Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə37/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   33   34   35   36   37   38   39   40   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
145 
məhsulunun qiymətinin aşağı düşməsi, onun istehsalının səmərə-
liyi ilə bağlıdırsa, onda, ixracçı ölkə və ya firma, dünya bazarında 
həmin məhsula olan kifayət qədər yüksək elastiklik sayəsində öz 
ixracının fiziki həcmini artıraraq daha çox qazanc əldə edə bilər. 
Baxmayaraq ki, faktiki olaraq ölkənin ticarət şəraiti pisləşmişdir. 
Eyni  zamanda  “müflisləşdirici  inkişaf”  adlanan  xüsusi  halı 
da  nəzərə  almaq  vacibdir.  Bu  hal  ixracın  genişləndirilməsinin 
ticarət şəraitin pisləşdirilməsi, yəni rifahın aşağı salınması ilə xa-
rakterizə  olunur.  Bu  problem  1958-ci  ildə  amerikalı  iqtisadçı 
U.Bxaqavati tərəfindən müəyyən edilmişdir və əsas inkişaf amili 
xammal hasilatı və onun ixracı olan bir çox ölkələr, hətta inkişaf 
etmiş  ölkələr  üçün  aktualdır.  Çünki,  xammala  olan  tələb,  əsasən 
elastikliyə  malik  olur,  onun  ixracının  surətli  artımı  isə  dünya 
bazarında xammalın qiymətini o dərəcədə salır ki, bu iqtisadi artı-
mın  yaratdığı  effekti  mənfi  təsirə  çevirir.  Belə  olduqda  ixracı 
genişləndirən  inkişaf  əlverişsiz  olur.  Bütövlükdə,  xarici  ticarətin   
istehsal  və  iqtisadi  inkişafa  təsiri çox istiqamətli olmaqla bəra-
bər, müxtəlif  mahiyyətli nəticələrə səbəb ola bilir. 
Yuxarıda  şərh  olunanlar  göstərir  ki,  beynəlxalq  ticarətin 
inkişafı,  bazarda  tələb  və  təklifin  həcminin,  qiymətlərin,  dəyişil-
məsini  doğurur  və  ixtisaslaşmanı  dəyişir,  yəni  ixrac  sahələrində 
istehsalın artırılmasına və əksinə idxalla rəqabət aparan sahələrdə 
istehsalın  azalmasına  təkan  verir.  Nəticədə  beynəlxalq  ticarət 
cəmiyyətdə  ikitirəlik  yaradır:  -  həmin  ticarətdən  qazananlar  və 
itirənlər.  ndiyə qədər bu məsələnin şərhini biz istehsalçı və isteh-
lakçıların  mənafeyi  prizmasından  təhlil  etmişik.  Məşhur  Xekşer-
Olin  teoremi  xarici  ticarətin  ayrı-ayrı  istehsal  faktorları  sahib-
lərinə  necə  təsir  etdiyini  qiymətləndirməyə  imkan  verir.  Belə  ki, 
məhsulların  qiymətlərinin  nisbi  dəyişməsi,  bəzi  faktorların  qa-
zanclarının  digərləri  hesabına  artmasına  səbəb  olur.  Xekşer-Olin 
teoreminə görə ölkə, istehsalında nisbi bolluğa malik olduğu  fak-
torların daha çox istifadə olunduğu məhsulları, istehsalında azta-
pılan  faktorların  daha  çox  istifadə  olunduğu  məhsullara  nisbətən 
daha böyük həcmdə ixrac edir. 
Расим Щясянов 
 
146 
 
Ona  görə  də  beynəlxalq  ticarət  ölkədə  istehsalın  strukturu 
dəyişə  bilir.  Daha  sürətlə  inkişaf  edən  sahələrdə  əlavə  istehsal 
faktorlarına ehtiyac artır və onların cəlbi iqtisadi cəhətdən stimul-
laşdırılır.  Digər  sahələrdə  isə  faktorların  bir  qismi  sərbəstləşir. 
Beləliklə  qısa  müddətli  dövrdə,  xarici  ticarət,  istehsal  faktorla-
rının  hansı  sahədə  istifadə  olunmasından  asılı  olaraq,  gəlirlərin 
yenidən  bölüşdürülməsini  yaradır:  ixrac  yönlü  sahələrdə  faktor-
ların gəlirliliyi artır, idxalla rəqabət aparan sahələrdə isə azalır. 
stehsal  faktorlarının  gəlirliyinin  dəyişməsi  və  onların  sahə-
lərarası  axınları,  uzunmüddətli  dövrdə  daha  ciddi  nəticələr  verir. 
Faktor  sahibləri,  tələbin  strukturu  dəyməyən  şəraitində,  daha 
sürətli inkişaf edən sahələrdə, özlərinə mövqe tutmağa cəhd edir-
lər.  Uzun  müddətli  dövrdə  faktorların  sahələrarası  axınları,  tələb 
və təklif arasında, pozulmuş nisbi tarazlığın, yenidən bərpa olun-
masına  gətirir.  Lakin  bu  o  demək  deyil  ki,  uzunmüddətli  dövrdə 
faktorların  gəlirliliyində  əvvəlki  “status  -  kvo”  bərpa  olunur. 
Çünki  ayrı-ayrı  məhsulların  istehsalında,  faktorlar  əvvəlcədən 
müxtəlif  nisbətlərdə  cəlb  olunduğundan,  istehsalın  həcminin  də-
yişməsi,  faktorlara  tələbin  strukturunun,  qeyri-bərabər  də-
yişməsinə səbəb olur.  
Beləliklə  xarici  ticarətin  uzunmüddətli  inkişafı  şəraitində  
ixrac  yönlü sahələrdə daha aktiv istifadə olunan  faktor sahibləri-
nin gəlirləri daha çox artır və əksinə idxalla rəqabət aparan sahə-
lərdə müvafiq gəlirlər daha sürətlə azalır. Bu mülahizəni, 1941-ci 
ildə  amerikan  alimləri  V.Stolper  və  P.Samuelson  sübut  etmişdir. 
Ona  görə  də  bu  nəticə  Stolper-Samuelson  teoremi  kimi  iqtisadi 
fikir tarixində yer almışdır. Doğrudur, Stolper-Samuelson teoremi, 
müəyyən  ilkin  fərziyyələr  şəraitində  doğrudur.  Belə  fərziyyələrə 
müəlliflər,  təkmil  rəqabətin  mövcudluğu,  istehsal  faktorlarının 
sahələrarası  axınlarının  sərbəstliyi,  istehsal  faktorlarını  ümumi 
təklifinin dəyişməzliyi və s. aid etmişlər. Bütövlükdə isə Stolper-
Samuelson  teoremi,  neoklassik  iqtisadiyyatın  əsas  nəzəriyyə-
lərindən sayılan Xekşer-Olin nəzəriyyəsinin uğurlu davamı, onun 
dərinləşməsi  hesab  olunur.  Xekşer-Olin  nəzəriyyəsi  və  Stolper-
Samuelson  teoreminə  görə  belə  nəticə  çıxarmaq  olar  ki,  ixrac 


Игтисади сийасят: методолоэийа вя практика 
 
147 
məhsulunun  istehsalında,  daha  çox  ixtisaslaşan  istehsal  faktoru, 
xarici  ticarətin  inkişafından  daha  çox  faydalanır.  Əksinə,  idxal 
ə
vəzedici  sahədə  ixtisaslaşan  faktor  xarici  ticarətin  inkişafından 
daha çox uduzur.  
Təcrübədə, istehsal faktorlarının ixrac və  ya idxal üzrə ixti-
saslaşması  dərəcəsini  ölçmək  üçün  adətən  həmin  faktorların 
gəlirlərinin ixrac və ya idxal istehsalının yaratdığı əlavə dəyərdəki 
və  ya  bütövlükdə  milli  gəlirdəki  payı  göstəricilərindən  istifadə 
olunur: 
                                   
iy
im
ix
m
x
Si
Θ
Θ

Θ
=
/
,
 
burada     
S
i, x/m 
– i faktorunun ixrac / idxal üzrə ixtisaslaşması  dərəcəsi 
göstəricisi;  
Θ
ix  
-  i   faktorunun gəlirinin ixracın  dəyərindəki payı;  
Θ
im 
 - i  faktorunun gəlirinin idxalla rəqabət aparan və idxal 
             həcmində olan məhsulun dəyərindəki payı; 
Θ
iy 
– i   faktorunun milli gəlirdəki payıdır. 
 
Xarici  ticarətin,  istehsal  faktorlarının  gəlirliliyinə  təsirini 
qiymətləndirərkən, istehsal faktorlarının təklifinin sabitliyi, müla-
hizəsini  qəbul  etmişik.  Çünki  bu  halda  idarəedici  təsir  vasitəsi 
kimi,  biz  məhz  xarici  ticarəti  qəbul  edirik.  Lakin  aydındır  ki, 
istehsal faktorlarının təklifi həmişə stabil qala bilməz. Xüsusi ilə 
uzun  müddətli  dövrdə,  faktorların  təklifi,  daha  çox  dəyişə  bilər: 
kapital  ehtiyatı  toplanaraq  artır;  əhali  artımı  əmək  ehtiyatlarının 
təklifini artırır, yeni faydalı qazıntı yataqları kəsf olunur və təsər-
rüfat  dövriyyəsinə  yeni  torpaqlar  cəlb  olunur.  Aydındır  ki,  ayrı-
ayrı  istehsal  faktorlarının  təklifləri,  fərqli  dərəcədə  artırlar,  ona 
görə də müxtəlif sahələrdə istehsalın dinamikası qeyri-bərabərdir. 
Məsələn, tutaq ki,  ölkə əmək tutumlu məhsulu ixrac edir və ka-
pital tutumlu məhsulu idxal edir. Əgər əmək təklifi üstün sürətlə 
artırsa,  onda  ölkədə  istehsal  artacaq  və  təbii  olaraq  ixrac  sahə-
lərində  gəlir  çoxalacaq.  Ancaq  bu  zaman  mümkündür  ki,  eyni 
Расим Щясянов 
 
148 
 
zamanda idxalla rəqabət aparan, kapital tutumlu sahədə, istehsalın 
və  gəlirlərin  azalması  baş  versin.  Çünki  genişlənən  ixrac  həmin 
sahədəki kapitalın bir hissəsini də öz tərəfinə cəlb edəcək. 1955-ci 
ildə  ingilis  iqtisadçısı  T.Rıbçinski  “faktor  təklifinin  artımı  və 
istehsalın  artımının  nisbətləri”  haqqında  teorem  irəli  sürdü. 
Sonralar iqtisad elmində yeni bir “qiymətləndirmə metodikasına” 
çevrilmiş bu teoremə görə: hər hansı bir istehsal faktorunun artan 
təklifi bu faktorun daha çox istifadə olunduğu sahədə istehsal və 
gəlirlinin azalmasına səbəb olur.  
Rıbçinski  teoreminin  konkret  təzahür  formalarından  biri 
məşhur “holland xəstəliyidir”. XIX əsrin 70-ci illərində Hollandi-
yada,  Şimal  dənizində  təbii  qaz  ehtiyatlarının  intensiv  istismarı, 
ölkənin iqtisadi resurslarının bu sahəyə axması ilə nəticələndi və 
emal  sənayesində  istehsal  həcmi  və  məhsul  ixracı  azaldı.  Nəticə 
etibarilə bu iqtisadiyyatın formalaşmış strukturunun, qısa müddət 
ə
rzində  dəyişməsi  ilə,  onun  müxtəlif  xarakterli  nisbətlərinin  po-
zulmasına  gətirdi.    Aydındır  ki,  belə  nəticələr  iqtisadi  inkişafa 
ciddi maneələr  yaratmaqla bərabər intensiv istifadə olunan  ehti-
yatın  yaratdığı  faydanı  da  yoxa  çıxardı.  Sonralar  belə  təhlükəli 
meyillər  bütövlükdə,  təbii  ehtiyatların  istehsalı    intensiv  olan  öl-
kələrdə,  çox  müxtəlif  formalarda    tez-tez  təkrar  olundu  (Böyük 
Britaniya, Norveç, Nigeriya, Venesuela və s.). 
 
4.4. Xarici ticarət və iqtisadi inkişafın qarşılıqlı təsir  
xüsusiyyətləri 
 
      Xarici ticarətin tələbin xarakterini dəyişilməsi xüsusiyyəti. 
Dünya  təsərrüfatının  inkişafı  beynəlxalq  ticarətin  qanunauyğun-
luqlarını  da  dəyişir.  Ona  görə  də  müasir  dövrdə  xarici  ticarətin 
ilkin  modelinin  tələb  və  təklifin  dəyişməsinin  xarakterini  və  bu 
dəyişmənin  ticarətin  inkişafına  və  onun  iştirakçılarının  maraq-
larına təsiri nəzərə alınmaqla öyrənilməsini  mühüm zərurətə çev-
rilmişdir.  Ona  görə  də  xarici  ticarətin  və  müvafiq  siyasətin  qiy-
mətləndirilməsi  üçün  iqtisadi  dinamika  nəzəriyyələrinin  bəzi 
məqamlarını nəzərdən keçirmək məqsədəuyğundur. 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə