Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə49/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   45   46   47   48   49   50   51   52   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
193 
üç  ildı  ölkımizdı  böyük  neft  gılirlırinin  aktiv  dövriyyıyı 
cılbinin  sürıtlınmısi  davam  edıcıkdir.  Dünya  tısırrüfat 
sistemindı  yüksılın  xıtlı  davam  edın  ılveriıli  neft 
konyunkturası  Azırbaycan  iqtisadiyyatının  imkanlarını 
getdikcı  artırır.  “Büdcı  zırfinin”  tırkibinı    2008-ci  il  üçün 
yaıayıı  minimumu  vı  ehtiyac  meyarının    müıyyınlııdi-
rilmısi  haqda  qanun  layihılırinin  daxil  edilmısi  vı  ilk  dıfı 
olaraq 2008-2011-ci illır üçün dövlıt investisiya proqramının 
ısas  istiqamıtlıri  vı  layihılırin  siyahısının  ılavı  edilmısi 
isı müzakirı olunan zırfin  tıkmilliyini tızahür edir. 
Yeni maliyyı ilinin büdcı prosesini fırqlındirın mühüm 
cıhıtlırdın  biri,  son  illırdı  ilk  dıfı  olaraq  qarııdakı  ildı 
vergi  qanunvericiliyinin  tıkmillııdirilmısi  haqda  tıkliflırin 
“Büdcı zırfinin” müzakirısindın ıvvıl nızırdı tutulmasıdır.  
2008-ci  ildı  dövlıt  büdcısinin  xırclırinin  ıvvılki 
illırdın  fırqli  olaraq  daha  aıaıı  artım  sürıti  ilı 
planlaıdırılması,  hökumıtin  sürıtli  inkiıaf  ııraitindı 
iqtisadiyyatda  inflyasiya  tızyiqinin  yumıaldılması  vı 
dayanıqlı 
inkiıafın 
tımin 
edilmısi 
mıqsıdlırinı 
istiqamıtlınmısi kimi qiymıtlındirilı bilır. 
Qarııdakı  ildı  dı  büdcı  gılirlırinin  artım  sürıtinin 
ÜDM-in  artım  sürıtindın  daha  yüksık  nızırdı  tutulması  
hökumıtin  büdcınin  tınzimlıyici  rolunu  yüksıltmık  meyli 
kimi müsbıt qiymıtlındirilmılidir. 
Büdcı  gılirlırinin  strukturunda  da  ısaslı  dıyiıikliklır 
vardır.  Bu  baxımdan,  ümumi  gılirlır  sırasında  qeyri-vergi 
dövlıt gılirlırinin payının artması meylinin bırpa olunması 
qeyd edilmılidir. 
 2008-ci  ildı  büdcı  xırclırinin  artımının  ÜDM-in 
artım 
sıviyyısini 
üstılıyıcıyi 
gözlınilir. 
Xırclırin 
istiqamıtlıri  üzrı  tıhlili  göstırir  ki,  ın  böyük  artım  qeyri-
maliyyı  aktivlıri,  o  cümlıdın,  ısas  vısaitlırin  alınması 
maddısi  üzrıdir.  Eyni  zamanda,  büdcı  xırclırinin 
strukturunun  tarazlaıdırılması  meyli  hiss  olunur.  Bu  isı 
ölkınin iqtisadi inkiıafında dayanıqlııın güclındirilmısinin 
tızahürü kimi qiymıtlındirilı bilır. 
Расим Щясянов 
 
194 
 
Бцджя  сийасятиндя  сон  иллярдя  баш  верян  бир  сыра  мцщцм 
дяйишикликлярин йухарыдакы гыса шярщи эюстярир ки, дювлят бцджяси 
бир  игтисади  категорийа  кими  чох  мцщцм  сийасят  васитясидир. 
Диэяр  тяряфдян  бу  бцджя  сийасяти  юлкянин  игтисади  инкишаф 
сявиййясини  ян  йахшы  тязащцр  етдирян  мцщцм  васитядир.  Азяр-
байжанда  ися  бу  сийасят  алятинин  ящямиййяти    даща  бюйцкдцр. 
Чцнки  юлкяиздя  игтисадиййатын  дювлят  тянзимлянмясинин  ясас 
тясир васитяляри мящз дювлят бцджясидир. 
 
FƏS L 6.  SOS AL S YASƏT N ƏSASLARI 
 
6.1. Sosial siyasət: mahiyyəti, formaları,  
məqsədləri və  modelləri 
 
Ə
məli  baxımdan  sosial-siyasət  dedikdə  adətən  əhalinin 
həyati  təminatına  yönəlmiş  konkret  fəaliyyət  və  tədbirlər  sistemi 
(kompleksi)  başa  düşülür.  Tədbirlərin  təşəbbüsçüsü  və  icraçıla-
rından asılı olaraq sosial siyasətin –dövlət, regional, korporativ və s. 
növləri  fərqləndirilir.  Lakin  sosial  siyasətə  belə  yanaşma  bitkin 
hesab  oluna  bilməz.  Çünki  ən  azı,  belə  yanaşmada  qeyd  olunan 
tədbirlər  və  ya  fəaliyyətin  olmaması  sosial  siyasətin  olmaması 
kimi dəyərləndirilməlidir. Bu isə mümkün deyildir. Sosial siyasət 
səhv,  zəif  və  ya  qeyri-rəvan  ola  bilər.  Məsələ  ondadır  ki,  elmi 
prizmadan sosial siyasət, geniş mənada, sosial qruplar və cəmiy-
yətin sosial təbəqələri arasında qarşılıqlı münasibətlər və fəaliyyət 
münasibətlərini  əhatə  edir.  Belə  münasibətlərin  mərkəzində  isə 
insanın  rifahı,  onun  sosial  müdafiəsi  və  sosial  inkişafını,  bütöv-
lükdə əhalinin sosial təhlükəsizliyi və həyati təminatını əhatə edən 
məqsədlər dayanır. Başqa sözlə, sosial siyasət çoxcəhətli və mü-
rəkkəb  strukturlu  anlayışdır.  Onun  predmeti  və  obyekti  çox 
səviyyəli və sistemli olmaqla bərabər qeyri-xətti xarakterlidir. 
Sosial siyasətin obyekti  və predmetini sosial əmək münasi-
bətləri sferasının (SƏMS) qarşılıqlı əlaqəli elementləri təşkil edir.  
Sosial əmək münasibətləri sferası (SƏMS)   işçi  qüvvəsinin 
geniş təkrar istehsalı  prosesinin   üç   fazasını  əhatə  edir: 


Игтисади сийасят: методолоэийа вя практика 
 
195 
-
 sosial sfera, yəni sosial-mədəni kompleks sahələri; 
-
  əmək bazarı, əhali məşğulluğu, kadr hazırlığı və  yenidən 
hazırlıq; 
-
  məhsuldar  əməyin  motivasiyası  sferaları  (əməyin  ödə-
nişinin təşkili, həyat səviyyəsi və s.). 
          Təcrübədə SƏMS-ə  aşağıdakı elementlər  aid  edilir: 
-
  sosial  sfera  sahələri  (təhsil,  səhiyyə,  mədəniyyət,  idman, 
turizm, mənzil-kommunal sektoru və s); 
-
  əmək bazarı, məşğulluq, işsizlik; 
-
  sosial əməkdaşlıq; 
-
  əməkhaqqı və əməyin qorunması; 
-
  sosial sığorta; 
-
  pensiya sistemi və s. 
   Sosial siyasət  və sosial əmək münasibətləri  sferası passiv 
xarakterli  deyildir.  Özünü  təminat  və  inkişaf  üçün  ciddi  maliyyə 
resursları  tələb  edən  hər  iki  proses,  aktiv  şəkildə  iqtisadiyyata, 
iqtisadi artıma, ÜDM-in dinamikasına, bütövlükdə cəmiyyətin  tə-
rəqqiyə  istiqamətlənmiş  inkişaf  trayektoriyasına  təsir  edir.  Məş-
ğ
ulluğun səmərəli təşkili, əmək, təhsil sistemi, səhiyyə, mədəniy-
yət və s. sahələrin ciddi  stimullaşdırılması sistemi  yaradılmadan,  
istehsalı inkişaf etdirmək və digər sosial iqtisadi parametrləri zə-
ruri səviyyəyə qaldırmaq mümkün deyildir. Məhz, bu baxımdan, 
dövlətin  sosial  siyasətdə  iştirakı  olduqca  vacibdir.  Başqa  sözlə, 
sosial  siyasət  və  sosial  əmək  münasibətləri  sistemi  cəmiyyətə, 
iqtisadiyyata, bütün səviyyəli büdcələrin gəlir hissələrinin forma-
laşmasına  əks  təsir  edir.  Dünya  təcrübəsi  göstərir  ki,  belə  təsirin 
səmərəsi,  ilkin  sərf  olunmuş    resurslardan    əhəmiyyətli  dərəcədə 
çoxdur. 
Sosial siyasətin realizasiyasının səmərəliliyi əhəmiyyətli də-
rəcədə  iqtisadi  inkişafdan,  büdcə  təminatından,  dövlətin  maliyyə 
ehtiyatlarından asılıdır. Eyni zamanda, sosial siyasət və onun əsa-
sını  təşkil  edən  sosial-əmək  münasibətləri  sferası  iqtisadi  artım, 
maliyyə  axınları  və  büdcə  siyasətinə  fəal  təsir  edə  bilər  və  et-
məlidir. Belə məntiqi nəticə müasir neoliberalizmin hər iki ən mü-
Расим Щясянов 
 
196 
 
hüm  nəzəri  istiqaməti  –  monetarizm  və  keynsçi  inkişaf  nəzəriy-
yələrinin mahiyyətindən doğur.  
Beləliklə,  aydın  olur  ki,  iqtisadiyyat  və  sosial  siyasət  üzvi 
ə
laqəli  və qarşılıqlı asılıdır. Ona görə də bütün ölkələrdə, bu iki 
istiqamətin uzlaşdırılmasını təmin etmək üçün, müxtəlif səviyyə-
lərdə  sosial  siyasətin  prioritetlərinin  düzgün  və  düşünülmüş 
seçiminə xüsusi diqqət verilir. 
Sosial siyasət 

 əhalinin bütövlükdə və onun tərkibini təşkil 
edən sosial icmaların (ailə, xalq, şəhərin, kəndin, regionun əhalisi 
və  s.),  sosial  demoqrafik,  sosial  həmkar  qruplarının,  sosial 
təbəqələrin  və  siniflərin  sosial  vəziyyətinin  qorunması,  saxlanıl-
ması  və  dəyişdirilməsi  prosesində  yaranan  qarşılıqlı  münasi-
bətlərdir.  
Göründüyü  kimi,  sosial  siyasətin  əsas  mövzusu  xalqın 
bütövlükdə  və  ayrı-ayrı  hissələri  kəsimində  sosial  vəziyyəti  mə-
sələləridir. Sosial vəziyyət əhali və onun tərkib hissələrinin həyati 
fəaliyyətinin  əsas  kompleks  xarakteristikasıdır.  Sosial  vəziyyət 
cəmiyyətin  struktur  hissələrinin  yaranması  və  mövcudluğunun 
ictimai  şərtlərini  təşkil  edən  mühüm  faktorlar  sisteminin  (səbəb-
lər) təsiri ilə formalaşır. 
Belə  ictimai  şərtlərə  cəmiyyətin  ictimai  quruluşu,  cəmiy-
yətdə  mülkiyyət hakimiyyət münasibətləri, iqtisadi şərait, ekoloji 
təhlükəsizlik  və  sosial  müdafiə  şərtləri  aid  edilir.  Sosial  vəziy-
yətin parametrlərini – onun əsas ölçü meyarları, kəmiyyət və key-
fiyyət xarakteristikaları təşkil edir.  
Belə problemlər sistemi sosial vəziyyətin kompleks qiymət-
ləndirilməsində, onun real proqnozlaşdırılan və proqramlaşdırılan 
vəziyyətinin dəyərləndirilməsində əsas  götürülür. Bu parametrlər 
həm  də  rifah  halının  nisbi  səviyyələrinin  kəmiyyət  qiymətlən-
dirilməsi zamanı istifadə edilir (kasıblıq, varlılıq, yoxsulluq və s.). 
Sosial  siyasətin  subyektləri 

  insanlar  və  sosial  qruplar, 
həmçinin onları təmsil edən və onların maraqlarını müdafiə edən, 
sosial  sferada  real  fəaliyyət  göstərən  institutlar,  hakimiyyət 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə