Игтисади сийасят: методолоэийа вя практика
153
duğu sektorun xüsusi çəkisini qaldırmaqla yanaşı, iqtisadiyyatın
digər sektorlarında məhsul buraxılışını azalda bilir. Burada yu-
xarıda qeyd olunmuş, məhşur Rıbçinski teoreminin müddəaları
özünü doğruldur: sabit qiymətlər şəraitində və iqtisadiyyatda
yalnız iki sektor olduğu halda istehsal faktorlarının birinin artımı
məhsulların birisini azalmasına gətirir. T.M.Rıbçinskinin 1955-ci
ildə təklif etdiyi bu teorem özünü ilk növbədə ABŞ-da göstər-
mişdir. 50-ci illərin sonunda ABŞ digər ölkələrə nisbətdə daha
sürətli inkişaf sayəsində mineral xammalın ixracçısından idxal-
çısına çevrildi və bunun əsas səbəbi kapital yığımının artması və
işçi qüvvəsinin ixtisaslaşmasının güclənməsi olmuşdur.
XX əsrin son rübündə isə Rıbçinski teoremi faktiki olaraq
yuxarıda qeyd olunan “müflisləşdirici artım” şəraitinin nəzəriyyə-
sinə çevrilmişdir. Müasir iqtisad elmində məşhur “holland xəs-
təliyi” və ixracın birtərəfli artımının “sənayesizləşdirici” effekti
yaratması məhz bu teoremin müddəaları ilə əsaslandırılır. steh-
sal faktorlarının artımının “müflisləşdirici” xüsusiyyətlərini araş-
dıran A.Yaqidin və H.Bxaqvati bu prosesin “iqtisadi artımın eko-
loji limiti” adlanan yeni maltusçuluqla əlaqəli olmadığını sübut
etmişdir. Faktor artımının “müflisləşdirici” səviyyəyə çıxması, bir
çox hallarda ölkə daxilində rəqabət aparan firmaların özləri üçün
“rasional” hesab etdikləri strategiyaların,yekunda “irrasional”
nəticə verməsini ifadə edir. Artım və vaxt “müflisləşdirici” ola
bilər? Bu üç halda mümkündür:
1. qtisadi artım yalnız ixrac sahələrinin artımı hesabına baş
verir;
2. Ölkənin ixracına olan kənar tələb, qiymətə görə elastik
olmamalıdır, yəni təklifin artımı, qiymətlərin əhəmiyyətli düşmə-
sinə gətirməlidir.
3. Ölkənin xarici ticarətinin həcmi kifayət qədər böyük ol-
malıdır ki, ticarət şəraitinin pisləşməsinin mənfi nəticələri, ixracın
artımının çox olsun.
“Müflisləşdirici” artım tezisi, müqayisəli üstünlüklərin ol-
duğunu iddia edən ortodoksal iqtisadçıların mülahizələrinə şübhə
yaradır. Belə iqtisadçılar (R.Prebiş), xammal ixracçılarının, bu
Расим Щясянов
154
halda heç nə qazanmadığı tezisini müdafiə edirlər. Onların mü-
lahizələri aşağıdakı 4 arqumentə əsaslanır:
1. lkin ticarət münasibətlərin yaranması, nisbətən yeni xammal
ə
ldə edən ölkə üçün daha əlverişlidir. Yəni burada alıcı – satıcıdan
daha çox qazanır. Adətən burada inkişaf etmiş ölkələr qazanır.
2. Xammal ixracçılarının, ticarət şəraiti pisləşir və bu davam-
lı olur. Hökumət bunu görürsə, o sahəyə investisiya axımına mane
olmalı və sənayeyə investisiya şəraiti stimullaşdırmalıdır.
3. Xammal istehsalında güclərin artırılması, ticarət şəraitini
pisləşdirir və bu “müflisləşdirici” artıma gətirə bilər. qtisadi siya-
sət, burada da xammal istehsalına yeni investisiyaların yönəldil-
məsinə mane olmalı və sənayeni stimullaşdırılmalıdır.
4. Sənayenin inkişafı həm də ona görə vacibdir və stimullaş-
dırılmalıdır ki, o müasir texniki bilikləri yaymaqla, əlavə dolayı
xeyir gətirir.
Dünya təcrübəsində bu mülahizələrin özünün doğrultması
haqda nümunələr olsa belə, bu nəticələrin yoxlanılmağa, hər bir
konkret şəraitdə, ehtiyac vardır.
Xarici ticarət və elmi texniki tərəqqi. Dünyanın müasir in-
kişaf mərhələsində xarici ticarətin xarakteri və dünya bazarının
konyukturasına ən ciddi təsir göstərən məqamlardan biri də elmi-
texniki tərəqqidir. Sənaye məhsulunun mürəkkəbləşməsi, bütöv-
lükdə dünya iqtisadiyyatının vahidləşməsi fonunda, istehsalın
beynəlmiləlləşməsi, materialsızlaşması və virtuallaşması, texniki
tərəqqini xarici ticarətin aparıcı dominantlarından birinə çevir-
mişdir. ndi xarici ticarətin “istehsal faktorlarına malik olmaq
dərəcəsi ilə müəyyənləşməsi” tezisi, özünün primitiv mahiyyəti
ilə, tamamilə müzakirə dövriyyəsindən çıxmışdır.
Elmi-texniki tərəqqini xarici ticarətə təsirini bir neçə cəhət-
dən öyrənmək olar:
a) Texnologiya istehsal faktoru kimi qəbul edilməlidir. Ənə-
nəvi olaraq iqtisadçılar ETT-ni istehsal faktorlarına aid etmirdilər.
Hesab olunurdu ki, ETT istehsal funksiyasındakı bütün dəyişmə-
ləri əks etdirir. Lakin, əslində ETT-ə özlüyündə, istehsal faktor-
larına malik olmaqdakı dəyişiklər kimi, baxmaq olar. Yeni
Игтисади сийасят: методолоэийа вя практика
155
texnologiya, istehsal faktorlarını dəfələrlə gücləndirə bildiyi üçün
ə
slində, yeni faktora çevrilir. Bu, faktorların beynəlxalq hərəkəti
üçündə xasdır. Beləliklə texnologiya, müasir dövrdə faktor gəliri
yaradan resurs növünə çevrilmişdir. Məşhur Leontyev paradoksu
və onun müxtəlif şərtləri bu baxımdan son dərəcə maraqlıdır.
b) texnologiyanın istehsal faktoru kimi qəbul edilməsi,
beynəlxalq ticarətin strukturunun dəyişməsi qanunauyğunluqla-
rında, ənənəvi “müqayisəli üstünlüklər” nəzəriyyəsində olduğuna
nisbətən, yeni xüsusiyyətləri aşkar etməyə imkan verir. Belə
xüsusiyyətlərə Raymon Vernon və başqaları, ilk növbədə ayrı-
ayrı məhsulların keçdikləri “həyat dövrü” ideyasını aid edirlər. Bu
ideyaya görə müasir dövrdə hər hansı ölkədə elmi tədqiqatlar və
kəşflər, müqayisəli üstünlüyün həlledici amili olmaqdan kənarlaş-
dırılırsa, onda istehsal, xərclərin başqa elementi üzrə, müqayisəli
üstünlüyə malik olan ölkəyə köçəcəkdir (məsələn hətta qeyri-ixti-
saslı əmək resursu üzrə belə). Bu məntiqə görə, nə vaxtsa, üçüncü
dünya ölkələri də, aparıcı sənaye məhsullarının ixraclarına çevrilə
bilərlər, eyni zamanda onlar daha geridə qala bilərlər. Bu o halda
ola bilər ki, sahədə texnolojı sıçrayışlar baş versin. Ümumiyyətlə
təbii olaraq belə alına bilər ki, sahələr “qocaldıqca” bir-bir ölkəni
tərk edirlər. Belə olduqda “ikinci eşalon” ölkələri, nəticədə bütün
sahələrdə liderlərə çataraq, onları üstələyə bilərlər. Çünki bu ölkə-
lərdə ucuz işçi qüvvəsi var və onlar yeni texnologiyanı itkisiz tətbiq
edə bilirlər və s. Dünya təcrübəsində buna gözəl nümunələr var:
Məsələn yeni tarixin əvvəlində Hollandiya, sonralar “dünya emalat-
xanası” olan viktorian Britaniyası, ən yeni tarixdə yapon “mü-
daxiləsi” hesabına ABŞ sənayesinin öz daxili bazarındakı gerilə-
mələri və s. Bəzi mütəxəssislər, beləliklə liderliyin “gələcəkdə geridə
qalma” üçün, mühüm və qaçılmaz şərt hesab edirdilər. Lakin bu, heç
də belə deyildir. Amerikan alimi P.Lindertin fikrincə aşağıdakı üç
səbəbdən bu düzgün nəticə hesab oluna bilməz:
1.Liderlik özlüyündə heç kimi obyektiv və qaçılmaz olaraq
ə
lverişsiz şəraitə salmır.
2. Liderlik iqtisadiyyatı qaçılması mümkün olan tələlərə cəlb
edir: sahibkarların özünə arxayınçılığı, hədsiz konservatizm və
fovgəl dövlətlərin bədxərc silahlanma yarışı.
Расим Щясянов
156
Belə tələlərə düşən ölkə əlbəttə geridə qalmağa məh-
kumdur.
3. Tarixən bütün liderlər sonralar geridə qalanlar cərgəsinə
düşmüşlər.
Ümumiyyətlə problemə obyektiv qiymət vermək üçün ilk
növbədə müəyyənləşdirmək vacibdir ki, “iqtisadi və ya texnoloji
lider” kimi adlandırmaq olar. “ qtisadi lider”, bu sadəcə olaraq, nis-
bətən yüksək orta gəlirliliyə malik olan individlərdir. Daha yüksək
gəlir, hər hansı iqtisadi üstünlüyün nəticəsidir. “Texnoloji lider”
ə
slində “iqtisadi lider” ifadəsinin sinonimidir. Bu terminlər heç biri
özlüyündə geridə qalmağ şərtləndirən arqumentlər daşımır.
Beləliklə, ETT-nin xarici ticarətin inkişafına, təsiri xüsusiy-
yətlərini ümumiləşdirərək aşağıdakıları qeyd etmək olar. Sənaye
məhsullarının ticarəti iqtisadi artımla birgə artır və onun inkişaf
qanunauyğunluqları, Xekşer-Olin teoreminin modifikasiya olun-
muş variantı ilə şərh oluna bilər. Sənaye məhsulları ilə beynəlxalq
ticarətin təkmilləşdirilməsi nəzəriyyəsi, ETT və yeni texnikanın
beynəlxalq yayınmını nəzərə olmalıdır. Ayrı-ayrı sənaye məhsul-
ları üzrə xarici ticarətin qanunauyğunluqları, R.Vernonun “məh-
sulun həyat dövrü” nəzəriyyəsi ilə izah oluna bilər. Bu nəzəriy-
yəyə görə, istehsal texnologiyalarının standartlaşması gücləndik-
cə, onun istehsalı, daha yüksək gəlirlilik səviyyəsində olan ölkə-
lərə köçür. Bu ölkələrdə əsas müqayisəli üstünlük, elmi-layihə
xərcləri yox aşağı əməkhaqqı hesab olunur. Xarici ticarətlə, ETT
arasında bu əlaqə, hər bir texniki üstünlüyə, bilik və ustalıqla daha
yaxşı təmin olunma, kimi baxmaqla, istehsal faktorlarını rolunun
qiymətləndirilməsi vasitəsilə məşhur Xekşer-Olin nəzəriyyəsi
çərçivəsində izah oluna bilər.
Elmi-texniki tərəqqidə lider, daimi yeniliklər vasitəsilə, hə-
mişə məhsulun həyat dövrünü qabaqlaya bilir. Liderin xarici rəqa-
bətə uduzmasının obyektivliyi, iqtisadi cəhətdən izah olunmur.
Liderin öz mövqeyini itirməsi, ETT ilə yox, institusional səbəblər
və davranışda olan səhvlər, həm də hətta əvvəlki mərhələlərdə
buraxılmış səhvlərlə izah olunmalıdır.
Dostları ilə paylaş: |