Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə41/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   37   38   39   40   41   42   43   44   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
161 
-
  dolğunluq (tamlıq)  prinsipi – büdcənin hər bir maddəsi 
üzrə bütün xərclər və gəlirlər  nəzərə alınmalıdır; 
-
   Reallılıq prinsipi – dövlətin xərcləri və gəlirləri faktiki  
maliyyə axınları və müvafiq potensiala nisbətdə düzgün 
ə
ks etdirməlidir; 
-
   Şəffaflıq  prinsipi 

  əhali  büdcənin    əsas    gəlirlərinin 
mənbələri, xərcləri haqqında  vaxtında və dolğun  məlu-
matlandırılmalıdır. 
Büdcənin  dövlətin iqtisadi inkişafa təsiri vasitəsi kimi isti-
fadə  olunması  müxtəlif  nəzəri  konsepsiyalara  əsaslanır.  Uzun 
müddət  ərzində  inkişaf  etmiş  kapitalist  ölkələrində  “neytral  büd-
cə” konsepsiyası hakim mövqeyə malik olmuşdur. Neytral büdcə 
konsepsiyası,  dövlətin  büdcə  siyasətinin  balanslaşdırılmış  büd-
cənin  formalaşdırılması  və  təkrar  istehsal  prosesinə  neytrallığın 
təmin etməsinə istiqamətləndirilməsi ideyasına söykənir. Konsep-
siyanın iqtisadi mahiyyətini,  maliyyə  sisteminin normal fəaliyyət 
göstərməsinin  iqtisadiyyatın  səmərəli  fəaliyyətini  “avtomatik” 
təmin  etməsi    ideyası  təşkil  edir.  Başqa  sözlə,  büdcə  bu  halda 
yalnız  pul  vəsaitlərinin  yığımı  və  bölgüsü  kimi  təmiz  maliyyə 
məsələlərini həll etmək vəzifəsi daşıyırdı. Lakin büdcə xərcləri ilə 
gəlirlərin  sərt  əlaqələndirilməsi  büdcənin  çevikliyini  aşağı  sal-
maqla,  dövlətin  iqtisadi  fəaliyyətə  təsirini  əhəmiyyətli  dərəcədə 
məhdudlaşdırırdı  və  bu  xüsusilə  böhran  şəraitində  arzuolunmaz 
nəticələrə  səbəb  ola  bilirdi.  qtisadi  fikirdə  Keyns  ideyalarının 
yaranması  ilə  bir  çox  sahələrdə  olduğu  kimi,  büdcə  konsepsiya-
sında  da  yeni    baxışların  meydana  gəlməsinə  səbəb  oldu.  Keyns 
nəzəriyyəsinin  əsas  məntiqinə  müvafiq  olaraq,  dövlət  büdcəsinin  
maliyyə  alətindən  başqa,  həm  də  mühüm  iqtisadi  stabilləşdirici 
olmasının  mümkünlüyü  və  hətta  vacibliyi  ideyası  yarandı.  Yeni 
büdcə konsepsiyası “funksional maliyyə” ideyasına əsaslanır. Bu 
ideyaya  görə,  büdcə  siyasəti  ilk  növbədə  iqtisadiyyatın  stabil-
ləşdirilməsi məsələsini həll etməlidir, yəni dövlət iqtisadi idarəet-
məsində  iqtisadi  siyasətin  xarakterinin  müəyyənləşdirilməsi  mə-
sələsinin  əsas  həlli  maliyyə  yox,  iqtisadi    müstəvidə  olmalıdır. 
Nəzərdə  tutulur  ki,  makroiqtisadi  stabilliyin  təmin  edilməsi 
Расим Щясянов 
 
162 
 
büdcənin    müsbət  saldosu  halında  olduğu  kimi,  həm  də  büdcə 
kəsiri şəraitində mümkündür. Hətta özlüyündə  mənfi  qiymətlən-
dirilən  büdcə  kəsirini  həll  etməyə  çalışarkən,  xüsusilə  böhran  və  
tənəzzül mərhələlərində, iqtisadi inkişafa zərər vura biləcək  ma-
liyyə sağlamlaşdırılmasını aparmaq məqsədəuyğun hesab edilmir.   
“Funksional  maliyyə”  konsepsiyasına  görə    uzunmüddətli 
perspektivdə büdcə kəsirini iqtisadi stabilliyi təmin etmədən həll 
etmək mümkün deyildir. Büdcə siyasətinə iqtisadi yanaşma mən-
tiqi  məhz  bu ideyaya əsaslanır. Dünya təcrübəsinin son illərdəki 
dərsləri  göstərir  ki,  Keyns  nəzəriyyəsinin  müxtəlif  modifika-
siyaları və ya müxtəlif prizmalı nəticələri, o cümlədən keçən əsrin 
80-90-cı illərində  yayılan iqtisadi təklif nəzəriyyəsi inkişaf etmiş  
ölkələrdə  “funksional  maliyyə”  konsepsiyasını  iqtisadiyyatın 
dövlət tənzimlənməsinin əsas  modelinə çevirmişdir. 
Büdcə siyasətinin səmərəliliyi onun həll etməli olduğu mə-
sələlər kontekstində müəyyənləşdirilməlidir. Məsələn, əgər büdcə 
maliyyə  məsələlərini  həll  edirsə,  onda  səmərəlilik  göstəriciləri,  
dövlət  maliyyəsinin    vəziyyətini  əks  etdirən,  büdcənin  kəsiri  və 
dövlət borcu göstəriciləri hesab edilir. Əksinə, əgər büdcə siyasəti 
iqtisadi  problemlərin  həllinə  yönəldilirsə,  onda  əsas  səmərəlilik 
göstəriciləri   ÜDM-in artımı və məcmu investisiyaların   həcmi, 
investisiyaların  və  işsizliyin  səviyyəsi  göstəriciləri  olacaqdır.  Bu 
halda    maliyyə  göstəriciləri  iqtisadi  səmərəlilik  göstəricilərinin 
tamamlayıcısına çevrilir. 
 Vergi  siyasəti – dövlət  və  yerli idarəetmə orqanlarının mü-
vafiq  büdcələrin  gəlirlərini  təmin  etmək  məqsədilə,  əhali  və 
iqtisadi fəaliyyət subyektlərinin qazandıqları gəlirin müəyyən his-
səsinin  məcburi qaydada  yığmasının nəzərdə tutan fəaliyyətidir. 
Vergi siyasəti bu və ya başqa vergi sisteminin qurulmasını  tələb 
edir. Vergilər iki əsas funksiya daşıyır: 

 fiskal və iqtisadi. Fiskal 
funksiya,  dövlətin  fəaliyyətinin bütövlükdə təmin edilməsi üçün 
zəruri olan pul  fondlarının  yaradılmasını, iqtisadi  funksiya  isə 
həmin  fondların  milli  gəlirin  yenidən  bölüşdürülməsi  üçün  isti-
fadə  olunmasını  nəzərdə  tutur.  Fiskal  funksiya    vergi  ödəyicilə-


Игтисади сийасят: методолоэийа вя практика 
 
163 
rinin  dövlət  qarşısında,  iqtisadi  funksiya  isə  dövlətin    vergi  
ödəyiciləri    qarşısında  öhdəliklərini ifadə edir. 
Vergi  qoymanın    idarə  olunmasının  hüquqi-təşkilatı  norma 
və qaydaları toplusu ölkənin milli  vergi mexanizmini təşkil edir.  
Vergi  mexanizminin  fəaliyyəti  vergi  qanunvericiliyi  əsasında  tə-
min edilir. Vergi siyasətinin aşağıda ifadə olunan əsas prinsipləri 
hələ  iqtisad  elminin  klassiklərindən  olan  A.Smitin  “Xalqların 
varlı olmasının səbəbləri və təbiətinin təhlili” (1776-cı il) əsərində 
verilmişdir: 
-    Dövlətin  vətəndaşları  dövlətin  himayəsi  və  müdafiəsi  al-
tında qazandıqları gəlirlərə  müvafiq olaraq dövləti maddi cəhət-
dən təmin etməlidirlər   (yəni vergi ödəməlidirlər); 
-  Ödənilən  vergilər  ixtiyari  olmamalı,  onun  müddəti  ,həcmi 
və ödənilməsi qaydası dəqiq müəyyənləşdirilməlidir; 
- Hər bir verginin  ödəyiciyə ən münasib vaxtda və formada 
ödənilməsi təmin edilməlidir; 
-    Vergi  siyasətinin  formalaşdırılması  dövlətin  xərclərinin 
(büdcə xərcləri), sonra isə həmin xərcləri ödəyə biləcək gəlirlərin 
(büdcə  gəlirləri)  müəyyənləşdirilməsindən  başlamalıdır.  Büdcə 
xərcləri  cəmiyyətin  maraqlarını  əks  etdirməlidir,  bu  dövlətin 
“ucuzlaşmasına” səbəb olar və vergilərin “quldarlıq” yox,  azadlıq 
ə
laməti olmasını təmin edər. 
Vergi  sisteminin  iqtisadiyyata  təsirinin  əsas  aləti    vergi 
güzəştləridir,  belə  güzəştlər  ayrı-ayrı  ölkələrdə  100-dən  artıqdır. 
kinci, ən mühüm təsir vasitəsi vergi dərəcələri ilə manipulyasiya 
hesab edilir. Veri güzəştləri və vergi dərəcələrinin dəyişdirilməsi 
bir  tərəfdən  iqtisadiyyatda  elmi-texniki  tərəqqinin  inkişafına, 
struktur  dəyişiklərinə  və  iqtisadi  artıma    təsir  edirsə,  digər  tərəf-
dən dövlət büdcəsinə ciddi mənfi təsir  göstərir.  Müxtəlif iqtisadi 
inkişaf  səviyyələrində    olan  ölkələrdə  vergi  alətlərinin  istifadə 
olunmasının səmərəliliyini  şərtləndirən amillər  müxtəlif ola bilir.  
Müasir  dövrdə  dünyada  qəbul  edilən  ən  ümumi    qiymətləndir-
mələrə  görə  vergi  sisteminə  olan  əsas  tələbləri 

  onun  dayanıq-
lığı, bazar mexanizminə nəzərən neytrallığı və bazar təsərrüfatının 
Расим Щясянов 
 
164 
 
bütün subyektlərinə münasibətdə bərabər şəraitin təmin olunması  
kimi ifadə etmək olar. 
Pul-kredit siyasəti – dövlətin iqtisadiyyata dolayı təsir vasi-
tələrindən biri olmaqla pulun iqtisadiyyatda rolu və makroiqtisadi 
parametrlərə:  iqtisadi  artım,  məşğulluq,  qiymətlər  və  tədiyyə 
balansına  təsiri  haqqındakı nəzəri konsepsiyalara  əsaslanır.  Pul-
kredit  siyasətinin  əsas  mahiyyəti  –Mərkəzi  Bankın  müəyyən 
siyasət  aparmaqla  ölkədəki  pul  təklifini  dəyişdirə  bilməsindədir. 
Mərkəzi Bankın iqtisadiyyatdakı pul bazasına təsiri ölkənin bank-
kredit  sisteminin  fəaliyyəti,  o  cümlədən  kommersiya  banklarının 
kredit  emissiyası  vasitəsilə  pul  kütləsini  artırıb-azalda  bilmə 
qabiliyyəti  ilə  müəyyənləşir.  Müasir  dövrdə  inkişaf  etmiş  iqtisa-
diyyata malik olan ölkələrdə Mərkəzi Bankda pul-kredit sferasını  
tənzimləməsinin üç əsas aləti istifadə edilir: açıq bazar əməliyyatları, 
uçot dərəcəsi və ehtiyat normaları. Birinci, iki alət vasitəsilə Mərkəzi 
Bank bilavasitə pul bazasına təsir edir, ehtiyat normaları vasitəsilə isə 
kommersiya  bankları  sonuncu  pul  vahidinədək    kreditləşdirmə 
aparmaqla multiplikativ effekt yarada bilir.   
Pul-kredit  siyasətinin  son  məqsədinin  makroiqtisadi  para-
metrləri  tənzimləməkdən  ibarət  olması  onun  qlobal  məqsədlər 
sırasını  müəyyənləşdirir.  Belə  məqsədlərə  qiymətlərin  stabilli-
yinin  təmin  olunması,    tam  məşğulluq,  istehsalın  real  həcminin 
artımı  və  tədiyyə  balansının  dayanıqlığının  təmin  edilməsi  aid 
edilir.  Cari pul-kredit siyasəti isə daha konkret məqsədlərə hədəf-
lənməklə siyasətin xarakterini müəyyənləşdirir.  Bu məqsədlə pul 
kredit siyasətinin aralıq hədəfləri 

 pul sisteminin əsas parametr-
lərinin 
− 
pul  kütləsi,  faiz  dərəcəsi  və  mübadilə  kursunun  uzun-
müddətli  (adətən, bir il və daha çox) tənzimlənməsi göstəriciləri 
müəyyənləşdirilir.  Mərkəzi  Bankın    cari  fəaliyyəti  isə  pul-kredit 
siyasətinin    taktiki  məqsədlərinə  istiqamətlənən  tədbirləri  əhatə  
edir.  Pul  kredit  siyasətinin  xarakteri  məhz  sonuncularda  əks 
olunur.  Məsələn,  sərt  monetar  pul-kredit  siyasəti  pul  kütləsinin 
müəyyən  səviyyədə  saxlanılmasını  nəzərdə  tutduğu  halda,  çevik 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə