Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə37/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   33   34   35   36   37   38   39   40   ...   97

 

113 


Əgər fövqəlbəşər olmaq dilərsən, 

Kənar ol daima cinsi-bəşərdən! 

Bu şaşqın xalqa əsla vermə zəhmət! 

Fəqət yalnız bulun, ey tifli-hikmət?!

  1

 

 

Dərviş  Şeyx  Sənanı  da  birinci  görüşdə  ona  görə  rədd  edir, 



bəyənmir  ki,  onda  da  həyata,  varlığa  müəyyən  bağlılıq  görür. 

Bununla  bərabər,  Dərviş  hələlik  şöhrət,  ehtişam,  cəlal  sahibi 

olan Sənanın da öz görüşlərində möhkəm bərqərar olmadığını, 

nəyi isə axtardığını, müəyyən hissləri, fikirləri ilə ―dərvişlərə‖ 

yaxınlaşdığını, lakin hələ tərəddüd etdiyini hiss edir: 

 

Tərəddüd ruhüma həp gözlərində, 



Çəkil get! Yox sədaqət sözlərində.

 2

 

 

Doğrudan da, Şeyx Sənan bu halında hələ dinsiz, etiqadsız 



deyildir.  O,  pərəstiş  etmək  üçün  bir  həqiqət,  həm  də  ideal  bir 

həqiqət  axtarır;  elə  bir  həqiqət  ki,  ağlın  dəlillərinə  əsaslansın. 

Bununla belə Sənanın qəlbində iki hiss, iki fikir çarpışır; onlar- 

dan  biri  həyat  eşqi,  ikincisi  son  nəticədə  yenə  dini  etiqadla 

birləşən ruhani, ilahi, mütləq eşqdir. 

Bu  halında  Şeyx  Sənanda  onu  əhatə  edən  fanatiklərə  görə 

müəyyən  mütərəqqi  fikir  əmələ  gəldiyinə  baxmayaraq,  hələ 

varlıq,  onun  mənası  haqqında  aydın  və  qəti  bir  təsəvvür,  bir 

qənaət  yoxdur.  Onun  ikinci  pərdənin  birinci  səhnəsindəki 

monoloqunda  Kür  nəhrinin  təsviri  ilə  əlaqələndirərək  təbliğ 

etdiyi şübhəçilik fəlsəfəsi bu fikri aydın təsdiq edir: 

 

Hələ Kür nəhri başqa bir aləm! 



Gecə məhtabə qarşı pək həmdəm. 

Gah olur bir dərin sükutə varır, 

Gah çağlar da bir fəğan qoparır. 

                                                 

1

 

H.Cavid. Əsərləri, səh. 190.



 

2

 



Yenə orada.

 



 

114 


Çırpınır Kür boyunca pək dilbər  

Quyu kül rəngli göy göyərçinlər. 

İştə onlar: həp oynaşan, qoşuşan  

Dalğacıqlardır oylə xəndəfişan. 

 O da bir karivan, axıb gediyor, 

Bir ədəmgahə doğru əzm ediyor... 

Bir səfərdir bu adəta məchul... 

Qayə məchul, ibtida məchul... 

İştə, insanların da halı budur, 

Anlaşılmaz neçin gəlib gediyor?!

1

 

 

Deməli,  Sənanın  fikrincə  hələ  təbiət  və  insanların  həyatı 



anlaşılmaz,  dərkedilməz,  əvvəli-axırı  məchul  olan  sirrlər 

yuvasıdır. 

Dərvişin fikirləri Şeyx Sənana çox dərin təsir göstərir. Qoca 

səyyah  onun  nəzərində  ―nadir,  pək  böyük  zəkaya  malik‖  olan 

bir insana çevrilir. Sənan onu ―piri-mürşid‖ adlandırır. Dərvişin 

sözləri,  Sənanın  köhnə  yaralarını  təzələyir,  sanki  özünü,  öz 

mənəviyyatını, mənliyini daha aydın dərk etməkdə ona kömək 

edir,  ona  dini  fanatizmdən  qəti  surətdə  ayrılmağa  yeni  cəsarət 

verir.  Bu  təsirlərin  nəticəsi  olaraq  Sənan  ətrafındakı 

şeyxlərdən,  müridlərdən  ayrılır.  Tək-tənha  gəzib  düşünmək 

üçün  o  da  dərviş  kimi  dalğın,  düşüncəli  halda  Kür  boyunca 

irəliləyir. Bu ayrılıq həmişəlik bir ayrılıq olur. 

Artıq  indi  istər-istəməz  din  təbliğatçısı  vəzifəsini  öhdəsinə 

götürmüş  əvvəlki  Şeyx  Sənan  yoxdur.  Onun  yerində  sadəcə 

―pəjmürdə bir səyyahi-zar‖ vardır. 

Gürcüstan  səfərində  əvvəlcə  Dərvişlə,  sonra  da  Xumarla 

görüşən  Sənan  artıq ―başqa bir  aləmə‖  daxil  olur.  Onun ikinci 

pərdənin  ikinci  səhnəsindəki  şeyxlərə  dediyi  aşağıdakı  sözlər 

də bunu təsdiq sdir: 

 

Şeyxiniz hər nə varsa tərk etdi, 



                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh. 185-186. 




 

115 


Getdi, həp əski bənliyim getdi. 

 

Yuxuda  Xumar  Sənanı  ―yüksəl!‖  deyə  behiştə,  ―altun 



qanadlı  mələklərin  gülüb-oynaşdığı  şənliyə‖  çağırırdı.  Real 

həqiqətdə  isə  Sənan  Xumarı  təəssübkeş,  dindar  papaslar, 

sərxoşluğa  alışıb  qadınını  vərəmləndirən  və  yeganə  qızını, 

həyatdan  küsdürən  platonlar,  qısqanc  Anton  və  simonlar,  ərə 

getməyi  ölüm  hesab  edən,  monastıra  qaçmaq  arzusu  ilə 

yaşayan qızlar, ―yar-yar deyib gecə-gündüz ağlayan, gülər üz-

lə  heç  bir  ömür  sürməyən‖  gənclər  arasında  görür.  Burada  nə 

―altun  qanadlı  mələklər‖  var,  nə  də  onların  şən,  qayğısız 

gülüşləri...  Bunların  əksinə,  ―insaf,  mərhəmət  yox  namərd 

fələkdə‖  deyib  sızlayanlar  vardır.  Burada  ―həm  hüsn,  həm 

elmi-kamal sahibi‖ olan Sənanın da mövqeyi alçalır. O ―düdük 

çalıb  masal  söyləyən  donuz  çobanı‖  olur.  Lakin  o,  mənəvi 

cəhətdən  yüksəlir,  Sənanda  dini  şübhəçilik  daha  da  qüv- 

vətlənir, qətiləşir. 

Bu  səhnədə  Cavid  öz  qəhrəmanını  hər  cür  dini 

təəssübkeşliyə, mövhumata qarşı yönəldilən oda-alova çevirir... 

Sənan  burada  bütün  dini  müqəddəsatı  ayaqlayır,  ―hökmi-

quranı,  dini,  imanı‖  atır,  İsanın  göylərə  çəkildiyini  zənn 

edənlərə acı-acı gülür, quranı yandırmağa hazırlaşır, şərab içir, 

xaç  asır.  Şeyxin  bütün  bunlardan  məqsədi  isə  özünün  əsas  bir 

fikrini təbliğ etməkdir: bütün dinlər və dini ayrılıqlar əfsanədir, 

xalqları  bir-birindən  ayrı  salmağa  çalışan  azğınların 

uydurmasıdır: 

 

Birsə haqq, cümlə din də bir... naçar, 



Xalqı yalnız ayırmış azğınlar.

1

 

 

Faciənin kulminasiya nöqtəsi və təbliğ etdiyi əsas ideya da 



buradadır.  Dördüncü  pərdənin  ikinci  səhnəsində  Dərvişlə 

Sənan arasındakı aşağıdakı mükalimə də bu dini təəssübkeşliyə 

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh, 204. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə