Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə34/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   30   31   32   33   34   35   36   37   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
133 
siyasət alətlərinin tətbiqi, hüquqi normalar daxilində baş verdikdə, 
onların  praktiki  istifadəsində  hüquqi  mexanizmdən  kənar,  milli 
adət,  mentalitet  və  hətta  sahibkarların  korporativ  maraqlarının 
ifadəsi kimi amillərdə nəzərə alına bilər. 
Tənzimləmə  vasitələri,  ölçüləri  dedikdə  isə,  qanunvericilik 
və  onun  tətbiqi  təcrübəsi,  həmçinin,  hakimiyyət  orqanlarının  ba-
zara müdaxiləsini ifadə edən hər hansı hərəkəti başa düşülür. Belə 
vasitələr  bəzən  ticarət  siyasəti  çərçivəsindən  kənara  çıxa  bilir. 
Məsələn,  tədiyyə  balansının  vəziyyətinə,  milli  valyuta  kursuna 
təsir edə biləcək makroiqtisadi xarakterli hərəkətlər və s. Ölkənin 
ticarət siyasəti, onun ticarət rejimlərində təzahür edir. 
Ticarət  rejimi  –  xarici  mal  və  xidmətlərin  ölkənin  daxili 
bazarına buraxılmasının tənzimlənməsi, həmçinin milli məhsul və 
xidmətlərin,  həmin  dövrdə  xarici  bazarlara  buraxılmasının  təmin 
edilməsi üçün ölkədə tətbiq edilən tədbirlər kompleksidir. 
Ticarət rejimi təbii olaraq ölkənin beynəlxalq iqtisadi müna-
sibətlər  sisteminə  səmərəli  qoşulması,  başqa  sözlə,  beynəlxalq 
ə
mək  bölgüsünün  imkanlarından  daha  çox  faydalanmasına  is-
tiqamətləndirilir.  
Ölkənin  beynəlxalq  əmək  və  istehsal  faktorları  bölgüsündə 
iştirakı  iki  cəhətdən  dəyərləndirilə  bilər.  Bir  tərəfdən  bu,  iqti-
sadiyyatın effektliyinin və resurslardan istifadənin səmərəliliyinin 
artırılması  vasitəsilə  istehsalın  və  gəlirin  genişləndirilməsidir. 
Ə
lverişli şəraitdə ölkə, beynəlxalq mübadilədə nə qədər fəal işti-
rak  edirsə,  yəni  onun  iqtisadiyyatının  açıqlıq  səviyyəsi  nə  qədər 
yüksəkdirsə və milli müəssisələr nə qədər çox dünya bazarlarına 
çıxırlarsa məcmu effekt o qədər yüksək olacaqdır. Digər tərəfdən, 
ölkə  beynəlxalq  mübadilədə  nə  qədər  çox  iştirak  edirsə,  onun 
müəssisələri,  daxili  və xarici  bazarlarda  o  qədər  çox xarici  rəqa-
bətlə qarşılaşır. 
Beləliklə, kəskin xarici rəqabət şəraitində iqtisadiyyatın yük-
sək  dinamikliyinin  təmin  edilməsi  və  effektliliyinin  yüksəldil-
məsilə,  iqtisadiyyatın  və  resurslardan  istifadənin  effektliyinin 
aşağı  salınması  bahasına  xarici  rəqabətin  süni  şəkildə  yumşal-
Расим Щясянов 
 
134 
 
dılması və iqtisadiyyatın daha səmərəsiz strukturunun təmin olun-
ması arasında seçim problemi yaranır.  
Başqa  sözlə  ticarət  siyasəti  vasitələrinin  düzgün  istifadə 
olunması  xarici  rəqabətin  kəskinləşməsinin  mənfi    təzahürlərini 
azaltmaqla iqtisadiyyatın açıqlığını artırmağa imkan yaradır. 
Ölkənin  beynəlxalq  əmək  bölgüsündə  iştirakı  üçün  əlverişli 
şə
raitin təmin olunması iki istiqamətdə mümkündür.  
Birinci  istiqamət  –  dövlətin,  daxili  bazarda  milli  və  xarici 
məhsulların rəqabəti prosesinə müdaxiləsidir. Dövlətin əsas vasi-
tələri,  bu  zaman  xarici  malların  daxili  bazara  daxil  olmasını 
məhdudlaşdırmağa yönəlir. 
kinci  istiqamət  isə  milli  istehsalçıların  xarici  bazarda  rəqa-
bət  şəraitinin  yüksəldilməsi  hesab  olunur.  Bu  zaman  əsas  vəzifə 
xarici  dövlətlərin  öz  daxili  bazarlarını  qoruma  tədbirlərini,  xüsu-
silə onlar diskriminasiya xarakteri olduqda neytrallaşmasını əhatə 
edir. 
Ticarət  siyasətinin  hər  iki  istiqaməti  qarşılıqlı  əlaqəlidir. 
Dövlətin  ticarət  siyasətinin  həyata  keçirilməsi  həmişə  ticarət  tə-
rəfdaşı olan ölkələrin eyni tipli müqavimətləri ilə qarşılaşır, çünki 
həmin  tərəfdaş  ölkələr  qarşılıqlı  ticarətdə  öz  mənafelərini  qoru-
mağa çalışır. 
Bu  baxımdan  ticarət  siyasəti,  bütövlükdə  ziddiyyətli  və 
konfliktli  xarakter  daşıyır.  Qarşılıqlı  ziddiyyətlər  və  konfliktlər 
beynəlxalq  mübadilənin  bütün  kəsimlərində  mövcuddur.  Onlar 
ə
slində ticarət-siyasi qərarların qəbul edilməsi, bütövlükdə ticarət 
siyasəti  alətlərinin  tətbiqi  mexanizminin  formalaşması  üçün  mü-
hüm əhəmiyyət kəsb edir. 
Beynəlxalq iqtisadi əlaqələrin və ticarət mübadiləsinin geniş-
lənməsi  və  sürətlənməsi  ticarətdə  məhdudiyyətlərin  tətbiqi  prin-
siplərinin  müəyyənləşdirilməsi  üçün  vahid  norma  və  qaydaların 
yaradılmasını  son  dərəcə  aktuallaşdırmışdır.  Belə  norma  və  qay-
daların  yaradılması  üçün  əsas  məhdudiyyətlər  və  meyarlar  aşa-
ğ
ıdakılar hesab olunur. 
1.  Ölkələr  arasında  bərabər  və  ədalətli  rəqabət  şəraitinin 
saxlanılması. 


Игтисади сийасят: методолоэийа вя практика 
 
135 
2.    Beynəlxalq  mübadilənin  iştirakçıları  üçün  hədsiz  ağır 
olan ticarət məhdudiyyətlərinin tətbiq olunmasının qarşısının alın-
ması. 
3.  Ticarət  məhdudiyyətlərinin  stabilliyi  və  proqnozlaşdırıla 
bilən olmasının, transperantlığının təmin edilməsi. 
Ticarət  siyasəti  alətlərinin,  istifadə  olunması  üçün  beynəl-
xalq iqtisadi münasibətlərin, əməkdaşlığın aşağıdakı istiqamətləri 
tərkib hissələri ayrılır: 
- Əmtəələrlə ticarət; 
- Xidmətlərlə ticarət; 
- Kapitalın beynəlxalq hərəkəti; 
-  ntelektual mülkiyyət hüququ ilə ticarət; 
-  şçi qüvvəsinin beynəlxalq miqrasiyası; 
- Beynəlxalq iqtisadi inteqrasiya; 
- Beynəlxalq valyuta-kredit münasibətləri.  
Ümumi şəkildə ticarət siyasəti alətlərinin  təsnifləşdirilməsi, 
kifayət  qədər  çətin  məsələdir.  Əvvəla  bu  alətlər,  öz  təsir  mexa-
nizmi  və  vasitələrinə,  sahə  və  istifadə  məqsədlərinə  görə  çox 
müxtəlifdir. 
kincisi,  təsnifləşdirmə  meyarları  həmişə  ziddiyyətli  olur, 
çünki  eyni  formalı  alətlər,  müxtəlif  sferalarda  və  fərqli  məqsəd-
lərlə tətbiq oluna bilir. 
Üçüncüsü,  öz  mexanizmlərinə  görə  oxşar  alətlər  əksər  hal-
larda  prinsipcə,  artıq  ticarət  siyasəti  alətlərinin  müəyyən  təsnif-
ləşdirmə sisteminə daxil edilmişdir. 
Beləliklə, ilk növbədə, ticarət siyasəti alətlərinin təsnifləşdir-
mə meyarlarını müəyyənləşdirmək üçün onları aşağıdakı sferalara 
ayırmaq lazımdır: 
- Tətbiq sferası; 
-  qtisadi təsir mexanizmləri üzrə; 
- Rəqabət mühitinə təsir məqsədlərinə görə; 
      Ticarət  siyasəti  dövlətin  iqtisadiyyatın  digər  sahə  və 
sektorlarındakı siyasəti ilə sıx bağlıdır. Belə sahələrə: 
 - Ədalətli rəqabətin təmin edilməsi; 
- Dövlət büdcəsinin formalaşması; 
Расим Щясянов 
 
136 
 
- Ayrı-ayrı sahələrdə istehsalın stimullaşdırılması; 
- Kənd təsərrüfatı siyasəti; 
-  qtisadi inkişaf və sənayeləşdirmənin gücləndirilməsi; 
-  qtisadi  blokların  yaradılması  və  iqtisadi    inteqrasiyanın 
inkişafı; 
- Valyuta və pul- kredit siyasətinin həyata keçirilməsi və s.  
        
4.2. Beynəlxalq  ticarətin tənzimlənməsi  
xüsusiyyətləri və alətləri 
 
 
Ticarət  siyasətinin  tənzimlənməsi  alətlərini  iki  böyük  qrupa 
ayırırlar.  Müasir  dövrdə  daha  çox  istifadə  olunan  gömrük-taarif 
tədbirləri vasitəsi tənzimləmə alətləridir. 
 Gömrük rüsumu − əmtəələrin ölkə ərazisinə gətirilib-aparıl-
ması  (o  cümlədən,  tranziti)  zamanı  mütləq  hesab  olunan  dövlət 
tərəfindən alınan ödəmələrdir. 
Gömrük  rüsumu  ən  qədim  və  ənənəvi  tənzimləmə  vasitə-
lərinə aiddir. Onun ən mühüm xüsusiyyəti sağlam rəqabət mühi-
tinin  qorunması  şəraitinin  təmin  edilməsidir.  Gömrük  rüsumu 
xarici istehsalçıları bazara daxil olmaqdan məhrum etmir, sadəcə 
onları  qiymət  baxımından  nisbətən  əlverişsiz  şəraitə  salır.  Digər 
tərəfdən  gömrük  rüsumları  ticarət  məhdudiyyətləri  sırasında  ən 
transperent məhdudiyyətlər  hesab olunur. 
Dünya  təcrübəsində  beynəlxalq  ticarətin  tənzimlənməsində 
idxal  rüsumları  daha  çox  istifadə  olunur.  Çünki  bütün  ölkələr, 
ixracı  hər  hansı  formada  məhdudlaşdırmaq  yox,  onu  stimullaş-
dırmağa çalışır. 
  Hər  bir  ölkənin  tətbiq  etdiyi  rüsumlar,  onun  beynəlxalq 
öhdəlikləri  ilə  müəyyənləşdirilməsindən  asılı  olaraq    muxtar  (və 
ya əsas) və müqavilə rüsumlarına ayrılır. Muxtar rüsumlar – heç  
bir,  iki və ya çox tərəfli müqavilə öhdəliklərindən asılı olmayaraq 
müəyyənləşdirilir. Belə rüsumlar, adətən, ölkənin qarşılıqlı müqa-
viləyə malik olmadığı ölkədən, idxal olunan mallara qoyulur, ona 
görə də, adətən yüksək olur. 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə