Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə25/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   21   22   23   24   25   26   27   28   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
97 
təmin etməkdir. Ona görə də, dövlət nəinki, xüsusi nemətlərə olan 
tələbin ödənilməsini təmin edir, həm də belə istehsal üçün, dövlət, 
spesifik      imkanlara  və  ya  ehtiyatlara  malikdir.  Məsələn,  həmin 
ehtiyatların ən əhəmiyyətlilərindən biri, vergilərdir. Vergiqoyma-
nı  tətbiq  etməklə  dövlət,  vətəndaşların,  gəlir  alması  hüquqlarını 
məhdudlaşdırır. Gəlirlərin bir qismini, vergi formasında, mənim-
səyən  dövlət,  əslində  mülkiyyətçi  kimi  çıxış  edir.  Sanki,  dövlət, 
səhmdar cəmiyyətə kapital yatırmış və ona müvafiq dvident alan 
səhmdar kimi, öz payını tələb edir. Vergilər, dövlət maliyyəsinin, 
ə
sas  fundamentini    yaradır,  onun  bir  hissəsi,  sonra  dövlət  mül-
kiyyətinə çevrilir. Dövlətin sərəncamında qalan ehtiyatların məc-
musu,  iqtisadiyyatın  ictimai  sektorunu  təşkil  edir.  Bu  baxımdan, 
dövlət  mülkiyyətini,  yığılmış  ehtiyatlar,  dövlət  maliyyəsini 
(gəlirlər və xərclər) isə, yığılan və xərclənən vəsaitlər axını kimi, 
başa düşmək lazımdır.  
Bazar iqtisadiyyatı şəraitində, ictimai sektorun, mövcudluğu 
vacibdir.  Çünki  ictimai  sektor  olmadıqda,  xüsusi  sektorun 
səmərəli fəaliyyəti, mümkün deyildir. Keçmiş sovet respublikaları 
və  digər,  bəzi  tranzitiv  iqtisadiyyatlı  ölkələrin  təcrübəsi,  bunu 
sübut  edir.  qtisadiyyatın  xüsusi  bölməsində,  maliyyə  ehtiyat-
larının əsas mənbəyi kimi,  istehsal faktorları üzərində mülkiyyət-
çilikdən  gələn  gəlirlər  çıxış  edir,  əvəzsiz  daxil  olmalar,  nadir  və 
ikinci  dərəcəli  ehtiyat  hesab  olunur.  ctimai  sektorda  isə  əksinə 
olur.  Əsas  gəlir  mənbəyi  kimi  vergilər,  yəni  firma  və  adamların 
məcburi ödəmələri çıxış edir. Dövlətin malik olduğu istehsal fak-
torlarından,  əldə  etdiyi  qeyri  -  vergi  gəlirləri  isə,  ikinci  dərəcəli 
hesab olunur.  nkişaf etmiş ölkələrdə büdcə gəlirlərinin 80-90% -i  
vergi  gəlirlərinin,  qalan  10-20%  -i    isə,  qeyri  -  vergi  gəlirlərinin 
payına düşür. 
   Beləliklə,  yuxarıdakı  şərhləri  ümumiləşdirərək,  ictimai 
seçim anlayışını aşağıdakı kimi dəqiqləşdirə bilərik.  ctimai seçim 
-  ictimai  nemətlərin  istehsalı,  bölgüsü,  mübadiləsi  və  istehlakı 
haqda,  kollektiv  qərarların  hazırlanması  və  qəbul  edilməsidir. 
Kollektiv  qərar,  siyasi  proseslərin  köməyi  ilə,  cəmiyyətdə  möv-
cud zövqlərin və meyarların uzlaşdırılması, qarşılıqlı razılaşdırıl-
Расим Щясянов 
 
98 
 
masını  əhatə  edir,  təmin  edir.  Ona  görə  də  hər  bir  siyasi  qərar  - 
hər  şeydən  əvvəl,  ictimai  nemətlər  haqda  qərardır.  “Biletsiz” 
probleminin  həlli  üçün,  mərkəzləşdirilmiş  mexanizmlər  vacibdir. 
Demokratiyanın  əsasını  təşkil  edən  müxtəlif  institutlar,  o  cüm-
lədən  seçki  qanunları,  təmsilçilik  orqanları,  referendumlar  və  s., 
adamların zövq və üstünlük meyarlarını, aşağıdakı üç qrup sualın, 
həlli baxımından sistemləşdirir və ümumiləşdirir. 
1.  Nemətlərin,  ictimai  və  fərdi  xarakterliliyini  necə  müəy-
yənləşdirmək,  yəni  nemətləri,  bu  qruplara  necə  ayırmaq  məqsə-
dəuyğundur? 
2.  Nemətləri cəmiyyətin üzvləri arasında necə bölüşdürmək 
lazımdır? 
3.  “Biletsizlərə”  qarşı  hansı  nəzarət  tədbirinin  görülməsi 
məqsədəuyğundur? 
Problemin həlli baxımından, dövlətin əsas vəzifəsi, bölgü və 
yenidən  bölgünün  düzgün  təşkilidir.  Yenidən  bölgü,  həm  vergi 
tutulması, həm də maddi yardım, dotasiya və subvensiyalar vasi-
təsilə baş verir. 
 Məqsədlər  baxımından,  dövlətin  həyata  keçirdiyi  yenidən 
bölgü,  məqsədyönlü  və  təsadüfi  (xüsusi  məqsədlərsiz)  ola  bilir. 
Nəticə və ya mərhələ baxımından, yenidən bölgünün birinci və ya 
ikinci  (törəmə)  effekti  fərqlənir.  Məsələn,  az  təminatlı  ailələrə 
maddi yardımın göstərilməsi tələbi artırır və ona görə də ərzaqın 
qiyməti  qalxır.  Başqa  sözlə,  bu  tədbirin  həyata  keçirilməsindən 
yalnız  ehtiyacı  olanlar  deyil,  həm  də  ərzaq  istehsalçıları  fayda-
lanırlar.  Yenidən bölgünün obyektləri, iqtisadi (istehlak nemətləri 
və  xidmətlər,  ehtiyatlar)  və  institusional  faktorlar  ola  bilər.  Belə 
institusional  faktorlara  “oyun  qaydalarının”  dəyişdirilməsi,  mə-
sələn, kvota, rüsum və taariflərin tətbiqi, dəyişdirilməsi və ləğvi, 
aid  edilə  bilər.  Sonuncular,  mal  və  xidmətlərin  ixrac  və  idxalı 
üçün yeni ticarət şəraiti yaradır, yəni yerli və xarici sahibkarların 
fəaliyyətinə  təsir  edir  və  beləliklə,  onların  qazanclarının  yenidən 
bölgüsünü şərtləndirir. 
ctimai  nemətlərə  dövlət  təminatı,  fərdlərin  istehlak  imkan-
larının sərhədlərini genişləndirir. Lakin bununla bərabər, dövlətin 


Игтисади сийасят: методолоэийа вя практика 
 
99 
iqtisadiyyata müdaxiləsinin təhlükəli həddini aşmaq ehtimalı artır. 
Ona  görə  də  belə  şəraitdə  ən  mühüm  və  mürəkkəb  vəzifə,  döv-
lətin ictimai nemətlərlə təminatı sərhədlərinin düzgün (rasional və 
ya optimal), müəyyənləşdirilməsidir.  
Bazar  mexanizminin,  iqtisadi  inkişafın  bütün  problemlərini, 
həll etmək imkanına malik olmadığı, kapitalizmin ilkin dövrlərin-
dən  məlumdur.  A.Smitin,  “bazarın  gözəgörünməz  əli”  prinsipi 
üzərində  qurulmuş  nəzəriyyəsi,  özündən  əvvəlki  dövrün  “mütləq 
monarxiyasının”,  azad  bazara  ciddi  maneə  yaratmasına  cavab 
kimi, meydana gəlmişdir. Smit öz nəzəriyyəsində, bazar mexaniz-
minin  dayanıqlığının,  kənar  himayəyə  ehtiyacsızlığını  sübut 
edərək,  dövlətin  iqtisadiyyatdakı  rolunu,  “gecə  gözətçisi”  funk-
siyası  (ifadə  Hayekə  məxsusdur)  ilə,  eyniləşdirmişdir.  Dövlət, 
A.Smitin təbirincə, ancaq xüsusi mülkiyyəti və onunla bağlı mü-
nasibətlərdə,  sərbəstliyi  qorumaq,  bunun  üçün  zəruri,  hüquqi 
bazanı yaratmaq və təmin etmək, vəzifələrini həyata keçirməlidir. 
Qeyd  etmək  vacibdir  ki,  kapitalizmin  inkişafı  ilə,  burjuazi-
yanın siyasi hakimiyyəti ələ keçirməsi, dövlətin, ancaq “gecə gö-
zətçisinə” çevrilməsinə imkan vermədi. Dövlət, nəinki dünya ba-
zarında  ölkənin  mənafeyini  qorumaq,  həm  də  daxildə,  sosial-
iqtisadi  prosesləri  qorumağa  məcbur  oldu.  qtisadi  infrastruktu-
ranın  yaradılması,  sənayenin  müdafiə  və  digər  sahələrinin  ya-
radılması  və  fəaliyyətinin  təşkili,  maliyyə-bank  sistemi  və  pul 
dövriyyəsinin təşkili, dövlətin zəruri funksiyalarına çevrildi. 
Dövlətin  iqtisadiyyata  müdaxiləsi,  böhranlar  və  tənəzzüllər 
dövründə  artır,  normal  inkişaf  dövründə  isə  azalırdı.  Ötən  dövr 
ə
rzində,  proteksionistlər  və  fritrederçilər  arasında,  dövlətin  rolu 
haqqındakı  bitməyən  mübahisələr,  onun  rolunun  inkarı  yox,  sər-
hədləri, obyekt və subyektləri, təsir forma və metodlarının seçimi, 
müdaxilənin  sosial  qiyməti,  obyektivliyi  və  istiqamətliyi  haqda 
getmişdir. XX əsrin ortalarından başlayaraq, dövlətin iqtisadiyyat-
dakı rolu, əsaslı transformasiya olundu. “Böyük tənəzzül”, yüksək 
proqresə malik istehsal, vertikal və horizontal əlaqələrin intensiv 
inkişafı,  beynəlxalq  mübadilənin  mürəkkəbləşmiş  olduğu  şə-
raitdə,  bazar  mexanizminin  acizliyini,  tam  sübuta  yetirdi.   
Расим Щясянов 
 
100 
 
“Böyük tənəzzüllə” eyni vaxtda, C.Keyns təsərrüfat mexanizmini 
dövlət  tənzimlənməsinin  nəzəri  əsasını,    A.Hitler  və  F.Ruzvelt  
formaca fərqli,mahiyyətcə isə, eyni  olan, təcrübi əsasını qoydu.  
Qeyd etmək lazımdır ki, iqtisadiyyatın idarə olunması prose-
sində, Keyns nəzəriyyəsi və onun tərəfdarlarının, dövlətin iqtisa-
diyyata müdaxiləsi tələbi, yeganə ideya deyil. Bir sıra neokeynsçi 
baxış  tərəfdarları,  hətta    konservativ  nəzəriyyəçilərlə  birgə,  döv-
lətin iqtisadiyyata müdaxilə etməsini, müdafiə edirlər.   Lakin, hər 
iki  nəzəri  fikrin  tərəfdarları  ,dövləti,  müəyyən  mülkiyyətə  malik 
olan  və  cəmiyyətin  strateji  məqsədlərinə,  nail  olunmasına  istiqa-
mətlənmiş,  iqtisadi  siyasət  apara  bilən,  təsərrüfat  funksiyalarına 
malik,  iqtisadi  sistem  subyekti  kimi  qəbul  edirlər.  Onların  ara-
sında fərq, əsasən, dövlətin təsir metodlarının seçimindədir. 
Keyns və onun birbaşa tərəfdarları, hesab edirlər ki, bazarın 
müəyyən  parametrlərinin  izlənməsi,  dövlətin  iqtisadi  funksiyala-
rına aiddir. Hər bir qeyri-tarazlıq təsiri, qeydə alınaraq, müəyyən 
stabilləşdirici  tədbirlər  vasitəsilə,  kompensasiya  olunmalıdır. 
Hökumətin,  iqtisadi  təsir  mexanizmi  belə  qurulmalıdır.  qtisadi 
artımın,  dövlət  tərəfindən  tənzimlənməsinin,  obyektiv  zərurəti 
nədədir?– sualına cavab, kifayət qədər sadədir. Dövlət, bazar me-
xanizminin mövcud çatışmamazlıqlarını, aradan qaldırmağa borc-
ludur.  Məhz  bu  baxımdan,  aydındır  ki,  dövlət  tənzimlənməsinin 
məqsədləri,  qarşılıqlı  əlaqələrdə  olsalar  da,  əhəmiyyəti,  təsir 
dairəsi  və  nəticələrinə  görə,  xeyli  fərqlidirlər.  Əsas  məqsədlər  – 
iqtisadi və siyasi stabilliyin qorunması, rəqabət üstünlüklərinin tə-
min olunması, iqtisadi təhlükəsizlik, bazar mexanizminin, müxtə-
lif situasiyalara, adaptasiyasının təmin olunması isə, ümumidir. 
Dünya təcrübəsində, iqtisadiyyatın dövlət tənzimlənməsinin, 
üç  tipini  ayırmaq  mümkündür:  -idarəetmədə  tam  dövlət  inhisarı;  
-bazar  və  dövlət  alətlərinin  müxtəlif  kombinasiyası,(  buna  nü-
munə Yaponiya, Cənubi Koreya,  sveç, Almaniya, Çin, Avstriya 
modellərini  göstərmək  olar);  və  xüsusi  mülkiyyətin  qeyri-məh-
dudluğuna əsaslanan ifrat liberalizm. 
Dövlət  tənzimlənməsinin  səmərəliliyini,  müəyyənləşdirən 
ə
sas  amillərdən  biri,  onun  institusional  strukturudur.  Ölkədə, 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə