2.Avropa Birliyi tərəfindən qəbul edilmiş sənədlər və
qərarlar.
2.1.1. Dağlıq Qarabağa dair bəyanat
B r ü s s e l, 2 2 m a y 1 9 9 2 - c i il
Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağ regionunda
döyüşlərin son vaxtlar intensivləşməsi ilə bağlı dərin narahatlığını
bildirir və hər hansı bir tərəfdən güc tətbiq edilməsini qəti şəkildə
pisləyir. Birlik və ona üzv olan dövlətlər davamlı döyüşlər
nəticəsində əhalinin yenidən üzləşdiyi əzab-əziyyətdən və insan
tələfatından təəsüflənir.
Dağlıq Qarabağın erməni və Azərbaycan əhalisi daxil olmaqla,
Ermənistan və Azərbaycan xalqlan, hər iki hökumətin ATƏM-in
prinsip və öhdəliklərini qəbul etdikləri nəticəsində, eyni səviyyəli
mühafizə ilə təmin olunmaq hüququna malikdirlər. Buna görə də
Birlik və ona üzv olan dövlətlər qəbul edilmiş prinsip və öhdəliklərə
zidd olaraq ərazi bütövlüyünə qarşı və ya, mülki əhaünin daimi
yaşayış yerlərindən qovulması da daxil olmaqla, siyasi məqsədlərə
nail olmaq üçün gücə əsaslanan hərəkətləri pisləyir. Azərbaycan və
erməni əhalisinin fundamental hüquqları mövcud sərhədlər məzmu
nunda tam şəkildə bərpa edilməlidir.
Birlik və ona üzv olan dövlətlər Ermənistan və Azərbaycana
müraciət edərək, maksimal dərəcədə təmkinlik nümayiş etdirməyə
və ATOM prosesinə konstruktiv töhfə verməyə çağırır. Bu mənada
Birlik və ona üzv olan dövlətlər bütün tərəfləri Dağlıq Qarabağ üzrə
ATƏM-in Sülh Konfransının tezliklə keçirilinəsi istiqamətində iş
aparmağa və Dağlıq Qarabağ icmalarının təmsil olunmaları
şərtlərinə dair razılıq əldə etməyə dəvət edir ki, onsuz davamlı
sülhün bərqərar olması mümkün deyil.
2.1.2. Dağlıq Qarabağa dair bəyanat
B r ü s s e l, 1 8 iy u n 1 9 9 2 - c i il
Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağda davam edən
döyüşlər ilə bağlı dərin narahatlığını bildirir. Birlik və ona üzv olan
dövlətlər böhranın həllinə qətiyyən kömək etməyən hər hansı gücün
tətbiq edilməsini ciddi şəkildə pisləyir. Onlar böhrana qatılan
tərəfləri təmkinliliyə dəvət edir və növbəti əzab-əziyyət və ya insan
168
tələfatı ilə nəticələnən hərəkətlərdən çəkinməyə çağırır.
Birlik və ona üzv olan dövlətlər aidiyyəti olan hökumətləri
nüfuzlarından istifadə edərək baş verən dəhşətli zorakılığa son
qoymağa və davamlı atəşkəsə nail olmağa çağırır.
Birlik və ona üzv olan dövlətlər Ermənistan və Azərbaycana bir
daha müraciət edərək ATƏM-ə daxil olarkən götürdükləri
öhdəliklərə əsasən insan hüquqlarına hörmət etməyə çağırır. Onlar
tərəfləri regionda sülhü bərpa etməyin ən yaxşı ümidini təklif edən
ATƏM-in
himayəsi
altında
Minsk
Konfransının
tezliklə
keçirilməsinin zəruri şərtlərinin yaradılması üçün Romada ilkin
fövqəladə görüş çərçivəsində göstərilən səylərə töhvə verməyə
çağınr.
2.1.3. Dağlıq Qarabağa dair bəyanat
B r ü s s e l, 7 a p r e l 1 9 9 3 - c ü i l
Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağ münaqişəsi ilə
əlaqədar Ermənistan Respublikası və Azərbaycan
Respublikası arasında münasibətlərin son zamanlarda kəskin
şəkildə pişləşməsindən dərin narahatçılıq keçirir. Birlik və ona üzv
olan dövlətlər hərbi əməliyyatların Kəlbəcər və Fizuli rayonları
ərazisinə yayılmasından təəsüfləndiyini bildirir. Azərbaycan ərazilə
rindən dərhal çıxarılması və bu ərazilərdə döyüşlərin dayandırılması
məqsədilə Ermənistan hökuməti Dağlıq Qarabağın hərbi birləşmələri
üzərində olan təsirindən istifadə etməyə qətiyyətlə çağırılır. Cərəyan
edən son hadisələrə baxmayaraq, bütün tərəflərdən ATƏM-in Minsk
qrupunda aparılan danışıqları tərk etməməyi xahiş edilir.
2.1.4.Dağlıq Qarabağa dair bəyanat
B r ü s s e l, 2 4 iy u n 1 9 9 3 - c ü il
Birlik və ona üzv olan dövlətlər cənab Rafaellinin təqdim etdiyi
ATOM planının Dağlıq Qarabağ mübahisəsinin bütün iştirakçıları
tərəfindən qəbul edilməsini alqışlayır. Onlar inanırlar ki, sözügedən
plan regionda hərtərəfli atəşkəs, BMT TŞ-nın 30 aprel 1993-cü il
tarixli 822 saylı qətnaməsinin həyata keçirilməsi və Dağlıq Qarabağ
münaqişəsinin danışıqlar vasitəsilə həlli istiqamətində əsil irəliləyiş
169
üçün ən yaxşı ümiddir. Onlar Dağlıq Qarabağda erməni icması
nümayəndələrinin plana razılıqlarını təmin etmək məqsədilə
Ermənistan prezidenti Ter - Petrosyanın uğurlu şəxsi müdaxiləsini
yüksək qiymətləndirilər.
Birlik və ona üzv olan dövlətlər ümid edirlər ki, Ermənistan
hökuməti Dağlıq Qarabağda sülh planını hələ qəbul etməyən
elementlər tərəfindən onu tam şəkildə qəbul etmək və Azərbaycanda
Dağlıq Qarabağ və onun ətrafındakı indiki daxili çətinliklərdən sui-
istifadə etməkdən çəkinmək çağırışlarını davam etdirəjəkdir. Birlik
və ona üzv olan dövlətlər xəbərdarlıq edirlər ki. hazırki vəziyyətdə
hər hansı bir tərəfin hücum əməliyyatı sülh planını təhlükə altına
sala bilər.
Birlik və ona üzv olan dövlətlər münaqişə tərəflərini planı tam
şəkildə dəstəkləməyə çağırır ki, bu, ATƏM-in müşahidəçi
missiyasının yerləşdirilməsinin ilk mərhələsini asanlaşdırar. Onlar
həmçinin tərəfləri qoşunların işğal edilmiş ərazilərdən çıxanlmasmı
qəbul etməyə razılıq və A'l'ƏM müşahidəçilərin ərazilərdə
yerləşdirildiyi andan təhlükəsizliyinə təminat verməyə təkid edirlər
2.1.5.Dağlıq Qarabağa dair bəyanat
B r ü s s e l, 3 s e n t y a b r 1 9 9 3 - c ü il
Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağda getdikcə
genişlənən Azərbaycan ərazisini işğal edən yerli erməni qoşunlarının
hücumlarını pisləyir. Onlar təasuf hissi ilə qeyd edirlər ki. bu
hərəkətlər döyüş bölgəsini genişləndirməklə daha böyük Azərbaycan
ərazisini əhatə edir, Azərbaycanda çox ciddi qaçqın problemi
meydana gətirir və qonşu ölkələri qatmaqla regiona! təhlükəsizliyi
getdikjə azaldır.
Birlik və ona üzv olan dövlətlər region dövlətlərinin əra/i bü
tövlüyü və suverenliyinə olan dəstəklərinibir daha bəyan edirlər.
Birlik və ona üzv olan dövlətlər Azərbaycan Hökuməti və
Dağlıq Qarabağın rəhbərliyi arasında 31 avqust 1993-cü il tarixində
əldə edilmiş müvəqqəti atəşkəsin davam etdirilməsi üçün ATOM-in
Minsk Qrupu çərçivəsində göstərilən səyləri tam dəstəkləyir. Birlik
və ona üzv olan dövlətlər hər iki münaqişə tərəfini iyun ayının
sonunda prinsip etibarı ilə razılaşdırılmış cədvəli yerinə yetirməyi
170
mümkün edən hər hansı bir formada əlavə dialoqa başlamağa
çağırırlar.
Birlik və ona üzv olan dövlətlər həmçinin Dağlıq Qarabağın
yerli erməni silahlı qüvvələrinin BMT TŞ-nın 822 və 853 saylı
qətnamələrinə hörmət etdiyini və Kəlbəcər, Ağdam, Fizuli və
Cəbrayıl rayonlarından geri çəkiləcəklərini görəcəklərinə ümid
edirlər. Birlik və ona üzv olan dövlətlərin əlində Azərbaycanın bu
ərazilərdən irimiqyaslı hüciimlar həyata keçirmək iktidannda
olduğuna dair heç bir dəlil yoxdur.
Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağ ermənilərinin
BMT TŞ-nın 822 və 853 saylı qətnamələrinə və ATƏM-in Minsk
Qrupunun təkliflərinə əməl etmələri üçün Ermənistan hökumətini
özünün həlledici təsirindən istifadə etməyə çağırır. Birlik və ona üzv
olan dövlətiər Ermənistana müraciət edərək Azərbaycan ərazisində
lıücümlar həyata keçirən yerli erməni hərbi birləşmələrinin bu cür
hücumlarını daha da genişləndirmək üçün onlara maddi yardımın
verilməməsini təmin etməyə çağırır.
2.1.6.Dağlıq Qarabağa dair bəyanat
B r ü s s e l 9 n o y a b r 1 9 9 3 - c ü il
Avropa İttifaqı 24 oktyabr 1993-cü i! tarixində Dağlıq Qarabağ
regionunda əldə edilmiş atəşkəsin pozulmasını pisləyir və bütün
qüvvələri son vaxtlarda işğal edilmiş ərazilərdən geri çəkilməyə
çağırır. Avropa İttifaqı ATOM prinsiplərinə uyğun olaraq Azərbay
can Respublikasının əra/i bütövlüyünə və suverenliyinə verdiyi əhə
miyyəti bir daha vurğulayır,
Avropa İttifaqını döyüşlər nəticəsində yurdlarından didərgin
salınmış insanların aqibəti xüsusilə narahat edir. Bu insanların qəbul
edilməsi və qorunması beynəlxalq ictimaiyyətin əsas vəzifəsi
olmalıdır. Bundan əlavə qaçqınların mövcudluğu münaqişənin
beynəlxalq xarakter alması təhlükəsini artırır və bütün regionun
sabitliyini təhdid edir.
Avropa İttifaqı /ərər çəkmiş əhaliyə göstərilən yardımı davam
etdirmək əzmindədir və region dövlətlərini həmin yardımların
çatdırılması prosesini asandlaşdmnağa çağırır.
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin uzun müddətli
siyasi həllinə nail olmaq məqsədilə ATOM-in Minsk Qrupu
171
Yüklə Dostları ilə paylaş: |