15
Yubilyar yazıçı və şairlər
1 Yanvar - Şair Ramiz Məmmədzadənin anadan olmasının 80 illiyi, (1937)
Ramiz Məmmədzadə Ağdam şəhərində anadan
olmuşdur. Orada 1 saylı şəhər orta məktəbini bitirmiş,
sonra Bakı Dəmiryol Məktəbində və APİ-nin pedoqoji
fakültəsində təhsilini davam etdirmişdir. Ədəbi fəaliyyətə
1960-cı ildə ―Bakı‖ qəzetində dərc olunmuş ―Milyon
ananın övladı‖ adlı ilk şeiri ilə başlamışdır. Dövri
mətbuatda müharibə mövzusunda çoxlu şeir və məqalələri
çap olunmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayevə həsr etdiyi
―Canpolad əfsanəsi‖ əsəri maraq doğurmuşdur.
Ramiz Məmmədzadənin lirik-fəlsəfi şeirləri insanı düşünməyə vadar edir,
çətin məqamlarda dözümlü olmağa səsləyir. Onun böyük həyat təcrübəsi var.
Şairin poeziyası elə duyğulardan yaranır ki, ancaq özünə məxsusdur, onun fərdi
yaşantılarıdır. O, hadisələrin içərisindən çıxmağı, onların fövqündə dayanmağı,
uzaqdan qiymət verməyi bacarır. Millətə sevgi, dövlətə ehtiram şairin poeziyasında
da başlıca yer tutur.
Kitabları: ―Həmişə sən gələsən‖ (1970), ―Vaxtında açsaydı qönçələr‖ (1978),
―Qeyrət günü‖ (1990), ―O gecə‖ (20 yanvar) (1990), ―Canpolad əfsanəsi‖ (1995)
və s.
Ədəbiyyat:Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
16
5 Yanvar - Yazıçı Əlfi Qasımovun anadan olmasının 90 illiyi, (1927-1985)
Əlfi Qasımov Ağdam rayonunun Poladlı kəndində
anadan olmuşdur. Şelli-Qaradağlı kəndinin yeddiillik
məktəbini bitirdikdən sonra Ağdam Pedaqoji
Texnikumunda təhsil almışdır.
Ağcabədi rayonunda Xocavənd və Boyat kənd
məktəblərində
müəllim
işləmişdir
(1943-1944).
Sonra Ağdamda ikiilik Müəllimlər İnstitutunda təhsilini
davam etdirmiş (1944-1946), 1946-cı ildə ADU-nun
jurnalistika fakültəsinə daxil olmuş, 1951-ci ildə
universiteti bitirdikdən sonra "Azərbaycan müəllimi"
qəzetində xüsusi müxbir, şöbə müdiri və redaktor müavini vəzifələrində işləmişdir
(1951-1958). "Ədəbiyyat və incəsənət" qəzetində məsul katib (1958-
1966), Azərbaycan SSR Dövlət Poliqrafiya, Nəşriyyat və Kitab Ticarəti İşləri
Komitəsində Nəşriyyatlar İdarəsinin rəisi, baş redaktor vəzifələrində (1966-1983)
çalışmışdır. 1983-cü ilin fevralından ömrünün axırınadək Azərbaycan Dövlət
Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri vəzifəsində işləmişdir. Əlfi
Qasımov ədəbi yaradıcılığa şeirlə başlamışdır. ―Xalq arzusu‖ adlı ilk şeri 1945-ci
ildə Ağdamda çıxan "Lenin yolu" qəzetində dərc olunmuşdur. Universitetdə
oxuduğu illərdə şeirləri respublikanın müxtəlif qəzet və jurnallarında dərc
edilmişdir. ―Əriməzin ətəklərində‖ adlı ilk oçerklər kitabı 1954-cu ildə çap
olunmuşdur. Sonra isə çoxsaylı oçerk, hekayə, povest və roman kitabları, həmçinin
tərcümələləri və tərtib etdiyi digər kitabları işıq üzü görmüşdür. Əsərləri rus,
qırğız, türkmən və tacik dillərinə tərcümə edilmişdir.
