Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə35/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   31   32   33   34   35   36   37   38   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
137 
Müqavilə  (konvensiya)  resursları  –  bir-birinə  qarşılıqlı 
ticarət rejimi müəyyənləşdirən ölkələr arasında tətbiq olunur. 
Ticarət  preferensiyalarından  istifadə  edən  ölkələrlə  ticarəti 
inkişaf  etdirmək  üçün  ən  aşağı  dərəcəyə  malik  olan  rüsumlar-
güzəştli (preferensial) rüsumlar tətbiq edilir. Preferensiya sistemi 
daxilində hətta rüsumsuz ticarət rejimi tətbiq oluna bilir. 
Rüsumlar alınma formasına görə advalor, xüsusi və kombinə 
olunmuş formalara ayrılır. 
Advalor  rüsumlar  −  əmtəənin  dəyərinə  görə  faizlə  hesab-
lanır. Xüsusi rüsumlar – ölçü vahidinə görə, pul həcmi ilə müəy-
yənləşdirilən  rüsumlardır.  Kombinəolunmuş  rüsumlar  –  həm  ad-
valor,  həm  də  xüsusi  rüsum  növlərinin,  eyni  zamanda,  tətbiq 
olunduğu rüsumlardır. 
Gömrük rüsumları ilə yanaşı təcrübədə bir sıra digər yığım-
lar  da    tətbiq  edilir.  Belə  yığımlar  rüsumlar  kimi  mallar  gömrük 
sərhəddini keçərkən tutulur və malların dəyərini artırır. Bu yığım-
lar  tamam  başqa  iqtisadi  və  hüquqi  mahiyyət  daşısa  da,  adətən, 
ticarət  rejiminin  təhlili  zamanı  nəzərə  alınır.  Belə  yığımlara  
(liman, gömrük və s.), əsasən,  müxtəlif xidmətlər üçün yığımlar 
aid edilir. 
Gömrük rüsumlarının müxtəlif dərəcələrinin bu və ya başqa 
ölkə ilə xarici ticarətdə əmtəə təsnifatına uyğun sistemləşdirilmiş 
siyahısı  gömrük  taarifi  adlanır.  Gömrük  taarifi  ticarət  siyasətinin 
mühüm aləti  hesab olunur. 
Taariflər üç əsas elementdən ibarət olur: gömrük  rüsumunun 
dərəcəsi;  xarici  ticarətin  tənzimlənməsi  və  uçotu  məqsədilə,  for-
malaşdırılan əmtəələrin təsnifatı sistemi; muxtar, konvensiyalı və 
güzəştli rüsumların tətbiqi qaydaları.  
Gömrük  taarifi  bir  və  çoxkanallı  ola  bilər.  Adətən,  gömrük 
taarifi təcrübədə istehsalçılar, istehlakçılar, ölkə daxilində protek-
sionizm  və  azad  ticarət  tərəfdarlarının  maraqları  və  həmçinin, 
ölkənin ticarət partnyorlarının, ticarət-siyasi maraqları arasında si-
yasi kompromisin nəticəsində, formalaşır. 
Расим Щясянов 
 
138 
 
Lakin, aydındır ki,  həmin sosial qrupların iqtisadi maraqları 
arasındakı  ziddiyyətlər,    heç  də  həmişə  iqtisadi  nəzəriyyə  baxı-
mından, optimal qərar çıxarılmasına imkan verməyəcəkdir. 
Məsələ    ondadır  ki,  iştirakçıların  maraqlarının  müxtəlifliyi, 
taarifqoymanın  məqsədlərinin  müxtəlifliyini  doğurur.  Ona  görə 
də,  əslində  universal  taarif  prinsipləri  yoxdur.  Belə  məqsədlər, 
proteksionist  və  ya  fiskal  ola  bilər.  Təcrübədə,  ən  geniş  yayılan, 
taarifqoyma  prinsipi  isə,    taarifin  eskalasiyası  və  səmərəli  taarif 
müdafiəsi  sistemi hesab olunur. 
Taarif  eskalasiyası  prinsipi  –  taarif  dərəcəsinin  məhsulun 
emal dərinliyi ilə mütənasib artırılmasını nəzərdə tutur. 
Səmərəli taarif müdafiəsi sistemi – xarici xammal və dəstləş-
dirici  mallara  aşağı  dərəcədə,  son  məhsula  isə  yüksək  dərəcədə 
rüsum  müəyyənləşdirilməsidir.  Bu  zaman  sahənin  taariflə  müda-
fiəsi, rüsum dərəcəsindən daha çox idxal malları ilə istehsal olu-
nan  son  məhsulun  nisbətindən  (rüsumların  fərqindən)  asılı  ola-
caqdır. 
Səmərəli taarif dərəcəsi hazır məhsul və onun istehsalı üçün 
idxalolunan  xammal  və  komponentlərin  müəyyən  olunmuş  idxal 
rüsumları səviyyəsinə, ölkədə emalı hesabına əmtəənin dəyərinin 
artımının, taarif olmadıqda emal prosesində yaranan əlavə dəyərə 
nisbəti kimi müəyyənləşdirilir. 
Bu göstərici, gömrük taarifinin bu və ya başqa sahə( bu və ya 
başqa məhsulun istehsalı) üçün səmərəliliyini ifadə edir. 
Ümumi  şəkildə,  səmərəli  taarif  dərəcəsi  aşağıdakı  formula 
vasitəsilə hesablanır: 
                                         
a
axt
t
q


=
1
1
 
burada: 
q- son məhsula səmərəli taarif dərəcəsi; 
t – son məhsula nominal taarif dərəcəsi; 
t
1
– 
 
xərc elementlərinə nominal taarif dərəcəsi; 
a–  son  məhsulun  dəyərində  idxal  elementlərinin  xüsusi 
çəkisi. 


Игтисади сийасят: методолоэийа вя практика 
 
139 
Səmərəli taarif müdafiəsi prinsipinin mühüm bir xüsusiyyəti 
ondadır ki, sahənin taariflə qorunması səviyyəsini yüksəldilməsi − 
yalnız taarif dərəcəsinin yüksəldilməsi  yox, həm də idxal olunan 
xərc  elementlərinə,  rüsumların  aşağı  salınması  vasitəsilə  müm-
kündür.  Sonuncu  halda  isə,  əvvəla,  iqtisadiyyatın  və  istehsalçı-
ların, idxal rüsumunun tətbiqi nəticəsində itkisi azalır; beynəlxalq 
rəqabətin  qorunması  və  ticarətin  liberallaşdırılmasının  davam 
etdirilməsi  mümkün  olur;  və  nəhayət,  ticarət  tərəfdaşlarından 
oxşar qarşılıqlı güzəştləri tələb etmək mümkün olur.
 
Ticarət siyasətinin tənzimlənməsində, qeyri-taarif tənzimlən-
məsi  vasitələri  mühüm  əhəmiyyətə  malikdir.  Qeyri-tarif  tən-
zimlənməsi  alətləri  iki  böyük  qrup  tədbirləri,  inzibati  və  qismən 
iqtisadi  xarakterli  tədbirləri,  əhatə  edir.  Birinci  qrupa,  xarici 
ticarətin  kəmiyyət  məhdudiyyətləri,  lisenziyalaşdırma,  qadağalar 
və “könüllü” məhdudiyyətlər vasitəsilə birbaşa tənzimlənməsi və 
ya idxalın (ixracın) birbaşa məhdudlaşdırılması alətləri aiddir. Bu 
alətlər,  adətən,  ölkədə  müvafiq  güclü  qanunvericilik  bazasına  və 
WTO/GATT  çərçivəsində  qəbul  edilən  inzibati  idarəetmə  ba-
zasına əsaslanır.   
 
Qeyri-taarif tənzimlənməsinin ikinci qrupuna inzibati, ticarət 
maliyyə-kredit,  texnoloji  siyasət,  təhlükəsizlik,  o  cümlədən, 
sanitar  və  ekoloji  tədbirlər  aiddir.  Belə  tədbirlər  nəticəsində,  bir 
qayda olaraq, mal və xidmətlərlə ticarət məhdudlaşır. Yəni, tica-
rətin məhdudlaşdırılması, belə tədbirlərin əsas məqsədi yox, onun 
mümkün nəticəsi kimi qiymətləndirilməlidir. Həm də belə tədbir-
lər, əsasən, beynəlxalq mexanizmlər vasitəsilə razılaşdırıldığından 
onların beynəlxalq  ticarətə məhdudlaşdırıcı təsiri minimal olur. 
qtisadiyyatın  qloballaşması  və  iqtisadi  inteqrasiyanın  güc-
lənməsi  gömrük-taarif  siyasətinin  liberallaşdırılması  nəticəsində 
müasir  dövrdə  qeyri-taarif  tənzimlənməsinin  əhatə  dairəsi,  xeyli 
genişlənmişdir.  Hazırda  500-dən  artıq  qeyri-taarif  tənzimlənməsi 
vasitəsi  tətbiq  olunur.  Belə  tədbirlər  taarif  məhdudiyyətlərindən 
fərqli  olaraq,  adətən,  icra  orqanları  səviyyəsində  tətbiq  edilir, 
daha çevik xarakter daşıyır və seçim imkanları daha geniş olur. 
Qeyri-taarif alətləri, daxili bazarın qorunması, siyasi, sosial, 
fiskal  maraqların  təmin  olunması,  hətta  ədalətsiz  rəqabətə  qarşı 
mübarizə vasitəsi rolunu da oynayır. Bəzən belə tədbirlər özünün 
Расим Щясянов 
 
140 
 
birbaşa  təyinatından  kənarlaşaraq  xarici  ticarətə  maneələr  də 
yaradır, bəzən isə, tərəfdaş ölkələrə siyasi təsir alətinə çevrilir.  
Qeyri-taarif alətlərinin birinci qrupunun kəmiyyət məhdudiy-
yətlərin diapazonu çox genişdir. Buraya idxalın (ixracın) qadağan 
olunması,  əmtəələrin  kvotalaşdırılması  və  lisenziyalaşdırılması 
tədbirləri daxildir. 
Qeyri-taarif  alətlərinin  ikinci  qrupuna  aid  edilən  tədbirlər 
sırasında  əsas  yeri  xarici  ticarətin  vergi  alətləri  vasitəsilə 
tənzimlənməsi tədbirləri tutur. Vergi sisteminin xarici ticarətə tə-
siri  bazar  münasibətləri  şəraitində  iki  istiqamətdə  −  dolayı  və 
spesifik xarakterdə baş verir. Birinci halda bu, ölkədaxili iqtisadi 
proseslərə  təsir  kimi  təzahür  edir.  Burada  xarici  ticarət  effekti 
“müşayiətedici”  nəticədir.  kinci  halda,  vergi  alətləri,  bilavasitə 
xarici  ticarət  əməliyyatlarına  tətbiq  edilir  və  ya  proteksionizmin 
gizli forması kimi istifadə olunur.  
Qeyri-taarif  alətlərinin  sırasında,  həmçinin  ticarətdə  texniki 
maneələr mühüm rol oynayır. Ticarətdə “texniki maneələr” məh-
sula  texniki  tələblər  kimi  ifadə  olunan,  dövlət  tədbirləri  və  məh-
dudiyyətlər hesab olunur. Belə maneələrin əsas təyinatı xarici is-
tehsal  məhsullarının,  ölkənin  daxili  bazarına  daxil  olmasının  
məhdudlaşdırəlması  hesab olunur. 
    Texniki maneələr, standartlar, texniki norma və qaydalar, 
təhlükəsizlik  tədbirləri,  qablaşdırma  tələbləri  və  s.  kimi  texniki 
xarakterli  tələblər  formasında  ola  bilir.  WTO  tələblərinə  görə 
texniki tələblər texniki reqlament və standartlarda əks olunur.  
  Xarici  ticarətin  qeyri-taarif  tənzimlənməsinin  vacib  bir 
istiqaməti  dövlət  və  hökumət  satınalmalarının  tənzimlənməsidir. 
Məsələ  ondadır  ki,  dövlət  satınalmalarının  əsas  məqsədi,  yalnız 
dövlətin istehlak bazarının tələblərinin ödənilməsinin təmin olun-
masında  deyildir.  Bir  sıra  digər  funksiyalar  belə  satınalmaları 
xarici ticarət siyasətinin elementinə çevirir.  
  WTO-nun  məlumatlarına  görə  hazırda  dövlət  satınalma-
larına ÜDM-in 10-15%-i sərf olunur. Son dövrlərdə dövlət satın-
almalarının həcmi, əhəmiyyətli dərəcədə artmışdır. 
 
 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə