Бизнесин тяшкили вя идаря едилмяси
77
Kiçik biznesin səmərəli fəaliyyət göstərməsi imkanları iri istehsalla
müqa-yisədə bir sıra üstünlüklərə malikdir. Bunlar aşağıdakılardan ibarətdir:
1) yerli bazarlara məsafə baxımından yaxınlıq; 2) istehlakçıların (müş-
tərilərin) tələbat-larına maksimum uyğunlaşma; 3) iri firmalar üçün əlverişli
olmayan xırda parti-yalarla məhsul istehsalı; 4) idarəetmədə paralel səviy-
yələrin ixtisar edilməsi və s.
Кичик бизнесин fəaliyyətinin genişləndirilməsi iqtisadiyyatın sağlam-
laşdırılması üçün əlverişli şərait yaradır, yəni
•
sağlam rəqabət mühiti yaradır;
•
əlavə iş yerlərinin açılmasına səbəb olur;
•
struktur yenidənqurulmasını təkmilləşdirir;
•
istehlak sektorunun genişləndirilməsini təmin edir;
•
tələbatçılar sektoru genişləndirilir;
•
bazar mallar və xidmətlərlə zənginləşir;
•
ixrac imkanları genişləndirilir;
•
yerli xammal resurslarından səmərəli istifadə edilməsinə şərait
yaradır;
Ə
mək tutumlu sahələrin genişləndirilməsi, əhalinin sahibkarlıq fəaliy-
yətinə cəlb edilməsi istehsal güclərindən maksimum istifadə olunması kiçik
müəssisələrin yaradılmasını zəruri edir.
Ümumiyyətlə, kiçik biznesin inkişaf etdirilməsi iqtisadiyyatın möh-
kəmliyinin təməlidir. Bir çox tədqiqatçıların fikrincə, bazar iqtisadiyyatı sis-
teminə keçən ölkələrdə kiçik biznesin inkişafı həmin dövlətlərdə yeni
iqtisadiyyata inteqrasiya prosesini sürətləndirir.
Bundan başqa kiçik biznesin digər sosial-iqtisada əhəmiyyəti vardır:
•
yerli təsərrüfat sferasına tez uyğunlaşma qabiliyyəti;
•
kiçik sahibkarlığın böyük azadlığa malik olması;
•
qəbul edilmiş qərarların cəld və yüksək operativliklə həyata keçiril-
məsi;
•
iqtisadi fəaliyyətlə məşğul olan zaman idarəetmə və istehsal
xərclərinin aşağı olması;
•
şəxsin öz ideya və fikirlərini həyata keçirmək imkanlarının geniş
olması;
•
ilkin kapitala tələbatın aşağı olması;
•
müştərilərin tələbatlarına uyğun olaraq məhsulun forma və key-
fiyyətində tez bir zamanda dəyişikliyin edilməsi imkanlarının olması;
•
şəxsi (sahibkar) kapitalın daha geniş dövriyyəsi.
Sahibkara məxsus kiçik müəssisəsinin spesifik çətinlikləri də vardır.
Məsələn; müəssisəni quran şəxsin bilik və bacarığı, fəaliyyət göstərdiyi
sahədə təcrübə və qabiliyyəti aşağı səviyyədə ola bilər. Odur ki, o, başqala-
rının (mütəxəssis, idarəedici) bilik və bacarıqlarından gərəkli istifadə
Бизнесин тяшкили вя идаря едилмяси
78
etmədikdə iflasa uğrayar və ya zərərlə üzləşər. Belə müəssisələrdə işləyənlər
ümumi qazancdan əlavə pay almaq imkanından da məhrum qalırlar. Odur
ki, onların imkanları məhdud olduğundan fəaliyyət dairələrini təkmilləş-
dirməkdə, genişləndirməkdə və daha məhsuldar çalışmaqda maraqlı olmur-
lar; Tək şəxsin müəssisəsi, bir şəxsin sərmayəsi ilə yaradıldığından onun
həcmi də məhdud olur. Kredit almaq imkanı məhdudlaşır, ala bilsə də, yük-
sək faizlə almalı olur və aldığını qaytarmaq imkanı da müəssisənin qazancı
qarşısında çətinliklər törədir. Belə müəssisələr uzunömürlü olmurlar. Çünki
bütün ixtiyar sahibinin bir şəxs olması üzündən onun dünyasını dəyişməsi
və ya müəyyən səbəblər üzündən işini davam etdirə bilməməsi, bu cür
müəssisələrin fəaliyyətinə son qoyur. stər işçiləri, istər mal göndərənlər və
istərsə də mal alanlarla əlaqədə məsuliyyəti bir şəxs daşıyır. Bütün baş verə
biləcək müqavilə, cavabdehlik və iddialara bir nəfər bütün varidatı ilə cavab
verməli olur. Qazancın bir nəfərdə toplanması və onun paylanılan qazanc-
dan daha irihəcmli olması ortaqlı müəssisələrə nisbətən belə müəssisələrdə
gəlir vergisinin ödənilməsinin yüksək olmasına gətirib çıxarır.
6.2. Kiçik biznesin təş
kili xüsusiyyə
tlə
ri
Kiçik biznes strukturları ilk növbədə müəssisə və birliklərin tərkibin-
dən struktur və istehsal vahidlərinin, eləcə də istehsal bölmələrinin ayrıl-
ması, digər hallarda isə səhm qoyulması əsasında yaradıla bilər. Bazar mü-
nasibətlərinə keçildiyi və bazar infrastrukturunun yaradıldığı müasir şəraitdə
axırıncı yol daha optimal hesab edilir. Kiçik biznes dövlət, ictimai koope-
rativ müəssisələrlə, xüsusi şəxslərə, həmçinin mülkiyyətin digər formalarına
ə
saslanan təşkilatlarla birlikdə təsis edilə bilər.
Biznesin hər hansı formasının inkişafı əsas etibarilə iki şərtdən: bütün-
lüklə ölkədəki və onun regionlarındakı daxili iqtisadi şəraitdən və konkret
sahibkarın təsərrüfat məqsədlərini reallaşdırmaq üçün öz hüquqlarından
istifadə etməsi imkanlarından asılıdır. Bu amillər daha əhəmiyyətli dərəcədə
mikroiqtisadiyyatın inkişafına təsir göstərir. Belə ki, konkret şəraitdə bu
amillərin bazar konyukturasına və qəbul edilmiş idarəetmə qərarlarının son
nəticəsinə təsiri çox böyükdür.
Bazar iqtisadiyyatına keçid şəraitində iqtisadi-sosial problemlərin həlli
inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, Azərbaycan
Respublikasında da iri müəssisələrlə yanaşı kiçik biznesin inkişafı ilə bağ-
lıdır və bunların iqtisadiyyatda öz yeri və rolu vardır. Kiçik biznesin ölkə iq-
tisadiyyatının müxtəlif sahələrində özünəməxsus yer tutması ilk növbədə
müstəqillik əldə etdikdən sonra ölkədə başlanan demokratikləşmə prosesinin
və bazar münasibətlərinin inkişafının, iqtisadiyyatın transformasiyasının real
nəticəsidir.