Əlfi Qasımov 1985-ci ilin 12 martında qəflətən vəfat etmişdir.
Kitabları: ―Əriməzin ətəklərində‖ (1954) ,‖Şagird briqadaları‖ (1960), ―Odlu
ürəklər‖ (1962), ―Dostluq və qardaşlıq dünyası‖ (1963), ―Adilənin taleyi‖ (1964),
―Dnepr qəhrəmanı‖ (1964),‖ Ulduz karvanı‖ (1967), ― Məni qınamayın‖ (1968),
―Saçlar ağarsa da...‖ (1969), ―Qızburunda tək məzar‖ (1970), ―Vətən çağıranda‖
(1975), ―Könül sevən...‖ (1977), ―Qağayı fəryadı‖ (1979), ―İnsan qaranquş
deyil‖ (1981), ―Toy gecəsi‖ (1985), ―Bəhyəddin Mirzəyev‖ (1985) və s.
Ədəbiyyat:Əhmədov Teymur -“
Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
17
5 Yanvar - Yazıçı Vidadi Babanlının anadan olmasının 90 illiyi, (1927)
Vidadi Babanlı Qazax rayonunun Şıxlı (indiki Muğanlı)
kəndində, müəllim ailəsində doğulmuşdur. Burada orta
məktəbi
bitirdikdən
sonra
ADU-nun
fılologiya
fakültəsində təhsil almışdır (1944-1949). Bir il Sabirabad
şəhər orta məktəbində müəllim işləmiş, sonra Bakıya
köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi
işçi vəzifəsində çalışmışdır. O, Moskvaya M.Qorki adına
Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada
aspiranturaya daxil olsa da, səhhətinə görə Bakıya qayıtmalı
olmuşdur. "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri
işləmişdir (1954-1960). Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə
yataqxanasında tərbiyəçi olmuş, əsərinə material toplamışdır. "Azərbaycan"
jurnalı redaksiyasında nəsr şöbəsinə rəhbərlik etmişdir (1961-1968). C.Cabbarlı
adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi
(1974-1976), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978-1981) olmuşdur.
Vidadi Babanlının ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri"
qəzetində çıxan "Anam sən oldun" şeiridir. İlk şeirləri, "Dönüş", "Təbrizdə bir
gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunmuşdur. Nəsr
yaradıcılığına "Gəlin" povesti ilə başlamışdır (1954-cü ildən). Həmin
ildən roman,
povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaradır. Əsərləri
SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. ―Öz evində qonaq‖ pyesi
tamaşaya qoyulmuşdur (2003). ―Dərd məni dilləndirir‖ (2003) publisistik əsərlər
toplusu, ―Mənim gizlinlərim‖ (2002-2003) avtobioqrafik romanı, ―Ana intiqamı‖
(1995) povesti rəğbətlə qarşılanmışdır. Yazıçılardan ibarət xüsusi dəstə
ilə İspaniya, Fransa, İtaliya, Almaniya, Polşa və digər xarici ölkələrdə səfərdə
olmuşdur.
Kitabları: ―Gəlin‖ (1954), ―Tanışlarım və dostlarım‖ (1961), ―Ayazlı gecələr‖
(1961), ―Həyat bizi sınayır‖ (1964), ―Gəlin‖ (1967), ‖Həyat bizi sınayır‖ (1979),
―Müqəddəs ocaq‖ (1983), ―İnsaf nənə‖ (1985), ―Seçilmiş əsərləri‖ (1987),
―Vicdan susanda‖ (1990), ‖Hoydu dəlilərim, hoydu‖ (1993), ‖Ana intiqamı‖
(1995), ―Ömürlük cəza‖ (1998), ―Kişilik haqqında himn‖ (2002), ―Ömürlük əzab‖
(I-II kitab). (2003), ―Bulanlıq dünya‖(2011) və s.
Ədəbiyyat : Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)”
Ensiklopedik məlumat kitabı, Bakı, 2011.