə forması –
kiçik ailə üstün mövqe tutur. Bö-
yük ailədən kiçik ailəyə keçid prosesi XX əsrin əvvəllərinə qə-
dər davam edir (44, 287-305). Oxşar elmi nəticəyə
bu məsələnin
nüfuzlu araşdırıcısı N.A.Kislyakov da gəlmişdir
1
(114, 239).
Orta Asiya və Qazaxıstanda böyük ailədən kiçik ailəyə ke-
çid prosesini və kiçik ailə daxilində vərəsəlik məsələsinin XIX
əsrin əvvəlki dövrünü daha ətraflı izləmiş N.A.Kislyakovun
araşdırmalarından məlum olur ki, bu keçid prosesində
mayoratın
minoratı sıxışdırması qətiyyən müşahidə olunmamışdır (bax:
114,115). Təkcə bircə faktı xatırlatmaq kifayətdir ki, əmlak
bölgüsündə bərabərlik prinsipi yalnız atanın sağlığında onun bu
və ya başqa oğluna subyektiv münasibətindən asılı olaraq pozula
bilərdi. Əmlak bölgüsündə bu və ya başqa bir övladın bərabərlik
prinsipini pozmağa hüququ yox idi. Əmlak atanın öldüyü təq-
dirdə ağsaqqallar tərəfindən ənənəvi vərəsəlik qanununa uyğun
olaraq övladlar arasında bərabər şəkildə bölünmüş, bəzən isə
böyüyə daha çox verilməsi halı müşahidə olunmuşdur (115, 31).
Ancaq ikinci vəziyyəti böyük qardaşın kiçik qardaşı sıxışdırması
kimi izah etmək mümkün deyil. Birincisi, bu hala az təsadüf
olunur. İkincisi, ata mülkündən böyüyə nisbətən çox pay veril-
məsi ənənəvi hal və ya böyüyün tələbi kimi deyil, onun böyük-
lüyünə hörmət kimi qəbul edilməlidir. Beləliklə, E.M.Meletin-
skinin fikri faktik materiallar əsasında təkzib olunur.
Azərbaycanda ailə formalarının tarixi ayrıca tədqiq
olunduğundan yuxarıdakı qanunauyğunluğa
dair kifayət qədər
dəlil gətirməyə çətinlik çəkirik. Ancaq türk xalqlarından biri
kimi Azərbaycanda da eyni prosesin getdiyinə şübhə ola bil-
məz. Bu fikri bəzi faktlar da sübut etməkdədir.
1
Bu halda S.A.Kaskabasovun Qazaxıstanın Rusiya tərkibinə keçəndən sonra
böyük ailələrin kiçik ailələrə parçalanması haqqında fikrinə yer qalmır.