18
yuxarıda qeyd etdiyimiz kimi, qardaş ailəsində də mayoratlıq
prinsipi mövcud olmuşdur. Ancaq vərəsəlik mayoratdan mino-
rata keçmişdir. E.M.Meletinskinin qeyd olunan nəticəyə gəl-
məsi qardaş ailəsindən yan keçməsi olmuşdur (128, 77-78). Biz
artıq yuxarıda J.Bromleyin araşdırmasına əsaslanaraq göstərdik
ki, qardaş ailəsi dünyanın bir çox xalqlarında mövcud olmuş-
dur. Patriarxal ailədə böyük qardaşın ata mülkiyyətini ələ ke-
çirərək kiçik qardaşı sıxışdırması ideyası isə heç bir real fakta
əsaslanmadığı üçün həqiqət sayıla bilməz. Bir daha xatırladırıq
ki, türk xalqlarının ailə tarixini araşdıran alimlər minoratın
mayorat tərəfindən sıxışdırılmasını müşahidə etməmişlər.
Demokratik təbiətli vərəsəlik prinsipi despotik səciyyəli
atadan oğula vərəsəlik prinsipi ilə əvəz olunur. Vərəsəlik qa-
nunu dinamik vəziyyətdən donuq vəziyyətə gətirilir. Kiçik
qardaşların ailədəki sakral və sosial varisliyi inkar olunur və
bununla da onun siyasi hakimiyyətə yolu bağlanır. Axırıncı
halda bir tərəfdən əmi ilə qardaşoğlu, başqa tərəfdən qardaşla
qardaş arasında siyasi hakimiyyət uğrunda bitib-tükənməyən
mübarizə başlayır. Bütöv orta əsrlər tarixi bu tezisə dair bizə
kifayət qədər fakt verir
5
.
Məşhur hun hökmdarı Mete öz kiçik qardaşını öldürəndən
sonra hakimiyyətə gəlmişdir. Səbəb atasının sevimli kiçik oğ-
lunu varis təyin etməsi olmuşdur (89, 63-64). Siyasi hakimiyyət
uğrunda varislər arasındakı mübarizə Səlcuq dövlətində daha
kəskin şəkildə özünü göstərir. Bütün Səlcuq tarixində əmilərlə
qardaşoğluların və qardaşlarla qardaşların mübarizəsi müşahidə
olunur (17, 15-31). Köhnə vərəsəlik prinsipinə görə hakimiyyəti
əmisi Toğruldan alan Alp Arslan yeni vərəsəlik prinsipinə görə
onu öz oğlu Mahmuda verir. Bununla Səlcuq tarixində varislər
5
Bu konfliktə dair faktlar başqa xalqların tarixində də çoxdur (70, 166-174;
68, 37).
19
arasında siyasi hakimiyyət uğrunda mübarizənin əsası qoyulur.
Eyni vəziyyət Xarəzmşah tarixində müşahidə olunur. İlk Xa-
rəzmşah hökmdarı Əlaəddin Atsızın oğlu Əbulfəth əl-Arslan ha-
kimiyyətə əmilərini və qardaşını öldürmək yolu ilə keçmişdir.
Oxşar yolu onun oğlu Əlaəddin Təkiş keçir (58, 395- 401). Ən
nəhayət, Osmanlı tarixində saysız-hesabsız qardaş qırğınları da
buraya daxil edilməlidir. Qardaş qırğınlarını aradan qaldırmaq
üçün II Sultan Mahmud 1767-ci ildə köhnə vərəsəlik prinsipini
bərpa etməyə məcbur oldu. Bu qanuna əsasən sultan ailəsinin
hamısı böyüklük prinsipi ilə hakimiyyətə keçməli idi. Yəni
hakimiyyət atadan oğula deyil, böyüklük prinsipinə əsasən
qardaşa keçirdi (186, 113). Bu qanun Nadir şah tərəfindən də
verilmişdir (57, 532). Beləliklə, Muğan xanın VI əsrin sonlarına
aid islahatı XVII və XVIII əsrdə də təkrarlanır.
Əcdadlar haqqında tarixi əfsanə və dastanlar bu tarixi ha-
disəni daha aydın şəkildə əks etdirir. Yeni vərəsəlik prinsipinin
ideologiyası və ona uyğun dövlət düzümü “Oğuznamə”lərdə
parlaq şəkildə gerçəkləşir: Oğuz xan dövlət düzümünü müəy-
yənləşdirərkən böyük qardaşları sağda (hakimiyyət simvolu),
kiçik qardaşları isə solda əyləşdirərək, onları böyük qardaşın
daimi vassalına çevirir
6
; hakimiyyət Oğuzun böyük oğlu Gün
xana, sonra isə onun böyük oğluna verilir. Qeyd edək ki,
“Oğuznamə”lərdə köhnə vərəsəlik prinsipi arasında ziddiyyət
və köhnədən yeniyə keçid də öz əksini tapır. Kayı İnal xan
öləndən sonra (guya oğlu balaca olduğuna görə) Əbülqazi va-
riantına görə, qardaşı, Rəşidəddin variantına görə, Bayat tay-
fasından olan Kol Erki xan arasında taxt-tac üstündə narazılıq
6
Dövlət sistemindəki bu vəziyyət Çingiz xan dövründə yeni semantik çalar
qazanır. Belə ki, bu dövrdə böyük qardaş-kiçik qardaş qarşıdurması artıq əsl
qardaşların hakim-tabe vəziyyəti kimi deyil, artıq birbaşa siyasi mənada işlə-
dilirdi. Yəni tabe tayfaların başçısı hakim tayfanı böyük qardaş, hakim tayfanın
xanı isə tabe tayfanın başçısını kiçik qardaş adlandırırdı (168, 39-41).
20
baş verir (165, 71; 120, 58-59). Zöhhak Qardizinin 1050-1053-
cü illərdə yazdığı “Zəyi əl-Əxbar” əsərində verdiyi Kimakların
mənşəyi barədəki əfsanə də bu baxımdan maraqlıdır. Tatarların
başçısı öləndən sonra onun yerinə böyük oğlu keçir. Kiçik oğlu
Şad qardaşını öldürüb onun yerinə keçmək istəyir. Ancaq Şa-
dın qəsdi baş tutmadığına görə o qaçmağa məcbur olur (59, 43-
44). Həmin mənbədə verilmiş Doqquzquzlar haqqındakı əf-
sanədə də böyük qardaş hakimiyyəti ələ alaraq kiçik qardaşı
Kur-Təkinə qəsd edir. Kiçik qardaş sağalandan sonra böyük
qardaşa qalib gəlib hakimiyyəti ələ alır (59, 52).
Qazaxların əcdadları olan Ablay haqqındakı əfsanələrin
biri sehrli nağıllara daha çox yaxındır. Burada deyilir ki, üç qar-
daşdan biri (ehtimal ki, kiçiyi) olan Ablaya atasından sonra
mülk çatmır. Ona qardaşları qəsd etmək istəyir. Lakin Ablay qa-
çaraq bir müddət varlı bir adamın yanında çoban olur. Adını də-
yişdirib Sabalak qoyur. Kalmıklarla və çinlilərlə müharibə başla-
yanda Sabalak da müharibəyə gedir. Sabalak dua oxuyaraq çayı
dondurur və duman yaradır. Onları təqib edən kalmıklar duman-
da azırlar. Beləliklə də, ordu xilas olur. Onların xanı müharibədə
ölür. Ablayı (Sabalakı) onun yerinə xan seçirlər (152, 67).
Bu tarixi hadisə sehrli nağıllarda nisbətən mücərrəd
şəkildə əks olunur. Kiçik qardaş haqqında olan nağılların bir
çoxunda bəzən dolayı, bəzən birbaşa şəkildə böyük qardaşlar
kiçik qardaşı hakimiyyət və ya ata qarşısında nüfuz üstündə in-
cidirlər. “Beçə dərviş” nağılında atası sevimli kiçik oğlu Ca-
hangirin varis olmasını vəsiyyət edir. Böyük qardaş Ərkə Ca-
hangiri quyuya salıb ipi kəsir və taxt-tacı ələ keçirir. Cahangir
quyudan xilas edilir. O, adını dəyişib Beçə dərviş qoyur. Bir
çox macəralardan sonra böyük qardaşı ilə barışır
7
(8, 135-156).
7
Köhnə vərəsəlik sistemi ilə yeni vərəsəlik sistemi arasındakı mübarizə nağıl-
larda başqa şəkildə də özünü göstərir. Bəzi nağıllarda padşah öləndən sonra ha-
Dostları ilə paylaş: |