Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə43/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   39   40   41   42   43   44   45   46   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
169 
məsi  mexanizmi    istifadə  olunur.  Bu  mexanizmin    iqtisadi-təş-
kilati mahiyyəti ondan ibarətdir ki, bu büdcə, dövlətin investisiya 
proqramlarının  maliyyələşdirilməsi  məqsədi  ilə  daxili  və  xarici 
resursların  cəlb  etdiyi  dövlət  maliyyə  sistemidir.  Bu  mexanizm 
kredit resurslarının sistematik bərpasına, yenilənməsinə əsaslanan 
və  daimi  fəaliyyətdə  olan  iqtisadi  sistemdir.  nkişaf  büdcəsi  
ölkənin faktiki imkanlarını  üstələyən  borc öhdəliklərini artırma-
dan  dövlət  büdcəsinin  formalaşmasını  və  xərclənməsini  təmin 
edən investisiya həcmlərini və istiqamətlərini  əhatə  edir.  
Sosial  maliyyə  siyasəti  –  ölkə  vətəndaşlarının  Konstitusiya 
ilə  müəyyənləşdirilmiş  hüquqlarının  maliyyə  təminatının  həllinə 
xidmət  edən  tədbirlər  kompleksidir.  Sosial  maliyyə  siyasəti  bir 
sıra ölkələrdə fərqli xüsusiyyətlərə və funksiyalara malik ola bilir. 
Azərbaycanda sosial maliyyə siyasəti pensiya siyasəti, miqrasiya 
siyasəti,  demoqrafiya  siyasəti,    sosial  təminat  siyasəti,  qaçqın  və 
məcburi    köçkünlərə  yardım  siyasəti  və  s.  kimi  tərkib  hissələ-
rindən ibarətdir. 
Məlum  olduğu  kimi,  sosial  siyasətin  əsas  məqsədi  əhalinin  
ə
sas  həyati  tələbatının  ödənilməsini  təmin  etmək  üçün,  cəmiy-
yətdə əlverişli sosial mühit və sosial dayanıqlığın yaradılmasıdır. 
Dövlətin  sosial  siyasəti,  bu  baxımdan,  özünəməxsusluğa  malik  
olmaqla çox  istiqamətli və çox subyektlidir. Sosial siyasətin mü-
hüm  xüsusiyyəti ölkənin sosial fəzasının bir və ya bir neçə səviy-
yəyə  ayrıla  bilməsidir.  Bir  sıra  ölkələrdə,  xüsusilə  federal  struk-
turlu  ölkələrdə  sosial  siyasət  ərazi  meyarı  üzrə  fərqli  icra  me-
xanizmlərinə  malik  ola  bilir.  Lakin  dünya  təcrübəsində,  ərazi 
baxımından  Azərbaycanda  olduğu  kimi,  ölkənin  vahid  sosial 
fəzaya  malik  olması  daha  çox  yayılıbdır.    Digər  tərəfdən  sosial 
siyasətdə   normativ və real sosial fəzalar fərqləndirilir. Normativ 
sosial  fəza  qanunvericilik  səviyyəsində,  real  sosial  fəza  isə  döv-
lətin öz üzərinə götürdüyü öhdəliklərin realizasiyası imkanlarının 
müəyyənləşdirdiyi səviyyəni  göstərir. Məsələn,  Azərbaycan kimi 
ölkələrdə  bu  iki  səviyyə  eynidir,  başqa  sözlə,  ölkəmizdə  tam 
mənada vahid sosial fəza mövcuddur.  
Расим Щясянов 
 
170 
 
Sosial siyasətin maliyyələşdirilməsi, mahiyyət etibarilə, iqti-
sadi səmərəliliyin artırılmasına xidmət etməlidir. Sosial siyasətin 
iqtisadi səmərəliliyini üç aspektdə qiymətləndirmək mümkündür. 
Sosial  siyasətin  makroiqtisadi  səmərəliliyi  dedikdə,  nəzərdə 
tutulur  ki,  cəmiyyət  sosial  siyasətin  maliyyələşdirilməsinə  müm-
kün qədər, lakin iqtisadi fəaliyyətin digər sahələrinə zərər vurma-
yacaq  qədər  vəsait  ayırır.  Əsas  məsələ  insan  inkişafı  ilə  iqtisa-
diyyatın  digər  sahələrinin  inkişafı  arasında  optimal  balansın 
tapılmasındadır. 
Mikroiqtisadi səmərə dedikdə, mövcud maliyyə resurslarının 
ayrı-ayrı sosial proqramların – pul yardımları, tibbi xidmət, təhsil, 
kadr  hazırlığı  və  yenidən  hazırlıq,  məşğulluğun  təmin  olunması 
və s. arasında bölüşdürülməsi məsələləri nəzərdə tutur. 
Sosial siyasətin səmərəliliyinin üçüncü aspekti – sosial proq-
ramların stimullar sisteminə təsiri nəzərdə tutulur. Digər tərəfdən 
isə sosial ödənişlər və güzəştlər sistemi elə maliyyələşdirilməlidir 
ki, əmək fəallığına mənfi təsir etməsin. 
Gömrük  siyasəti 

  qiymət  və  vergi  siyasətinin  simbiozu 
olaraq ölkə bazarına xarici məhsulların daxil olmasını artırmaq və 
ya azaltmaq, yaxud ölkədən ixracı  artırmaq və ya azaltmaq məq-
sədləri  güdür.  Beləliklə,  gömrük  siyasəti,  nəinki  təsərrüfat  sub-
yektləri ilə dövlət arasında, həm də təsərrüfat subyektləri ilə sahə-
lər  və  regionlar  arasında  bölgü  münasibətlərini  müəyyənləşdirən  
maliyyə alətidir. 
 Fəaliyyət müddəti, xarakteri və vəzifələri baxımından,  ma-
liyyə  siyasəti    maliyyə  strategiyası  və  maliyyə  taktikası  kimi  iki 
formaya malik ola bilir.  Maliyyə strategiyası və taktikası qarşılıq-
lı  əlaqəli  olmaqla  bərabər  maliyyə  siyasətinin  üstqurum  kimi, 
iqtisadi  bazislə  münasibətlərini  konkretləşdirir.  Bir  tərəfdən  ma-
liyyə  siyasəti  iqtisadi  münasibətlərlə  yaranır:  iqtisadiyyatdan  kə-
nar maliyyə siyasətini formalaşdırmaq və həyata keçirmək müm-
kün  deyildir. Digər tərəfdən, qeyd olunduğu kimi, maliyyə  siya-
səti nisbi müstəqilliyə malikdir, onun inkişaf qanunauyğunluqları 
və məntiqi fərqlidir. Ona görə də, maliyyə siyasəti iqtisadi siste-
mə  və  maliyyənin  vəziyyətinə  əks  təsir  göstərə  bilir.  Maliyyə 


Игтисади сийасят: методолоэийа вя практика 
 
171 
siyasətinin mühüm məqsədlərindən biri maliyyə resurslarının artı-
rılması və onun istifadəsinin səmərəliliyinin yüksəldilməsi olması 
da, bu baxımdan, ciddi əhəmiyyətə malikdir.  Maliyyə siyasətinin 
realizasiyası  üçün  hər  bir  ölkədə    müəyyən  maliyyə  mexanizmi 
formalaşdırılır.  Maliyyə  mexanizmi  –  maliyyə  sisteminin  sub-
yektlərinin  onun  obyektlərinə  təsiretmə  vasitəsidir,  maliyyənin 
funksiyalarının  təcrübədə  reallaşdırılması  formasıdır.  Maliyyə 
mexanizminin əsas elementlərinə, maliyyə resurslarının formaları, 
onların yaranma üsulları, dövlət gəlirləri və xərclərinin müəyyən-
ləşdirilməsinin norma və normativləri, büdcə sisteminin, müəssisə 
maliyyəsinin  və qiymətli kağızlar bazarının təşkili xüsusiyyətləri 
aiddir. 
 
5.2.    Büdcə mexanizminin hüquqi əsasları 
 
Büdcə  siyasəti  ölkənin  cari  iqtisadi  siyasətinin  «sıxılmış» 
inikası  olaraq  hökumətin  öz  iqtisadi  funksiyalarını  yerinə  ye-
tirmək istəyi və imkanlarını əks etdirir. 
Büdcə siyasəti təkcə büdcənin tərtib olunması mexanizmi və 
onun  ayrı-ayrı  hissələrinin  məsuliyyət  münasibətlərinin  bölgüsü 
ilə  xarakterizə  olunmur.  Fikrimizcə,  hər  bir  ölkənin  büdcə  siya-
sətini qiymətləndirmək üçün bir neçə cəhətdən yanaşma vacibdir. 
Büdcə  siyasətinin  ümumi  istiqamətliliyini  müəyyənləşdirən 
amil, onun institusional çərçivəsini  formalaşdıran  vahid  büdcə 
təsnifatı  sistemidir.  Əksər  ölkələrdə  büdcə  təsnifatı  dayanıqlı  və 
obyektiv  forma  daşıması  üçün  qanun  statusuna  malik  olur.  Əs-
lində bununla büdcə təsnifatının və bütövlükdə büdcə siyasətinin 
şə
ffaflığı və onun ictimai nəzarət obyektində olması təmin edilir. 
Dövlətin  iqtisadi  funksiyalarının  həyata  keçirilməsinin 
maddi təminatı rolunu oynayan dövlət büdcəsi, eyni zamanda, ya-
ranan  milli  gəlirin  və  deməli,  ümumi  daxili  məhsulun  yenidən 
bölgüsü mexanizmini təşkil edir. 
Ayrı-ayrı  ölkələrdə  dövlət  büdcəsinin  tərkibi  və  onun  for-
ması  müxtəlif  ola  bilir.  Lakin  onların  ən  ümumi  cəhəti  dövlət 
büdcəsinin ali qanunverici orqan tərəfindən təsdiq olunaraq qanun 
Расим Щясянов 
 
172 
 
statusu alması və büdcənin düzgün icrasına parlament tərəfindən 
nəzarət mexanizminin mövcudluğudur. 
Azərbaycan  respublikası  büdcə  qanunvericiliyi  «Büdcə 
sistemi    haqqında»  qanundan,  Vahid  büdcə  təsnifatı  aktlarından 
və  hər  maliyyə  ilinin  dövlət  büdcələri    qanunlarından    ibarətdir. 
Bilavasitə dövlət büdcəsinə xidmət edən digər qanunvericilik akt-
ları  «Vergi  məcəlləsi»,  «Gömrük  məcəlləsi»  və  bir  sıra  ayrı-ayrı 
dövlət  idarəetmə  orqanlarının  təlimatları,  o  cümlədən,  Ehtiyat 
Fondu  haqda  əsasnamə  və  s.  Dövlət  büdcəsinin  tərkibi  və  icra 
olunmasının əsas vasitələri hesab edilir. 
Qanunla  müəyyən  olunmuşdur  ki,  Azərbaycanda  büdcə  ili 
təqvim ili ilə üst-üstə düşür. Dövlət büdcəsi büdcə məlumatlarının 
bütün  səviyyələrdə  müqayisəliliyini  təmin  edilməsi  üçün  vahid 
büdcə təsnifatı əsasında formalaşdırılır. 
Büdcə  təsnifatı  dedikdə  –  büdcənin  gəlirlərinin  və  xərclə-
rinin funksional, iqtisadi və digər prinsiplər əsasında qruplaşdırıl-
ması  başa  düşülür.  Büdcə  təsnifatına  dövlət  büdcəsinin  gəlirlə-
rinin  təsnifatı,  büdcə  xərclərinin  funksional  təsnifatı,  büdcə 
xərclərinin  iqtisadi  təsnifatı,  dövlət  büdcəsi  kəsirinin  daxili  və 
xarici  maliyyələşdirmə  mənbələrinin  təsnifatı,  dövlətin  daxili  və 
xarici  borcunun  növlər  üzrə  təsnifatı,  dövlət  büdcəsi  xərclərinin 
təşkilatlar üzrə təsnifatı daxildir. 
Dövlıt  büdcısinin  gılirlıri  qanunvericiliklı  müıyyın 
olunmuı 
vergilır, 
rüsumlar, 
digır 
ödıniılır 
vı 
daxilolmalarından  ibarıtdir.  Büdcıyı  tıdiyyılır  vasitısilı 
daxilolmaların  digır  büdcılır  vı  regionlar  arasında  bölgüsü 
hır  il  büdcı  qıbul  olunarkın  formalaıır  vı  tısdiq  olunur. 
Dövlıt büdcısinin xırclıri isı müvafiq tısnifata uyıun olaraq 
cari 
xırclırin, 
investisiya 
xırclırinin 
vı 
s. 
maliyyılııdirilmısinı yönıldilir.  
Dövlət  büdcəsi  tərkibində  məqsədli  büdcə  fondlarının  yara-
dılması mümkündür. Bu fondlara daxil olan vəsaitlər dövlət büd-
cəsinin  mədaxilində  ayrıca  göstərilir  və  yalnız  fondun  təyinatı 
üzrə xərclənir. Həmin fondların müstəqil mədaxil mənbəyi olma-
dıqda  o  dövlət  büdcəsinin  ümumi  gəlirlərindən  ayırmalar  hesa-


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə