116
və ayrılığa qarşı mübarizə ideyasının əsərdə əsas ideya
xətlərindən biri olduğunu təsdiq edir:
D ə r v i ş
Bir səbəbsiz deyil bu hiddətü kin?
Ş e y x S ə n a n
İxtilaf — ixtilafi-məzhəbü din.
D ə r v i ş (yarimqəhqəhə ilə)
İştə gördünmü din nələr doğurur?
Nə bəlalər, nə fitnələr doğurur?
Din bir olsaydı yer üzündə əgər,
Daha məsud olurdu cinsi-bəşər.
1
Bu sözlər bizə klassik ədəbiyyatımızda dini təfriqəyə qarşı
aparılan tarixi, ənənəvi mübarizəni xatırlatmaya bilməz. Hələ
XIV əsr şairinin dediyi bu sözlər Sənanın və Dərvişin
mülahizələrinə nə qədər yaxındır:
Kəbəvü deyr
2
nədir, qeyr nədir, seyr nədir?
Məscidü bütkədəvü xirqeyi-zünnar
3
nədir?
Elm, quran, hədisü xəbərü vəz ilə dərs
Cümlə bir məni imiş, bunca bu təkrar nədir?
(N ə s i m i)
Dini mövhumata və dini təfriqəyə qarşı Sənanın apardığı
mübarizənin kəskinliyi göz qarşısındadır. Lakin bu tamamilə
1
H.Cavid. Seçilmiş əsərləri, səh, 249.
2
Deyr — xaçpərəstlərin məbədi.
3
Zünnar — xaçpərəstlərin bellərinə bağladıqları qurşaq.
117
etiqadsızlıq, allahsızlıqdırmı? Əlbəttə, yox.
Şeyx
Sənan,
həmçinin
Dərviş
Musanın,
İsanın,
Məhəmmədin gətirdiyi dinlərə şübhə edir, inanmır. O başa
düşür ki, dinlər insanları, xalqları bir-birindən ayrı salır,
bəlalar, fitnələr doğurur. Bununla belə Şeyx Sənan özü də
insanları, xalqları, millətləri bir-birinə mehriban edə biləcək,
bir-birinə qardaş edə biləcək başqa bir etiqad axtarır. Bu etiqad
dinə yox, müəyyən bir fəlsəfəyə əsaslansa da, hər halda yenə
etiqaddır. Bu da bir növ ilahi bir məhəbbət, ruhani bir eşqdir.
Doğrudur, bu ―ilahi məhəbbət‖ ideyasının qarşısında din, iman,
məzhəb, kəbə, monastır, incil, tövrat, quran və sair bir heçə,
əfsanəyə çevrilir; lakin əslində bu etiqad özü də başqa ruhlu bir
əfsanədir. Bu etiqad Şeyx Sənanı bir müddət həyata yox,
―üluhiyyətə‖, ruhlar, ideyalar aləminə aparıb çıxarır,
həqiqətdən uzaqlaşdırır. Sənan hər nə qədər dinlərə qarşı çıxsa
da, etiqada sahib olduğu üçündür ki, gürcü gözəli Xumar və
onun məhəbbəti, Sənanın nəzərində ideallaşır, ilahiləşir. Xumar
onun nəzərində qadın deyil, hər şeydən əvvəl, ―gözlərində
üluhiyyət oxunan bir mələk‖, ―allahın bir heykəli‖ kimi
görünür:
O mələkdir, qadın deyil əsla,
Oxunur gözlərində ülviyyət,
Sanki bir heykəli-üluhiyyət...
Şeyx Sənan canlı, həqiqi Xumarın arxasınca deyil, canlı
Leylisini rədd edib xəyali, ideal Leylinin, mütləq, ilahi
gözəlliyin sorağına düşmüş Məcnun kimi Xumarın sorağına
düşür. Sənanın sevib pərəstiş etdiyi Xumar hər nə qədər canlı
gözəlliyin bir timsalı olsa da, yenə ərə getməyə nifrət edən və
anasının nəsihətinə görə monastıra qaçmaq arzusu ilə yaşayan
bir qızdır; Sənan da, əsərin birinci pərdəsindən göründüyü
kimi, evlənməkdən, qadından qaçan və onu odlu məhəbbətlə
sevən gözəl Zəhrasını gözüyaşlı qoyub ondan uzaqlaşan, ―eşqi-
118
ruhani‖ arxasınca düşmüş bir ―dərbədərdir‖. Əgər Sənan Xu-
marı ―üluhiyyət heykəli‖, ―nuri-həqqin təzahürü‖ kimi sevirsə,
Xumar da onda, yəni Sənanda bir ―övliya sifəti‖ görüb onu
sevir.
Buradan aydın görünür ki, Hüseyn Cavid ondan çox-çox
qabaq Şeyx Sənan haqqında, bir ruhani müsəlmanın xristian
qızını necə sevməsi haqqında olan rəvayəti əsasən saxlamağa
çalışmışdır.
Bütün bunlarla bərabər, bu mistik məhəbbət macərasında
dramaturqun ön plana çəkdiyi və əsərin əsas məfkurə xəttinin
tamamlanmasına xidmət edən cəhət bir müsəlmanın dini
təəssübkeşliyi ayaqlayaraq bir xristian qızını sevməsinə və
xristian qızı tərəfindən də eyni ruhda sevilməsinə haqq
qazandırmaqdır.
Sənan surətinin yaranmasında və inkişafında ən əhəmiyyətli
cəhət budur ki, Sənan get-gedə pərəstiş etdiyi mütləq, ilahi
gözəllikdən, həsrətlə qovuşmaq istədiyi ―üluhiyyətdən‖, canlı,
real, həyati gözəlliyi ideallaşdırmaq yolundan, hətta fəlsəfi
panteizmdən də uzaqlaşmağa başlayır. Son səhnədə Sənan artıq
tutduğu yoldan peşman olmuş, bəslədiyi əməllərin, etiqadın,
daha dəqiq deyilsə mücərrəd idealların bir ―röya, dadlı bir
xülya‖ olduğunu dərk etməyə başlamışdır. Səhnələrin birində
Sənan dərin peşmançılıq hissi ilə Xumara deyir:
Məni yalnız yaşatdı bir röya,
Oylə röya ki, tatlı bir xülya...
Dərdü həsrətlə daima yanaraq
Yaşadım bir xəyala aldanaraq.
1
Demək, Sənan dini etiqadların çürüklüyünü dərk etməklə,
fəlsəfi idealizmin, təbiət hadisələrini, insan gözəlliyini allahın
təzahürləri kimi qiymətləndirən təriqətin də mənasızlığını dərk
etməyə başlayır. Son nəticədə Sənanı həm dindar şeyxlərə, həm
1
H.Cavid. Seçilmiş əsərləri, səh. 242.