155
1918-ci ildə ―Bakı ətrafı fəhlə, əsgər və matros şurasının
əxbarı‖ qəzetində nəşr etdirdiyi ―Haqqını sən mübarizə ilə ala
bilərsən, yaxud həqiqi bir insanpərvərin ümum-zəiflərə xitabı‖
1
adlı şeiri göstərir ki, bu illərdə Cavid məzlumların xilası üçün
mübarizə yolunu daha üstün tutmuşdur. Lakin bir sıra başqa
əsərlər, xüsusən ―Peyğəmbər‖ pyesi göstərir ki, şair sonrakı
illərdə bu məsələdə yenə tərəddüd etmişdir. Odur ki, ―Həyat
mübarizəsi‖ məsələsinin Cavid tərəfindən necə anlaşıldığını
izah etməyə ehtiyac vardır.
1906-1917-ci
illər
arasında
Azərbaycan
mətbuatı
səhifələrində bir mülahizəyə tez-tez rast gəlmək olurdu: ―Həyat
mübarizə meydanıdır‖. 1906-cı ildə Nəriman Nərimanov
məqalələrinin birində yazırdı ki, ―Zindəganlıq, həyat nə
olmağını keçmişdə filosoflar, şairlər tövrbətövr həll edirdilər.
Kimisi həyat daimi bir müharibədir — deyibdir, kimisi həyat
mənasız bir şeydir — deyibdir..., kimisi həyat məhəbbətdir —
yazıbdır‖.
2
Haqqında bəhs etdiyimiz dövrdə Nərimanovun işarə etdiyi
bütün bu köhnə anlayışlar yenidən baş qaldırmışdı. Bunların
əksinə inqilabçı demokrat yazıçılar bu köhnə fikirlərə qarşı
―həyat mübarizə meydanıdır‖ şüarı ilə zəhmətkeşləri ictimai
ədalətsizliyə, sinfi və milli əsarətə qarşı mübarizəyə çağırırdı-
lar. Nərimanov bu məsələdən bəhs edərək bu nəticəyə gəlirdi
ki, ―yaşamaq, diri olmaq əql və qəlb vasitəsilə qaranlığın
qüvvələrilə mübarizə etmək deməkdir‖
3
.
Bu fikir sonralar məşhur inqilabçı demokrat Şeyx
Məhəmməd Xiyabaninin də əsərlərində geniş yer tuturdu.
Xiyabani yazırdı ki: ―Təbiət bir ümumi mübarizə meydanıdır
ki, burada qaliblər, zəfər çalanlar yaşamağa müqtədirdirlər. Bu
böyük vuruşda, mübarizədə gücsüzlər və zəiflər yaşaya
1
Qeyd: Bu, 1916-cı ildə yazılmış və 1917-ci ildə ―Bahar şəbnəmləri‖ndə çap olunan ―Hərb və
fəlakət‖ şeiri idi. Şair birinci variantda olan artıq yerləri ixtisar etmiş və müəyyən əlavələrlə
yenidən nəşr etdirmişdir.
2
―Həyat‖, 1906, № 109.
3
Yenə orada.
156
bilməzlər‖
1
. ―Dünyada həyat qazanmaq, həyatı təmin etmək
üçün gərək acizlikdən, zəiflikdən uzaq olasan. Yaşamaq üçün
bütün həyati qüvvələri insan özündə cəmləşdirməli və
səfərbərliyə almalıdır‖
2
. Xiyabani yazırdı ki, ―Bəşəriyyət
aləmində iki şey bir-biri ilə həmişə mübarizədədir: haqq və
zor... Dünyadakı bütün bu keşməkeşlər və xarabaçılıqlar haqq
ilə zorun düşmənçiliyi nəticəsindədir. Zoru haqqa tabe
etməlidir... Bəşəriyyət heç bir vaxt haqqı ayaq altına almaq
istəməmişdir...‖
3
Həyat mübarizəsi haqqındakı bu inqilabi demokratik
anlayışın tamamilə əksinə olaraq, mürtəce mühərrirlər ―Həyat
mübarizə meydanıdır‖ şüarı altında XX əsrin ən qatı mürtəce
nəzəriyyəsi olan sosial-darvinizmi və köhnə maltusçuluğu
yayır, ―Həyat daimi müharibədən ibarətdir‖, ―insan insana
qurddur‖ prinsipinə əsaslanıb, bu şüarlar altında irqçilik, mil-
lətçilik fikirlərini təbliğ edib, müstəmləkə zülmünə, imperialist
müharibəsinə haqq qazandırırdılar. Bu təbliğat 1906-1907-ci
illərdə füyuzatçılar tərəfindən başlanmışdı. Hələ o vaxt Əlibəy
Hüseynzadə yazırdı ki: ―Əbnayi-bəşər ələl-qeyrəl-mütənahiyyə
təkəssür etməkdədir, mübarizeyi-həyatın da səbəbi budur‖
4
.
Yaxud: ―Dünya və həyat bir meydani-cəngdir. Bütün zihəyat
daim yek digəri ilə rəqabət və mühiti-təbiiyyələri ilə müba-
rizədə bulunur‖
5
.
İmperialist müharibəsi ərəfəsində mürtəce mətbuatda bu
təbliğat daha güclənmişdi. 1912-ci ildə füyuzatçıların
davamçısı, ―İqbal‖ qəzeti əməkdaşı S.Eynullayev bu nəticəyə
gəlirdi ki: ―Bəşər arasında mübarizə hər bir yırtıcıdan, hər bir
vəhşilər mübarizəsindən daha şiddətli olaraq davam etməkdədir
1
Qiyami Şeyx Məhəmməd Xiyabani, səh. 435.
2
Şərhi hali və iqdamati Şeyx Məhəmməd Xiyabani, be qələmn çənd nəfər əz dustani və
aşinayani u, Berlin, əz intişarati İran-şəhr. Çapxaneyi İranşəhr, 1926.
3
Q. M ə m m ə d ə l i. X i y a b a n i, Azərnəşr, Bakı, 1949, səh.153
4
―Füyuzat‖, 1907, № 16.
5
Yenə orada, 1906, № 1.
157
və edəcəkdir‖
1
. Eyni müəllif yenə başqa bir yerdə maltusçu-
luğu təbliğ edərək yazırdı: ―Zərurəti-həyat cəmiyyəti-
bəşəriyyənin artmasına nisbətən bir çox dəfə ziyadəsilə təzad
ediyor... Bu səbəbdən millətlərin biri digəri üzərinə hücum
edib, müharibə açmağa, onun toprağını almağa və kəndisini
istila və istehlak etməyə məcbur olur‖
2
.
Bütün
bu
nəzəri əllaməlikdən məqsəd imperialist
müharibəsini və millətçilik ideyasını açıqdan-açığa doğrultmaq
idi. Məsələn, eyni müəllif həmin ―İqbal‖ qəzetində nəşr
olunmuş ―Mərakeşdə qiyam‖ adlı məqaləsində fransız
imperialistlərinin Mərakeşdə törətdikləri cinayətlərə haqq
qazandırıb, ümumiyyətlə hər hansı bir millətin öz mənafeyi
xatirinə başqa bir milləti yer üzündən silməyə çalışmasını
―insan təbiətindən doğan qanuni bir hal‖ adlandırırdı. Mə-
qalədə deyilirdi ki, ―bu xüsusda fransızlar zərrə qədər qəbahətli
deyillər. Onlar kəndi vəzifələrini ifa edir, kəndi mənfəətlərini
müdafiə edirlər‖
3
.
―Dirilik‖, ―Şəlalə‖, ―Açıq söz‖ kimi qəzet və jurnallar da
eyni yolla gedirdilər: XX əsri ―millətçilik əsri‖ adlandırıb, milli
toqquşmanın, millətçilik ideyalarının guya tarixdən əvvəl, hələ
―buz dövründə‖ də mövcud olduğunu və millətlər arasındakı
mübarizənin yeganə tərəqqi vasitəsi olduğunu sübuta çalışır-
dılar. ―Şəlalə‖ jurnalında deyilirdi ki, ―devri-cəmudiyyədən
tutmuş, milada qədər hər kəsdə milli etiqad, milli hissin
mövcud olması görünür. Millətlərdə kin yaranarsa, irəliləmək
müyəssər olur‖
4
.
Mürtəcelər imperialist müharibəsinin ən tüğyanlı illərində
―yeni fəlsəfənin‖ murdar mahiyyətini daha aydın büruzə
verərək
irqçilik
nəzəriyyəsinin
―müsbət
təcrübəvi‖
nəticələrindən bəhs edirdilər. ―Açıq söz‖ qəzetində çap
1
―İqbal‖, 1912, № 30.
2
Yenə orada, № 8.
3
―İqbal‖, 1912, № 32.
4
―Şəlalə‖, 1914, № 12.
Dostları ilə paylaş: |