3. Assambleya razılıqla qeyd edir ki, 1994-cü il mayın 12-də
qüvvəyə minmiş atəşkəsə nisbətən yaxşı riayət olunmuşdur və ümid
edir ki, o, mümkün qədər tezliklə bütün maraqlı tərəflərin imzaladığı
sülh sazişi ilə nəticələnəcək.
4. O, müharibə edən tərəflərin sülh sazişini imzalamağa
həvəsləndirmək üçün ATƏM-in Minsk Qrupu, BMT Təhlükəsizlik
Şurası, Rusiya Federasiyasının Hökuməti və MDB Parlamentlərarası
Assambleyasının səylərini, həmçinin 26 iyul 1994-cü ildə Ermənistan
və Azərbaycanın Müdafiə nazirləri və Dağlıq Qarabağ ordusunun
komandiri tərəfindən imzalanmış, atəşkəsə riayət etmək öhdəliklərini
və siyasi sazişin imzalanmasını sürətləndirmək səylərini təsdiq
etdikləri sazişi alqışlayır.
5. Assambleya, beləliklə, tövsiyə edir ki, Nazirlər Komitəsi:
i. Avropa Şurasımn üzv dövlətlərinin hökumətlərini ATƏM-in
Minsk Qrupunun öz məqsədlərinə, xüsusilə müharibə zonasında
beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə nail olması üçün lazımi
vasitələri ona təqdim etməyə çağırsın;
ii. Ermənistan və Azərbaycanın rəhbərliyi ilə siyasi dialoqu bərpa
etsin;
iii. şərtlər yerinə yetirilən kimi öz əməkdaşlıq proqramlarım
Ermənistan və Azərbaycanın üzünə açsın və, əgər bu tərəflər istəsələr.
Dağlıq Qarabağ üçün siyasi statusu müəyyən etməyə kömək edə
biləcək ekspertləri onların öhdəliyinə təqdim etsin.
1. Mətn Assambleyanın adından fəaliyyət göstərən Daimi Komitə
tərəfindən !994-cü ilin noyabrın 10-da qəbul edilmişdir.
Bax Sənəd 7182, Avropanın qeyri-üzv ölkələri ilə əlaqələr üzrə
Komitənin məruzəsi, məruzəçilər: cənab Pfuhi və cənab Sole Tura
3.2.3.
Ermənistan və Azərbaycanda qaçqın və məcburi
köçkünlərin humanitar vəziyyətinə dair QƏTNAMƏ 1059 (İ995)*
1
1. Assambleya 1988-ci ildə başlayan Dağlıq Qarabağ
münaqişəsinin Ermənistan və Azərbaycanda ifadə edilə bilməyən
insan əzabları, minlərlə həlak olanlar, on minlərlə yaralı və bir
milyondan artıq qaçqın və məcburi köçkünlərlə nəticələndiyindən
təəssüflənir.
184
2. Son rəqəm hədələr, törədilmiş vəhşiliklərə dair məruzələr və
1991-ci ildən öncə Sovet hakimiyyətinin əmrlərindən sonra öz evlərini
tərk etməyə məcbur edilən yüz minlərlə insanı əhatə edir.
3. Ermənistan və Azərbaycanın 1991-ci ildə müstəqilliklərini elan
etmələrindən sonra onların iqtisadiyyatları ciddi şəkildə tənəzzül
etmişdir. Vəziyyət münaqişənin və qonşu ölkələrin tətbiq etdikləri
iqtisadi blokadanın təsiri ilə pisləşmişdir.
4. Nəticədə, hər iki ölkənin əhalisi həyat səviyyəsinin ciddi
şəkildə aşağı düşməsinə məruz qalmışdır, və artmaqda olan
çətinliklərlə, o cümlədən yüksələn işsizlik və kəskin su, yanacaq və
enerci qıtlığı ilə üzləşir. Birləşmiş Millətlər Təşkilatının hesablamala
rına görə, hər iki ölkədə bir milyondan artıq insan hazırda yoxsulluq
səviyyəsindən aşağı yaşayır.
5. Əsasən qaçqınlar və, xüsusilə Azərbaycanda tələblərə cavab
verməyən çadırlarda yaşayanlar əsas istilik, qida və tibbi yardım
qıdığını» olmasından kəskin çətinliklərlə üzləşirlər.
6. Birləşmiş Millətlər Təşkilatının yardım proqramları hər iki
ölkədə 1992-ci ilin dekabrından təsis edilmişdir. Lakin, oniarın
maliyyələşdirilməsi vəziyyətin ehtiyaclarını təmin etməkdə yetərli
deyil.
7. Bundan əlavə, BMT agentlikləri bazar iqtisadiyyatına keçid,
mərkəzsizləşdirmə və səhiyyə və təhsil proqramları üçün məlumatlarla
təminata dair hər iki hökumətə məsləhətlər verir və yardım göstərir.
Buna baxmayaraq, aidiyyalı ölkələrdə, o cümlədən Gürcüstandakı
ayrı-ayn qərargahlardan hazırda idarə olunan bu xidmətlər əməkdaşlıq
yolunda müəyyən maneələrlə çətinləşmişdir, və onların təqdim
edilməsi təcrübə, idarəetmə və vəsaitlərin uzun müddətə ən effektiv
şəkildə hərəkətə gətirilməsini əks etdirməyə bilər.
8. Assambleya 12 may 1994-cü ildə qüvvəyə minmiş atəşkəsi
alqışlayan, bütün tərəfləri buna ziyan vura biləcək hər hansı
düşmənnilik aktından çəkinməyə çağıran və, xüsusilə maraqlı tərəf
lərin parlament nümayəndələri arasında dialoqu həvəsləndirməklə sülh
sazişinin imzalanmasına bütün qüvvəsi ilə yardımını təklif edən 1251
saylı (1994) Qətnaməsini yada salır.
9. Assambleya müharibə edən tərəflərə geri qayıtmaq arzusunda
olan qaçqınların, başqa yerdə məskunlaşmaq istəyənlərə kompensasiya
vermək şərti ilə, öz evlərinə mümkün qədər erkən qayıtmasını təşkil
etmək; azlıqların hüquqlarına hörmət etmək; və onlar arasında olan
185
bütün nəqliyyat və rabitə vasitələri üzərində blokadaya və Rusiya və
Türkiyənin tətbiq etdikləri blokadaya dərhal son qoymaq çağırışlarını
təkrar qeyd edir.
10. Assambleya təkid edir ki:
i.
Ermənistan, Azərbaycan və Gürcüstan hökumətləri təcili yardım
və səhiyyə, təhsil, bərpa və inkişafa dair uzunmüddətli proqramların
təqdim edilməsində BMT agentlikləri və qeyri-hökumət təşkilatlan ilə
geniş əməkdaşlıq etsinlər;
11. Gürcüstan hökuməti BMT-nin yardımı ilə Mesxeti türklərinin
geri qayıtması və məskunlaşdırılmasını qəbul etsin və BMT-ni bu
xüsusilə zəif qrupun vəziyyətinəxüsusi diqqət yetirməyə çağırır;
iii. Avropa İttifaqı, özünün Humanitar İdarəsi vasitəsilə, Cənubi
Qafqaz əhalisinin zəif təbəqələrinə yardımını artırsın.
11. Nəhayət, Assambleya Qafqazda sülhün yenidən bərpasına
yardım etmək və humanitar vəziyyəti yaxşılaşdırmaq üçün daha geniş
beynəlxalq səylərin göstərilməsinə çağırır və bu məqsədlə, üzv
dövlətlərin hökumət və parlamentlərini yetmiş illik təcriddən
çıxmaqda olan bu regiona öz yardım, təcrübə və əməkdaşlıq
təkliflərini etməyə təşviq edir. i.
1. Mətn Assambleyanın adından fəaliyyət göstərən Daimi Komitə
tərəfindən 15 mart 1995-ci ildə qəbul edilmişdir. Bax Sənəd 7250,
Miqrasiya, Qaçqınlar və Demoqrafiya üzrə Komitənin məruzəsi,
məruzəçi: cənab Atkinson; və Sənəd 7266, Avropanın Qeyri-üzv
Ölkələri ilə əlaqələr üzrə Komitəsinin rəyi, məruzəçi: cənab
Ceszenszki.
3.2.4.
Ermənistan və Azərbaycanda qaçqın və məcburi
köçkünlərin humanitar vəziyyətinə dair TÖVSİYƏ 126.3 (1995)
1. Assambleya, Ermənistan və Azərbaycanda qaçqın və məcburi
köçkünlərin humanitar vəziyyətinə dair 1059 saylı
(
1995
)
Qətnaməsinə istinad edərək, tövsiyə edir ki, Nazirlər Komitəsi:
i.
Dağlıq Qarabağa görə amansız münaqişənin qurbanlarına və.
xüsusilə öz evlərindən qovulmuş şəxslərə beynəlxalq yardımın
tamamilə qənaətbəxş olmamasından irəli gələn gərgin vəziyyəti təcili
şəkildə nəzərdən keçirsin;
ii. Avropa Şurasının genişlənməsinə dair 1247 saylı (1994)
186
Qətnaməsindən sonra. Avropa Şurasının Sosial İnkişaf Fondu və onun
üzv dövlətlərini, özünün fövqəladə hallar üçün nəzərdə tutulmuş
hesabı vasitəsilə. Birləşmiş Millətlər Təşkilatı və cəlb olunmuş digər
beynəlxalq təsisatlarla mümkün əlaqədə, Ermənistan, Azərbaycan və
Gürcüstanda qaçqın və məcburi köçkünlərə fondun maliyyələşdir-
məsindən yararlanmaq imkanı verməyə dəvət etsin;
iii. Bütün üzv dövlətlərin hökumətlərini:
a. Birləşmiş Millətlər Təşkilatının agentlikləri, Beynəlxalq
Qırmızı Xaç Komitəsi. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara
Cəmiyyətləri Federasiyası və qeyri-hökumət təşkilatları vasitəsilə
edilən beynəlxalq yardıma Qafqazda qarşıdan gələn bir çox illər üçün
ehtiyac duyulduğunu təsdiq etməyə və bunun nəticəsində onların
gələcək müraciətlərinə səxavətlə cavab verməyə;
b. Qarabağ və onun ətrafındakı ərazinin minalardan təmizlənməsi
üçün tələb olunan mütəxəssis və işçi qüvvəsini təklif etməyə;
c. Fələstində BMT-nin qaçqınlara yardım və işlər Agentliyinə
(UNRWA) müvafiq Qafqaz üçün birləşmiş BMT agentliyinin
yaradılınası və Tbilisidə regional qərargahın və ya oxşar əlaqələndirmə
mexanizminin təsis edilməsini nəzərdən keçirməyə;
d. xüsusilə insan hüquqları, parlament demokratiyasının tətbiq
olunması və, müvafiq olan zaman, azlıqların hüquqlarının və mədəni
xüsusiyyətlərinin müdafiəsi sahələrində Avropa Şurasının yardım,
mütəxəssis və əməkdaşlıq təkliflərini təsdiq etməklə Ermənistan,
Azərbaycan və Gürcüstanın hakimiyyətləri ilə siyasi dialoq təsis
etməyə dəvət etsin.
3.2.5.Zakavqaziyada münaqişələrə dair QƏTNAMƏ 1119
(1997)'
1. Assambleya hesab edir ki, Zakavqaziya münaqişələrində,
xüsusilə Abxaziya və Dağlıq Qarabağda 1994-cu ilin mayından
etibarən atəşkəsin qüvvədə saxlanılması gərginlik zonalarında siyasi
sabitliyin yaradılmasına kömək etməlidir.
2. Avropanın Qeyri-üzv Ölkələri ilə Əlaqələr üzrə Komitəsinin
keçirdiyi müxtəlif dinləmələrdən sonra o ümid edir ki. bu müna
qişələrin siyasi həlli istiqamətində sürətli, həlledici irəliləyiş ediləcək.
3. Hər üç Zakavqaziya ölkəsi - Ermənistan, Azərbaycan və
187
Yüklə Dostları ilə paylaş: |