Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə23/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   19   20   21   22   23   24   25   26   ...   84

dövriyyəsini  təmin  etmək  məqsədilə  gələcək  inteqrasiya  və 
liberalizasiya proseslərində iştirak;
- Avropa  Birliyinə  üzv  ölkələri  ilə  daha səmərəli  siyasi  dia­
loq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqra­
siya,  narkotiklər  və  mütəşəkkil  cinayətkarlıqla  mübarizə  sahə­
sində  əməkdaşlıq,  sərmayələrin  təşviqi,  yeni  maliyyə  mənbələ­
rinin  əldə  edilməsi,  bizim  ölkəmizin  Ümumdünya  Ticarət  Təş­
kilatına üzv' olmasının dəstəklənməsi  və s.
Həmçinin,  AQS  tərəfdaş  ölkələr,  o  cümlədən  Azərbaycan 
Respublikası  üçün mədəni,  təhsil  və ətraf mühit kimi  sahələr üz­
rə əlaqələri təşviq edən müəyyən  Avropa Birliyi  proqramlarında 
daha çox iştirak və texniki yardım imkanları təqdim etmişdir.  Bu 
kontekstdə,  xüsusilə  Avropa  Qonşuluq  və  Tərəfdaşlıq  Aləti 
(AQTA)  çərçivəsində  Tvinninq,  Texniki  yardım  və  Məlumat 
mübadiləsi  (TAİEX),  Büdcəyə  dəstək,  Tempus,  Erasmus, 
Mundus kimi proqramlar qeyd oluna bilər.
AQS-in  mərkəzi  elementi  isə  AB  ilə  hər  bir  tərəfdaş  ölkə 
arasında razılaşdırılmış  və ölkə  üzrə  bir sıra qısa və orta müddət­
li  prioritetlərin  əks  olunduğu  Fəaliyyət  Planlarıdır.  AQS  Stra­
tegiya  Sənədinə  əsasən,  AB-nin  tərəfdaş  ölkələrlə  münasibətlə­
rini  yaxın  gələcək  üçün  tənzimləyən  əsas  sənəd  Fəaliyyət  Plan­
larıdır.  3-5  illik müddət üçün  nəzərdə tutulan  bu sənədlər hər bir 
ölkənin  ehtiyac  və  imkanları,  o  cümlədən  qarşılıqlı  dəyər  və 
maraqlar nəzərə alınaraq hazırlanmışdır.
Azərbaycan  Respublikası  -  Avropa  Birliyi  Fəaliyyət  Planı 
14  noyabr  2006-cı  il  tarixində  Brüsseldə  Azərbaycan  Respub­
likası  -   Avropa  Birliyi  Əməkdaşlıq  Şurasının  iclası  zamanı  qə­
bul  edilmişdir.  Beləliklə,  daha  əvvəl  TƏS  ilə  tənzimlənən 
Azərbaycan  Respublikası  —  Avropa  Birliyi  münasibətlərinin 
gələcək  inkişafının  istiqamətləri  AQS çərçivəsində  Azərbaycan
90
Respublikası  -   Avropa  Birliyi  Fəaliyyət  Planı  ilə  müəyyən 
olunmuşdur.  Azərbaycan  Respublikası  ilə  Avropa  Birliyi  ara­
sında  əməkdaşlığın  əsas  istiqamətlərindən  birini  enerji  diaioqu 
təşkil edir.  Bu çərçivədə 7  noyabr 2006-cı  il tarixində Azərbay­
can  Respublikası  Prezidentinin  Brüsselə səfəri  zamanı imzalan­
mış  “Avropa  Birliyi  ilə  Azərbaycan  Respublikası  arasında 
enerji  sahəsində  strateji  tərəfdaşlıq  haqqında  Anlaşma  Memo­
randumu”  Azərbaycan  Respublikası  — Avropa  Birliyi  arasında 
enerji  dialoqunun  genişləndirilməsi  istiqamətində  yeni  imkan­
lar  yaratmışdır.  Bu  Memorandumun  əsas  məqsədləri  Birliyini 
enerji  təchizatının  diversifikasiyası  və  təhlükəsizliyi,  həmçinin 
Azərbaycanın  enerji  infrastrukturunun  inkişafı  və  müasirləşdi­
rilməsi,  enerjidən  səmərəli  istifadə,  enerjiyə  qənaət  və  bərpa 
olunan enerji mənbələrinin  istifadəsidir.
1991-ci  ildə Azərbaycan  Respublikası  müstəqillik qazandıq­
dan  sonra  Avropa  Birliyi  Azərbaycan  iqtisadiyyatına  yardım 
göstərən əsas donorlardan  biri  olmuşdur.  Bu müddət ərzində Av­
ropa  Birliyi  ilə  münasibətlər  “MDB  ölkələrinə  texniki  yardım” 
(TAC İS), 
“Avropa-Qafqaz-Asiya 
Nəqliyyat 
Dəhlizi” 
(TRACECA),  “Avropaya  neft  və  qazın  nəql  edilməsi  üzrə  döv- 
lətlərarası  proqram”  (INÖGATE),  “humanitar yardım”  (ECHO) 
və digər proqramlar çərçivəsində inkişaf etdirilmişdir.
1  yanvar 2007-ci  il  tarixindən etibarən TACİS  proqramı  Av­
ropa  Qonşuluq  və  Tərəfdaşlıq  Aləti  (AQTA) ilə  əvəz  olunmuş­
dur.  Daha  geniş  mandat  və  əhatə  dairəsinə  malik  olan  AQTA 
AQS  Fəaliyyət  Planlarının  həyata keçirilməsi  üçün  əsas  maliyyə 
alətidir.  AQTA  3  başlıca  strateji  məqsədi  ehtiva  edir:  de­
mokratiya  və  insan  hüquqlarının  təşviqi,  bazar  iqtisadiyyatına 
keçidin asanlaşdırılması  və davamlı  inkişafın təşviqi,  habelə qar­
şılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın  inkişafı.
91


AQTA  çərçivəsində  2007-2013-cü  illər  üçün  nəzərdə tutul­
muş  Azərbaycan  üzrə  Strategiya  Sənədi  Avropa  Birliyinin  yar­
dım  məqsədlərini  və siyasət məsuliyyətini  əks etdirərək prioritet 
olan  əməkdaşlıq  sahələrini  dəqiqləşdirir.  Bu  prioritetlər  Azər­
baycanın  bazar  iqtisadiyyatına  və  demokratik  idarəetmənin 
təşviqinə  yardım,  Fəaliyyət  Planının  həyata  keçirilməsi  və  təh­
lükəsizlik  məsələlərini  əhatə  edir.  Azərbaycan  Respublikasının 
Avropa  Birliyinin  nəqliyyat  və  enerji  sahələrində  təşəbbüslə­
rində  iştirakı  TRACECA  və  INOGATE  proqramları  çərçivəsin­
də  həyata keçirilirdi.  «Yeni  tpək Yolu»  adlandırılan TRACECA 
proqramı  Mərkəzi  Asiya,  Qafqaz  və  Avropa  arasında  nəqliyyat 
əlaqələrini  inkişaf etdirən  bir  proqramdır.  TRACECA (Avropa- 
Qafqaz-Asiya  nəqliyyat  dəhlizi)  Brüsseldə  3  may  1993-cü  il 
tarixində  keçirilmiş  8  təsisçi  dövlətin  (5  Mərkəzi  Asiya  və  3 
Cənubi  Qafqaz  ölkələri)  ticarət  və  nəqliyyat  nazirlərinin  Kon­
fransında  təsis  olunmuşdur.  Proqramın  məqsədi  qeyd  edilən 
dövlətlərin  siyasi  və  iqtisadi  müstəqilliyini  dəstəkləməklə  onla­
rın alternativ nəqliyyat yolları  vasitəsilə  Avropa və dünya bazar­
larına çıxış  qabiliyyətini  yüksəltmək  və  Avropadan  Qara  Dəniz 
və  Qafqaz  vasitəsilə  Mərkəzi  Asiyaya və  əks  istiqamətdə ən tez 
və  ən  ucuz  nəqliyyat  dəhlizinin  yaradılmasından  ibarətdir.  8 
sentyabr  1998-ci  ildə  Bakıda  Azərbaycan  və  Gürcüstan  Prezi­
dentlərinin  təşəbbüsü və AB-nin TRACECA  proqramının dəstə­
yi  ilə  “Tarixi  İpək  Yolunun  bərpası'’  adlı  Beynəlxalq  Konfrans 
keçirilmişdir.  32  ölkə  və  12  beynəlxalq  təşkilat  nümayəndələri 
bu  konfransda  iştirak  etmişlər.  Konfransda  əldə  edilmiş  ən  mü­
hüm  nailiyyət  Azərbaycan,  Ermənistan,  Gürcüstan,  Qazaxıstan, 
Qırğızıstan,  Tacikistan,  Özbəkistan,  Türkiyə,  Ukrayna,  Moldo­
va,  Rumıniya  və  Bolqarıstanın  imzaladığı  “Avropa-Qafqaz- 
Asiya  Dəhlizinin  inkişafı  üçün  beynəlxalq  nəqliyyat  üzrə  Əsas
92
Çoxtərəfli  Saziş” (Əsas Saziş) və onun Texniki Əlavələri olmuş­
dur.  INOGATE  (Avropaya  dövlətlərarası  neft  və  qazın  ixracı) 
Avropa  Birliyinin  yeni  müstəqil  dövlətlərə  maliyyə dəstəyi  çər­
çivəsində  həyata  keçirilən  əsas  regional  təşəbbüslərdən  biridir. 
1999-cu  ilin  iyul  ayında  15  dövlətin  (Azərbaycan  Respublikası 
da daxil olmaqla) iştirakı  ilə imzalanan dövlətlərarası  neft və qaz 
ixracını  nəzərdə  tutan  Çərçivə  Sazişi  INOGATE-in  hüquqi 
bünövrəsini  təşkil  edir.  INOGATE çərçivəsində  həyata keçirilən 
texniki  əməkdaşlığa  əlavə  olaraq,  Avropa  Birliyi  zəngin  təbii 
ehtiyatlara  və  strateji  coğrafi  əraziyə  malik  olan  Şərqi  Avropa, 
Qafqaz və  Mərkəzi  Asiya ölkələrinin eneıji  təminatını  və tranzit 
potensialını  səmərəli  istifadəsinə  yönəlmiş  fəaliyyətində  AQS-a 
daxil  olan  ölkələr  daxil  olmaqla  bütün  maraqlı  tərəfdaşların 
dəstəyi  ilə enerji  əməkdaşlığı  prosesini genişləndirməkdədir.  Bu 
əməkdaşlıq  “Bakı  Prosesi”  təşəbbüsü  ilə  güclənmişdir.  “Bakı 
Prosesi” (və  ya  Bakı Təşəbbüsü)  13  noyabr 2004-cü  ildə  Bakıda 
Enerji  Nazirliklərinin  Konfransında Avropa  Birliyi,  Qara  Dəniz 
və  Xəzər dəniz hövzəsi ölkələri arasında enerji  sahəsində əmək­
daşlığı  gücləndirmək  məqsədi  daşıyan  siyasi  dialoq  şəklində 
başladılmışdır.
Avropa Birliyi  tərəfindən  Şərq  Tərəfdaşlığı  (Şərqi  Partnyor- 
luq) layihəsi yaradılması  xüsusilə qeyd edilməlidir.  Bu  layihə 26 
may  2008-ei  ildə  ümumi  məsələlər  və  xarici  əlaqələr  üzrə 
Avropa  Birliyinin  Şurasında  İsveçin  iştirakı  ilə  Polşanın  xarici 
işlər  naziri  tərəfindən  irəli  sürülmüşdür,  yəni  Şərq  Tərəfdaşlığı 
proqramının  təşəbbüskarları  qismində  Polşa  və  İsveç  çıxış  etdi­
lər.  2008-ci  ilin  iyun  ayında  Brüsseldə  2  günlük  görüş  zamanı 
Avropa  Birliyinə  üzv  olan  27  ölkənin  liderləri  Şərq  Tərəfdaşlığı 
layihəsini  bəyəndilər.  Şərqi  AQS  ölkələri  üçün  vahid  formatın 
təsis  edilməsini  nəzərdə  tutan  sözügedən  təşəbbüs  Azərbaycan,
93


Yüklə

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə