Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə27/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   23   24   25   26   27   28   29   30   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
105 
qiymət dinamikasına əsasən hesablanan, real ölçülərlə ifadə oluna 
bilər. 
2.  Keynsin,  real  gəlir  və  qiymət  səviyyəsini,  əlaqələndirən 
təklif əyrisinin (yuxarı  istiqamətlənən), istifadə olunması. Bu əyri 
vasitəsilə, məcmu tələbin genişlənməsinin ölkədə məhsul istehsa-
lına  təsirini,  milli  gəlir  və  qiymət  artımı  elementlərinə  ayırmaq 
mümkündür. 
    3.  Üçüncü  fərziyyə,  təklifin  şaquli  əyrisi  ilə  bağlıdır.  Şa-
quli  təklif  əyrisi  real  gəliri  (milli  gəlir),  “tam  məşğulluq”  və  ya 
“işsizliyin  təbii  səviyyəsində”  fiksə  edir.  Gəlirin,  bu  səviyyədən 
“sürüşdürülməsinin” yeganə mümkün yolu, təklifin genişləndiril-
məsidir.  (Bu  əmək  məhsuldarlığının  artırılması,  əhalinin  artımı, 
kapital  yığımı,  istifadə  olunan  torpağın  artırılması  və  ya  məhsul 
buraxılışını  artıran,  institusional  dəyişikliklər  və  s.  vasitəsilə 
mümkündür). 
Sərh  olunan  fərziyyələrin,  Keyns  ideologiyasına  ən  yaxın 
olanı birincisidir. Lakin, qiymətlərin, real gəlir və xərclərin qarşı-
lıqlı əlaqəsi üçün, ən əhəmiyyətli faktor olmaması ideyası, Keyns 
nəzəriyyəsinin yeganə əsası olsaydı, onda, müasir iqtisadi proses-
lər  (məsələn,  yüksək  inflyasiya),  bu  ideologiyanı  və  onun  nə-
ticələrini tam inkar edərdi.Bununla belə, qeyd etmək lazımdır ki, 
2-ci və 3-cü fərziyyələrdə də (baxmayaraq ki, onlarda qiymətlərin 
sərbəstlik  dərəcəsi  yüksəkdir),  analoji  nəticəyə  gəlmək  olar. 
Başqa sözlə, Keyns nəzəriyyəsinin “günahı” yoxdur. 
Beləliklə, işsizlik səviyyəsinin çox yüksək olmasını fərz edə-
rək,  hesab  etmək  olar  ki,  məcmu  tələb,  ilk  növbədə  qiymətlərə 
yox, real gəlirə təsir edir, onda cari qiymətlərlə (inflyasiya nəzərə 
almamaqla) dəyişən milli gəliri  Y,  tələbin təsirinə məruz qalan 
real milli gəlir kimi, qəbul etmək olar. Tam məşğulluq və inflyasi-
ya şəraitində isə, məcmu tələbin dəyişməsi ilə, dəyişməyən milli 
gəlir,  real  milli  gəlirin  qiymət  səviyyəsinin  ölçüsü  kimi  qəbul 
edilir. Aralıq vəziyyətlərdə isə, yəni gəlir və qiymət səviyyəsinin 
tələbin  rəqsi  ilə  dəyişməsi,  gəlir  və  qiymətlərin  tələbin  təsiri  ilə, 
eyni  vaxtda  dəyişilməsi  kimi,  qəbul  olunur.  Bu  baxımdan 
aşağıdakı kimi, bir sıra hallarda, qiymətlərin dəyişməsinə tələbin 
Расим Щясянов 
 
106 
 
dəyişməsinin  təsiri  ilə,  milli  gəlirin  dəyişməsinin  əlavə  nəticəsi 
kimi baxmaq mümkündür. 
Xarici  ticarətin  gəlirdən  və  gəlirin  məcmu  tələbdən  ası-
lılığı.  Emprik  tədqiqatlar  göstərir  ki,  idxalla,  həmin  ölkənin  real 
milli  məhsulu  arasında,  birbaşa  müsbət  asılılıq  var.  Bu,  iki  sə-
bəblə izah olunur.  
1.  dxal,  əksər  hallarda  milli  məhsul  istehsalı  üçün,  aralıq 
məhsul və ya xammal rolunu oynayır.  
2.  dxal – məcmu, real xərclərdə dəyişmələrə reaksiya verir. 
Məhsul  və  xidmətlərə  nə  qədər  çox  xərclənirsə,  onun  xaricdə 
istehsal olunan hissəsinə çəkilən xərclər də artır.  
dxalla  gəlir  arasında  funksional  asılılığın  vacib  parametri, 
“idxala limit meyililiyi” göstəricisidir. Bu göstərici idxal həcmin-
də  dəyişikliklərin,  həmin  dəyişmələri  doğuran,  real  milli  gəlirin 
dəyişmələrinə (sabit qiymətlərdə) nisbətini ifadə edir. Gəlirin artı-
mının  idxalın  artımı  ilə  əlaqələndirilməsi  sayəsində  idxala  limit 
meyilliliyi, rifah halın yaxşılaşmasının hansı ölçüdə idxala sərf olun-
duğunu göstərir. Bu proses isə, ticarət balansını pisləşdirir və daxili 
məhsula tələbi artırmaq üçün multiplikativ prosesə yardım etmir. 
xracın,  milli  gəlirlə  əlaqəsi  isə,  daha  mürəkkəbdir.  Çünki 
bu, milli gəlirin dəyişmələrinin - daxili tələbin, daxili təklifin və 
ya xaricdə bizim ixracın strukturunun dəyişmələri nəticəsində, baş 
verməsindən  asılıdır.  Daxili  tələbin  artması,  milli  gəliri    artırırsa 
da, nəticə etibarilə ixracı azaldır. Ona görə də, açıq iqtisadiyyatın 
keynsçi  modellərində  fərz  olunur  ki,  ixrac  ümumiyyətlə  milli 
gəlirdən asılı deyil.  xracı, milli gəlirlə eyni istiqamətdə dəyişdirə 
bilən  iki  faktor  var:  -  təklifin  artımı  və  ya  istehsal  xərclərinin 
istənilən  üsulla  azaldılması;    ikincisi  isə,    xaricdə  bizim  ixraca 
tələbin artması. 
Bütövlükdə  isə,  keynsçi  nəzəriyyələr  hesab  edir  ki,  ixraca 
olan tələb ekzogen kəmiyyətdir. 
 Devalvasiyanın  və  deflyasiyanın  milli  gəlirə  təsiri.    Açıq 
iqtisadiyyat şəraitində, milli gəlirin dinamikasına təsir edən, qarşı-
lıqlı  asılılıq  zəncirlərindən  biri  də,  bütövlükdə  pul  kredit  siya-
sətinin  alətləri  toplusu  və  valyutanın  kursu  siyasətidur.  Belə 


Игтисади сийасят: методолоэийа вя практика 
 
107 
nəzərə  almaq  vacibdir  ki,  alətlərin  və  faktorların  çoxtərəfli  təsiri 
mümkündür.  ndiki  halda,  biz  onlardan  yalnız  -  milli  valyutanın 
devalvasiyası  və deflyasiyasının təsirini tədqiq edəcəyik. 
     Devalvasiya milli gəlirə necə təsir edir?  lk növbədə deval-
vasiya,  ixracın  real  həcmini  artırır,  idxalı  isə  azaldır.  Beləliklə, 
ixrac  və  idxalla  rəqabət  sahələrində  gəlir  artır  və  yeni  iş  yerləri 
yaranır. Ona görə də hesab olunur ki, devalvasiya milli gəliri artı-
rır.  Bu  məntiq  ölkənin  ixracına  dünya  tələbinin  strukturunda  baş 
verən dəyişikliklərlə təsdiq edilir.  
Lakin, iqtisadi mahiyyətinə görə, devalvasiyanın milli gəlirə 
təsiri,  aşağıdakı  üç  səbəbdən  mübahisəlidir.  1.  Devalvasiya, 
ticarət  balansının  bilavasitə  yaxşılaşdırmaya  bilər.  Çünki  ixracın 
və  idxalın  qiymət  elastikliyi,  həmişə  eyni  istiqamətli  və  sürətli 
olmur.  2.  Devalvasiya,  xarici  ticarət  şəraitini  (P/P
m
)  pisləşdirə 
bilər və buna görə də hər idxal vahidi müqabilində, tələb olunan 
ixracın,  real  həcmini  artıra  bilər.  Əgər  ticarət  şəraiti  pisləşirsə, 
devalvasiya  nəticəsində,  rifah-halın  daha  vacib  göstəricisi  olan, 
ölkənin  real  alıcılıq  qabiliyyəti  -  özümüzün  istehsalı  olanları  al-
maq  imkanlarına  nisbətən  daha  çox  azalacaqdır.  Bu  halda  əhali 
real  alıcılıq  qabiliyyətinin  azaldığını  dərk  edərək,  öz  xərclərini 
azaldacaqdır.  Bu  isə  devalvasiyanın  mənfi  nəticələrini  daha  da 
çoxaldacaqdır.  Bu  prosesin  sonunu  hesablamaq  olar.  Müvafiq  
dünya  təcrübəsi,  belə  ümumi  nəticə  çıxarmağa  imkan  verir  ki, 
devalvasiya, ticarət şəraitini pisləşdirirsə, o milli gəliri azaldır.  
  Bu baxımdan, milli gəlirin artmasının kafi şərti, ümumilik-
də  devalvasiyanın,  ticarət  şəraitini  yaxşılaşdırması  və  ya  ən  azı 
onu dəyişdirməməsi hesab oluna bilər. Eyni zamanda, nəzərə alın-
malıdır  ki,  uzunmüddətli  perspektivdə,  alıcılıq  qabiliyyəti  pariteti 
bərpa olunduqca, ticarət şəraiti (P/P
m
), öz əvvəlki vəziyyətinə qayıdır. 
Yuxarıda  deyilənlərdən  aydın  olur  ki,  ticarət  şəraitini,  mü-
vəqqəti olsa da, pisləşdirən hallardan başqa, digər hallarda  deval-
vasiya sərfəlidir. 
 
 
 
Расим Щясянов 
 
108 
 
Lakin bir cəhəti də nəzərə almaq lazımdır: 

 Uzun müddətli planda devalvasiya, tədiyyə balansının pis-
ləşdirdikdə, ölkənin valyuta ehtiyatları itir.  Bu halda, fiksə olun-
muş kurs, valyuta ehtiyatlarını azaldır. 

 Real milli gəlirlə (Y

= Y/P ), rifahı daha doğru ifadə  edən, 
gəlirin real alıcılıq qabiliyyəti (Y
p
) arasında fərq var. Çünki xarici 
ticarətlə ölkə özündə istehsal etdiyi məhsullardan fərqli məhsullar 
alır.  Milli  gəlirin  real  alıcılıq  qabiliyyəti  aşağıdakı  kimi  hesab-
lanır.  
 
Y
p
   =        (Milli məh. nom. həcmi)_               =          Y  və ya  P
y ___
 
                (daxili və bizim aldığımız xar. məh.)                (1-a) P + a P

 
Burada  -  a-  idxala  sərf  olunan  milli  xərclərin  payı,  (1-a)  – 
ixrac qabiliyyətli məhsul və xidmətlərin daxili bazarda alınmasına 
sərf olunan xərclərin payı, P – milli iqtisadiyyatda istehsal olunan 
məhsul və xidmətlərin qiymət indeksi,  P
m
 – idxalın qiymət indek-
sidir. Kəsrin məxrəcindəki ifadə, satın alınan(yalnız özümüzdə is-
tehsal olunmayan) məhsul və xidmətlərin xüsusi çəkisinin qiymət 
indeksini  göstərir.  Bu  indeks,  çəki  əmsalları,  xərclərdəki  paya               
(a  və  (1-a))əsasən  hesablandığından,  ÜDM  deflyatoru  indeksin-
dən, daha çox həyat dəyəri indeksinə yaxındır. Aydındır ki,bizim 
ticarət şəraitini (P/P
m
) pisləşdirən istənilən faktor, hətta real milli 
gəliri (Y) azaltmadan bizim real alıcılıq qabiliyyətini (Y
p
), azalda 
bilər. Devalvasiya belə nəticəyə gətirə bilirsə, deməli, o, real rifa-
hı da aşağı sala blər.  
3.  Devalvasiya  tədiyyə  balansını  tənzimləməyə  istiqamət-
lənirsə,  yəni  onun  kəsirini  ödəməyə  xidmət  edirsə,  iqtisadiyyata 
müsbət  təsir  edir.  Belə  ki,  devalvasiya,  milli  valyutanın  qeyd 
olunmuş  süni  kursunun  saxlanılması  üçün,  ehtiyatların  xərclən-
məsinin qarşısını alır. Lakin devalvasiyanın əhəmiyyəti şişirdilir-
sə və ya milli valyutanın sərbəst bazarda rolu düzgün qiymətlən-
dirilmirsə,  bu  başqa  xoşagəlməzliklər  yarada  bilər.  Məsələn,  tə-
diyyə  balansının  müsbət  saldosu,  valyuta  ehtiyatını  artırmağa 
sövq edə bilər. Bu isə süni qiymətlə alınan valyutanın, uzunmüd-
dətli  dövrdə  dəyərinin  itməsinə  gətirir.  Beləliklə,  bir  daha  aydın 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə