Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə33/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   29   30   31   32   33   34   35   36   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
129 
FƏS L  4. T CARƏT S YASƏT   VƏ XAR C   
T CARƏT N  QT SAD YYATDA GƏL RLƏR N 
BÖLÜNMƏS NƏ TƏS R  
 
4.1.  “Ticarət siyasəti”  kateqoriyası:  
ə
sas növləri və alətləri 
                 
Açıq  iqtisadiyyat  şəraitində  ticarət  siyasəti  istənilən  hö-
kumətin  beynəlxalq  iqtisadi  münasibətlər  sahəsində  fəaliyyətinin 
mühüm  tərkib  hissəsidir.  Bəzi  hallarda  ticarət  siyasəti  idxal  və 
ixracın dövlət tənzimlənməsi ilə eyniləşdirilir, bəzən isə bu xarici 
ölkələr  və beynəlxalq təşkilatlarla beynəlxalq ticarət sahəsindəki 
qarşılıqlı münasibətlərin istiqamətləndiricisi kimi qəbul edilir.  
Müasir  ticarət  siyasəti  –  bütövlükdə  beynəlxalq  ticarət 
dövriyyəsində olan mal və xidmətləri bu ölkələrin və ölkələrarası 
birliklərin  daxili  bazarlarına  buraxılması,  cəlb  olunmasının  şərt-
lərini,  birbaşa  və  ya  dolayı  formada  müəyyənləşdirilməsi,  həm-
çinin  ölkədə  istehsal  olunan  mal  və  xidmətlərin  xarici  bazarlara 
çıxarılmasının təmin olunması tədbirləridir.  
Beynəlxalq  iqtisadi  münasibətlərin  ümumi  strukturu  baxı-
mından  ticarət  siyasəti,  ölkənin  beynəlxalq  əmək  bölgüsündə, 
yəni  məhsulların  beynəlxalq  mübadiləsində  iştirakı  şərtlərini 
müəyyənləşdirir. Aydındır ki, bu şərait, ilk növbədə iqtisadi fak-
torların  təsiri  altında  formalaşır.  Lakin  bütün  ölkələr,  beynəlxalq 
ə
mək bölgüsündən daha yaxşı faydalanmaq üçün müxtəlif tədbir-
lər görməyə çalışır. Çünki hər bir ölkə, eyni zamanda, xarici siya-
sət  vasitəsilə,  öz  məqsədləri  üçün,  ciddi  problemlərin  həllini, 
asanlaşdırmağa  cəhd  edir.  Belə  problemlərə  aşağıdakılara  aid 
etmək olar: 
Ə
vvəla,  mal  və  xidmətlərin  daxili  və  xarici  bazarlara  daxil 
olması  şərtləri  −  əslində  milli  müəssisələrin  xarici  müəssisələrə 
nisbətən    rəqabət  qabiliyyətliliyi  səviyyəsini    səciyyələndirir  və 
ona  görə  də  bu  şərtlər  dünya  bazarında  rəqabət  mübarizəsində 
mühüm alətə çevrilir; 
Расим Щясянов 
 
130 
 
kincisi, beynəlxalq iqtisadi - ticari mübadilə siyasi problem-
lərlə həmişə sıx bağlıdır, məsələn, cərimə və sanksiyaların tətbiqi, 
embaro  və  stimullaşdırma,  qadağan  olunmuş  silahların  yayılma-
sının  qarşısının  alınması,  müxtəlif  beynəlxalq  öhdəliklərə  əməl 
olunması və s.; 
Üçüncüsü,  beynəlxalq  əmək  bölgüsünün  üstünlüklərindən 
faydalanmaq,  o  halda  mümkündür  ki,  daxili  bazarın  bütövlüyü, 
ə
traf mühitin, istehlakçıların maraqlarının və hüquqlarının qorun-
ması təmin edilsin; 
Dördüncüsü,  hökumət  həmişə  nəzərə  almalıdır  ki,  xarici 
ticarət mübadiləsinin inkişafı milli təhlükəsizlik, ictimai asayıs və 
son  dövrlərdə  xüsusilə  aktuallaşan  xarici  və  daxili  iqtisadi  təh-
lükəsizliyin qorunması çərçivəsində aparılmalıdır.  
Beynəlxalq  iqtisadi  münasibətlərin  yeni-yeni  formalarının 
inkişafı ticarət iqtisadi problemləri həm dəyişdirir, həm də onları 
mürəkkəbləşdirir.  
A.Daniltsevin  fikrincə,  bu  xüsusiyyət,  ticarət  siyasətinin 
tarixi xarakterə malik olmasından irəli gəlir. 
Ticarət  siyasətinin  tarixi  xarakteri  aşağıdakı  amillərlə  izah 
edilir. 
1.  Ticarət-siyasi  sahələrdə  dəyişiklərlə,  beynəlxalq  iqtisadi 
münasibətlərin  transformasiyası  arasında  sıx  qarşılıqlı  əlaqə  var-
dır.  Ticarət  siyasətinin  tətbiq  dairəsi  genişlənir,  paralel  olaraq 
onun  alətləri  genişlənir,  dəyişir,  müxtəlifləşir.  Burada  aparıcı  tə-
sir,  istehsalın beynəlmilləşməsi və iqtisadi inteqrasiyanın güclən-
məsi hesabına baş verir.  
2. Praktiki  ticarət siyasəti beynəlxalq-hüquqi aktlar və bey-
nəlxalq  institutların  müəyyən  sisteminə  bağlıdır.  Ona  görə  də, 
ticarət  siyasətinin  tətbiq  dairəsində  və  alət  seçimində  dəyişiklik-
lər, onun hüquqi bazasında əks olunur və əksinə, beynəlxalq razı-
laşmalarda  olan  dəyişiklər  praktiki  ticarət  siyasətinə  ciddi  təsir 
edir. 
3. Ticarət siyasətinin realizasiyası, ziddiyyətli şəraitdə, çoxlu 
ticarət konfliktləri və ümumi prinsiplərdən  yayınmalar şəraitində 
baş verir. 


Игтисади сийасят: методолоэийа вя практика 
 
131 
Müasir ticarət siyasətinin mühüm meyillərindən  biri, əsasən 
daxili  iqtisadi  problemlər,  başqa  sözlə,  daxili  iqtisadi  və  ticarət 
siyasəti  ilə  bağlı,  tənzimləyici  qərar  və  qanunvericilik  aktlarının 
rolunun artmasıdır. 
Müasir dövrdə, ticarət siyasətinin mühüm bir xüsusiyyəti də 
onun təsir dairəsinin nisbətən genişləndirilməsidir.  ndi bu dairəyə 
yalnız  mal  və  xidmətlərin,  beynəlxalq  mübadiləsi  prosesində 
yaranan iqtisadi münasibətlər deyil, həm də bu proseslə, bu və ya 
başqa şəkildə bağlı olan, ictimai istehsal prosesində yaranan mü-
nasibətlər aid edilir. Bu onunla bağlıdır ki, dünya iqtisadiyyatının 
qloballaşması,  iqtisadiyyatın  bütövləşməsi  və  vahid  təkrar  isteh-
salı prosesinin yaranmasını doğurur və onu sürətləndirir. 
4. Beləliklə ümumilləşdirərək qeyd etmək olar ki, ticarət si-
yasəti, daxili bazara xarici məhsulların və yerli məhsulların xarici 
bazarlara  daxil  olunmasının  təmin  edilməsi  və  tənzimlənməsi  si-
yasətidir. Ticarət siyasəti BƏB-lə birbaşa bağlıdır və ona görə də, 
iki cəhətlə xarakterizə olunur. Bir tərəfdən  beynəlxalq mübadilə, 
istehsalın  və  gəlirin  artması  səmərəliliyin  yüksəldilməsinə  səbəb 
olur,  digər  tərəfdən  isə,  ölkənin  xarici  ticarətdə  iştirakı  daxili  və 
xarici bazarlarda rəqabəti gücləndirir.  
Bu cəhətlər, ticarət siyasətinin tarazlaşdırılmasını tələb edir. 
Ticarət siyasətinin tarazlaşdırılması özlüyündə,  kifayət qədər mü-
rəkkəb  məsələdir.  Çünki  milli  ticarət  siyasəti  ticarət  partnyoru 
olan ölkələrin milli maraqları ilə konflikt yaradır. Təsərrüfat sub-
yektlərinin rəqabəti isə onların ölkələrinin siyasətlərində, konflikt 
yaradır. Bu konflikt üç istiqamətdə  genişlənə bilər: 
a) Xarici mal və xidmətlərin  daxili bazara girməsinin məh-
dudlaşdırılması; 
b)  Razılaşmalar  və  qarşılıqlı  güzəştlər  əsasında  B M-də 
ticarət və s. məhdudiyyətlərin  zəiflədilməsi; 
c) Beynəlxalq ticarət konfliktlərinin yaranması. 
Bütövlükdə,  ticarət  siyasətinin  iki  əsas  istiqaməti,  növü  
fərqləndirilir: proteksionizm və azad ticarət siyasəti. Ticarət siya-
səti mahiyyətinə görə iki və çoxtərəfli əsasda həyata keçirilə bilər. 
Расим Щясянов 
 
132 
 
Proteksionizm  və  azad  ticarət  siyasətinin  əsas  xarakterik 
xüsusiyyətlərini aşağıdakı kimi fərqləndirmək olar.  
 

Ə
sas 
 vəzifə 
Daxili bazarda xarici rəqabətin zəifləndirilməsi 
Milli  məhsulların,  xarici  bazarda  rəqabətliliyi  üçün  maneələrin 
götürülməsi, daxili bazarda rəqabətin inkişaf etdirilməsi 

Ə
sas 
tətbiq 
sahəsi 
Daxili bazar 
Xarici bazarlar və daxili bazarlar 

Təsir 
  mexa-  
nizmi 
Daxili bazara daxil olmanın məhdudlaşdırılması 
Xarici bazara daxilolmanın təmin olunması tədbirləri 
4      Alətlə
Ticarət məhdudiyyətləri  
Ticarət məhdudiyyətlərinin iki və çoxtərəfli razılaşmalar 
 əsasında zəiflədilməsi    

   Siyasə-
tin for-
ma-  
laşma- 
  sı 
ə
sasları 
Siyasət, əsasən avtonom xarakter daşıyır 
Ə
sasən,  iki  və  çoxtərəfli  razılaşmalar  və  güzəştlər  üzərində 
qurulur 

Ə
n     
səmərəli 
tətbiq 
şə
raiti 
Bütövlükdə iqtisadiyyatın aşağı rəqabətliliyi, iqtisadi çətinliklər, 
qtisadiyyatın artımı üçün əlverişli şəraitin mövcudluğu.  
Bütövlükdə rəqabət qabiliyyətli iqtisadiyyat 
 
Ticarət  siyasətinin  yuxarıda  qeyd  olunan  əsas  vəzifələrinin 
realizasiyası  ticarət  siyasətinin  alətləri  və  ticarət  rejimləri  vasi-
təsilə həyata keçirilir. 
Ticarət  siyasətinin  alətləri  dedikdə,  milli  bazarlara,  mal  və 
xidmətlərin  buraxılmasını  tənzimləyən  iqtisadi,  hüquqi,  inzibati 
və siyasi vasitə, üsul və formalar başa düşülür. 
Ticarət  siyasətinin  alətləri,  əsasən  milli  qanunvericilik  və 
dövlətin  öhdəlik  götürdüyü  beynəlxalq  hüquqi  normativ  aktlara 
ə
sasən  tətbiq  edilir.  Lakin  nəzərə  almaq  vacibdir  ki,  iqtisadi  


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə