Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə5/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   2   3   4   5   6   7   8   9   ...   35

15 
 
ranmışdır.  Deməli,  qohumluq  münasibətlərinin  nəsil-yaş  tipi 
qardaş  ailəsindən  ayrılmazdır.  Qardaş  ailəsindəki  vərəsəlik 
prinsipi  də  qardaş  ailəsində  mövcud  olan  qohumluq  münasi-
bətlərinin qeyd olunan strukturundan irəli gəlirdi. 
 İkincisi,  türk  xalqlarında  qardaş  ailəsinin  mövcudluğu-
nu  göstərən  ən  tutarlı  fakt  qardaş  ailəsində  mövcud  olan  və-
rəsəlik  qaydasının  Türküt  və  Qaraxanilər  dövlətində  keçərli 
olmasından  ibarətdir.  Bu  məsələyə  ayrıca  məqalə  həsr  etmiş 
L.Qumilyov  Türküt  dövlətində  mövcud  olan  qardaşdan-qar-
daşa  vərəsəlik  qaydasını  Muğan  xanın  islahatı  hesab  edərək 
başqa dövlətlərin və tayfaların (Kiyev rus dövləti, peçeneqlər, 
qaraxanilər)  bu  varislik  qanununu  türkütlərdən  götürdüyünü 
göstərir (88, 11-25). Sonrakı araşdırmasında müəllif bir az da 
irəli gedərək göstərir ki, dövlət səviyyəsində mövcud olan va-
rislik prinsipi tədricən böyük ailələrə keçmişdir (90, 61). Gör-
kəmli şərqşünasın bu araşdırması böyük əhəmiyyət kəsb etsə 
də, qeyd olunan araşdırmalar müəllifin bəzi tezislərinin yanlış 
olduğunu göstərir. Qardaş ailə və onun qanunlarına əsaslanan 
varislik  prinsipi  universal  səciyyə  daşıyıb  başqa  xalqlar  ara-
sında da mövcud olmuşsa, onda Muğan xanın islahatını yuxa-
rıdan  aşağıya  deyil,  aşağıdan  yuxarıya  keçmiş  vərəsəlik  qa-
nunu  kimi  izah  etmək  lazımdır.  Müəllif  sonrakı  araşdırma-
sında göstərir ki, türkütlər bu vərəsəlik prinsipini Cənub hun-
larından ala bilərdilər
2
 (90, 59). Ona görə də bu islahat aradan 
çıxmaqda olan köhnə vərəsəlik qanununun bərpası kimi izah 
olunmalıdır.  Bu  qanunun  bərpasında  məqsəd,  L.Qumilyovun 
göstərdiyi kimi, xaqan ailəsi arasında hakimiyyət ixtilaflarını 
nizama  salıb  dövlətin  uzunömürlülüyünü  təmin  etmək  idi. 
Ona görə ki, bu vərəsəlik qanunu xaqan ailəsinin bütün üzvlə-
                                                
2
Müəllif  hunlara  həsr  etdiyi  araşdırmasında  Cənub  hunlarında  da  oxşar 
vərəsəlik prinsipinin mövcudluğunu qeyd edir (89, 213-214).
 


16 
 
rinə hakimiyyət hüququ verirdi. Bu qanunun aradan çıxmaqda 
olan qardaş ailənin vərəsəlik prinsipinin bərpası olduğunu qə-
bul  etsək,  onda  X  əsrdə  peçeneq  tayfaları  arasında  mövcud 
olan həmin vərəsəlik prinsipini türkütlərin təsiri kimi deyil, o 
vaxta  qədər  qədim  ailə  formasını  qoruyub  saxlamaları  kimi 
izah  etmək  lazımdır.  Peçeneqlərin  qədim  ailə  formasını  X 
əsrə  qədər  qoruyub  saxlamaları  bizə  qəribə  görünməməlidir. 
Yuxarıda  qeyd  etdik  ki,  böyük  ailələrin  kiçik  ailələrə  parça-
lanması prosesi bizim eranın V əsrindən başlamış və XX əsrin 
əvvəllərinə qədər davam etmişdir. E. ə. I minilliyin ortaların-
dan  X  əsrə  qədər  (və  bəlkə  sonrakı  dövrlərdə  də)  patriarxal 
böyük ailələrin kiçik ailələrlə yanaşı yaşaması isə təbiidir. 
Qardaş  ailəsinin  daxilində  ata-oğul  qohumluq  münasi-
bətləri tədricən qardaş qohumluğu münasibətlərini üstələyir
3

Nəticədə bu ailə öz  yerini patriarxal böyük ailəyə (və  ya bö-
yük ata ailəsinə) verir.  
Patriarxal ailəyə ata, oğlanları və nəvəsi daxil olur. XIX 
əsrdə  və  XX  əsrin  əvvəllərində  patriarxal  böyük  ailə  əksər 
hallarda belə təsvir olunur (114, 12-46). 
Qardaş  ailəsində  olduğu  kimi,  böyük  ata  ailəsində  də 
varislik  böyüklük  prinsipi  ilə  gedir.  Bu  iki  ailə  formasında 
mövcud olanvarislik prinsipi arasında fərq ondadır ki, birinci-
də böyük qardaşdan kiçik qardaşa, ikincidə isə  atadan böyük 
oğula keçir
4
 (67, 52-62). 
                                                
3
Bu  proses  Tobo  xanın  oğlu  Yanloya  ölümqabağı  etdiyi  vəsiyyətində  parlaq 
şəkildə  əks  olunub.  Məlumdur  ki,  atanın  ən  yaxın  qohumu  oğuldur.  Ancaq 
mənim  böyük qardaşım  bu qohumluğa məhəl qoymayıb taxt-tacı mənə verdi. 
Mən öləndən sonra sən Dalobyanı (Muğan xanın oğlu) gözləməlisən” (88, 15). 
4
Etnoqrafik  ədəbiyyat  patriarxal    böyük  ailədə  böyük  qardaşdan  sonra  ailə 
başçılığına  böyük  qardaşın  oğlunun,  yoxsa  ailənin  növbəti  böyük  üzvünün, 
başqa  sözlə,  kiçik  qardaşın  keçməsi haqqında  bizə heç  bir məlumat  vermir. 
Ailə  başçılığını atadan almış  böyük  qardaşdan  sonra ailə  başçılığına ailənin 
digər böyük üzvü, yəni kiçik qardaş keçirsə, artıq varislik sistemi qardaş ailə-


17 
 
Böyük  qardaş  ailəsində  vərəsəlik  koletarial  xətt  üzrə 
getdiyinə görə normal olan bütün ailə üzvləri varis ola bilirdi-
lər.  Məhz  buna  görədir  ki,  etnoqraflar  qardaş  ailəsini  de-
mokratik ailə  adlandırırlar. Patriarxal böyük ailədə isə  sakral 
və  sosial  varislik  atadan  böyük  oğula  keçdiyinə  görə  kiçik 
qardaşlar varislikdən məhrum olurlar. 
Beləliklə, vərəsəliyin qardaş ailəsindəki demokratik prin-
sipi  dağılaraq  patriarxal  ailədə  despotik  prinsiplə  əvəz  olunur. 
Bu  halda  E.M.Meletinskinin  konsepsiyasına  oxşar  bir  nəticə 
alınır. Ancaq bizim qeyd etdiyimiz vəziyyətlə E.M.Meletinski-
nin konsepsiyası arasında fərq böyükdür. E.M.Meletinski patri-
arxal böyük ailədə böyük qardaşın varisliyini  mayoratlıq prin-
sipinin  minoratlığı  əvəz  etməsi  və  mayoratın  minoratı  sıxış-
dıraraq  ata  mülkünü  ələ  keçirməsi  kimi  izah  etmişdir.  Ancaq 
                                                                                                     
sinə uyğunlaşır və bu halda “patriarxal böyük ailə” anlayışı öz əhəmiyyətini 
itirir. Böyük qardaşdan sonra ailə başçılığına onun oğlunun keçməsi halı da 
inandırıcı deyil. Ona görə ki, böyüklüyün ilahi şəkildə pərəstiş olunduğu bö-
yük  ailədə  əmilər  olduğu  halda  qardaşoğlunun  ailə  başçısı  olması  ağlasığ-
mazdır. İrəlidə görəcəyimiz kimi belə vəziyyət ancaq hakimiyyət varisliyində 
hərbi güc yolu ilə mümkün olurdu. XIX əsrdə və XX əsrin əvvəl lərində bö-
yük  ailənin  vəziyyətinə  dair  materialların  təsvirindən  belə  nəticəyə  gəlmək 
mümkündür  ki,  ailəyə  böyük  qardaşın  başçılığından  sonra  növbəti  varis 
olmamışdır. Başqa sözlə, böyük ailə böyük qardaşın başçılığından sonra yenə 
də böyük ailə şəklində parçalanmışdır. Bu fikri aşağıdakı faktlar sübut edir. 
Ailə əksər hallarda ata və onun övladlarından ibarət olur. Ancaq bu ailə-
yə ailə başçısının qardaşlarının daxil olması az müşahidə olunmayıb (114, 19-
20). Ailə başçısının qardaşlarının daxil olduğu böyük ailə ilə ata öləndən sonra 
böyük  qardaşın  ailə  başçısı  olduğu  böyük  ailə  arasında  struktur  fərq  yoxdur. 
Başqa  sözlə,  ailə  başçısının  qardaşlarının  daxil  olduğu  ailə  ata  öləndən  sonra 
böyük qardaşın başçılıq etdiyi ailədir. Bundan sonra göstərilir ki, qardaşlardan 
hər  hansı  birinin  nəvəsi  evlənəndən  sonra  ata  öz  övladları  ilə  birgə  ayrılırdı 
(114, 21).  Patriarxal  böyük ailədə ancaq iki  evlənmiş nəslin mövcud  olmasını 
N.A.Kislyakov patriarxal böyük ailənin dağılması kimi səciyyələndirir. Bu və-
ziyyəti patriarxal böyük ailənin dağılması kimi deyil, bu ailə tipinin mövcudiy-
yət forması kimi qəbul etmək lazımdır. Belə ki, qardaşlardan hər hansı biri bö-
yük ailədən evli övladları ilə birgə ayrılıb yenə də böyük ailə şəklində yaşayır.
 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə