Игтисади сийасят: методолоэийа вя практика
93
həmin nemət, hamı üçün açıq olur. Həm də, əlavə istehlakçılardan
imtina olunması xərcləri, hədsiz yüksək olur.
Xalis ictimai nemətlərin xüsusiyyətlərini, daha aydın dərk
etmək üçün onu, xalis fərdi nemətlərlə, müqayisə etmək məqsə-
dəuyğundur. Xalis fərdi nemətlər (pure private good) - elə nemət-
lərdir ki, onun hər vahidi, ayrıca haqq müqabilində satıla bilər.
Xalis fərdi nemətdən fərqli olaraq, xalis ictimai nemət, istehlak
vahidlərinə ayrıla bilmir və hissə - hissə satıla bilmir. Xalis icti-
mai nemətin hissəciklərinin, qiymətinin müəyyənləşdirilməsinin
qeyri-mümkünlüyü, həmin nemətlərə olan məcmu tələbin müəy-
yənləşdirilməsi xüsusiyyətləri ilə, izah olunur. (Şəkil 1). Bu halda
qiymət, dəyişən kəmiyyət deyil və hər vahidin qiymətini müəy-
yənləşdirmək mümkün deyil. Çünki onun istehlakı, hər kəsin öz
ə
lahiddə hüququdur. Ona görə də, xalis ictimai nemətə olan
tələbin əyrisi, həmin nemətin mövcud olan bütün həcminin, limit
faydalılığını əks etdirir. Xalis fərdi nemətlərə tələbin həcmini isə
adamlar özləri tənzimləyir:
Q
d
= Zq
i
.
Xalis ictimai nemət üçün bu mümkün deyildir. Bütün isteh-
lakçılar onun bütün həcmini istifadə etməlidir.
Q
s
= q
1
= q
2
= ...... = q
n
Bu, hər bir istehlakçının, nemətlərdən istifadədə keyfiyyət,
həcmi və s. meyarlar baxımından, özəl tələblərinə yol verilmə-
məsi ilə izah olunur. Məsələn, teatrda tamaşaçılar, parter, loja və
ya amfiteatrı seçməklə müxtəlif qiymətli biletlər ala bilirlər,
lakin, ölkənin müdafiə qabiliyyətindən faydalananlar belə seçim
edə bilməzlər.
Расим Щясянов
94
Xalis fərdi nemətlər
P
D
1
D
2
D
3
D
P
0 2 4 6 12 Q
Xalis ictimai nemətlər
P
D = Eq
i
30
D
3
D
2
D
1
15
10
5
0 Q
Q
s
= 12
Şə
kil 1. Xalis fərdi və xalis ictimai nemətlərə
məcmu tələbin müəyyənləşdirilməsi
Göründüyü kimi, xalis fərdi nemətlərə, məcmu tələbdən
(bu tələb üfüqi xətlə fərdi tələblərin cəmlənməsi ilə alınır) fərqli
olaraq, xalis ictimai nemətlərə, məcmu tələb, şaquli xətlə, bütün
limit faydalarının cəmlənməsindən (mövcud olan həcm baxı-
mından) alınır. Beləliklə, aydın olur ki, həm fərdi, həm də ictimai
seçim, əslində, iqtisadi qarşılıqlı əlaqəli fəaliyyəti prosesində -
individlərin verdikləri üstünlükləri müəyyənləşdirir, nəzərə alır və
həyata keçirir. Hər iki halda, Pareto - optimallığının əldə olun-
Игтисади сийасят: методолоэийа вя практика
95
ması üçün imkan yaranır. Lakin onlar arasında, ciddi fərqlər də
vardır. Bu fərqlər, optimallıq meyarlarının seçimindən asılı
olaraq, alət və vasitələrin müxtəlifliyi səbəbindən yaranır.
Qeyd etmək vacibdir ki, istehlak seçiminin qeyri – mümkün-
lüyü və imtina olunması xüsusiyyətləri, ictimai nemətlərin heç də
hamısı üçün xas deyildir. Əgər, hətta bu xüsusiyyətlərin hər hansı
biri, nisbətən zəif olarsa, onda “qarışıq nemətlər” yaranır. Məsə-
lən, əgər milli müdafiə və ya dövlət tərəfindən göstərilən səhiyyə
xidmətlərini, ictimai istehlakdan çıxarmaq mümkün deyildirsə,
Ronald Kouzun dediyi kimi, gəmilərin hərəkəti üçün mayak xid-
mətini, ictimai nemətlər sırasından çıxararaq, haqqı ödənilən,
fərdi nemətlərə aid etmək olar.
ctimai nemətlər, ümummilli və lokal (regional, yerli) ola
bilir. Sonuncular, yerli hakimiyyət tərəfindən istehsal olunur. Hö-
kumət isə, ictimai nemətlərlə yanaşı digər sosial nemətlər (xid-
mətlər), məsələn, sosial təminat təqaüdü, işsizliyə görə müavinət,
məktəbdə oxumağa görə dotasiya, infrastruktur təminatı (yollar və s.)
istehsal edir. Bu nemətlərin əksəriyyəti, bütövlükdə (və ya bəzən
qismən) fərdi istehlak olunur. Həmin nemətlərdən kənar şəxslərin
istifadəsinin qarşısını almaq üçün, onlara bu nemətləri əvəzi ödə-
nilməklə təklif etmək olar. Əslində, təcrübədə çox az sayda ne-
mətlər var ki, xalis ictimai nemətlərə məxsus olan bütün xüsu-
siyyətlərə malikdirlər.
Xalis ictimai nemətlər istehsalı, bir sıra çox saylı müsbət
kənar effektlərin yaranması ilə müşayiət olunur. Həmin effektlə-
rin, daxili effektlərə çevrilməsi baş verməzsə, bazar iqtisadiyyatı
şə
raitində belə nemətlərin istehsalı mümkünsüz olar.
Məlum olduğu kimi, iqtisadi mahiyyətə görə, istehsalın
səmərəli həcmi elə nöqtədədir ki, orada limit ictimai fayda
(qazanc) (marginal social benefits), limit ictimai xərclərə (mar-
ginal social costs)
bərabər olur. MSB = MSC. Xalis ictimai
nemətlərin istehlakı, kollektiv baş verir, lakin istehlakın fərdi fay-
dası müxtəlifdir. Təcrübədə, hər kəsin aldığı faydanı müəyyənləş-
dirmək üçün, dəqiq informasiya əldə etmək çox çətindir. Ictimai
neməti qrup halında istehlak edənlərin sayı, az olduqda, könüllü
Расим Щясянов
96
kooperasiya əsasında, müsbət kənar effektləri, daxili effektlərə
çevirmək olar. Lakin qrupun həcmi böyüdükdə, informasiyanın
gizlədilməsi ehtimalı da sürətlə böyüyür.
Ə
gər xalis, ictimai nemətlərin istehlakının haqqının ödənil-
məsi, onların istifadə olunmasının, limit faydalılığı baxımından,
həyata keçirilirsə, alınmış faydanın real həcminin azaldılması və
düzgün informasiyanın gözlədilməsi üçün, güclü stimul yaranır.
Həqiqətən, əgər istehlakçı xalis ictimai nemətlərin istehlakından,
haqqı ödənilməsindən, asılı olmayaraq fayda alırsa, onda artıq
xərcə düşmədən, həmin nemətləri, havayı almaq arzusu yaranır.
Belə situasiya “biletsiz sərnişin” (free - rider problem) problemi
adlanır. (Şəkil 2)
“Biletsiz sərnişin” problemi necə yaranır?
Şə
kil 2.
Arzuolunmaz belə halın baş verməməsi üçün, məcburetmə
vacibdir. Kiçik və bütöv kollektivdə, bu çox simvolikdir. “Bi-
letsiz” problemi, iri qruplarda daha tez - tez yaranır, çünki qeyd
etdiyimiz kimi, belə qruplarda dəqiq informasiya almaq çətinləşir.
Anonimlik (tanınmamazlıq), “biletsizliyi” bir növ stimullaşdırır.
Nəticədə isə, ictimai nemətlərin istehsalının səmərəliliyi, arzuolu-
nan səviyyədən aşağı düşür. Bazar özlüyündə, bu problemi həll
etməyə, qadir deyildir. Ona görə də, bazarın belə “boşluqlarının”
həllində, dövlət, mühüm rol oynayır.
ctimai nemətlərin istehsalı, kifayət qədər olmadıqda, proble-
min rasional həll yolu - vətəndaşların məcburilik əsasında, ic-
timai nemətlərin istehsalının maliyyələşdirilməsində iştirakını
stehlakçının, xalis
ictimai nemıtdın
aldııı limit fayda-
lılııın xırclıri,
onun ödımıdı
iıtirakdan asılı
deyil.
Bu, insanların
aldııı faydadan,
daha az, xidmıt
göstırmıyı sövq
edir
Nəticədə müəyyyən
dövrdən sonra, xalis
ictimai nemıtlırin
hıcmi, sımırıli
hıcmdın kiçik
olur.
Dostları ilə paylaş: |