21
“Vəfalı at” nağılında padşah oğlanlarına vəsiyyət edib
ölür. Qardaşlar səfərə çıxır. Yol boyu atasının vəsiyyətinə yalnız
kiçik qardaş əməl edir və böyük qəhrəmanlıq göstərir. Böyük
qardaşlar xəyanət edib quyuda olan kiçik qardaşın ipini kəsir,
onu quyuda qoyurlar. Böyük və ortancıl qardaş öz ölkələrinə
qayıdır: böyük padşah, ortancıl isə vəzir olur. Bir çox macəra-
lardan sonra kiçik qardaş vətənə qayıdaraq qardaşlarını öldürür
və taxta çıxır (15, 70-79). “Məhəmmədin nağılı”nda padşahın
gözləri tutulur. Dərman ardınca onun üç oğlu gedir. Böyük qar-
daşlar ipi kəsib kiçik qardaşı quyuda qoyur, onun sehrli əşyala-
rını öz adlarına çıxırlar. Həqiqət açılır. Böyük qardaşların yalanı
məlum olur (15, 32-38). Oxşar konflikt “Yaxşılıq”, “Məlik
Məmməd” nağıllarında əks olunur (12, 122-134; 9, 190-200).
Sehrli nağıllarda, eləcə də
dastanlarda kiçik qardaşın
kasıb mənşəli olması faktdır. “Güloğlan” nağılında konflikt
varlı böyük qardaş və kasıb kiçik qardaş üzərində qurulur.
Kiçik qardaşın oğlu böyük qəhrəmanlıqlar göstərir və ən nə-
hayət, əmisini öldürür (9, 252). Oxşar vəziyyət “Qurbani”
dastanında özünü göstərir (12, 203-260). Bir çox nağıllarda
isə kiçik qardaş ana tərəfdən kasıb mənşəli olur. “Hatəmin na-
ğılı” (AA 500), “Məlik Ducar” (AA 313), “Məlik Cümşüdün
nağılı”, “Ağ atlı oğlan” (AA 313) və s. nağıllarda kiçik qar-
daşın incidilməsinin səbəbi anasının kasıb qızından olmasıdır
(8, 23-59; 167-168; 11, 232-255; 12, 70-79).
Tarixdən məlumdur ki,
kasıb mənşəli arvaddan olan
uşağın hakimiyyət hüququ olmamışdır. Ancaq nə üçün kasıb
mənşəlilik sehrli nağıllarda həmişə
kiçik arvad və kiçik oğulla
bağlı olur? Axı böyük arvadların da kasıb mənşəli olması
kimiyyəti qardaşına verir. Köhnə vərəsəlik sisteminə görə, hakimiyyəti ələ ke-
çirən qardaş böyük qardaşın oğlunu ölkədən qovur (15, 217). “Ağ quş ” na-
ğılında isə əmi qardaşı oğluna öz oğlanlarından yaxşı münasibət bəsləyir. Əmi
ilə qardaşoğlu arasında belə münasibət daha arxaik hesab olunmalıdır (7, 114).
23
qardaşla bağlı olması tamamilə başqa səbəblərlə bağlıdır.
Qeyd
etdiyimiz kimi, doğma qardaşlar müxtəlif yaş siniflərinə
daxil olduğu üçün bu qarşıdurmanın müxtəlif tərəflərində du-
rurdular və deməli, eyni vaxtda
inisiasiya aktını keçə bilməz-
dilər. Tarixən olduğu kimi sehrli nağıllarda da
inisiasiya sta-
tusunda məhz kiçik qardaş dayanır.
Yuxarıda qeyd olunanlar eyni sosial-mədəni hadisənin
müxtəlif təzahür xüsusiyyətləridir.
Qohumluq terminlərinin semantik xüsusiyyətləri
sosial
ierarxiyanın mahiyyətini daha aydın izah etməyə imkan verir.
A.A.Pokrovskayanın araşdırmasına görə, arxaik dövrdə
yaşca böyük olan qohumlara
ağa, yaşca kiçik olan qohumlara
isə
toğan (variant:
tunqma, tuğan) deyilmişdir (148, 34-46).
Yuxarı nəsil-yaş kateqoriyasını ifadə edən
ağa sözünün varlı
təbəqəni ifadə etməsi qohumluq sistemində böyüklərin nüfuz-
lu mövqe tutmasından irəli gəlmişdir.
Maraqlıdır ki, daha arxaik dövrdə yuxarı nəsil-yaş kate-
qoriyasını
kağan termini ifadə etmişdir. Bu fikri bir neçə fakt
təsdiq etməkdədir. VI əsrə aid Çin qaynağının verdiyi məlu-
mata görə, türklər böyük ailə şəklində yaşayırlar və bir-birini
“
uv kağan” adlandırırlar (44, 300-301). S.A.Abramzon bu
fakta öz münasibətini bildirərək ehtimal edir ki, bu terminlə
ailə başçısına müraciət olunmuşdur (44, 301). Ancaq qaynaq-
da aydın şəkildə qeyd olunur ki, “türklər bir-birini “
uv kağan”
adlandırırdılar”.
Kağan sözünün
uv kağan şəklində diferen-
siallaşdırılması göstərir ki, ailənin
kağan adı ilə tanınan başqa
üzvləri də olmuşdur. Türk qohumluq terminlərinin sisteminə
əsaslanaraq söyləmək olar ki, bu terminlə ailə üzvləri ancaq
yuxarı nəsil-yaş kateqoriyasına müraciət edə bilərdilər. Bu
fikri terminin bu günə qədər bəzi türk dillərinin dialektlərində
bəzi yaşlı qohumları (
ata, əmi, böyük qardaş və b.) ifadə et-
məsi faktı da sübut edir.
Kağan sözünün
qağa variantı ilə