Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə36/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   32   33   34   35   36   37   38   39   ...   97

 

109 


imamət  məsələsinə,  imamların  və  islam  ruhanilərinin  guya 

fövqəlbəşər  insanlar  olması  məsələsinə  nifrətlə  yanaşdığını, 

onu yalan, iftira deyə damğaladığını görürük: 

 

B i r i n c i  k o r 



   

Bizə imdad edib şəfa veriniz! 

Görmiyor kainatı gözlərimiz. 

 

S ə n a n 



 

Boylə ecazkar bir insan

Xayır, əsla yaratmamış yaradan 

Bir qulum mən də pək fəqir, aciz 

Bu yalan iftirayə uymayınız

1



 

Bu  səhnədə  Şeyx  Sənanın  ümumiyyətlə  içərisində  yaşadığı 

cəmiyyətdən,  dolaşdığı  mühitdən,  insanların  yer  üzündəki 

əmrlərindən  də  narazı  olduğu  aydın  görünür.  Onun  korlara 

dediyi sözlər bu fikri təsdiq edir: 

 

Nəyi görmək dilərsiniz, bilməm? 



Yanıyor zülm içində həp aləm! 

Görməməkçin bu çirkin işləri siz 

Yalvarıb haqqa, həmdü şükr ediniz

2



 

Get-gedə  Sənan  fanatiklərindən  nəinki  sadəcə  qaçır, 

uzaqlaşır,  bəlkə  onların  simasında  özünün,  öz  görüşlərinin  ən 

qəddar  əleyhdarlarını  görür.  Onun  şeyxlərə,  papasa  etdiyi 

hücumları bunu aydın təsdiq edir. O, papasa deyir: 

 

Arif ol, arif... Atma vicdanı, 



                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh. 180. 



2

 Yenə orada, səh. 182. 




 

110 


Ara qəlbində dini, imanı. 

...Zahirin pək gözəl, fəqət nə çıxar? 

Oynayır batinində şeytanlar

1



 

Eyni ruhda Sənan fanatik şeyxlərə nifrət edir: 

 

Gediniz, gərçi hiylə ya təzvir 



Sizcə xoş, məncə eşq yüksəkdir

2



 

Başqa bir yerdə Sənan otardığı donuzlarla dindar fanatiklər 

arasında  heç  bir  fərq  görmədiyini  söylədiyi  zaman  fanatizmə 

qarşı nifrəti artıq son həddə çatmış olur: 

 

O donuzlar ki, otladır Sənan 



Şübhəsiz fərqi yoxdur onlardan

3



 

Hələ  çox  uzaqlara  getməsək,  XIX  əsrin  Azərbaycan  şairi 

Nəbatinin  aşağıdakı  misraları  Sənanın  dindar  şeyxlərə, 

zahidlərə  qarşı  mütəfəkkir  aşiq  adından  etdiyi  bu  hücumları 

bizə xatırlatmırmı? 

 

Zahid az danış, get gözümdən, it, 



Eşqdən məni çox da danlama. 

Məndən əl götür, ey uzunqulaq! 

Vəz satma çox, hey himari-məst! 

 

Beləliklə,  yenə  də  ənənəyə  bağlılıq  faciənin  bu  səhnəsində 



də özünü aydın göstərməkdədir. 

İkinci  pərdədə,  Dərvişlə  görüş  səhnəsində  Sənandakı  dini 

şübhəçilik daha da qüvvətlənir. Hərçənd o, sonralar Dərvişdən, 

onun  qəribə  fəlsəfəsindən  ayrılıb,  Dərvişin  fikirlərini 

                                                 

1

 Yenə orada, səh. 244. 



2

 Yenə orada, səh. 210. 

3

 Yenə orada, səh. 142. 




 

111 


mövhumat adlandırır, lakin Sənan eyni zamanda, öz şübhələri, 

fikirləri  ilə  Dərvişin  görüşləri  arasında  çox  yaxın  bir 

münasibət, bənzəyiş görür. 

Dərviş  simasında  Cavid  bütün  dini  ehkama  şübhə  ilə 

yanaşan,  səhranişin,  təriqətçi  mütəfəkkir  surətini  yaratmışdır. 

Bu  nöqteyi-nəzərdən  Dərviş  də  görüşləri  etibarı  ilə  həm  Şeyx 

Kəbirə,  həm  də  Şeyx  Sənana  yaxındır;  lakin  onlardan  fərqli 

olaraq,  Dərviş  dinə  qarşı  fikirlərində  daha  ciddi,  daha 

kəskindir. 

Şeyx  Sənan  Dərvişin  nə  kimi  dünyagörüşünə  sahib 

olduğunu duyur. O, Dərvişi danışdırandan sonra başa düşür ki, 

sadə adamların dəli Dərviş, avam şeyxlərin isə sehrkar, dinsiz 

adlandırdıqları bu şəxs bütün mənasızlığını dərk etmiş və varlıq 

haqqında  özünə  məxsus  mülahizələri  olan  ―ənəlhəqq‖,  yəni 

―mənəm allah‖ deyib çırpınan təriqətçi bir səyyahdır. 

Dərvişin  yaşadığı  məsləkin  yalnız  bir  nəfərə  aid  olmayıb, 

Şərqdə  çox  geniş  yayıldığını,  digər  tərəfdən  ―ənəlhəqq‖ 

dediyinə görə dara çəkilən Mənsurun adı ilə bağlı olduğunu da 

Şeyx Sənan başa düşür: 

 

Ş e y x  M ə r v a n 



— Dəlidir, şeyx, o həm də bir dinsiz. 

 

Ş e y x  S ə n a n 



— Dinsiz olmaq da bir təriqətdir. 

...O deyil gərçi zahirən Mənsur, 

Həp ənəlhəqq deyib də çırpınıyor.

 1

 

 

Dərviş  islam  şəraitinin  və  islamdan  doğan  müəyyən  dini 



təriqətlərin  əleyhinədir;  üstəlik  bütün  dinlər,  o  cümlədən  də 

müsəlmançılıq,  isəvilik,  musəvilik  də  onun  nəzərində 

uydurmadan, əfsanədən başqa bir şey deyildir. O bu görüşlərini 

Sənandan gizlətmir: 

                                                 

1

 



H.Cavid. Seçilmiş əsərləri, səh. 193-194.

 



 

112 


 

Fəqət pəjmürdə bir səyyahi-zarim, 

Şəriətdən, təriqətdən kənarim.  

Həqiqət istərim, yalnız həqiqət! 

Yetər artıq şəriət, ya təriqət! 

Qulaq verməm mən əsla bir xitabə, 

Pərəstiş eyləməm heç bir kitabə, 

Əvət, quran, zəbur, incilü tövrat  

Birər röya ki, zor təfsiri, heyhat!

 1

 

 

Lakin  Dərvişi,  bu  qəribə  ―mütəfəkkiri‖,  onun  gö- 



rüşlərindəki  köhnəliyi  yaxşı  anlamaq  üçün  onun  təbliğ  etdiyi 

fikirlərin  mühüm  bir  cəhətinə  də  diqqət  yetirmək  lazımdır.  O 

da  budur  ki,  Dərviş  nəinki  yalnız  dinləri,  təriqətləri,  şəriəti 

―birər  röya‖,  əfsanə  hesab  edir,  eyni  zamanda,  bütün  maddi 

varlıq  onun  nəzərində  bir  heçdir,  boşluqdur,  maddi  əsası 

olmayan  mənasız  kölgələrdən,  müvəqqəti  təzahürlərdən  ibarət 

bir şeydir. O bütün dinləri, təriqətləri əfsanə adlandırırkən, eyni 

zamanda,  ―birər  röya  bütün  əlvahi-aləm‖  deyir.  Divanə 

mütəfəkkir  yalnız  əsil  allahın  təzahürü  zənn  etdiyi  ruhun 

əbədiliyinə  inanır,  qalan  bütün  varlıq,  həqiqi,  obyektiv  aləm, 

onun  bütün  görünüşləri  Dərvişin  nəzərində  ruhun,  ideyalar 

aləminin müvəqqəti təzahüründən başqa bir şey deyildir. Buna 

görə  də  dünyaya,  həyata  bağlı  olan  insanların  hamısı  onun 

nəzərində ―canlı cənazələr‖ kimi görünür və o mümkün qədər 

dünyaya  bağlı  olan  ―cinsi-bəşərdən  uzaq‖  olmağa  çalışıb, 

özünü  ―fövqəlbəşər‖  insan  hesab  edir,  bütün  arif  adamları  da 

özü  kimi  insanlardan  kənar  gəzməyə,  fövqəlbəşər  insan 

olmağa, ―allah kimi tək‖ olmağa çağırır ki, şübhəsiz, bu da bir 

növ din, bir növ təriqətdir: 

 

Nədir yalnızlıq? Anlarsan düşünsən, 



Bu rəmzi get də sor, allahdan öyrən! 

                                                 

1

 

Yenə orada. səh. 189.



 


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə