Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə24/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   20   21   22   23   24   25   26   27   ...   84

Gürcüstan,  Ermənistan,  Ukrayna,  Moldova  və  Belarusu  (Şərq 
tərəfdaş ölkələri) əhatə edir.
3  dekabr  2008-ci  il  tarixində  Şərqi  Partnyorluq  təşəbbüsü 
üzrə  Məlumat  Sənədi  və  onu  müşayiət  edən  İşçi  Sənəd  AK 
tərəfindən  Avropa  Parlamentinə  və  Avropa  Birliyinin  dövlət  və 
hökumət Başçılarmm Şurasına təqdim olunmuşdur.  Bu iki  sənəd 
Şərqi  Partnyorluğa  dair  Avropa  Komissiyasının  mövqeyini  və 
təkliflərini  əks  etdirərək,  AQS  çərçivəsində  Avropa  Birliyinin 
Şərq tərəfdaş ölkələri  ilə gələcək əməkdaşlıq  istiqamətlərini mü­
əyyən etmişdir.
7  May  2009-cu  ildə,  o  zamanAvropa  Birliyində  rəhbərlik 
edən  Çexiyanın paytaxtın Praqada — “Şərq  Partnyorluğu” proq­
ramı  üzrə  Zirvə  görüşü  keçirilmişdir.  Bu  görüşdə  sözügedən 
təşəbbüsün  əsas  məqsədləri  və  prinsipləri,  həmçinin gələcək 
əməkdaşlıq  prosesinin  ümumi  cizgilərinin  müəyyən  edən  il 
Avropa Birliyinə üzv olan 27 dövlət və bu proqrama qoşulmuş 6 
ölkə  tərəfindən  imzalanaraq  Birgə  Bəyannamə  qəbul  edilmiş  və 
bununla da ŞP-ğa yüksək rəsmi  səviyyədə başlanğıc verilmişdir. 
Bu layihənin əsas məqsədi -  Avropa Birliyinin keçmiş SSRİ-nin 
6  ölkəsi:  Azərbaycan,  Ukrayna,  Gürcüstan,  Moldova,  Ermənis­
tan  və  Belarus  ilə  yaxınlaşmasıdır.  Şərqi  Partnyorluq  Avropa 
Birliyi  və  Şərq  tərəfdaş  ölkələri  arasında  münasibətlərin  daha 
yüksək  səviyyəyə  qaldırılması,  mövcud  əməkdaşlığın  ikitərəfli 
və  çoxtərəfli  formatda  davam  etdirilərək  genişləndirilməsini 
nəzərdə  tutur.  Belə  ki,  Avropa  Birliyi  və  hər  bir  tərəfdaş  ölkə 
arasında  daha  sıx  əlaqələrin  yaradılması  məqsədilə  ikitərəfli 
format çərçivəsində mövcud  Tərəfdaşlıq və Əməkdaşlıq  Sazişlə­
ri  əvəzinə  yeni,  Assosiasiya  Sazişlərinin  imzalanması,  tərəfdaş 
ölkənin  Ümumdünya  Ticarət  Təşkilatına  üzv  olduğu  təqdirdə 
onunla  dərin  və  müfəssəl  azad  ticarət  zonasının  yaradılması,
94
həmçinin vizaiarın tədricən  liberallaşdırılması,  tərəfdaş ölkələrin 
və  Avropa  Birliyinin  enerji  təhlükəsizliyinin  gücləndirilməsi 
məqsədilə  daha  dərin  əməkdaşlığın  həyata  keçirilməsi  və  s. 
planlaşdırılır.  Şərqi Partnyorluq  həmçinin Avropa Birliyi  və  Şərq 
tərəfdaş  ölkələri  arasında  münasibətlərə  yeni  format  əlavə 
etmişdir.  Çoxtərəfli  format  tərəfdaş  ölkələr  arasında  əlaqələri 
təşviq  edərək,  islahatlar  sahəsində  tərəfdaş  ölkələrin  həyata 
keçirdikləri  tədbirlər  üzrə  məlumat  və  təcrübə  mübadiləsinin  və 
Şərqi  Partnyorluğun  gələcək  inkişafına  dair  müzakirələrin 
aparılması  üçün  forum  kimi  nəzərdə tutulur.  Bu  format çərçivə­
sində  ŞP-ğa daxil  olan  ölkələrin  dövlət  və  hökumət  başçılarının 
hər iki  ildən bir görüşünün,  hər il Avropa Birliyinə üzv dövlətlə­
rin və Şərq tərəfdaş ölkələrin Xarici İşlər Nazirlərinin illik  iclası­
nın  keçirilməsi  nəzərdə  tutulur.  Əməkdaşlığın  əsas  sahələrinə 
uyğun olaraq  dörd  tematik  platforma (demokratiya,  yaxşı  idarə­
çilik və sabitlik;  iqtisadi  inteqrasiya və Avropa Birliyi  siyasətinə 
yaxınlaşma; enerji  təhlükəsizliyi;  insanlar arasında təmaslar) ya­
radılmışdır.  Ümumiyyətlə,  Şərq  Partnyorluğu  ona  qoşulmuş 
dövlətlərə Avropaya  inteqrasiya olunmasına  və  islahatlar aparıl­
masına  kömək  edəcək.  O  cümlədən  bu  sənəddə  viza  rejiminin 
sadələşdirilməsi  istiqamətində  əməkdaşlığın  davam  etdirilməsi 
təklif olunub.  “Şərq  Partnyorluğu”  layihəsi  ümumi  maraqlar  və 
qəbul  edilən dəyərlər  üzərində qurulub.  Məhz  bu dəyəriər Avro­
pa  Birliyi  ilə  uzunmüddətli  münasibətlər  və  əməkdaşlıq  üçün 
çərçivələrdir.  Bütövlükdə  isə  “Şərq  Partnyorluğu”  layihəsi  ona 
qoşulmuş  ölkələri  siyasi,  iqtisadi  və  sosial  sahələrdə  Avropa 
Birliyinin  standartlarına yaxınlaşdırılmasına,  onların  daha  mobil 
olmasına,  onların  ticarət  dövriyyəsinin  artmasına  və  son  olaraq 
xalqın  rifahının daha da yaxşılaşdırılmasına gətirəcəkdir.  Faktiki 
olaraq  Avropa  Birliyi  tərəfindən  tərtib  və  qəbul  olunmuş  Şərq
95


Partnyorluğu  proqramı  6  postsovet  ölkəsinin  Avropa  Birliyinə 
tədricən  inteqrasiya  olunmasım  nəzərdə  tutur.  Faktiki  olaraq, 
Şərq  Partnyorluğu proqramı  bu ölkələrin Avropa Birliyinə qəbul 
etmədən bu təşkilatla  siyasi  və  iqtisadi  sahələrdə  daha  sıx  tərəf­
daşlığım nəzərdə tutur.
Şərq  Partnyorluğu çərçivəsində  Azərbaycanla  Avropa  Birli­
yi  arasında  əməkdaşlığın  nümunəsi  kimi  Azərbaycan  hökuməti 
və  Avropa  Birliyinin  “Hərtərəfli  institusional  quruluş”  proq­
ramına fəal hazırlığına başlanmasını  göstərmək olar.  Şərq Partn­
yorluğu  təşəbbüsünün  nəticəsi  olan  Avropa  Birliyi  tərəfindən 
maliyyələşdiriləli bu proqram yaxın üç ildə həyata keçirilməlidir. 
Proqramın  məqsədi  gələcəkdə  planlaşdırılan  Avropa  Birliyi  və 
Azərbaycan  Respublikası  arasında  assosiasiya  haqqında  sazişə 
dair  danışıqlann  aparılması  və  həmdə  bunun  yerinə  yetirilməsi 
üçün  müvafiq  hökumət  strukturlarının  möhkəmləndirilməsidir. 
“ Hərtərəfli  institusional  quruluş” proqramı  çərçivəsində ədliyyə, 
ticarət məsələləri sahəsində və bütövlükdə dövlət idarəçiliyi  üzrə 
hökumət strukturlarının potensial quruluşuna yardım göstərilmə­
si  planlaşdın lıb.
Assosiasiya haqqında Sazişlərin bağlanması  proseduruna və 
qaydasına gəlincə,  qeyd etmək  lazımdır ki,  Avropa Komissiyası 
belə  sazişlərin  layihəsini  tərtib  etdikdən  sonra  onları  Avropa 
Birliyinə  üzv  olan  dövlətlərin  baxışma təqdim  etməlidir.  Yalnız 
Avropa  Birliyinə  üzv  olan  dövlətlər  tərəfindən  belə  mandata 
razılıq  verildikdən  sonra  Avropa  Komissiyası  Cənubi  Qafkaz 
ölkələrinin  hər biri  ilə assosiasiya haqqında Sazişin  bağlanması­
na dair hüquqa malik olacaqdır.
Avropa  Birliyi  ölkələrinin  xarici  işlər  nazirləri  14  sentyabr 
2010-cu ildə  Avropa Komissiyasına Avropa Birliyinin Azərbay­
canla,  Gürcüstanla  və  Ermənistanla  assosiasiya  haqqında  ikitə­
96
rəfli  Sazişlərin  bağlanmasına  dair  danışıqlara  mandat  verdilər. 
Assosiasiya  haqqında  Saziş,  Avropa  Birliyi  və  Cənubi  Qafkaz 
ölkələri  arasında  münasibətlərdə  ikitərəfli  əməliyyat  planlarını 
əvəz edəcək yeni praktiki alətdir.
Artıq  “Şərq  Partnyorluğu”  proqramı  çərçivəsində  Avropa 
Birliyi  assosiasiya  sazişləri  haqqında  Gürcüstanla  (daha  öncə), 
Azərbaycanla (daha sonra, 2010-cu  ilin  iyul ayının  16-da) və Er­
mənistanla  (2010-cu  ilin  iyul  ayının  19-da)  rəsmi  danişıqlara 
başlamışdır.
Avropa  Birliyinin  xarici  əlaqələr  üzrə  Komissan  Benita 
Ferrero  -   Valdnerin  mətbuat  katibi  xanım  Kristian  Xomanın 
sözlərinə görə: “Avropa Birliyi  ilə assosiasiya haqqında Sazişin 
daha  tez  bir  zamanda  imzalanması  Cənubi  Qafqaz  ölkələrinin 
hər  birinin  özündən  asılı  olacaqdır.  Hər  bir  dövlət  ilə  Saziş 
fərqlidir və bir birindən asılı  deyil.  Hər bir dövlət  ilə danışıqlar 
fərqli  surətlə aparılacaq  və  hər şey  hər bir dövlətdə olan vəziy­
yətdən  asılı  olacaqdır.  Buna  müvafiq  olaraq,  danışıqlar  müxtə­
lif vaxtda yekunlaşa bilər.  Bu,  həmdə,  dövlətin  islahatlar apar­
masından  və ya əvvəlki  tək  hazırlıq  mərhələsində  qalmasından 
asılıdır.  Bu  sazişlər  hər  bir  ölkənin  inkişafının  səviyyəsinə 
uyğun  bağlanmalıdır.  Azərbaycanda,  Gürcüstanda  və  Ermənis­
tanda  inkişafın  səviyyəsi  eyni  deyil.  Bu  dövlətlərdən  bəziləri 
“daha  irəli  gedib”,  digərləri  isə  “daha çox  işləməli  olacaqlar”. 
Onu  da qeyd  etmək  lazımdır ki,  Avropa  Birliyi  ilə  azad ticarət 
haqqında  sazişin  imzalanması  üçün  ÜTT  üzv  olunması  şərti 
zəruridir.  Gürcüstan  14.06.2000,  Ermənistan  isə  05.02.2003 
ildən  ÜTT  üzvüdür.  Azərbaycan  1997-ci  ildən  ÜTT müşahidə­
çidir və bu təşkilata üzv olunması üçün fəal danışıqlar aparır.
Avropa Birliyi və Azərbaycan arasında assosiasiya haqqında 
Saziş  siyasət,  təhlükəsizlik,  iqtisadiyyat,  ticarət,  qanunun aliliyi,
97


Yüklə

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə