Игтисади сийасят: методолоэийа вя практика
205
- islahatlaşdırma prosesinin əsas iştirakçılarının ümumi razı-
laşdılırmış məqsədlərə nail olunması baxımından səmərəli qar-
ş
ılıqlı fəaliyyətinin təmin olunması;
- islahatlaşdırma prosesi üçün müəyyənləşdirilən operativ
vəzifələrin uzunmüddətli məqsədə müvafiqliyi təmin olunmalıdır;
- səmərəliliyi təmin olunması üçün islahatlaşdırmanın səmə-
rəliliyi meyarları, sosial siyasətin maliyyələşdirilməsi sisteminin
islahatlaşdırılmasının səmərəliyinin qiymətləndirilməsi proqra-
mının hazırlanması və realizasiyası;
- islahatlaşdırma prosesinin şəffaflığının təmin olunması, o
cümlədən, sosial siyasətin realizasiyasına aid olan büdcələrin və
büdcə prosedurlarının şəffaflığı;
Adaptivlik prinsipi. Bu prinsip sosial-iqtisadi inkişafın müa-
sir mərhələsində sosial siyasət modelinin xarakteristikalarının
tədrici, evolyusional dəyişməsinin nəzərdə tutur. Sosial siyasətin
ünvanlı modelinə keçid prosesi sosial proseslərin idarə olunma-
sının antiböhran, sosial stabilliyin təmin olunması, sosial sferanın
dayanıqlı inkişafı kimi mərhələlərini əhatə etməlidir.
Bu baxımdan, sosial siyasətin adaptivliyi mühüm prinsip-
lərdən hesab olunur.
FƏS L 7. REG ONAL QT SAD S YASƏT
VƏ REG ONAL NK ŞAF MODEL
Siyasi statusundan asılı olmayaraq hər bir ərazi vahidinin
inkişaf modelinin formalaşdırılması bir neçə cəhətdən vacibdir:
a) Dünya təcrübəsi göstərir ki, ərazi vahidinin, xüsusilə so-
sial-iqtisadi inkişafının rəvanlığı və dayanıqlığı yerli imkan və xü-
susiyyətlərə əsaslandıqda uzun ömürlü olur və cari kənar təsirləri
asanlıqla kompensasiya edə bilir.
b) Sosial-iqtisadi inkişaf məqsədyönlü seçilmiş prioritetli
lokal hədəflərə çatmağa istiqamətləndirildikdə, potensialın sürətli
və səmərəli reallaşdırılması mümkün olur və regiondan kənar
şə
raitin xüsusiyyətlərindən daha yaxşı bəhrələnir.
c) Həmişə qapalı olmayan iqtisadi məkan şəraitində yerləş-
məsinə görə ərazi vahidinin sosial-iqtisadi inkişafı, daxili pro-
Расим Щясянов
206
seslərin məntiqi ilə uzun müddət ərzində rasional idarəolunma
imkanlarına malik olmur.
ç) Sosial-iqtisadi inkişaf region müstəvisində iqtisadi idarə-
etmənin bütün rıçaqlarına malik olmur (məsələn, iqtisadi ida-
rəetmənin valyuta vasitələri). Başqa sözlə, ərazi vahidinin iqtisadi
sisteminin bütövlüyünü təmin etmək əməli cəhətdən mümkün
deyildir və s.
Yuxarıda sadalananlardan aydın olur ki, siyasi və iqtisadi
müstəqilliyə malik olmayan hər bir ərazi vahidinin özünəməxsus
sosial-iqtisadi inkişaf modelinin formalaşdırılması ciddi elmi-
nəzəri və əməli iqtisadi problemdir.
Bu problemin həllinə dünya təcrübəsində müxtəlif yanaşma-
lar mövcuddur. Yanaşmaların müxtəlifliyi ölkənin ümumi iqtisadi
inkişaf ənənələri, təsərrüfatçılıq mexanizmi, iqtisadi strategiya və
konkret iqtisadi siyasətin xarakteri, ərazilərin təbii-iqtisadi po-
tensial müxtəlifliyi, ölkələrarası regional və dünyəvi inteqrasiya
proseslərinin xüsusiyyətləri və s. ilə izah olunur.
Planlı sosialist idarəetmə üsulu şəraitində ölkədaxili regio-
nal iqtisadi inkişafda ən mühüm faktor, ölkənin inteqral iqtisadi
maraqlarının təmin olunması qəbul edilir. qtisadi məntiq baxı-
mından bu heç də tamamilə mənfi hal hesab oluna bilməz. Çünki
inteqral effekt əksər hallarda lokal effektlərin cəmindən çox olur.
Lakin bu halda ərazilərin öz potensiallarına müvafiq səviyyədə
inkişafı, daha doğrusu, aldıqları iqtisadi səmərənin resurslarla tə-
minolunma səviyyəsinə adekvatlığı mümkün olmur.
Keçmiş SSR -nin regional inkişaf siyasətində son dövrlərdə
ə
razilərin «inkişaf səviyyəsinin bərabərləşdirilməsi» meyarının
qabardılması dediklərimizə sübut ola bilər.
Liberal prinsiplərə əsaslanan bazar iqtisadiyyatı şəraitində
regional inkişafa bu tipli meyarlarla yanaşma məqbul hesab oluna
bilməz. Çünki iqtisadi inkişafın iqtisadi resurslara, o cümlədən, geniş
mənada təbii ehtiyatlara adekvatlığı «mülkiyyətçinin pay almada
üstünlüyü» və ya «diferensial renta» prinsipləri ilə uzlaşmalıdır.
Başqa sözlə, ən klassik iqtisadi kanonlardan olan «dəyərin
ə
mək nəzəriyyəsi» hər bir fərdi istehsal fəaliyyəti anı üçün nə
qədər vacib baxış nöqtəsidirsə, ərazidə istehsal fəaliyyəti üçün
Игтисади сийасят: методолоэийа вя практика
207
iqtisadi ehtiyatlara «mülkiyyətçilik hüququ» o qədər mühümdür.
Eyni zamanda, «regional mülkiyyətçilik» istənilən halda istifadə
və faydalanmaq baxımından anklav xüsusiyyətinə malik ola
bilməz. Yəni, hər bir regionun imkanları müəyyən mənada daha
geniş maraqların ödənilməsinə xidmət etməlidir və bu xidmət
yerli mənada mənfəətliliklə ölçülməməlidir.
Dünya təsərrüfat sisteminin aparıcı inkişaf meyilləri, bey-
nəlxalq əmək bölgüsünün xarakterinin elmi-texniki tərəqqi ilə
şə
rtlənən permanent evolyusiyası regional inkişaf siyasəti və
sosial - iqtisadi inkişaf modelinin seçimini mürəkkəbləşdirir və
diferensiallaşdırır.
Müasir dünya təcrübəsində regional iqtisadi siyasət dövlətlə
regionlar və regionların öz aralarında münasibətlərini əks etdir-
məklə, bütövlükdə və regional baxımdan ölkənin iqtisadi inkişa-
fının idarə olunması fəaliyyəti kimi qəbul edilir.
Başqa sözlə, sosial-iqtisadi regional siyasət müvafiq milli
siyasətin tərkib hissəsidir. Ona görə də, bəzən regional siyasət
aşkar, yarımaşkar və qeyri-aşkar ola bilir. Aydındır ki, istənilən
halda dövlətin regional siyasətinin özəyini «ölkə mənafeyinin
üstünlüyü» prinsipi təşkil edir. Şərti olaraq regional sosial-iqtisadi
siyasət aşağıdakı struktur elementlərindən ibarətdir:
-
qtisadi siyasət; sosial siyasət; demoqrafik siyasət; məs-
kunlaşma siyasəti; ekoloji siyasət, elmi-texniki siyasət.
Bir sıra mütəxəssislər regional siyasəti fərqli meyarlar üzrə
strukturlaşdırır:
a) məqsədli – məsələn, regionların inkişaf səviyyəsinin
bərabərləşdirilməsi; yerli ehtiyatlardan maksimum istifadə və s.
b) reallaşdırma mexanizmi – məsələn, normativ-mexaniki,
yəni müəyyən qaydada bölgü;
−
problem ətrafında, yəni, xüsusi
proqramlı; - məqsədyönlü, yəni konkret region üzrə.
c) vəsaitlər və alətlər – məsələn, maliyyə üzrə kömək, gü-
zəşt cərimələr və s.; inzibati tədbirlər – məsələn, icazə və qada-
ğ
alar; infrastruktura tədbirləri – məsələn, yol tikintisi və s.
ç) ünvanlılıq – regional hakimiyyət, firma və təşkilatlar,
ayrı-ayrı vətəndaşlara istiqamətlər və s.
Расим Щясянов
208
Dünya təcrübəsi göstərir ki, regional siyasətin metodoloji
paradiqması öz inkişafında bir neçə mərhələ keçmişdir.
I mərhələ, əsasən, 1920-1940-cı illəri əhatə edir və bu mər-
hələdə regional siyasətin əsas qayəsini böhranlı bölgələrə təcili
yardım göstərilməsi təşkil etmişdir.
II mərhələ iqtisadi artımın regionlar arasında yenidən böl-
güsü vasitəsilə regional inkişafın tarazlığının təmin olunmasına,
inkişaf qütblərin yaranmasına istiqamətlənmişdir. Bu mərhələ,
ə
sasən, 1950-70-ci illərə təsadüf edir.
III mərhələdə isə əsas ideya hər bir regionun daxili potensia-
lının maksimum istifadəsinə, kiçik və orta sahibkarlığın himayə
olunmasına istiqamətlənərək, neoklassik və texnoloji nəzəriyyə-
lərə əsaslanmaqla regionların restruktrizasiyasını həyata keçiril-
məsindən ibarət olmuşdur.
Regional siyasətin indiki mərhələdəki əsas metodoloji prin-
sipi – regionların maraqlarına cavab verən, özünü inkişaf poten-
sialını reallaşdırmaqla regionların inkişafına məsuliyyəti yerli
hakimiyyətə verilməsi təşkil edir. Başqa sözlə, yeni regional inki-
ş
af paradiqmasını regional inkişafın «ictimai nəzəriyyələri» təşkil
edir. Regional inkişafın «ictimai nəzəriyyələri» ümummilli və
regional maraqların (bu maraqlar bəzən siyasi formada ifadə
olunsa da, əslində həmişə iqtisadi xarakter daşıyır) qarşılıqlı mü-
barizəsini əsas hesab edir. Bu nəzəriyyə siyasi hakimiyyət və ehti-
yatların regionlarla mərkəz arasında bölgüsü, sosial fərqlər və
münaqişələr probleminə xüsusi diqqət verir.
Qeyd etmək vacibdir ki, hazırkı dövrdə regional siyasətə
belə yaxınlaşma dünya təcrübəsində daha çox tətbiq olunur. Lakin
müasir təcrübədə zəif regionlara investisiya axınını stimullaş-
dırmaqla regionlararası fərqləri dövlətin iştirakı ilə tənzimləməyi
nəzərdə tutan Post Keyns nəzəriyyəsi, tənzimlənməyən bazarın
regionlararası fərqləri silə biləcəyini qəbul edən neoklassik nə-
zəriyyə və s. kimi nəzəri baxışlarda istifadə olunur. Bir çox ölkə-
lərdə regional siyasətdə diqqətin daha çox «problemli regionlara»
yönəldilməsi baş verir. Yəni, regional siyasət postkeynisçi və
tənzimlənməyən bazarın regional fərqləri dərinləşdirməsini qəbul
edən qeyri-tarazlı inkişaf nəzəriyyəsi üzərində qurulur.
Dostları ilə paylaş: |