Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə40/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   36   37   38   39   40   41   42   43   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
157 
FƏS L 5. MAL YYƏ  S YASƏT  VƏ ONUN  
Ə
SAS   ST QAMƏTLƏR  
 
5.1.   qtisadi siyasətdə  maliyyə mexanizmi                               
və valyuta siyasəti 
 
Termin və iqtisadi kateqoriya  kimi maliyyənin yaranması ta-
rixi iqtisadi ədəbiyyatda müxtəlif şərhlərə malikdir. Bəziləri hesab 
edir ki, bu termin XIII-XV əsrlərdə  taliyanın ticarət şəhərlərində 
dövlət  və  əhali  arasında  pul-əmtəə  münasibətlərinin  ifadəsi  kimi 
yaranmış və latınca “finiş”
 − 
son başaçatma mənalarında istifadə 
edilmişdir. Bəziləri isə hesab edir ki, bu termin ilk dəfə J.Bodenin 
1755-ci ildə nəşr etdirdiyi “Respublika haqqında 6 kitab” əsərində 
danışılmışdır.  
Pul və maliyyə iqtisadi kateqoriyaları bir-birinə oxşar olsalar 
da, onlar müxtəlif təbiətə,  ictimai və iqtisadi funksiyalara malik 
anlayışlardır.  Maliyyə  münasibətləri,  ancaq  dövlət  tərəfindən 
məcmu ictimai məhsulun və milli sərvətin bir hissəsinin dəyərinin 
bölgüsü  və  yenidən  bölgüsü  şəraitində  yaranan  pul  münasibət-
ləridir.  qtisadi mahiyyətinə görə maliyyə,  geniş  təkrar istehsalın 
təmin  edilməsi,  sosial  və  digər  ehtiyacların  ödənilməsi  və    işlə-
yənlərin  stimullaşdırılmasını  imperativ formada təmin edən pul 
münasibətləri sistemidir.  
Maliyyənin  funksiyalarının  müəyyənləşdirilməsi  məsələsinə 
də  baxışlar  birmənalı  deyil.    Ən  çox  yayılmış  mülahizələrə  görə 
maliyyəyə   iki funksiya -  bölgü və nəzarət funksiyaları  xasdır. 
Lakin belə təyinat  eyni zamanda bir sıra digər iqtisadi, o cümlə-
dən dəyər kateqoriyalarına xas olduğundan, bəziləri hesab edir ki, 
maliyyənin  funksiyaları,  mahiyyətcə  bölgü  və  nəzarəti  özündə 
ehtiva edən və daha dəqiq xarakterə malik, dövlətin maliyyə fond-
larının formalaşdırılması və istifadə edilməsindən ibarətdir. Hesab 
edirik ki, sonuncu yanaşma maliyyənin həm elmi, həm də təcrübi 
baxımdan mahiyyətini daha dolğun ifadə edir. Çünki  bu iki funk-
siya  maliyyə  münasibətlərinin    yaradıcısı  olan  dövlətin  iqtisadi 
fəaliyyətdə ən vacib  funksiyası  hesab edilən – tənzimləyici funk-
Расим Щясянов 
 
158 
 
siyasının    dominantlarıdır.  Başqa  sözlə,  maliyyə,  ənənəvi  bölgü 
və nəzarət vasitəsi olmaqla, iqtisadi siyasətin tərkib hissəsi kimi, 
dövlətin  tənzimləyici funksiyasının həyata keçirilməsində iştirak 
edir.  
 Məlum  olduğu  kimi  iqtisadi  siyasətin  həyata  keçirilməsi 
dövlətin  iqtisadiyyata  təsirinin  kompleks  mexanizmi  vasitəsilə 
mümkündür. Təsir mexanizminin alətləri üç qrupa ayrılır: - inzi-
bati  (əsasən,  hüquqi  infrastrukturun  yaranması),  iqtisadi  (bazar 
proseslərini  tənzimləyən  vasitələr,  tələb-təklif,  kapitalın  cəmlən-
məsi,  sosial  struktur,  maliyyə,  pul,  kredit  və  s.)    və  institusional 
(bu  nisbət  yeni  istiqamətdir  və  buraya  ayrı-ayrı  sosial  qruplar 
üçün daimi və üstünlüyə malik dərketmə, qavrama və ya fəaliyyət 
hərəkətləri  vasitələri  aiddir.  Məsələn,  «hüquq  institutu»,  «mül-
kiyyət institutu». Sonuncunun ifadə forması (hökumətin məqsəd-
lərinin reallaşdırılması üçün) 

 dövlət hakimiyyətinin icra struk-
turunun  yaradılması;  iqtisadi  proqramlar  və  proqnozların  yara-
dılması,  sahibkarların  informasiya  sisteminin  yaranması,  beynəl-
xalq iqtisadi inteqrasiya və s. kimi müəyyənləşdirilir). 
Maliyyə  siyasəti  dedikdə,  adətən  dövlətin    iqtisadi  funksi-
yalarını yerinə yetirmək üçün, dövlət orqanlarının maliyyə müna-
sibətlərindən müəyyən qaydada istifadə etməsi başa düşülür.  La-
kin belə yanaşma dolğun hesab edilə bilməz. Çünki əvvəla, döv-
lətin iqtisadi funksiyaları və vəzifələri ictimai siyasi şəraitdən asılı 
olaraq  dəyişə  bilir,  ikincisi,  maliyyə  siyasətini  dövlətin  iqtisadi 
funksiyalarının  yerinə  yetirilməsi  vasitəsi  kimi  istifadə  edilməsi, 
mütləq  qaydada  maliyyə  sisteminin  müxtəlif  həlqələri  arasında 
maraqların  konfliktini  yaradır.  Ona  görə  də  dövlətin  maliyyə 
siyasəti,    ölkənin  maliyyə  sisteminin  bütün  həlqələrində  maliyyə 
resurslarının  tarazlı  artmasını  təmin  edə  biləcək  dövlət  sosial-iq-
tisadi siyasətinin tərkib hissəsi olmalıdır. Beləliklə, maliyyə siya-
sətində  ölkə  iqtisadiyyatının  əsas  inkişaf  istiqamətləri    konkret-
ləşdirilir, maliyyə resurslarının  ümumi həcmi, mənbələri və isti-
fadə  istiqamətləri  müəyyənləşdirilir,  sosial-iqtisadi  proseslərin 
maliyyə  metodları  vasitəsilə  tənzimlənməsi  və  stimullaşdırılması 
mexanizmi formalaşdırılır.  Eyni zamanda nəzərə almaq vacibdir 


Игтисади сийасят: методолоэийа вя практика 
 
159 
ki,  maliyyə  siyasəti  ictimai  fəaliyyətin  istənilən  sahəsində  dövlət 
siyasətinin reallaşdırılmasının mühüm aləti olduğu üçün, dövlətin 
nisbi müstəqilliyə malik olan fəaliyyət sferasıdır.  
  Maliyyə dedikdə pul ehtiyatlarının bölgüsü və istifadəsi ilə 
bağlı  dəyər  axınları  başa  düşülür.  Əsasən  bu,  dövlət  –  idarə  və 
müəssisələr – əhali arasında baş verir.   qtisadi təcrübədə bütöv-
lükdə,  maliyyə  –  maliyyə  təsərrüfatı  və  maliyyə  sistemi  kimi  iki  
oxşar  terminlə ifadə olunur. 
Maliyyə  təsərrüfatı  –  ictimai  hüquqi  xarakterli  subyektlər 
arasında  dəyər  axınlarını  əhatə  edir.    Qeyd  etməyi  məqsədə  mü-
vafiq hesab edirik ki, milli iqtisadi  ədəbiyyatda bu termin geniş 
istifadə  edilmir.  Lakin  hesab  edirik  ki,    maliyyə  təsərrüfatı    mü-
hüm  makroiqtisadi  mahiyyətə  malikdir.  Bu  terminin  iqtisadi 
mahiyyəti    və  ya  onun  əsas  strategiyasını  A.Vaqnerin  «Dövlət 
fəaliyyətinin  genişlənməsi  qanunu»  və  ya  «Dövlət  tələbinin 
artması qanunu» təşkil edir. 
Maliyyə təsərrüfatının əsas əlamətləri: a) pul vəsaitinin məc-
buri  alınması  vasitəsilə  gəlir  yaradılması;  b)  onun  istehsala  yox, 
istehlaka xidmət etməsidir. Bu baxımdan,  maliyyə təsərrüfatının 
üç əsas funksiyası müəyyənləşdirilir: allokasiya, yenidən bölgü və 
stabilləşdirmə. Allokasiya – iqtisadi-maliyyə  resurslarının  yerləş-
dirilməsi  hesabına,  dövlət  tərəfindən  özəl  bölmənin  göstərə 
bilmədiyi  ictimai  xidmətlərin  təşkili.  Yenidən  bölgü  –  iqtisadiy-
yatda alınan gəlirlərin cəmiyyət səviyyəsində daha yüksək nəticə-
liliyinə  nail  olmaq  məqsədilə    yenidən  bölüşdürülməsidir.  Yeni-
dən  bölgünün    əsas  prinsipi  –  sosial  bərabərliyin  təmin  edilmə-
sinin vacibliyi (ilkin vəziyyəti, təsadüfiliyi və s.) və yüksək gəlirli 
sosial qrupların verdikləri  payın çox olması  nəzərə alınmaqla re-
sursların  müəyyən qaydalar əsasında yenidən  bölüşdürülməsidır.  
Stabilləşdirmə
  –  iqtisadi  siyasətin  məqsədlərinə  nail  olunması 
(inflyasiya,  işsizlik,  iqtisadi  artım  və  s.)  tədbirlərini  əhatə  edir. 
Başqa  sözlə,  stabilləşdirmə    bir  tərəfdən  iqtisadi  siyasətin  fiskal, 
büdcə-vergi  məqsədlərinin  təmin  olunması  tədbirləri  toplusunu, 
digər tərəfdən isə iqtisadi siyasətin bütövlükdə təmin olunmasının 
maliyyə tədbirləri toplusunu nəzərdə tutur. 
Расим Щясянов 
 
160 
 
Maliyyə  sistemi  isə  maliyyənin  struktur  elementləri  toplusu 
kimi  başa  düşülür.  Maliyyə  sisteminin  fəaliyyəti  iki  mərhələni 
ə
hatə  edir:  gəlirlərin  alınması  və  xərclənməsi  planlarının  təşkili; 
maliyyə axınlarının özünün hərəkətinin təşkili. 
Dövlətin  maliyyə  siyasətinin  aşağıdakı  əsas  istiqamətləri 
fərqləndirilir: büdcə, vergi, pul-kredit, valyuta,  investisiya, sosial 
və gömrük siyasəti. 
  Büdcə  siyasəti  –  müxtəlif  səviyyəli  büdcələrin  qarşılıqlı 
ə
laqəsini təmin edən tədbirlər toplusudur. Büdcə siyasəti, əsasən,  
büdcə  xərclərinin  strukturunda,  xərclərin  müxtəlif  səviyyəli  büd-
cələrin  arasında    bölgüsündə,    büdcə  kəsirinin  örtülməsi    mən-
bələri və üsullarında, dövlət borclarının idarə edilməsinin  forma 
və  üsullarında ifadə olunur. Məhz belə xüsusiyyətlər və tədbirlər 
büdcənin  sosial  iqtisadi  yönümünü  və  xarakterini  müəyyən-
ləşdirir. 
Dövlət  büdcəsi  dövlətin  öz  funksiyalarını  həyata  keçirməsi 
məqsədi  ilə,  milli    gəlirin  yenidən  bölgüsü    vasitəsilə  yaradılıb  
mərkəzləşdirilmiş  pul  fondudur.  Dövlət  büdcəsində  bütün    for-
maca müstəqil hesab olunan əsas maliyyə  əməliyyatları 

  xərc-
lər, gəlirlər və dövlət borclanmaları üzvü şəkildə birləşir  və vahid 
dövlət siyasəti formasını alır. Dövlət büdcəsi ayrı - ayrı ölkələrdə  
seçilmiş  iqtisadi  inkişaf  modellərindən,  iqtisadi  inkişafın  səviy-
yəsi  ilə  müəyyənləşən  cari  inkişaf  məqsədlərindən  asılı  olaraq 
fərqli  strukturlara    malik  ola  bilər.  Müasir  dövrdə  inkişaf  etmiş 
ölkələrin  təcrübəsi  əsasında  beynəlxalq  iqtisadi  təşkilatlar  büdcə  
mexanizmi  və  büdcə  siyasətinin  ölkənin  iqtisadi  inkişafında  tə-
sirini  və  nəticəliliyini  yüksəltmək  üçün  zəruri  hesab  edilən  aşa-
ğ
ıdakı ümumiləşdirilmiş büdcə prinsiplərini formalaşdırmışdır:  
-
  vahidlik  prinsipi 

    dövlətin  bütün  xərcləri  və  gəlirlə-
rinin    büdcədə    toplanması.  Dövlətin  vahid  büdcə  sis-
temi  yaradılmalı, maliyyə sənədlərinin  və büdcə təsni-
fatının  eyni  struktur-metodoloji  formalılığı  təmin  edil-
məlidir; 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə