Игтисади сийасят: методолоэийа вя практика
85
Mikroiqtiadi səviyyədə Valrasın tarazlıq modeli nəzərdə
tutur ki, tələb və təklif hər bir məhsul, xidmət və ehtiyatlar üçün
tarazlığa malikdir. Makroiqtisadi səviyyədə isə məcmu tələb və
təklifin bərabərliyi nəzərdə tutulur. Başqa sözlə Valras qanuna
görə hər hansı bir bazarda tələbin artıqlığı varsa, digərlərində
həmin ölçüdə təklifin artıqlığı vardır. Yəni ümumi saldo həmişə
sıfıra bərabərdir. Valrasa görə tarazlığın təmin olunması təkcə
təkmil rəqabətin mövcudluğunu yox, həm də qiymətdən başqa tə-
ləb və təklifin bütün faktorlarının sabitliyini tələb edir. Təbiidir ki,
belə fərziyyələr real iqtisadiyyatda həmişə özünü doğrultmur. Ona
görə də ümumi tarazlıq tipik deyil, «ideal» hal üçün mümkündür.
Lakin bu halın tədqiqi, rəqabətli iqtisadiyyatın hədəfini müəyyən-
ləşdirməyə və tarazlığa mane olan səbəbləri aşkarlamağa imkan
verir.
qtisadi tarazlığın, təmin olunması üsullarının xarakteristika-
ları arasında, Marşall konsepsiyası, daha məhşurdur. Bu kon-
sepsiyaya görə istehsalçı və istehlakçılar, satış və alış planlarını,
qarşılıqlı olaraq iqtisadi konyukturaya görə tənzimləyirlər. Ona
görə də, bazarda tarazlıq – tələbin qiymətinin təklifin qiymətindən
üstünlüyü və ya əksinə təsiri ilə formalaşır. Belə üstünlüyə reak-
siya olaraq istehsalçılar, istehsalın həcmini müvafiq olaraq artırıb,
azaldırlar.
Müasir dövrdə makroiqtisadi tədqiqatlarda, tarazlığa doğru
hərəkəti - daha çox, iqtisadi agentlərin gözləmələri ilə korrektə
olunan stoxostik, ehtimallı proses kimi qiymətləndirirlər. Nə-
zərdə tutulur ki, iqtisadi subyektlər, tələb və təklifin həcmi haq-
da qərarları, müxtəlif vaxtlarda qəbul edirlər.Ona görədə, məcmu
tələb, cari iqtisadi konyuktura ilə, yəni qüvvədə olan qiymətlərə
görə müəyyənləşirsə, istehsal həcmi haqda qərar, istehsal prose-
sindən əvəl qəbul edilir. Makroiqtisadi nəzəriyyədə, «gözləmələr»
konsepsiyasını, 30-cu illərdə sveç alimi Q.Mürdal təklif etmişdir.
Mürdal, gözləmələrin iki tipini fərqləndirməyi vacib hesab
edirdi.: «ex poste» gözləmə, yəni baxılan dövr bitdikdən sonra,
istehsalçı və istehlakçıların qiymətləndirməsi və «ex ante», iqti-
sadi agentlərin, qərar qəbulu prosesində formalaşan, plan və
Расим Щясянов
86
məramlarındakı gözləmələr. Bu tipli konsepsiyalara, ekstropolya-
siyalı, adaptiv və rasional gözləmə konsepsiyalarını aid etmək
olar. Tarazlığın digər modelləri sırasında, Kene cədvəli, Marksın
geniş və təkrar istehsal sxemi, Leontyevin «xərc-buraxılış» mo-
deli, yetərincə istinad olunan modellər hesab edilir.
qtisadi inkişafın tarazlğı problemi, son dövrlərdə də iqti-
sadi siyasətin mühüm vəzifələrindən hesab olunur. Bununla belə,
tarazlıq problemi iqtisadi inkişafın dayanıqlığı və davamlılığı
xüsusiyyətləri ilə, eyni əhəmiyyətli kimi qəbul olunur. qtisadi
siyasətdə, yuxarıda sadalanan xüsusiyyətlərin, uyğunluğunun tə-
min olunması şərti ilə həlli, düzgün həll hesab olunur. Digər tə-
rəfdən, həmin xüsusiyyətlərin birgə həllinin təmin olunması, iq-
tisadi inkişafın, resurslardan istifadənin intensivliyinə, yeni
baxışların tətbiqi vasitəsilə, daha da gücləndirilməsi şəraitində
baş verməsi, son dövrlərdə xüsusi ilə aktuallaşmışdır.
Bununla belə, iqtisadi inkişafda, tarazlıq və sürətli artımın
təmin olunmasına yanaşmalarda müxtəliflik vardır. Dünya tə-
sərrüfat sistemində, son illərdə baş verən institusional dəyişik-
liklər, həmçinin inkişaf etmiş ölkələrin və beynəlxalq iqtisadi
təşkilatların, inkişaf etməkdə olan ölkələrə və o cümlədən “tran-
zitiv” iqtisadiyyatlı ölkələrə, yardım layihələrində, müxtəlif in-
kişaf nəzəriyyələrinə istinad edərək, tətbiq ediləcək konsepsiya-
ların, benefisiar ölkələrin kompleks transformasiyasını doğura-
cağı haqqında, təsəvvürlər yaradılır. Belə nəzəriyyələrdə, iqtisadi
inkişafın ən mühüm şərtləndirici faktoru kimi, “idarəetmə” amili
önə çəkilir və ona görə də institutların dəyişməsi zərurəti, daha
səylə qabardılır. BMT-nin “Minilliyin layihəsi” proqramında da,
bu səpkidən insan kapitalına, infrastruktura və kənd təsərrüfatı
texnologiyalarına iri miqyaslı, koordinasiya olunan investisiya
qoyuluşları, zəruri hesab edilmişdir.
Lakin, inkişaf nəzəriyyələri ilə məşğul olan bir sıra tanınmış
ekspertlər isə, fərqli məntiqləri irəli sürürlər. ABŞ-da, sosial elm-
lər sahəsində, tanınmış alim olan Albert Xirşmanın məntiqinə
görə, iqtisadi artım imkanları, çox müxtəlif ola bilir. Ona görə də,
ayrı-ayrı nəzəriyyələrdə tələb olunan “şərtlər toplusu”, mütləq he-
Игтисади сийасят: методолоэийа вя практика
87
sab olunmamalıdır. Xirsman, hətta Helbreyti tənqid edərək qeyd
edir ki, təklif olunan kompleks proqramlar, əslində çox mürəkkəb
və geniş olduğundan , iqtisadi cəhətdən geri qalmış ölkələr, on-
ların icrasını həyata keçirə bilməzlər. Eyni zamanda, Xirsman
hesab edir ki, inkişafı yarada biləcək faktorlar, olduqca çoxdur
və müxtəlif xarakterlidir. Hətta, aşağı inkişaf səviyyəsinə malik
olan ölkələr üçün, xarakterik olan inkişafın qeyri-tarazlığı belə, in-
kişaf üçün əlverişli imkanlar yarada biliər. Son illərin təcrübəsi gös-
tərir ki, Xirsmanın bu ideyası, əslində doğrudur. Məsələn, kinci
Dünya müharibəsindən sonrakı Qərbi Almaniya, XX əsrin sonunda-
kı, vahid Almaniya iqtisadiyyatının bərpası, 90-cı illərin sonunda,
məhşur dünya maliyyə böhranı şəraitində Malayziya təcrübəsi və s.
Mütəxəssislərin qənaətinə görə, son 50 ilin dərsləri göstərir
ki, effektiv inkişafın təmin olunması baxımından, inkişaf etməkdə
olan ölkələrdə siyasətcilər “kompleks” yox, “strateji” məntiqə
daha çox üstünlük verməli, “qlobal” düşünərək, “lokal” fəaliyyət
göstərməlidirlər. qtisadi inkişafda, irimiqyaslı sıçrayışlara can
atmaq yox, inkişaf priopritetlərini müəyyənləşdirərək, ardıcıl və
kumulyativ dəyişikliklərə çalışmalıdırlar.
Dünya təcrübəsinin təhlili göstərir ki, müvəffəqiyyət qazan-
mış ölkələrin ümumi cəhətləri, çoxdur. Belə ölkələrdə, mülkiyyət
hüququ və müqavilə öhdəlikləri, daha effektiv qorunur, makroiq-
tisadi stabillik təmin olunur, dünya iqtisadiyyatına inteqrasiyaya,
məhsulların diversifikasiyasına və yeniliklərə çalışılır. Lakin mə-
sələ ondadır ki, belə ölkələr, öz məqsədlərinə müxtəlif yollarla
nail olurlar. Məsələn, dünya bazarına sürətli inteqrasiya, ixracın
subsiyalaşdırılması (cənubi Koreya), azad iqtisadi zonalar (Ma-
layziya), çox milli müəssisələrin investisiya yatırımlarının stimul-
laşdırılması (Sinqapur), xüsusi iqtisadi zonalar (Çin), regional
azad ticarət razılaşmaları (Meksika) və ya idxalın liberallaş-
dırılması (Çili) vasitəsilə həyata keçirilə bilir.
Nəzərə almaq vacibdir ki, ən yaxşı inkişaf strategiyaları,
yerli özəllikləri nəzərə almalı, üstünlükləri inkişaf etdirilməli və
maneələri tədricən aradan qaldırılmasını əsas götürməlidir. Məhz
bu baxımdan, dünya təcrübəsi sübut edir ki, universal səmərəli
Расим Щясянов
88
islahat modeli yoxdur. Bütün məqsədlərə eyni zamanda nail olun-
ması, praktiki cəhətdən mümkün deyildir. Ən mühümü, iqtisadi
artıma qarşı maneələri eyni vaxtda azaltmaqdır.
Ayrı-ayrı ölkələrdə belə maneələr özləridə fərqlidir. Ona
görə də islahatlar, dəqiq düşünülmüş proqramlarla aparılmalıdır.
Bu baxımdan məhşur “Vaşinqton” və“Post-Vaşinqton” konses-
susları, konkret fəaliyyət strategiyası yox, ümumi problemlər
siyahısı kimi qəbul edilməlidir. Ümumiyyətlə son dövrlərin təcrü-
bəsi göstərir ki, Xirsmanın yanaşması özünü daha çox doğruldur.
Zaman ötdükcə iqtisadiyyatın zənginləşməsi, dinamik modellərin
üstünlüyünü artırır, indi ,“sekond-best” (ikinci yaxşı), iqtisadiyyat
modelinin tərəfdarları çoxalır, “davranış” iqtisadiyyatı isə, “ra-
sional oyunçunu” pis vəziyyət salır. qtisadiyyatın siyasiləşməsi,
yenidən adi hadisəyə çevrilir.
2.5. Dövlətin bazar iqtisadiyyatında iştirakı zərurəti,
mahiyyəti və məqsədləri
Məlum olduğu kimi, klassik mənada iqtisadiyyat – insan-
ların qeyri-məhdud tələbatının, məhdud xarakterli təbii resurslar
və istehsal imkanları ilə, ödənilməsi problemlərini, həll etməyə
çalışan elm və praktiki fəaliyyət sahəsidir. Bütövlükdə iqtisadiy-
yat, tədqiqat baxımından fərqlənən, institusional xarakterli iki
böyük bölməyə ayrılır: mikro və makroiqtisadiyyat.
Mikroiqtisadiyyat –
ayrı-ayrı iqtisadi elementlərin, iqtisadi
davranışını öyrənir. Belə elementlərə, ev təsərrüfatları, firmalar,
sahələr və konkret bazarlar aiddir.
Ümumiləşmiş şəkildə, mikroiqtisadiyyatın problemləri,
ayrı-ayrı məhsul və xidmətlərin istehsal həcmləri və qiymətləri,
həmçinin müxtəlif bazarların, qarşılıqlı fəaliyyəti nəticəsində,
məhdud ehtiyatların, yenidən bölgüsünün sonsuz alternativlərinin
yaranmasına aiddir.
Makroiqtisadiyyat
isə əksinə, iqtisadiyyatın bütövlükdə fəa-
liyyətini tənzimləyir. Burada əsas diqqət, məhsul və xidmətlərin
Dostları ilə paylaş: |