165
Cəfər Cabbarlı və bu kimi yazıçılar yeni inqilabi ideyalar
cəbhəsindən olsa da, əsərlərinin mühüm bir qisminin
mövzusunu keçmiş həyatdan alırdılar (―Oqtay Eloğlu‖,
―Köhnə dudman‖, ―Od gəlini‖, ―Dəli yığıncağı‖, ―Eşq və
intiqam‖ əsərləri kimi). Cəlil Məmmədquluzadə yeni
həyat hadisələrini, istismarçı siniflərin ölümünü əks
etdirən
―Bəlkə
də
qaytardılar‖,
Ə.Haqverdiyev
Azərbaycanda sosialist inqilabının qələbəsindən bəhs
edən ―Ağac kölgəsində‖ əsərini 1926-cı ildə yazmışdı.
Cabbarlı ―Sevil‖i 1928-ci ildə, ―Almas‖ı 1930-cu ildə
yazmışdı. 20-25-ci illərdə romantiklər, xüsusən Cavid
kimi əvvəlləri daha çox ümumi məhəbbət ideyasına bağlı
olan ziddiyyətli yazıçılar yeni həyatı qavramaqda və əks
etdirməkdə çox çətinlik çəkirdilər.
İkinci tərəfdən, Azərbaycanda Sovet hakimiyyəti
qurulmasının ilk illərində möhkəm bir ədəbi təşkilatın
yoxluğu sənətdə müasirliyin inkişafını müəyyən dərəcə
ləngidirdi. Bu illərdə marksist tənqidinin hələ zəif olması
da işə mənfi təsir edirdi. İlk yazıçılar təşkilatı
(―Ədəbiyyat cəmiyyəti‖) 1925-ci ildə təşkil olunmuşdu.
Ondan əvvəlki illər, demək olar ki, bir növ təşkilatsız
yaradıcılıq illəri idi. Möhkəm bir yazıçı təşkilatının
olmaması üzündən təcrübəli yazıçıları yeni yaradıcılıq
əməllərinə cəlb etmək işi zəif idi. Bu zəruri işə təşkilati
surətdə ancaq partiyanın 18 iyun 1925-ci il qərarından
sonra başlanmışdı.
Lakin bütün bu şəraiti nəzərə almaqla bərabər, 20-26-
cı illərdə Cavidin yeni həyat haqqında yazmamasının
səbəbini yalnız bu xüsusi şəraitdə axtarmaq sadəlik
olardı. Əsas səbəb budur ki, bu illərdə Cavid sosialist
inqilabının mahiyyətini başa düşməmişdi. Caviddə yeni
həyat, bu həyatın böyük mənası və gələcəyi haqqında
aydın bir təsəvvür yox idi; onda proletar inqilabının
xilaskar roluna qəti bir inam da yox idi. Bu həqiqəti
166
gizlətməyə ehtiyac yoxdur. Əgər bu cəhəti nəzərə
almasaq, biz inqilabın və yeni həyatın sonrakı illərdə
Cavid yaradıcılığına göstərdiyi müsbət təsirləri də
düzgün qiymətləndirə bilmərik.
Proletar inqilabı, kəskin sinfi mübarizə dövrü və
şəraiti Cavidin gözləmədiyi, o vaxta qədər təsəvvür edə
bilmədiyi yeni bir aləm idi. Cavid uzun müddət
əsərlərində ―həyat mübarizədir, haqqını sən mübarizə ilə
ala bilərsən‖ deyib coşduqda sadəcə olaraq zəiflər üçün
əlverişli olan müəyyən xeyirxah bir ideyanın həyata
keçirilməsini nəzərdə tuturdu. Proletar inqilabı isə belə
mücərrəd ―xeyirxahlıq‖ ideyasından, məzlumların halını
―bir qədər yaxşılaşdırmaq‖ məqsədindən uzaq idi;
mücərrəd, ümumi məhəbbət mövhumatına zidd idi. Bu
inqilab köhnə cəmiyyətin nəinki siyasi təsisatını, habelə
cəmiyyətin zülm və haqsızlığa əsaslanan iqtisadi-ictimai
təməllərini də kökündən sarsıtmışdı və amansız sinfi
mübarizə yolu ilə köhnə münasibətlərin xərabələri
üzərində yeni cəmiyyət qurur, yaradırdı.
Proletar inqilabının bu böyük amalı və cəmiyyəti
yenidən qurmaq işi, mücərrəd, ümumi məhəbbət fəlsə-
fəsinə aludə olmuş romantik şairə çatmırdı. Bu illərdə
Cavidin siyasətdən uzaqlaşması, ―ədəbiyyat, sənət başqa,
təbliğat başqadır‖ və ya ―romantik şairin keçmişdən
yazması təbiidir‖ deyib bəhanə gətirməsi, tarixi
mövzulara, uzaq və yaxın keçmişə əl atması da buradan
irəli gəlirdi. Cavid heç bir əsərində proletar inqilabına
zidd cəbhə tutmamışdı; o, inqilaba mənfi münasibət
bəsləmirdi; eyni zamanda o, susur, hələ inqilabın xeyrinə
bir söz də demirdi.
Yuxarıda deyildiyi kimi, Cəlil Məmmədquluzadə,
C.Cabbarlı, Ə.Haqverdiyev və bir çox başqaları keç-
mişdən yazsalar da, onlar bu əsərlərində də, inqilabın ilk
illərində də yeni dövrün yazıçıları idilər, yeni cəmiyyət
167
quruculuğuna xidmət edirdilər. Onlar keçmiş həyata da
bu günün nöqteyi-nəzərindən yanaşırdılar. Cavid isə
xüsusən ―Topal Teymur‖ əsərində keçmişə bu nöqteyi-
nəzərdən
yanaşmırdı.
Özünün
mücərrəd,
ümumi
məhəbbət və həyat mübarizəsi haqqında birtərəfli,
idealist görüşləri cəbhəsindən yanaşırdı. Bütün bunlar
onu ciddi məfkurə tərəddüdlərə aparıb çıxarmışdı.
Cavidin ―Uçurum‖ faciəsində fəlsəfə maraqlısı Əkrəm
rəssam Cəlalı nəzərdə tutaraq:
Mən oylə bir rəssam olsaydım əgər,
Hicaz ölkəsinə edərdim səfər.
UğraĢıb dururdum bir xeyli müddət,
Bir çox düĢüncədən sonra, nəhayət
Təsvir eylər idim gənclik çağında
Böyük Məhəmmədi Hirra dağında.
Bir halda ki, göydən enmiĢ bir mələk—
1
— dedikdə gənc İldırım ona belə cavab verir:
Hirra, mələk həp birər əfsanə, biz,
ġimdi artıq həqiqət dövründəyiz.
Çox qəribədir ki, Cavid 1917-ci ildə yazdığı ―Uçu-
rum‖da İldırımın dili ilə peyğəmbər, Hirra və mələyi
―əfsanə‖ adlandırdığı, ―həqiqət əsrində‖ belə xəyalların
mənasız olduğunu təsdiq etdiyi və ondan əvvəlki ―Şeyx
Sənan‖, ―Bir xatirə‖ kimi əsərlərində bu mövqedə
durduğu halda, ―Peyğəmbər‖ əsərində özü bu mütərəqqi
fikirlərdən uzaqlaşır, Əkrəmin səviyyəsinə enirdi.
―Peyğəmbər‖ dramının ilk səhnəsində remarkada
Cavid Məhəmmədi Hirra dağında məhz ―Uçurum‖da
Əkrəmin təsəvvür etdiyi şəkildə göstərir, bu köhnə zövqə
1
―Uçurum‖, Bakı. Azərnəşr, 1926, səh. 10.
Dostları ilə paylaş: |