Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə53/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   49   50   51   52   53   54   55   56   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
209 
Dövlətin  iqtisadi  siyasəti  ilə  regional  siyasət  öz  məntiqinə 
görə bir-birini qarşılıqlı tamamlamalıdır.  qtisadi siyasət inkişafın 
qarşıya  qoyulmuş  məqsədinə  çatmaq  yolunda  yaranan  problem-
lərin həllinə, ölkənin və (və  ya) onun hər hansı hissəsinin rifahı-
nın təmin olunmasına istiqamətlənirsə, regional siyasət ərazi inki-
ş
afının məhz yuxarıda ifadə olunan məqsədlərə yönlü idarə olun-
masına xidmət etməlidir. 
Yuxarıda deyilənlərdən  aydın olur ki, ərazi inkişafının qiy-
mətləndirilməsi  və  istiqamətləndirilməsi  ümumi  iqtisadi  inkişaf 
meyarlarından bir sıra məqamlarda fərqlənir. Ona görə də, regio-
nal  inkişafın  xüsusi  diaqnostikası  sisteminin  formalaşdırılması 
vacibdir. Bu sistemə məqsəddən asılı olaraq aşağıdakı kimi fərqli 
indikatorlar toplusu daxil olur. 
1.
  Təbii  ehtiyatlar  potensialının  (TEP)  qiymətləndiril-
məsi. Bu göstərici təbii ehtiyatların inteqral göstəricisi kimi regio-
nun  investisiya  cəlbetmə  imkanını,  regionda  yığımın  həcmini  və 
yerli  iqtisadiyyatın  inkişafının  fundamentini  xarakterizə  edir. 
TEP-in hesablanması bal üsulu və dəyər üsulu vasitəsilə  aparılır. 
Birinci halda vahid şkala tərtib olunur və hər bir ehtiyatın həcmindən 
asılı olaraq yekun potensial hesablanır.  kinci üsul, əsasən, bazar mü-
nasibətləri şəraitində hesablanır.  Burada hər bir ərazidə mükəmməl 
texnikanın  istifadəsi  vasitəsilə  xammalın  (məhsulun)  dəyəri  tapılır, 
sonra  isə  bu  qruplarda  və  ümumi  hesabda  cəmlənir.  kinci  üsulun 
hesabatı daha mürəkkəbdir, çünki dünya konyunktunun təsiri nəzərə 
alınmalıdır, təkrar hesablamalar mümkündür və s. 
Regional tədqiqatlarda və planlaşdırmada göstəricilərin müt-
ləq  qiyməti  ilə  yanaşı,  nisbi  səviyyələri  də,  yəni,  TEP-in  ərazi 
həcmi əsas fondlar, əhali və s. ilə nisbəti nəzərə alınmalıdır. 
2.
  Demoqrafik  vəziyyətin  və  əmək  bazarının  diaqnosti-
kası.  Bu  proseslərin  diaqnostikasının  unifikasiyaolunmuş  vasitə 
və metodları vardır. Lakin demoqrafik inkişafın əsas meyillərinin 
səbəblərinin  araşdırılması,  onların  hər  birinin  digərinə  təsirinin 
dərəcəsini də müəyyənləşdirməlidir. 
Ə
halinin təbii və mexaniki hərəkətinin təhlili regionda key-
fiyyət  dəyişmələrini  müəyyənləşdirməlidir.  Təbii  hərəkətdə  bu 
müsbət artım, mənfi artım və sıfır artımı səviyyələrində, mexaniki 
Расим Щясянов 
 
210 
 
hərəkətdə  isə  miqrasiyanın  aktiv  saldosu,  passiv  saldosu  və  sıfır 
saldosu kimi göstəricilərlə ifadə olunur. 
Regional  əmək  bazarının  diaqnostikası  isə  işsizlik,  əmək 
ehtiyatlarının  tarazlı  və  kəsirli  vəziyyətləri  ilə  yanaşı  gizli  və 
mütləq işsizlik, struktur işsizlik və s. anomal vəziyyətləri də əhatə 
edir. Demoqrafik göstəricilərlə sosial-iqtisadi vəziyyətin nisbətini 
xarakterizə etmək üçün müvafiq korrelyasiya metodlarından (mə-
sələn Stermen formulu K
pk
=1-(6ΣD
2
/n(n
2
-1)), (burada, D 
− 
fərqi, 

− 
kəmiyyət cütlərinin sayı) geniş istifadə olunur. 
3.
  Əhali məskunluğunun diaqnostikası. Regional siyasətin 
sosial  yönümlülüyünü  müəyyənləşdirmək  üçün,  son  dərəcə  mü-
hüm  faktorlar  məskunluğun  xarakteri  göstəriciləri  hesab  olunur. 
Bu  sırada  ən  ilkin  göstərici  əhali  sıxlığıdır.  Onun  daha  dəqiq 
ifadəsi  isə  ərazinin  mənimsənilməsi,  kənd  əhalisi,  şəhər  əhalisi, 
yerli əhali və s. kimi qruplar üzrə sıxlıq səviyyəsinin müəyyənləş-
məsindən asılıdır. Belə göstəricilərə bir sıra əmsallar aiddir: 
Məsələn,  əhalinin  cəmlənməsi  əmsalı  –  bu  yaxın  qonşuluğun 
təhlili əsasında tapılır; əhalinin regional cəmlənməsi indeksi və s. 
qtisadi  ədəbiyyatda  məskunluğun  potensial  sahəsinin 
hesablanması üçün də bir sıra formulalarda istifadə olunur. 
Məskunluğun öyrənilməsində nisbətən mürəkkəb sahə yaşa-
yış  sisteminin  öyrənilməsidir.  Yaşayış  sistemi  dedikdə  ümumi 
infrastruktura ilə birləşmiş  yaşayış sahələri toplusu nəzərdə tutu-
lur.  Belə  sistemin  keyfiyyət  göstəricilərini  hesablamaq  xüsusilə 
çətindir. Keyfiyyət göstəricisi kimi sosial infrastruktura obyektləri 
yaradılması üçün yaşayış sisteminin əlverişliliyi nəzərdə tutulur. 
4.
 Regionun  inkişafının  iqtisadi  səviyyəsinin  müəyyənləş-
dirilməsi. Belə səviyyə regionun bütün istehsal ehtiyatlarının isti-
fadə  olunmasını  və  ya  yaradılmış  iqtisadi  potensialın  effektliyini 
xarakterizə  etməklə,  təsərrüfat  fəaliyyətinin  kəmiyyət  və 
keyfiyyət tərəflərini özündə birləşdirir. 
Nəzəri  və  praktiki  tədqiqatlarda  iqtisadi  inkişaf  səviyyəsini 
müəyyənləşdirmək üçün milli gəlirdə regionun payı (adambaşına 
və  işçi  qüvvəsinə  görə);  maddi  istehsal  sahəsində  çalışanların 


Игтисади сийасят: методолоэийа вя практика 
 
211 
ə
məkhaqqı  fondlarında  paylarının  milli  gəlirdəki  payları  ilə  mü-
qayisəsi və s. hesablanır. 
Ə
hatə  və  keyfiyyət  dərəcəsinə  görə  bu  göstəricilərdən  ən 
maraqlısı  regionun  iqtisadi  inkişaf  səviyyəsinin  sintetik  çəki 
indeksidir. Bu indeksin hesablanma formulu aşağıdakı kimidir: 
                           


=
=

=
n
i
n
i
n
q
nq
S
1
1
100
/

Burada n 

  ayrı-ayrı  göstəricilərin orta  regional  qiymətlərə 
nisbətən  faizlə  qiyməti;  q 

  hər  bir  göstəricinin  iqtisadi  inkişafa 
təsir  imkanına  görə  ekspertlər  tərəfindən  verilmiş  çəki 
ə
msallarıdır. 
5.
 Regionun sahə, funksional və ərazi strukturunun öyrə-
nilməsi.  Regionun  sahə  strukturu  regiondaxili  əmək  bölgüsünü 
ə
ks etdirir. Onun təhlili ixtisaslaşma (difersifikasiya), dayanıqlılıq 
dərəcəsi, komplekslilik səviyyəsi, istehsal proseslərinin təkrarlan-
ması və s. kimi göstəricilərə əsaslanır. Bu proses sahələrarası ba-
lans vasitəsilə daha asan aparılır və nəticədə iqtisadi inkişaf səviy-
yəsinin həm fəaliyyət xarakterinə, həm də iqtisadi prosesin funk-
siyalarına nisbətdə müəyyənləşdirməyə imkan verir. 
Regionun  sahə  strukturunun  öyrənilməsi,  eyni  zamanda 
onun  komplekslilik  səviyyəsini  qiymətləndirməyə  imkan  verə-
cəkdir.  Regionun  iqtisadi  inkişafında  komplekslilik  dedikdə  – 
mövcud  ehtiyatlardan  rasional  istifadə  və  ərazi  əmək  bölgüsü 
baxımından  iqtisadiyyatın  optimal  mütənasibliyinin  formalaş-
masına xidmət edən istehsal və sosial infrastruktura obyektlərinin 
qarşılıqlı əlaqəli və uzlaşdırılmış inkişafı başa düşülməlidir. 
Regional  inkişafın  kompleksliliyi  onun  çoxsahəli  istehsal 
komplekslərinə  malik  olması  kimi  dəyərləndirilə  bilməz.  Təcrü-
bədə  bunun  üçün  ən  çox  istifadə  olunan  regionun  «özünü  tə-
minat» göstəricisi aşağıdakı kimi hesablanır. 
 
                            



=
s
r
r
s
C
P
C
P
N
/
.  
 
Burada  N
s
-  komplekslilik  səviyyəsi;  R  –  regionun  istehlak 
etdiyi məcmu məhsul; R

– regionda istehsal olunmuş məhsul he-
Расим Щясянов 
 
212 
 
sabına olan istehlak; ΣC

 - regionda istehsal olunmuş məhsul va-
hidinin maya dəyəri; ΣC
s
 – ölkə üzrə analoji maya dəyəri  göstə-
ricisidir. Bu formulanın tətbiqi ΣC
r
/ΣC
s
≤1 şərtilə müəyyənləşir. 
Təcrübədə regional inkişafın kompleksliliyi göstəricisi üçün 
regional multiplikator; regionda istehsal olunan məhsulun hazırlıq 
səviyyəsi; əmək ehtiyatlarının istifadəsində mütənasiblik dərəcəsi 
kimi göstəricilərdə istifadə olunur. 
Regional inkişafın diaqnostikası sisteminə çox vaxt  yuxarı-
dakı  bölmələrlə  yanaşı  ekoloji  qiymətləndirmə,  regionun  inkişa-
fının  dinamikliyinin  qiymətləndirilməsi  və  s.  kimi  bölmələr  də 
daxil edilir. Əlbəttə, deyildiyi kimi, sistemin və hər bir bölmənin 
genişliyi və əhatəliliyi qoyulan məqsədlər və informasiya təminatı 
ilə sıx bağlıdır. 
Yuxarıda  deyilənləri  ümumiləşdirərək  Azərbaycan  Respub-
likasının  indiki  inkişaf  şəraitində  regional  sosial-iqtisadi  siyasət 
paradiqmasını formalaşdırmaq olar. 
1.Regional siyasət inkişafın sürət və xarakterinə məsuliyyəti 
yerli  idarəetmə  orqanlarının  üzərinə  qoymaqla,  regionun  təbii-
iqtisadi,  demoqrafik  potensialının  tam  reallaşmasını  təmin 
etməlidir. Başqa sözlə, müəyyən ümumdövlət iqtisadi siyasət çər-
çivəsində regionun iqtisadi fəaliyyətin potensiala tam adekvatlığı 
təmin olunmalıdır. 
2.Regionun  iqtisadi  fəaliyyətdə  məsuliyyəti  onun  müstəqil 
iqtisadi  məkana  çevirməməlidir.  Başqa  sözlə,  ölkənin  digər  re-
gionları  arasında  bütün  istehsal  faktorlarını  qarşılıqlı  hərəkətinin 
tam  sərbəstliyi  təmin  olunmalıdır.  Əlbəttə,  xüsusi  iqtisadi  rejim 
qaydalarının tətbiqində müvafiq istisnalar mümkündür. 
3.Azərbaycanın  milli-tarixi  xüsusiyyətlərini  və  etnik  müx-
təlifliyini nəzərə alaraq, hər hansı bir ərazinin təbii-iqtisadi poten-
sialını  orada  məskunlaşmış  əhali  qrupunun  mülkiyyəti  hesab 
etmək  olmaz.  Başqa  sözlə,  respublikanın  bütün  ərazisində  təbii-
iqtisadi ehtiyatların ümumi mənafeyə xidməti təmin edilməlidir. 
4.Ölkənin  geosiyasi  mövqeyi,  milli-etnik  tərkibini  nəzərə 
alaraq  iqtisadi  rayonlaşma  və  ya  xüsusi  fəaliyyət  zonalarının 
yaradılmasında milli-etnik tərkibin yekcinsliyi yol verilməzdir. 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə