Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə38/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   34   35   36   37   38   39   40   41   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
149 
qtisadi  nəzəriyyədən  məlumdur  ki,  adambaşına  düşən 
gəlirlərin  artımı,  iqtisadi  proses  kimi  əhalinin  şəxsi  istehlakının 
strukturunu  dəyişir.  stehlakın  strukturunun  xarakterinin  dəyişil-
məsinin  iki  mühüm  meyilini  ayırmaq  olar.  Birinci  belə  meyil, 
fərdi  gəlirin  artımının  əhalinin  tələbinin  strukturunda  qeyri-bəra-
bər  əks  olunmasıdır,  yəni  müxtəlif  mal  və  xidmətlərə  tələbin 
artımı  mütənasib  olmur.  stehlakçıların  belə  davranışını  “tələbin 
gəlirə  görə  elastikliyi”  ilə  izah  etmək  olar.  Qiymət  və  digər  fak-
torlar sabit qaldığı halda hər bir   i  məhsulu üçün “tələbin gəlirə 
görə elastikliyi”  
 
                             i   məhsuluna olan tələbin artımı,  %
 
                 µ 
i
 =  ---------------------------------------------------------
 
     tələbin artımının təmin etmiş gəlirin artımı, %
 
         
kimi  hesablanır.  Yəni,  gəlirin  1  vahid  artımının  tələbi  nə  qədər 
artırdığı  –  tələbin  gəlirə  görə  elastikliyi  hesab  olunur.  Əgər  istə-
nilən gəlir səviyyəsində əhali bütün mal və xidmətləri eyni nisbət-
lərdə  istehlak  edirsə,  onda  deməli  gəlirə  görə  təbəbin  elastikliyi 
vahidə bərabərdir. Təcrübədə bu mümkün deyildir. Gəlir artdıqca 
tələbin  ümumi  həcmində  bəzi  məhsulların  payı  azalır  (belə 
məhsullar üçün µ <0, və ya daha doğrusu µ 

< 1). Belə məhsulları 
“zəruri  tələbat  məhsulları”  adlandırırlar  (staples).  Gəlir  artdıqca 
istehlakda  payı  artan  məhsulları  “dəbdəbə  məhsulları”  (luxuries) 
adlandırırlar. Belə məhsullar üçün µ 

> 1 olur. 
qtisadçılar  çox  uzun  müddət  ərzində  istehlakda  hansı  məh-
sulların  “zəruri tələb” və “dəbdəbə” məhsulu olduğunu müəyyən-
ləşdirməyə  çalışmışlar.  Ailə  büdcələrini  öyrənməklə  məşğul  ol-
muş alman alimi Ernest Enqel ilk dəfə olaraq XIX əsrdə müvafiq 
qanunauyğunluqları təklif etmişdir.  Məcmu tələbin strukturunda 
ayrı-ayrı  məhsulların  xüsusi  çəkisinin  mütləq  dəyişməsi  (µ 

-  1
kimi  müəyyənləşdirilir  və  bu  Engel  effekti  adlanır.  Bir  çox 
uzunmüddətli  istifadə  malları  üçün  Engel  effekti,  müsbət  qiymət 
alır  (µ 
i 
>  0).  Belə  malları  “dəbdəbə”  malları  adlandırırlar,  gəlir 
artdıqca onlara tələb artır. Zəruri tələb mallarının ən yaxşı nümu-
Расим Щясянов 
 
150 
 
nəsi,  ərzaq  məhsullarıdır:  Gəlir  artdıqca  onların  tələbdə  xüsusi 
çəkisi azalır (µ 
ə
rzaq 
<  1).  Engel qanununa görə: stabil qiymətlər 
və  dayanıqlı    demoqrafik  şəraitdə  (ailənin  ölçüləri  və  tərkibinin 
stabilliyi)  gəlirin  artımı  istehlakda  ərzağın  payını  azaldır.  Bu  o 
deməkdir  ki,  iqtisadi  inkişafın  təzahürü  kimi  adambaşına  düşən 
gəlirin  artımı,  gəlirə  görə  aşağı  elastiklikli  tələbə  malik  olan  bir 
sıra  ərzaq  məhsullarına  olan  tələbi  dəyişəcək,  daha  dəqiqi,  azal-
dacaqdır. Lakin nəzərə almaq vacibdir ki, Engel qanunu “dəyərlər 
üzrə üstünlüklər ( prioritetlər ) sisteminin dəyişmədiyi şəraiti izah 
edir.  Yəni  bu  o  demək    deyil  ki,  gəlir  artdıqca    bu  seqmentdə  
“dəyərlər dəyişir”. 
Engel qanunu və onun effekti “zəruri tələb” və ya “dəbdəbə” 
məhsulların  istehsalçıları  üçün,  qiymət  dinamikasını  proqnozlaş-
dırmaq imkanını yaradır. Gəlirin artımı tələbi “dəbdəbə” məhsul-
larına  istiqamətləndirilir.  Təklifin  istənilən  artımında  (istehsal 
faktorlarının  və  məhsuldarlığın  təklifinin  artımı)  gəlirin  artımı, 
“dəbdəbə” məhsullarının nisbi qiymət artımını doğurur. Bu həmin 
məhsullar  istehsalı  üzrə  ixtisaslaşan  ölkələrin  qazancını  artırır.    
Ə
rzaq məhsulu istehsal edən torpaq mülkiyyətçiləri isə Engel qa-
nununa  görə  itirirlər.  Çünki  əgər  iqtisadiyyatın  bütün  sektorla-
rında  məhsuldarlıq  eyni  templə  artırsa,  bunun  nəticəsi  olaraq 
gəlirlərin    artımı,  ərzağa  tələbin  mənfi  istiqamətdə  dəyişməsinə 
səbəb  olacaqdır,  yəni  dünya  bazarında  ərzağın  qiyməti  aşağı 
düşəcəkdir. 
stehlakın  strukturunun  xarakterinin  dəyişməsinin  ikinci 
meyili “üstün tələb” fərziyyəsi  təşkil edir.    sveç alimi S.B. Lin-
derin “üstün tələb” (reprisentative demand) fərziyyəsinə görə, gə-
lirin dəyişməsi, tələb və xarici ticarətdə, “gəlir – üstünlük – texno-
logiya – xarici ticarət” kimi zəncirvarı “səbəb-nəticə” dəyişikləri 
yaradır.  Adambaşına  gəlirin  artması  tələbin  strukturunda  “dəb-
dəbə” məhsuluna tələbi artırır (Engel qanunu). Yeni tələb isə tex-
nologiyanın  təkmilləşdirilməsinə  zərurəti  doğurur.  Yeni  texnolo-
giya məhsuldarlığı  artırır, məhsulun qiyməti düşür və onun ixracı 
artır.  Başqa  sözlə  gözləmək  olar  ki,  ölkə  öz  istehlakında  xüsusi 
çəkisi böyük olan məhsulları ixrac edəcək. Doğrudur, Linderin bu 


Игтисади сийасят: методолоэийа вя практика 
 
151 
mülahizələri  hər  hansı  təkzibolunmaz  arqumentlərə  əsaslanmır. 
Onun  arqumentləri  o  vaxt  mübahisəsiz  ola  bilər  ki,  “dəbdəbə” 
istehsalında  ya  istehsalın  miqyasının  genişlənməsi  və  ya  təcrübə 
hesabına  “qənaət  effekti”  yaransın.  Linderin  mülahizələri  yalnız 
bəzi sənaye məhsulları, məsələn avtomobillər üçün doğrudur. Bü-
tövlükdə bu mülahizələr onu göstərir ki, gəlirin artması ilə onlara 
tələbin  artmasına  baxmayaraq  dəbdəbəli  sənaye  məhsullarının 
qiyməti azala bilər.  
      Xarici ticarət  və  istehsal faktorlarının artımının qarşılıqlı 
təsir  xüsusiyyətləri.  Zaman  etibarilə  bütün  istehsal  faktorlarının 
təklifi  artır.  Kapital,  ixtisaslaşma  səviyyəsi,  əmək  resurslarının 
həcmi,  hətta,  əkinçiliyə  yararlı  torpaq  fondu  və  faydalı  qazıntı 
yataqlarının həcmi artmağa meyllidir. Bu artımlar sonsuz olmasa 
da, istehsal imkanları əyrilərinin  başlanğıc şərtlərini dəyişir. Yəni, 
beynəlxalq  ticarət  üçün  yeni  şərait  və  struktura  yaranır.  Bu 
baxımdan  istehsalın    arıtmının  müxtəlif  səbəbləri  və  formalarını, 
fərqləndirmək  mümükündür  və məqsədəuyğundur.  
1.  Tam  neytral  artım.  Ayrı-ayrı  faktorların  artım  sürətinin 
müxtəlifliyinin təsir  gücünü  dəyərləndirmək üçün, faktiki müm-
kün  olmayan  spesifik  şəraitdə,  yəni,  bütün  istehsal  faktorlarının, 
bütün ölkələrdə eyni sürətlə artığı şəraitdə, xarici ticarətin dəyiş-
məsi  xüsusiyyətlərini  qiymətləndirək.  Belə  olduqda,  bütün  isteh-
sal  və təklif əyriləri, öz formalarını dəyişməyəcək, sadəcə geniş-
lənəcəkdir.  Bu  zaman,  adambaşına  düşən  gəlir,  dəyişmədiyinə 
görə  Engel  effekti  müşahidə  olunmur.  Başqa  sözlə,  belə  halda 
beynəlxalq  ticarət  axınlarının  da  strukturu,  nisbətləri  və  dünya 
qiymətləri  dəyişməyəcəkdir.  Dəyişən  ancaq  həcmlər  ola  bilər. 
Beləliklə,  belə  nəticə  çıxarmaq  olar  ki,  iqtisadi  artım  prosesində 
xarici  ticarətə  və  onun  iştirakçılarının  maraqlarına  təsir  edən  ən 
mühüm amil, faktorların  öz aralarında və ölkələr arasında artım 
sürətinin müxtəlifliyidir. 
   2.  Hər  hansı  ölkədə  faktorların  tarazlaşdırılmamış  artımı, 
yəni, qeyri-bərabər artımının xarici ticarətə təsiri,  həm tələb, həm 
də  təklif  baxımından  ola  bilər.  Faktorların  təklifinin  artımının 
xarici  ticarətə  təsiri,  ilk  növbədə  hansı  istiqamətdə  -  idxalla 
Расим Щясянов 
 
152 
 
rəqabət aparan və ya ixracyönlü sahələrdə olan faktorların artma-
sından  asılıdır.  Məsələn,  idxalla  rəqabət  aparan  sahələrdə  faktor 
təklifi artırsa bu, idxal mallarına olan tələbi və ola bilər ki, onların 
qiymətini  azaldır  və  nəticədə  dünya  ticarətinin  həcmini  azaldar. 
Belə halı “idxal əvəzedici artım” halı adlandırmaq mümkündür. 
  Əks  şəraitdə  “ixrac  genişləndirilən  artım”  halı  müşahidə 
olunur.  stehsal faktorlarının artımı təklifi, həm də ixrac təklifini 
artırır.  Bu  dünya  ticarətini  həcmini  artırır  və  eyni  zamanda 
müvafiq dünya qiymətlərini aşağı sala bilər.   
qtisadi  siyasət  üçün  nəticələr:    idxal  əvəz  edən  və  ixrac-
yönlü  inkişaf  artım  tipləri  arasındakı  ziddiyyət,  hökumətin 
iqtisadiyyatın  hansı  sektorlarını  və  ya  hansı  istehsal  faktorlarını, 
stimullaşdırılması siyasətini seçməsini, şərtləndirə biləcək mühüm 
məqamlardır. Aydındır ki, hökumət belə siyasəti, vergi yüklərinin 
yenidən  bölüşdürülməsi  və  ya  kapital  qoyuluşunu  artırmaq  vasi-
təsilə  edə  bilər.  Yəni  bu  vasitələr,  xərcləri  və  qiymətlər  dinami-
kasını  dəyişdirə  biləcək  ehtimal  kimi  dəyərləndirilir.  Doğrudur, 
burada  “kiçik dövlət” fərziyyəsi də var, yəni ölkənin kiçik olması 
onun dünya bazarına hər hansı formada təsirini heçə çıxara bilər. 
Ona görə də fərz edək ki, istehsal faktorlarının artımı, böyük ölkə-
lərdə  olduğu  kimi,  dünya  qiymətləri  nisbətlərinə  təsir  edə  bilər. 
Onda  idxal  əvəzedici  artım,  ölkənin  “ticarət  şəraitinin”  yax-
ş
ılaşmasını (idxal etdiyi malların qiymətlərinin aşağı düşməsi he-
sabına),  ixrac  genişləndirən  artım  isə  ticarət  şəraitinin  pisləş-
məsini  (ixracın  nisbi  qiymətlərinin  olmağı  düşməsi  hesabına) 
doğura  bilər.  Belə  olduqda  isə  hökumət  “idxal  əvəzedici  artım” 
siyasəti  üçün,  sanki  əlavə  stimul  qazanır:  onun  müvafiq  inves-
tisiya  siyasəti  beynəlxalq  ticarət  şəraitini  yaxşılaşdırır.  Beləliklə 
ə
slində  dünya  qiymətlərinə  təsir  edə  biləcək  qüvvəyə  malik  olan 
və digər ölkələrin mənafelərini nəzərə almayan ölkə üçün,  xarici 
ticarətin  inkişafına  xidmət  etməyən  “iqtisadi  inkişaf  tipini” 
müdafiə edən yeni arqumentləri formalaşdırdıq. 
Lakin  nəzərə  almaq  lazımdır  ki,  istehsal  faktorlarının  qeyri 
rəvan  artımının,  iqtisadi  inkişafa  təsiri,  yuxarıda  izah  edilənlərlə 
bitmir. Hər hansı faktorun üstün artımı, onun aktiv istifadə olun-


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə