Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə38/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   34   35   36   37   38   39   40   41   ...   84

əməliyyatlann  genişlənməsinin  bu  cəhdlər  üçün  doğurmuş  dağıdıcı 
nəticələri ilə bağlı ciddi narahatçılığını ifadə edir;
7.  Yerləşdirilməsi  cədvəli  ilə  ATƏM-in  müşahidə  missiyasının 
hazırlanmasını,  həmçinin  Müşavirənin  regionda  iştirakının  təmin 
edilməsi  təklifinin  Müşavirə  çərçivəsində  nəzərdən  keçirilməsini 
alqışlayır;
8.  Maraqlı tərəfləri münaqişənin sülh yolu ilə həllinə mane olan 
hər  cür  hərəkətlərdən  çəkinməyə,  və  ATƏM-in  Minsk  qrupu 
çərçivəsində,  həmçinin  birbaşa  əlaqələr  vasitəsilə  məsələnin  qəti 
həllinin  əldə  edilməsi  məqsədilə  onlar  arasında  danışıqları  davam 
etdirməyə təkidlə çağırır;
9.  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  regionunun 
erməniləri  tərəfindən  822  saylı  (1993)  qətnamənin  və  hazırki 
qətnamənin  müddəalarına  riayət  edilməsi  və  bu  tərəfin  ATƏM-in 
Minsk  qrupunun  təkliflərini  qəbul  etməsi  məqsədilə  Ermənistan 
Respublikasının  hökumətini  öz  təsirini  göstərməkdə  davam  etməyi 
təkidlə çağınr;
10. Dövlətləri münaqişənin intensivləşməsinə və ya ərazi  işğalının 
davam  etdirilməsinə  apara  biləcək  har  hansı  silahın  və  hərbi  sursatın 
təchiz edilməsindən çəkinməyə təkidlə çağırır;
11. Mülki  əhalinin  artan  əzablannı  yüngülləşdirmək  məqsədilə, 
regionda,  xüsusilə  münaqişəyə  məruz  qalmış  bütün  rayonlarda, 
humanitar yardımın göstərilməsi  üzrə beynəlxalq fəaliyyətin maneəsiz 
təmin  edilməsinə  bir  də  çağınr,  və  bütün  tərəflərin  beynəlxalq 
humanitar  hüququn  prinsip  və  normalarına  riayət  etməyə  borclu 
olduqlannı bir daha təsdiq edir;
12.  Baş  Katibdən  və  müvafiq  beynəlxalq  qurumlardan  zərər çək­
miş  mülki  əhaliyə  təcili  humanitar  yardım  göstərməyi  və  qaçqın 
düşmüş  şəxslərin  öz  evlərinə  qayıtmalarına  kömək  göstənuəyi  xahiş 
edir;
13.  Baş  Katibdən  ATƏM-in  Fəaliyyətdə  olan  Sədri,  həmçinin 
Minsk  qrupunun  Sədri  ilə  məsləhətləşmədə  vəziyyət  barədə  Şuraya 
məruzələr təqdim etməsinin davam etdirilməsini xahiş edir;
14.  Məsələ ilə fəal  şəkildə məşğul olmağı davam etdirməyi qərara
alır.
3 2 5 9  s a y l ı   i c l a s d a  y e k d i l l i k l ə   q ə b u l  e d ilm iş d ir .
152
1.  1.3. Qətnamə 874 (1993)
1 4   o k t y a b r   1 9 9 3 - c ü   il
Təhlükəsizlik Şurası,
30 aprel  1993-cü  il  tarixli  822  saylı  (1993) və 29  iyul  1993-cü  il 
tarixli 853 saylı (1993) qətnamələrini təsdiq edərək və 18 avqust  1993- 
cü  ildə'  Təhlükəsizlik  Şurası  Sədrinin  Şuranın  adından  oxuduğu 
bəyanata əsaslanaraq,
Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Müşavirəsinin  (ATƏM) 
Dağlıq  Qarabağ  üzrə  Minsk  konfransının  Sədrinin  Təhlükəsizlik 
Şurası  Sədrinin  adına  müraciətlənmiş  1  oktyabr  1993-cü  il  tarixli 
məktubunu2 nəzərdən keçirərək,
Azərbaycan  Respublikasının  Dağlıq Qarabağ regionunda və onun 
ətrafında münaqişənin  davam  etdirilməsi  və  Ermənistan  Respublikası 
ilə  Azərbaycan  Respublikası  arasında  gərginliyin  regionda  sülh  və 
təhlükəsizliyə təhlükə yarada biləcəyi  ilə əlaqədar dərin narahatçılığını 
ifadə edərək,

oktyabr  1993-cü  ildə  Moskvada  yüksək  səviyyədə  keçirilən 
görüşləri  qeyd  edərək,  və  bu  görüşlərin  vəziyyətin yaxşılaşmasına  və 
münaqişənin  sülh  yolu  ilə  həll  edilməsinə  töhvə  verəcəyinə  dair 
ümidlərini  ifadə edərək,
Azərbaycan  Respublikasının  və  regionda bütün digər dövlətlərin 
suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək,
Həmçinin,  beynəlxalq  sərhədlərin  pozulmazlığını  və  ərazi  əldə 
etmək  məqsədilə  gücdən  istifadənin  yolverilməzliyini  bir daha  təsdiq 
edərək,
Münaqişə  üzündən  insanların  məruz  qaldığı  əzablar  və  regionda 
ciddi  fövqəladə  humanitar  vəziyyətlə  əlaqədar,  və  xüsusilə 
Azərbaycan  Respublikasında  bö>ük  sayda  mülki  şəxslərin  yerlərinin 
dəyişməsilə  əlaqədar  ö/ünün  ciddi  narahatçılığını  bir  daha  ifadə 
edərək,
1.Maraqlı  tərəfləri  ATƏM-in  Minsk  qrupuna  kömək  məqsədilə 
Rusiya  Federasiyası  hökumətinin  yardımı  ilə  həyata  keçirilən  birbaşa
1 S/26326.
2  Təhlükəsizlik  Şurusının  rəsmi  hesabatları,  qırx  səkkizinci  il,
1993-cü  ilin oktyabr, noyabr və dekabr ayları  üçün əlavə, sənəd
S/26522.
153


əlaqələr  nəticəsində  əldə  edilən  atəşkəsi  effektiv  və  daimi  etm əyə 
çağırır;
2.ATƏM  çərçivəsində  həyata  keçirilən  sülh  prosesini  və  M insk 
qrupunun yorulmaz səylərini tam  şəkildə dəstəklədiyini yenidən  bəyan 
edir;
3.28  sentyabr  1993-cü  il  tarixində  ATƏM-in  Minsk  qrupunun 
iclasında  üzə  çıxarılan  və  Minsk  qrupunun  doqquz  digər  üzvünün 
hərtərəfli  dəstəyi  ilə  Qrupun  Sədri  tərəfindən  maraqlı  tərəflərə  təq d im  
olunan  «Təhlükəsizlik  Şurasının  822  (1993)  və  853  (1993)  saylı 
qətnamələrinin  həyata  keçirilməsi  üzrə  təxirəsalınmaz  addım ların 
yeniləşdirilmiş  cədvəl bini1 alqışlayır və tərəflərin  diqqətinə  çatdınr,  v ə 
tərəfləri  onu qəbul  etməyə çağırır;
4. 
Münaqişədən  irəli  gələn  və  Yeniləşdirilmiş  cədvəldə  bilavasitə 
nəzərdən  keçirilməyən  bütün  başqa  həll  olunmamış  məsələlərin  M insk 
prosesi  kontekstində  sülh  danışıqları  vasitəsilə  tezliklə  həll  edilm əsi 
vacibliyinə əmin olduğunu ifadə edir;
5. 
Bu  yaxınlarda  işğal  edilmiş  ərazilərdən  qoşunların  çıxarılması 
və  rabitə  və  nəqliyyat  üçün  bütün  maneələrin  aradan  qaldırılması  da 
daxil  olmaqla,  ATƏM-in  Minsk  qrupunun  Yeniləşdirilmiş  cədvəlində 
nəzərdə  tutulan  qarşılıqlı  və  təcili  addımların  dərhal  həyata 
keçirilməsinə çağırır;
6. 
ATƏM-in  Nazirlər  Şurasının  24  mart  1992-ci  il  tarixli  m an­
datına  uyğun  olaraq,  Yeniləşdirilmiş  cədvəldə  nəzərdə  tutulduğu  kimi 
münaqişənin  danışıqlar yolu  ilə  həll  edilməsinə  nail  olmaq  məqsədilə 
tezliklə Minsk  konfransının keçirilməsinə çağırır;
7. 
Baş  Katibdən  ATƏM-in  Minsk  konfransında  iştirak  etmək  üçün 
nümayəndə göndərmək dəvətinə müsbət cavab verməyi  və  Konfransın 
açılmasından  sonra  mətləbə  dair başlanan  danışıqlara  bütün  mümkün 
kömək göstərməyi  xahiş edir;
8. 
ATƏM  tərəfindən  yaradılmış  müşahidəçilər  missiyasım  d əs­
təkləyir;
9. 
Bütün  tərəfləri  beynəlxalq  humanitar  hüququ  pozmaqdan  çə­
kinməyə  çağırır  və  münaqişəyə  məruz  qalmış  bütün  rayonlarda 
humanitar yardımın  göstərilməsi  üzrə  beynəlxalq  fəaliyyətin  maneəsi/, 
həyata  keçirilməsinin  təmin edilməsinə dair 822  (1993)  və  853  (1993) 
saylı  qətnamələrindəki  çağırışlarını  təkrar edir;
1 Yenə orada, sənəd  S/26522, əiavə.
154
10. 
Regionda  bütün  dövlətləri  münaqişənin  genişlənməsinə  gətirib 
çıxaran  və  regionda  sülh  və  təhlükəsizliyi  pozan  hər  cür  düşmənçilik 
hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə təkidlə çağırır;
11. 
Baş  Katibdən  və  müvafiq  beynəlxalq  qurumlardan  zərər  çək­
miş  mülki  əhaliyə  təcili  humanitar  yardımın  göstərilməsini  və 
qaçqınlara  və  məcburi  köçkünlərə  təhlükəsiz  şəraitdə  və  ləyaqətlə  öz 
evlərinə qayıtmağa köməklik edilməsini  xahiş edir;
12. 
Baş  Katibdən,  ATƏM-in  Fəaliyyətdə  olan  Sədrindən  və 
ATƏM-in  Minsk  Konfransının  Sədrindən  Minsk  prosesinin  gedişi  və 
yerdə  vəziyyətin  bütün  aspektləri  və  bununla  əlaqədar  ATƏM  ilə 
Birləşmiş  M illətlər  Təşkilatı  arasında  indiki  və  gələcək  əməkdaşlıq 
haqqında Şuraya məruzələrin verilməsini  davam  etdirməyi xahiş edir;
13.  Məsələ  ilə  fəal  şəkildə  məşğul  olmağı  davam  etdirməyi  qərara
alır.
3 2 9 2  s a y l ı   ic l a s d a  y e k d i l l i k l ə  q ə b u l  e d i l m i ş d i r
1.1.4. Qət namə 884 (1993)
12 noyabr  1993-cü il
Təhlükəsizlik  Şurası,
30  aprel  1993-cü  il  tarixli  822  (1993),  29  ivul  1993-cü  il  tarixli 
853  (1993)  və  14  oktyabr  1993-cü  il  tarixli  874  (1993)  saylı 
qətnamələrini  təsdiq edərək,
Avropada  Təhlükəsizlik  və Əməkdaşlıq  Müşavirəsi  (ATOM)  çər­
çivəsində  həyata keçirilən  sülh  prosesi,  və  ATƏM-in  Minsk  qrupunun 
yorulmaz səylərini  tam  şəkildə dəstəklədiyini  təsdiq edərək,
ATƏM-in  Dağlıq  Qarabağ  üzrə  Minsk  konfransının  Fəaliyyətdə 
olan  Sədrinin  l əhlükəsi/.ük  Şurası  Sədrinin  adma  müraciəılənmiş  9 
noyabr  1993-cü  il tarixli  məktubunu və ona  əlavələri  nə/əra alaraq,
Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  regionunda  və onun 
ətrafında  münaqişənin  davam  etdirilməsi  və  Tmıənistan  Respublikası 
ilə  A/oıhaycan  Respublikası  arasındakı  gərginliyin  regionda  sülh  və 
təhlükəsizliyi  təhlükə  altına  atması  ilə  əlaqədar  ciddi  narahatçılığını 
ifadə edərək,
Atəşkəsin  pozulması  və  buna cavab  olaraq  gücün  həddindən  artıq 
toıbiq  edilməsi,  xüsusilə  Azərbaycan  Respublikasında  Zəngilan 
rayonunun  və  i loıadi/ şəhərinin işğalı  nəticəsində hərbi  əməliyyatların 
genişlənməsini  həyəcanla qeyd edərək.
155


Yüklə

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə