Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə8/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   4   5   6   7   8   9   10   11   ...   148

21 

 

20 Yanvar -  Şair Bədri Seyidzadənin anadan olmasının 135 illiyi, (1882-1945) 



 

   


Bədrəddin  Kərbəlayı  Mircavad  oğlu  Seyidzadə  Bakı  quberniyasının  Keşlə 

kəndində  anadan  olmuşdur.  İlk  təhsilini  kənd  məktəbində,  sonra  mədrəsədə 

almışdır. ―Seyid‖ təxəllüsü ilə şeirlər yazan dayısı onu da yazmağa həvəsləndirmiş, 

klassik  poeziya  ilə  tanış  etmişdir.  Kiçik  yaşlarından  bədahətən  şeir  deməsi  ilə 

fərqlənmişdir.  1906-1920-ci  illərdə  ―Həyat‖,  ―Səda‖,  ―Açıq  söz‖,  ―Bəsirət‖, 

―Babayi-Əmir‖,  ―Tuti‖  və  s.  qəzet  və  jurnallarda  lirik  şeirlərini  ―Bədri‖,  Ənqa‖, 

―Hüseyni‖, ―Bədrəddin Hüseyni‖, satirik şeirlərini isə ―İynə‖, ―Sancaq‖, ―Bayquş‖,  

―Bərqi-əyyar‖  və s. təxəllüsləri ilə çap etdirmişdir.  Bədri Seyidzadə 1909-ci ildə 

―Nəşri-maarif‖  darülmüəllimində  təhsilini  davam  etdirmişdir.  Şeirlərində  (―Bizə 

nə!..‖, ―Şükür, xudaya‖ və s.) Sabir satiralarının ideya və bədii xüsusiyyətlərindən 

bacarıqla  bəhrələnmişdir.  Bədri  Seyidzadə  əruzun  müxtəlif  bəhrlərində  qəzəl, 

müxəmməs,  tərkibbənd  və  s.  yazmış,  Nizami,  Sədi  və  Füzulidən  təxmislər 

etmişdir.  M.  F.  Axundovun  Puşkinin  ölümünə  həsr  etdiyi  ―Şərq  poeması‖nı 

farscadan  doğma  dilə  çevirmişdir.  1918-ci  ildə  Azərbaycanda  milli  istiqlal 

hərəkatının  qələbəsindən  sonra  Bədri  Seyidzadənin  yaradıcılığında  sosial-

demokratiya  ideyalarını  tərənnüm  edən  poetik  nümunələrə  rast  gəlinir.  Dövrün 

poeziyasında olduğu kimi, şairin yaradıcılığında da azad Vətən, müstəqillik rəmzi 

olan  üçrəngli  milli  bayrağın  tərənnümü  mühüm  yer  tutur.  Şair  ―Vətən‖ 

(―Azərbaycan‖  qəzeti,  1919,  7  avqust)  şerində  də  vətəni  yüksəkdə  duran  və 

əbədiyyətədək enməyəcək bayraqlı bir diyar kimi vəsf etmişdir. Sovet hakimiyyəti 

qurulduqdan sonra poetik yaradıcılığını davam etdirmiş, dövri mətbuatda (―Maarif 

və  mədəniyyət‖,  ―Şərq  qadını‖,  ―Füqəra  füyuzatı‖  və  s.)  qəzəl,  qoşma,  tərkibənd, 

müxəmməs, təxmis, qitə, beytlər və hekayələri müntəzəm çap olunmuşdur.  

Bədri Seyidzadə 1945 - ci ildə Keşlə kəndində vəfat etmişdir.  



Kitabları:‖Bir ömrün yadigarı‖ (1984) , ―Bizə  nə‖, ―Şükür,  xudaya‖, ―Vətən‖  

 

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 



məlumat kitabı, Bakı, 2011. 

İnternetdə: 

www.books.google.com 

 

 

 


22 

 

25 Yanvar - Şair İbrahim Zakirin (Pur  Əzim İbrahim Əzim oğlunun)  



                     anadan olmasının 125 illiyi, (1892- 1971) 

  

  İbrahim  Zakir  Cənubi  Azərbaycanın  Ərdəbil  mahalında, 

Şeyx 

Kəlxoran  kəndində, 



yoxsul 

kəndli 


ailəsində 

doğulmuşdur.  Bədii  yaradıcılığa  gənc  yaşlarından  başlayan 

Zakirə  ―Molla  Nəsrəddin‖  məcmuəsinin  böyük  təsiri 

olmuşdur.  60 ildən çox bədii yaradıcılıq yolu keçmiş İbrahim 

Zakir  M.Ə.Sabir  və  M.Ə.Möcüz  satira  məktəbinin  layiqli 

davamçılarındandır.  Gənc  yaşlarından  məşrutə  hərəkatında 

iştirak  edən  Zakir  1916-cı  ildə  yazdığı  ―Mənə  nə‖,  ―Ara  həkimləri‖  adlı  satirik 

şerləri  ilə  öz  yaradıcılıq  yolunu  müəyyənləşdirmişdir.  "Fəryad  edirəm",  "Novruz 

bayramı"  adlı  şeirləri  Rəşt  qəzetlərində  çap  olunmuşdur.  Sonralar  o,  satirik 

şerlərinə  və  siyasi  fəaliyyətinə  görə  yurdundan  sürgün  edilmişdir.  Onun 

satiralarında  feodal-patriarxal  münasibətlərin,  faşizmin,  mövhumatın  və  geriliyin 

ifşası əsas yer tutur. Şair bütün yaradıcılığı boyu zəhmətkeş xalqın səadəti uğrunda 

çalışmış, beynəlmiləlçiliyi, sülhü və xalqlar dostluğunu tərənnüm etmişdir. İ. Zakir 

1941-1945-ci illərdə Cənubi Azərbaycanda başlamış milli-azadlıq hərəkatında fəal 

iştirak  etmiş,  fədai  başçısı  olmuşdur.  1945-ci  ilin  dekabrında  Azərbaycanda 

Demokrat  Hökuməti  qurulduqdan  sonra  o,  məsul  partiya  vəzifəsində  işləmişdir. 

1946-cı  ilin  dekabrında  Cənubi  Azərbaycan  demokrat  dövləti  şah  istibdadı  və 

imperializm ağaları tərəfindən boğulduqdan sonra Zakir də minlərlə təqib olunan 

soydaşımız kimi Sovet Azərbaycanına pənah gətirmiş, ömrünün son 25 ilini burada 

keçirmişdir.  Bu  dövrdə  onun  yaradıcılığı  forma  və  məzmun  cəhətdən  daha  da 

zənginləşmişdir.  

Şair  ―Mənə  nə‖,  ―Ara  həkimləri‖,  ―Fəryad  edirəm‖,  ―Novruz  bayramı‖, 

―Vətən, ey vətən‖, ―Azər‖, ―Qürbətdə‖, ―Təbriz‖, ―Mən aşiqi-hürriyyətəm‖, ―Şanlı 

xalqımız‖, ―Zahid və Şair‖, ―Mənim öz dilim var‖, ―Qardaşlıq köməyi‖ adlı şerləri 

ilə də Cənubi Azərbaycan xalqının qəlbini fəth etmişdir. 

  

İbrahim Zakir 1971-ci il oktyabr ayının 27-də Bakı şəhərində vəfat etmiş və 



burada dəfn olunmuşdur. 

Kitabları: ―Mənim andım‖ (1950), ―Günəşin qələbəsi‖ (1951), ―Zəfər günəşi‖ 

(1951), ―Mübariz gənclər‖ (1955), ―Şerlər‖ (1956), ―Savalan xatirələri‖ (1961), 

―Vətən nəğmələri‖ (1964) və ―Məni susdurmayacaq‖ (1967) və s. 

 

Ədəbiyyat. Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 



məlumat kitabı, Bakı,  2011. 

 

 

 

 


23 

 

 



26 Yanvar - Yazıçı Əzizə Əhmədovanın anadan olmasının 85 illiyi,  

                     (1932-2003) 

 

Əzizə Əhmədova  Bakıda anadan olmuşdur. Orta təhsilini 



şəhər məktəbində almış, Bakı Pedoqoji Texnikumunu 

bitirmişdir (1951).  Azərbaycan Dövlət Universitetinin  (indi- 

ki  Bakı  Dövlət  Universitetinin)  jurnalistika  şöbəsində 

təhsilini 

davam  etdirmiş,  oranı  bitirdikdən  sonra 

―Uşaqgəncnəşr‖  də  redaktor  işləmişdir  (1956-1966).  Ədəbi 

fəaliyyətə həmin dövrdə başlamışdır. ―Qorxmazın səhvi‖ adlı 

ilk  mətbu  hekayəsi  1957-ci  ildə  ―Pioner‖  jurnalında  dərc 

olunmuşdur. Yaradıcılığında uşaq hekayələri və pyeslərlə yanaşı, tərcüməçilik də 

başlıca  yer  tutur.  Dünya  xalqları  ədəbiyyatından  çoxlu  tərcümələr  etmişdir. 

V.Hauf, A.Kuprin, A.Qaydar, İ.Franko, S.Magilevskaya, C. Barri, M.Prilejayeva, 

A.Rıbakov,  A.Lindqren  və  onlarla  başqalarının  əsərləri  məhz  azərbaycanlı 

yazıçının  tərcüməsində  yeni  ömrünü  yaşamış,  yeni  oxucular  qazanmışdır. 

Azərbaycan  Sovet  Ensiklopediyasında  böyük  redaktor,  ―Gənclik‖  nəşriyyatında 

direktor olmuşdur (1967-1987). SSRİ Yazıçılar və Jurnalistlər İttifaqı plenumunun 

və  Azərbaycan  EA  Terminologiya  Komitəsinin  üzvü  seçilmişdir.  Eyni  zamanda 

SSRİ ―Dövlətnəşrkom‖u uşaq ədəbiyyatı şurasının üzvü olmuşdur (1970-1990). 

    Əzizə  Əhmədova  həm  də  dramaturq  idi.  Pyesləri  teatrlarda,  televiziyada 

tamaşaya  qoyulurdu.  Müxtəlif  cizgi  filmləri  üçün  ssenarilər  yazırdı.  İctimai 

həyatın, ədəbi məclislərin ən fəal iştirakçılarından biri idi. Uzun müddət "Gənclik" 

nəşriyyatının  direktoru  vəzifəsində  işləyən  Əzizə  Əhmədova  bir  naşir  kimi  də 

uğurlu  fəaliyyət  göstərmişdir.  O  dövrdə  həqiqətən  də  uşaq  və  gənclər  üçün 

mükəmməl kitablar işıq üzü görürdü. 1985-ci ildə Əzizə xanımın yeni kitabı olan 

"Damda yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları" böyük əks-

səda  doğurdu.  İlk  dəfə  idi  ki,  Azərbaycan  yazıçısının  macəra  üslubunda  orijinal 

kitabı işıq üzü görürdü. Ədəbi tənqid də Əzizə Əhmədovanın bu kitabı haqqında 

müsbət rəylər söylədi.  

Yazıçı  xidmətinə görə  medalla təltif olunmuşdur.  Əsərləri keçmiş  SSRİ  və 

xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.  

Əzizə xanım  2003 -cü il avqustun 24-də Bakıda vəfat etmişdir.  



Kitabları:  ―Xınalı  qayalar‖  (1967),  ―Yaz  qarı‖  (1970),  ―Onu  çiçəklər  sevdi‖ 

(1977),  ―Bir  ürək  sındırmışam‖  (1980),  ―O  günlərə  baxıram‖  (1982),  ―Damda 

yaşayan  Karlsonla  bacada  yaşayan  Damdabacanın  macəraları‖  (1985), 

―Çiçəklərim‖ (1988), ―Bir məhəbbət burulğanı‖ (1990) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur - Azərbaycan yazıçıları” (XX-XXI yüzillikdə) Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə