6
16 Yanvar - Ümumdünya Bitlz Günü (The Beatles), (2001)
2001-ci ildən YUNESKO-nun qərarı ilə hər il yanvarın 16-sı Ümumdünya
Bitlz Günü kimi qeyd olunur. Bu tarix təsadüfi olaraq seçilməyib. 1957-ci il
yanvarın 16-da Böyük Britaniyanın Liverpul şəhərində ―The Cavern‖ klubu açılıb.
Məhz bu klubda hələ o zaman heç kəsin tanımadığı gənc musiqiçilər - Con
Lennon, Pol Makkartni və Corc Harrison şöhrətə doğru ilk addımlarını atıblar. Bir
neçə il sonra Rinqo Starr da onlara qoşulub.
İnternetdə:
www.books.google.com
7
17 Yanvar - Ümumdünya Uşaq İxtirası Günü
Hər il 17 yanvar dünyada Uşaq İxtirası Günü kimi qeyd
edilir. Maraqlıdır ki, bu tarix məşhur amerikalı siyasətçi
Benjamin Franklinin doğum günü tarixi ilə eyni təyin
edilmişdir. 1718-ci ildə 12 yaşlı Benjamin balıq üzgəclərini
xatırladan iki qəribə əşya ilə çimərlikdə peyda olur.
Ətrafdakıların istehzalı gülüşlərinə baxmayaraq Benjamin o
gün hamıdan daha sürətlə üzür. Beləliklə, üzgüçülük üçün ilk
lazımi əşya yaranmış olur. Franklin 15 yaşında olarkən
dünyaya növbəti bir yenilik – yellənən kürsünü bəxş edib.
1824-cü ildə isə fransız çəkməçinin 15 yaşlı oğlu Lui
Brayl görmə qabiliyyəti olmayan insanlar üçün xüsusi şrift
yaradıb və bu hərflər onun şərəfinə Brayl şrifti adlandırılıb.
Qeyd edək ki, Lui atasının emalatxanasında çəkməçi
bıcağına ilişərək yıxılmış və 5 yaşında görmə qabiliyyətini
itirmişdir. Lakin Lui öz ixtirasının köməkliyi ilə oxumağı
öyrənmişdi. Dünya hələ də bu ixtiradan istifadə edir.
Amerikalı Frenk Epperson isə
qışda küçədə qalmış 1 stəkan limonadın
onu milyonçuya çevirəcəyini ağlına belə
gətirməmişdi.
Səhər limonad buza
çevrilmişdi və beləliklə 11 yaşlı
Epperson ―meyvəli buzun‖ ixtiraçısı olur.
O, ilk vaxtlarda öz ixtirasını kütləvi
istehsalata çevirməyi düşünmürdü və onu
yalnız 18 ildən sonra, yəni 1923-cü ildə
donmuş limonad istehsalı ilə məşğul olan
zavodu yaratdıqda xatırlayır. 1928-ci ildə
isə patenti satmış və mütəmadi olaraq
yaxşı gəlir əldə etmişdir.
İnternetdə:
www.books.google.com
8
20 Yanvar - Ümumxalq Hüzn Günü, (1990)
“Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə
də hər il bu gün qeyd olunmalıdır. Azadlıq, müstəqillik uğrunda özlərini qurban
verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab
edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük
sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük
xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.”
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
20 Yanvar faciəsi 1990-cı il yanvarın 19-dan
20-nə keçən gecə sovet ordusunun erməni quldur
dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata
keçirdiyi terror aktıdır.
Yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən
fövqəladə vəziyyət elan edilmədən, sovet ordusu
Azərbaycana qarşı
hərbi əməlliyatlara başlayıb. Faciə
zamanı 137 insan öldürülüb, 744 nəfər ağır xəsarət
alıb, 841 nəfər isə qanunsuz həbs edilib. 17 yanvar
1992-ci ildə Ali Sovetin Milli Şurası (1991-1992-ci illərdə qanunverici orqan
funksiyasını yerinə yetirən orqan) ―20 Yanvarın Şəhidlər Günü elan olunması
haqqında" qanun qəbul edib. Qanuna əsasən, yanvarın 20-si ölkə ərazisində qeyri-
iş günü elan olunub. 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi
qiymət verilib, faciənin günahkarlarının adları açıqlanıb.
Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən
və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, küçələrə və
meydanlara çıxaraq qəti etirazını bildirən xalq kütlələrinə qarşı Azərbaycan
ərazisinə ordu hissələrinin yeridilməsi 1990-cı ilin 20 yanvarında misli
görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının
azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları
canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar.
Kitablar: R.Səməndər ‖Şəhidlər‖ (1990), V.Babanlı ‖ Hoydı, dəlilərim, hoydı!‖
(1993), M.Ələkbərli ―Ağlama şəhidlərə‖ (2002), Hidayət ‖Azərbaycan harayı‖
(2002), N.Kəsəmənli ―20 Yanvar ; Qar yağır Şəhidlər xiyabanına‖ (2002), Qabil.
‖Çalsın Azərbaycan haray zəngini‖ (2002), B.Vahabzadə ―Şəhidlər‖ (2002),
B.Eyyubova. ―20 Yanvar‖ (2003), A.Kamal. ―Şəhidlər xiyabanı‖ (2003),
N.Əyyub ―Qanlı Yanvar‖ (2004), M.Gülgün ―Şəhid balaları‖, O.Hacıyeva
―Şəhidliyə qovuşaq‖ (2004), Y.Hüseyn ―Şəhidlər‖ (2004), İ.Allahverdiyev
―Şəhidlər xiyabanı‖ (2005), M.Aslan ―Ağla, qərənfil, ağla‖ (2006), Aslan M.
―Məzarsız şəhidə ağı‖ (2006), R.Buzovnalı ―Şəhidlər‖ (2007), Z.Dəmirçi ―20
Yanvar‖ (2008) və s.
Filmoqrafiya: ―Azadlığa gedən yollar” (1990), “20 yanvar‖ (1990), ―Matəm‖
(1990) və s.
İnternetdə:
www.az.wikipedia.orq
;
www.books.google.com