Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə28/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   24   25   26   27   28   29   30   31   ...   84

Katibinin  xüsusi  nümayəndəsi  Robert  Simmonsun  sözlərinə 
görə,  artıq imzalanıb və yaxın zamanda təsdiqlənəcəkdir.  Bu sə­
nəd növbəti  iki il  üçün Azərbaycanın NATO ilə yeni əməkdaşlıq 
perspektivlərini və prioritetlərini müəyyən edir.  [27]
Ümumiyyətlə,  Azərbaycan  NATO-nun  tədbirlərində  və 
proqramlarında  fəal  iştirak  edir.  Təkcə  2008-ci  ildə  bizim  ölkə 
NATO/SNT  tədbirlərinin  200  tədbirində  iştirak  etmiş  [42], 
2009-cu  ildən isə bu iştirakı  bir qədər də artırmaq  niyyətindədir.
2006-cı  ildə  SNT  üçün  ayrılan  vəsait 300  000  ABŞ  dollarından 
850  000 ABŞ  dollarına qədər artırılmışdır. 2007-c  ildə bu rəqəm 
1.8  milyon  ABŞ  dollarına  qədər  artırılmışdır.  2008  və  2009-cu 
illər  üçün  ayrılan  məbləğ  eyni  olmuşdur  -   təxminən  2  milyon 
ABŞ dollan.
Azərbaycanın NATO  ilə  əməkdaşlığının digər bir istiqaməti 
BMT  Təhlükəsizlik  Şurasının  qətnamələri  ilə  sanksiyalaşdırıl- 
mış,  NATO-nun  rəhbərlik  etdiyi  sülhü  dəstəkləmə  əməliyyat­
larında iştirak etməsidir.
Azərbaycan  1999-2008-ci  illərdə  NATO-nun  Serbiyanın 
Kosovo  əyalətindəki  əməliyyatında (KFOR) iştirak  etmiş,  2008- 
ci  ildə  bu  əyalətin  öz  müstəqilliyini  birtərəfli  şəkildə  elan  et­
məsindən sonra öz qüvvələrini oradan çıxarmışdır.
Azərbaycan NATO-nun Əfqanıstanda apardığı NATO/ Bey­
nəlxalq  Təhlükəsizliyə  Yardım  Qüvvələri  (İSAF)  əməliyyatına 
hərbi  və  mülki  sahədə  töhfə  verməkdədir.  20  noyabr  2002-ci  il 
tarixindən  etibarən  Azərbaycan  Silahlı  Qüvvələrinin  sülh­
məramlı  taborunun 22  nəfərlik heyəti  Əfqanıstandakı  əməliyyata 
cəlb  olunmuşdur.  15  yanvar  2008-ci  il  tarixində  Əfqanıstanda 
xidmət  edən  Azərbaycan  hərbçilərinin  sayı  45  nəfər çatdırılmış 
və  19  fevral  2009-cu  il  tarixində  isə  bu  rəqəm  daha  iki  dəfə 
artırılmışdır.  Hazırda  Azərbaycan  Silahlı  Qüvvələrinin 90  nələr­
110
dən  ibarət bir taboru  İSAF tərkibində xidmət edir.
Tərəfdaşlığın  gələcəyi  və  NATO-nun  regiona  siyasəti  ilə 
bağlı,  Avro-Atlantika  təhlükəsizliyi  böhranların  idarəolunması 
sahəsində  imkanların  artırılması,  etibarlı  nəqliyyat  dəhlizlərinin 
yaradılması  və enerji təhlükəsizliyi  kimi sahələrin  inkişaf etdiril­
məsindən  asılıdır.  Bütün  bunlar  Tərəfdaşlığın  bir  institut  kimi 
daha  da  inkişaf etdirilməsini  tələb edir.  Tərəfdaşlığın  inkişaf et­
dirilməsi  NATO  ilə  3  pilləyə  əsaslanan  təhlükəsizlik  əməkdaş­
lığının  inkişaf etdirilməsinə  şərait  yaratmalıdır:  siyasi  yekdillik 
(political  unanimity),  hüquqi  ahəngdarlıq  (legal  harmony)  və 
əməli  uyarlılıq  (practical  interoperability).  Belə  inkişaf NATO­
nun  hazırda  artan  qlobal  rolu  çərçivəsində  və  Sülh  Naminə 
Tərəfdaşlıq  proqramının  Çərçivə  Sənədində  əks  olunmuş 
prinsiplər  əsasında  fəal,  Avropa  dəyərlərini  bölüşən  və  bey­
nəlxalq  hüquqa  hörmətlə  yanaşan  tərəfdaşlara  təhlükəsizlik  qa­
rantiyalarının  verilməsini  ehtiva  etməlidir.  Təhlükəsizlik  qaran­
tiyalarının  verilməsi  beynəlxalq  hüququn  pozulmasının qarşısını 
alar və beynəlxalq  münasibətlərdə sabitliyi təşviq edərdi.
Təəssüflər olsun  ki,  ölkə  hüquq  ədəbiyyatında  Hrınənistan- 
Azərbaycan,  Dağlıq  Qarabağ münaqişəsinə aid  NATO çərçivə­
sində  qəbul  olunmuş  beynəlxalq  hüquqi  sənədlərin  təhlilinə 
həsr  olunmuş  işlər,  bir  neçə  istisna çixmaqla  [43;  44],  yoxdur. 
Flalbuki.  NATO tərəfindən  bu  konfliktə dair bir sira qərarlar və 
qətnamələr qəbul olunub.
2006-cı  ilin  noyabrında  Riqada  keçirilmiş  NATO-ya  üzv 
olan  ölkələrin  dövlət  və  hökumət  başçıları  summitinin  (zirvə 
görüşünün)  yekun  kommünikesinin  43-cü  bəndində  postsovet 
ölkələrində  mövcud  olan  münaqişələrə  münasibət  bildirilmiş­
dir.  Sənəddə Azərbaycanın,  Ermənistanın, Gürcüstanın və Mol­
dovanın  ərazi  bütövlüyünə,  müstəqilliyinə  və  suverenliyinə
111


dəstək  verilir.  (45) Bu çox vacib bir müddəadır. Avropa ölkələ­
ri  və  Avrasiya  üzrə  ABŞ  dövlət  katibinin  müavini  Daniel  Frid 
qeyd edir ki, “NATO bu haqda ilk dəfə bəyan edir və bu, bu öl­
kədə olan dövlətlər üçün vacib siqnaldır ”.  [46]
NATO-nun  bu mövqeyi  NATO-nun 2008-ci  ilin aprel  ayın­
da  Buxarestə  keçirilmiş NATO-ya  üzv  olan  ölkələrin  dövlət  və 
hökumət başçılarının  summitində  (zirvə görüşündə)  bir daha oz 
təsdiqini  tapmışdır.  Buxarest  zirvə  görüşünün  yekunu  üzrə  3 
aprel  2008-ci  ildə  qəbul  olunmuş  Bəyannamənin  43  bəndində 
deyilir  ki,  "NATO  Cənubi  Kavkazda  və  Moldovada  regional 
münaqişələrin  saxlanılmasından  öz  narahatlığını  bildirir.  Bizim 
xalqlar  Azərbaycanın,  Ermənistanın,  Gürcüstanın  və  Moldo­
vanın  ərazi  bütövlüyünə,  müstəqilliyinə  və  suverenliyinə  öz 
dəstəyini  verirlər.  Biz,  bu  prinsiplər  nəzərə  alinrnaqla, bu regio­
nal  münaqişələrin  dinc  yolla  nizamlanmasına  yönəlmiş  tədbir­
lərə  dəstək  verilməsini  davam  edəcəyik”.  [47]  Riqada  qəbul 
olunmuş  sənədə nisbətən  Buxarestə  qəbul  olunmuş  sənəddə çox 
vacib  bir  əlavə  var.  Sənəddə  Cənubi  Kavkazda  və  Moldovada 
regional  münaqişələrin,  o  cümlədən  Ermənistan-Azərbaycan, 
Dağlıq  Qarabağ  münaqişəsinin  nizama  salınmasının  prinsipləri 
müəyyən  edilir.  Bunlar  Azərbaycanın  və  Ermənistanın  ərazi 
bütövlüyü,  müstəqilliyi  və  suverenliyi  prinsipləridir.  Ermə­
nistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinə  dair  nəzərə 
almaq  lazımdır  ki,  Azərbaycan  rəsmi  olaraq  hal-hazırda  Ermə­
nistanın  ərazisinə  iddia etmir və  heç  bir iddia tələbi  irəli  sürmür. 
Əksinə  olaraq,  Ermənistan  Azərbaycanın  torpağlarını  işğal 
altında  saxlayır  və  Azərbaycanın  ərazi  bütövlüyünü  pozur. 
Deməli,  NATO-nun  Buxarest  Bəyannaməsinin  43-cü  bəndinin 
mahiyyəti  faktiki  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  mü­
naqişəsinə dair Azərbaycanın ərazi  bütövlüyünə dəstək verilməsi
112
və  bu  münaqişənin  yanlız  Azərbaycanın  ərazi  bütövlüyü  çər- 
çəvəsində  nizama  salınmasından  ibarətdir.  NATO-nun  eyni 
mövqesi  3  dekabr 2008-ci  ildə Brüsseldə NATO-nun baş gərar- 
gahmda  NATO-nun  Xarici  İşlər  Nazirləri  səviyyəsində  keçiril­
miş görüşün yekun  kommünikesinin  35  bəndində  [48]  və 4  Ap­
rel  2009-ci  ildə  Strastburqda-Kelledə  NATO  ölkələrinin dövlət 
və hökumət başçılarının summitinin (zirvə görüşünün) yekun bə­
yannaməsinin 58-ci  bəndində öz əksini tapmışdır.  Bəyannamədə 
qeyd olunur ki, NATO Cənubi  Kavkaz ölkələrinin və Moldova­
nın  ərazi  bütövlüyünə,  müstəqilliyinə  və  suverenliyinə  dəstək 
verməsini  davam  edir  və  bu  prinsiplər  nəzərə  alınmaqla  bu 
reqional  münaqişələrin  sülh  yolu  ilə  nizama  salınmasına yönəl­
miş tədbirlərin dəstəklənməsinə davam edəcəkdir.  [49]
19-20  noyabr  2010-cu  ildə  Lissabonda  NATO-nun  növbəti 
sammiti baş tutdu.  Bu sammitdə də Azərbaycanın ərazi  bütövlü­
yü  yenidən  dəstəkləndi.  Belə  ki,  NATO-ya  üzv  olan  ölkələrin 
dövlət  və  hökumət  başçılarının  Lissabon  Summitində  (zirvə 
görüşündə) qəbul  olunmuş Bəyannamənin 35-ci bəndində Ermə­
nistanın,  Azərbaycanın,  Gürcüstanın  və  Moldova  Respublikası­
nın  ərazi  bütövlüyünə,  müstəqlliyinə  və  suverenliyinə  dəstək 
verilir  və  bu  prinsiplər  nəzərə  alınmaqla  bu  reqional  münaqi­
şələrin  sülh yolu  ilə  nizama  salınmasına yönəlmiş  tədbirlər dəs­
təklənir.  [114]  Cənubi  Qavkaz  və  Orta  Aziya  ölkələri  üzrə 
NATO  Baş  Katibinin  xüsusi  nümayəndəsi  Robert  Simmons 
qeyd  edir ki,  NATO  regionda  bu münaqişələrin  nizamlanmasın­
da  maraqlıdır  və  bu  istiqamətdə  siyasi  danışıqları  dəstəkləyir. 
Onun  sözlərinə görə,  Cənubi  Qavkazda olan  münaqişələrin döv­
lətlərin  ərazi  bütövlüyü  çərçivəsində  həll  edilməsi  NATO-nun 
Lissabon  sammitində  qeyd  olunmuşdur.  (27J  Faktiki  olaraq, 
NATO-nun  bu mövqeyi  bir daha Azərbaycanın dəstəklənməsinə
113


Yüklə

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə