Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə32/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   28   29   30   31   32   33   34   35   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
125 
burada,  bərabərliyin  sağ  tərəfi  xərclərin  multiplikatoru 
adlanır, b-istehlaka olan limit meyilliyini ifadə edir. 
 Xərclərin hər bir sonrakı dövründə, yığıma olan limit meyil-
liyi, (s = 1-b ), itki  kimi təsir göstərərək, təkrar xərclərin tədricən 
azalmasını yaradır. 
Ölkənin beynəlxalq ticarətdə iştirakı dərəcəsi  xərc multipli-
katoruna təsir edir. Açıq iqtisadiyyatda  bu  həm də  «xarici ticarət 
multiplikatoru» adlanan bu multiplikatorun hesablanması üçün tə-
miz ixrac funksiyasının təhlili vacibdir. Qəbul edilir ki, ixrac öl-
kənin milli gəlirinin ölçülərindən yox, xaricdə gəlirin ölçülərindən 
asılıdır. Eyni zamanda ölkənin milli gəlirinin artımı onun idxalını, 
idxala  olan  limit  meyilliyinə  mütənasib  artırır.  Təmiz  ixrac 
funksiyası:  NX = g - mY   kimi ifadə edilir. Burada g- avtonom 
təmiz ixrac,  m - idxala olan limit meyilliyini, yəni,  milli gəlirin 
bir vahid artmasının idxalı neçə vahid artırmasını göstərir.       
 
                                      
Y
IM
m


=
  
 
dxala olan limit meyilliyi, yığıma olan limit meyilliyi kimi, 
daxili  xərclər  axınından  olan  itkidir.  Ona  görə  də  açıq  iqtisadiy-
yatda,  xərclərin  dövriyyəsinin  sonrakı  mərhələlərində  yeni  xərc-
lərə çevrilən əlavə gəlirin payı,  (1-m-g) qədər olacaqdır. 
Beləliklə,  bu  yanaşmaya  əsasən,  xarici  ticarət  multiplikato-
runun  qiymətini  müəyyənləşdirmək  üçün,  aşağıdakı  tənliklər 
sisteminin həllə vacibdir: 
  1.    Y = C +   + G + NX , Milli hesabların əsas eyniliyi; 
  2.      C  =  a  +  b(  Y-T  ),    Kensçi  istehlak  funksiyası,(Y-T) 
sərəncamda qalan  gəlirdir; 
   3.       = e – dr  , investisiya funksiyası; 
   4.     NX = g- mY,   təmiz ixrac funksiyası. 
  Bu  tənliklərin  birgə  həllindən  xarici  ticarət  multiplikato-
runun ifadəsi   
                  
Расим Щясянов 
 
126 
 
m
b
+

=
1
1
µ
      və   ya  
m
s
+
=
1
µ
 kimi alınır. 
 
Nəzərə  almaq  vacibdir  ki,  açıq  iqtisadiyyatda  xərc  multip-
likatorunun  əhəmiyyəti,  qapalı  iqtisadiyyatdakına  nisbətən  azdır, 
çünki  idxal  xərcləri,  yığımla  olduğu  kimi,  daxili  məhsula  olan 
tələbin elementlər kimi itir. 
Keyns yaxınlaşmasına görə milli gəlirin artması, daxili məc-
mu tələbi artırır və idxalı artırır. Bu multiplikativ prosesdir. Lakin 
onun xarakteri, cari əməliyyatlar balansını və beləliklə də tədiyyə 
balansını  bütövlükdə  hansı  dərəcədə  pisləşdirməsindən  asılıdır. 
Nəzərə almaq vacibdir ki, milli gəlirin istənilən səbəbdən artımı, 
cari  əməliyyatlar  balansını  pisləşdirmir.  Məsələn,  əgər  xaricdə 
bizim  məhsula  tələb  artırsa,  daxili istehsal  və  ixrac  potensialı  və 
deməli cari əməliyyatlar balansı yaxşılaşır.  
Cari  əməliyyatlar  balansı,  daha  çox,  ölkənin  milli  gəlirinin  
ə
mtəə  və  xidmətlərin  artması  hesabına    yaxşılaşır.  Məsələn,  tex-
noloji  yeniliklər səbəbindən, təklif artırsa, bu ixracı  genişləndirir 
və daxili bazardan xarici məhsulu sıxışdırır. 
Tədiyyə  balansının,  cari  və  kapital  hesablarının  qarşılıqlı 
ə
laqəsi isə, əsas eynilikdən alınan milli yığımın həcmi S
m
 vasitə-
silə ifadə olunur. S

= Y - C- G   ölkədə  yığıma  yönəldilə bilən 
məhsulun həcmini göstərir. Əsas eyniliyə görə  I - S

= - NX 
Başqa sözlə, yığıma gedən beynəlxalq vəsait (I-S
m
) və bey-
nəlxalq mal və xidmət axını (NX) arasında asılılıq mövcuddur. (I-
S
m
) milli investisiyanın, milli yığımdan fərqini göstərir və kapital 
hərəkəti hesabını xarakterizə edir. Bu göstərici eyni zamanda 
investisiyanın xarici borcla maliyyələşdirilən hissəsini göstərir.            
 
NX = S
m
-I 
  
 Cari əməliyyatlar hesabı isə, mal və xidmətlərin hərəkəti sa-
yəsində  xaricdən  alınan  təmiz  vəsaitin  həcmini  xarakterizə  edir. 
Yəni faktiki olaraq bu iki axın bərabər olmalıdır.  


Игтисади сийасят: методолоэийа вя практика 
 
127 
  Əgər  məcmu  investisiya  milli  yığımdan  çoxdursa  (I  >  S
m

artıq  hissə  xaricdən  maliyyələşməlidir.  Bu  maliyyələşmə  isə 
,ixracdan  çox  idxal,  almağa  imkan  verir    (I
m   
>    E
x
),  yəni  təmiz 
ixrac, mənfi saldoya malik olur  (NX  < 0).  Əksinə olduqda isə, 
(S

> I) artıq milli yığım, xariciləri kreditləşdirməyə yönəlir. Belə 
ki, bu halda (E

> I
m
) olur, yəni xaricilər bizim ixracımızı ödəmək 
üçün kreditə əl atır. Onda bizim təmiz ixrac (NX > 0) müsbət sal-
dolu olur.  Başqa sözlə kapital hərəkəti hesabı və cari hesab bir-
birini tənzimləyir. 
 Beləliklə,  milli  hesabların  əsas  eyniliyi,  həm  də,  tədiyyə 
balansının  cari  əməliyyatlar  və  kapital  hesablarının  bir-birini 
tənzimləməsini, kompensasiya etməsini göstərir, (burada  əlbəttə, 
“Rəsmi  valyuta  ehtiyatlarını  dəyişməsi”  maddəsi  nəzərə  alınmır, 
beləki,  tədiyyə  balansının  tərtibində  məhz  bu  maddə,  kapitalın 
hərəkəti  hesabının  cari  hesabı  tənzimləməməyinin  əsas  amili  
hesab edilir). 
Açıq  iqtisadiyyatda  baş  verən  prosesləri,  tədiyyə  balansı 
prizmasından təhlil edərək, əmtəə və xidmətlərin beynəlxalq axın-
ları modelini qurmaq və iqtisadi siyasətdə onun istifadə olunması 
imkanlarını  qiymətləndirmək  olar.  Araşdırmalarımızın  Azərbay-
cana bir başa aid olunması üçün, təhlili, kiçik iqtisadiyyatlı ölkə-
lər  prizmasında  aparmağı  məqsəd  uyğun  hesab  edirik.  “Kiçik 
”iqtisadiyyatlı ölkə dedikdə,  dünya bazarında nisbətə kiçik möv-
qeyə malik olan və dünyada faiz dərəcəsinə təsir etməyən ölkələr 
qəbul edilir. Başqa sözlə belə ölkələrdə, faiz dərəcəsi, qapalı iqti-
sadiyyatda  olduğu  kimi,  yığım  və  investisiya  ilə  tənzimlənmir. 
Burada faiz dərəcəsi, dünya maliyyə bazarlarında üstünlük təşkil 
edən, real, dünya faiz dərəcəsinə (r
*
) bərabər tutulur.  
Modeli  formalaşdırmaq  üçün,  aşağıdakı  üç  fərziyyəni  qəbul 
edirik: 
1.    qtisadiyyatda məhsul istehsalının həcmi      Y = F( K, L)    
kimi, istehsal funksiyası ilə müəyyənləşdirilir; 
2.  stehlakın  həcmi,  sərəncamda  olan  gəlirdən,  müsbət 
asılıdır:   C = C (Y-T); 
Расим Щясянов 
 
128 
 
3.  nvestisiyanın həcmi, real dünya faiz dərəcəsindən, mənfi 
asılıdır   =   (r*). 
 Milli hesabların əsas eyniliyindən NX =S
m
 – ;  NX = (Y-C-
G)-   olduğunu  bilərək,    yuxarıdakı  fərziyyələri  istifadə  edərək,   
NX = Y –C (Y-T) – G – (r*) = S
m
 –  (r*) alarıq. 
  Bu  ifadədən  belə  nəticə  çıxarmaq  olar  ki,  açıq  iqtisadiy-
yatda,  dünya  maliyyə  bazarlarındakı  dərəcə  ilə  müəyyənləşən,   
faiz dərəcəsi,  qapalı iqtisadiyyatdakı dərəcədən yuxarı olarsa, on-
da  yığım  investisiyadan  çox  olacaq,  yəni  kapitalın  hərəkətində 
mənfi saldo yaranacaqdır.  Kapitalın hərəkəti hesabı ilə, cari hesa-
bın bir-birini kompensasiya etməli olması səbəbindən isə bu halda 
cari əməliyyatların saldosu müsbət olacaqdır. 
 Beləliklə    yuxarıda  şərh  olunanlardan,  belə  bir  mühüm  nə-
ticə çıxarmaq olar ki, tədiyyə balansının, cari  və kapital əməliy-
yatları  və    həmçinin  rəsmi  hesablaşmalar  maddəsi  bütövlükdə, 
yığım və investisiyaların həcmini müəyyənləşdirən büdcə - vergi 
siyasəti  və  dünyada  faiz  dərəcəsinin  dəyişmələrindən  asılıdır. 
Başqa sözlə, tədiyyə balansının təhlili, ölkənin iqtisadi siyasətinin 
formalaşmasında real təsirləri müəyyənləşdirilməsinə imkan verir.  
 
 
 
 
 
 
 
 
     


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə